Məhkəmə qərarları › İş №2(102)-1493/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1493/2025

13.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1493/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-836/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayonu filialında ştatdankənar işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş m ütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun Gəncə-Daşkəsən regional filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir.

2. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 4 iyul 2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə tutduğu vəzifədən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən regional filialının pensiya təminatı şöbəsinin baş mütəxəssisi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edil məsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3-4-1111/2024 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv olunması, iddiaçının yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, 2014-cü il tarixdən etibarən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş, qiymətləndirmə imtahanlarında hər zaman ən yüksək nəticələr əldə etmişdir. Hazırda isə Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1\3-41111\2024 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tu tduğu vəzifədən azad edilmişdir. Bunun səbəbi isə bülletendə olduğu ərəfədə ölkə hüdudlarından kənara çıxmağı olmuşdur. İddiaçı səhhətində olan problemlə əlaqədar 05 və 06 mart 2024-cü il tarixlərində xəstəxanaya müraciət etmiş, qan analizi verərək müayinə olunmuş, döş qəfəsinin rentgen görünüşü götürülmüşdür. Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Respublikasına getmiş, həmin ərəfədə də, bülletendə olmuş və bülleteni bitəndə isə işinə davam etmiş, hətta bülletenlə əlaqədar müavinət də almışdır. İddiaçı ilə şəxsi qərəzçiliyi olan bir şəxs xx.xx.2024-cü il tarixdə iş yerinə zəng vuraraq məlumat vermişdir ki, İddiaçı bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etmişdir. Bu səbəblə də onu tutduğu vəzifədən azad etmişlər. Halbuki iddiaçının işdən çıxmağını idarədə heç kəs istəmirdi, lakin həmin şəxs zəng vurub idarənin rəhbərliyini hədələyəndən sonra ki, onlardan da şikayət edəcək, bundan sonra məcbur qalıb iddiaçını işdən azad etdilər. İddiaçı bülletendən qayıtdıqdan sonra Filialın direktoru Rafael müəllim onu çağıraraq, barəsində araşdırma başladıldığını bildirmiş və qeyd etmişdir ki, daxili nəzarət qaydasında araşdırma başladılmışdır. 23 aprel 2024-cü il tarixdə iddiaçını Bakıya, Daxili Nəzarət Departamentinə çağıraraq sərhəd keçməyi barədə məlumatları ona təqdim etmişlər ki, Sərhəd Xidmətinin məlumatı var ki, ölkə hüdudlarını tərk etmişdir. Həmin günü izahatı alınmış və araşdırma materiallarına əlavə edilmişdir. Bu araşdırma ilə əlaqədar TƏBİB-ə məlumat verilmiş və həkim Tamella Məmmədova 15 may 2024-cü il tarixdə iddiaçıya zən g edərək bildirmişdir ki, iddiaçının barəsində araşdırma aparılıb. Elə işdən azad olunduğu gündən Əmək Məcəlləsində və müxtəlif qanun və təlimatlarda axtarır ki, görsün harada yazılıb ki, bülletendə olunan müddətdə ölkə hüdudlarını tərk etmək olmaz. Hələ də elə bir qadağanedici normaya rast gəlməmişdir. Cavabdeh orqan onu əsas gətirir ki, iddiaçı bülleten açılan tarixdə ölkədə olmamışdır, axı bu onun günahı deyil. İddiaçı bülleten açdırmaq üçün müraciət edəndə 07 mart 2024-cü il tarixi idi və səhərisi gün 08 mart tarixinə düşür, sonra isə şənbə və bazar günlərinə düşdüyü üçün həkim bildirdi ki, “onsuz da bu 3 günü qeyri-iş günüdür, boş yerə bülleten açmağın mənası yoxdur, onsuz da evdəsən, sənə bülleteni 1-ci gündən açacam” və belə də oldu. İddiaçıya xx.xx.2024-cü il tarixdən bülleten aç ıldı. Hər şey qanunamüvafiq şəkildə olmuş, iddiaçı bülleten açılan müddətdə xəstəliyini yoxlatdırmaq məqsədi ilə Türkiyə Respublikasına getmiş və bülletenin sonunda işinə çıxmışdır. İddiaçı ilkin olaraq mediasiyaya müraciət edərək tərəfə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, cavabdeh orqan isə onun təklifinə 15 iyul 2024-cü il tarixli imtina məktubunu göndərərək mediasiya prosesinin tətbiqinə zərurət qalmadığını bildirmiş, həmin məktub ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Həmin imtina məktubunda Mediasiya haqqında qanunun 21 və 32-ci maddələrinə istinad olunmuşdur. İddiaçı da öz növbəsində mediatora bildirmişdir ki, artıq mediasiya prosesinə xitam verilmişdir, ona məktub versin və getsin məhkəməyə, mediator isə cavabında bildirmişdir ki, hələ dəvət məktubu yazıb cavabdeh tə şkilatı çağırmalı, ondan sonra imtina məktubu verməliyəm. Ehtiyac olmadan məktub göndərdi, cavabdeh orqan isə gəlməyəcək və münasibət bildirməyəcək, çünki onların hüquqşünasları bu işləri yaxşı bilir və mediasiya prosesinin bitdiyinin fərqindədirlər. İddiaçı bunun belə olmadığını, yəni əslində mediasiya prosesinə xitam verildiyini bildiyi üçün cavabdeh təşkilatın imtina məktubunu alandan sonra məcbur qalıb məhkəməyə müraciət edir. Çünki bilir ki, xx.xx.2024-cü il tarixdən etibarən mediasiya prosesinə avtomatik olaraq xitam verilib və onun bir aylıq müddət axımı başlamışdır. Bəhs etdiyi mövzu Ali Məhkəmənin Mülki kollegiyasının işə bərpa tələbinə dair mülki işə qoyduğu mövqedən də aydın olur. Ali Məhkəmənin Mülki kollegiyasının qərarının 43 və 44 saylı başlıqlarında yuxarıda bəhs etdiyi möv zu açıq aydın göstərilmişdir.

5. İddia ərizəsinə əlavə belə əsaslandırılmışdır ki, cavabdeh təşkilat iddiaçını tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Fondun 2024-cü il 11 iyun tarixli 3-17-1/31-45638/2024 nömrəli xidməti məruzəsinə və Nazirliyin Bakı şəhəri üzrə X7 Komitəsinin razılıq məktubuna istinad etsə də, əvvəla qeyd olunmalıdır ki, həmin sənədlər iddiaçının müraciəti əsasında ona təqdim edilməmişdir. Ancaq hər bir halda həmin sənədlər heç bir halda iddiaçının tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla azad edilməyi üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürə nin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Mübahisələndirilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş verində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh təşkilat iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir.

6. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən Filiala heç bir məlumat bildirmədən işə gəlməmiş və ona telefon vasitəsilə zəng edilsə də, cavab alınmamışdır. xx.xx.2024-cü il tarixdə Filiala İddiaçı Türkiyə Respublikasında olduğu ilə bağlı məlumat daxil olmuşdur. Filialın direktoru tərəfindən İddiaçı zəng edilsə də, zəng çatmadığı üçün “Whatsapp" mobil tətbiqi vasitəsilə əlaqə yaradılmışdır. İddiaçı danışıq zamanı Türkiyə Respublikasında olması ilə bağlı qeyd edilənlərin əsassız olduğunu və Şəmkir rayonunda olduğunu bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə işə çıxmış və işdə olmadığı 5 gün üçün (xx.xx.2024-xx.xx.2024) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmişdir. Məsələ ilə bağlı Fond tərəfindən araşdırma aparılaraq İddiaçı qeyd olunan tarixlərdə ölkə ərazisində olub-olmamasının dəqiqləşdirilməsi üçün Az ərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlanmış, sorğuya verilmiş Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü tarixli, 3-38-16/2- 2818/24 nömrəli cavab məktubunda İddiaçı dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində (İAMAS) mövcud məlumatlarına əsasən xx.xx.2024-cü tarixdə ölkə ərazisindən çıxdığı, Türkiyə Respublikası ərazisində olduğu və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etdiyi qeyd edilmişdir. Araşdırmanın davamı olaraq, İddiaçı Fondun Daxili nəzarət departamentinə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı xx.xx.2024-xx.xx.2024cü il tarixlərdə Türkiyə Respublikası ərazisində olub-olmaması ilə bağlı suala səmimi cavab verməsi xahiş olunsa da, o, bu halı inkar edərək ölkə ərazisində olduğunu bildir mişdir. Daha sonra faktı təsdiq edən Dövlət Sərhəd Xidmətinin müvafiq məktubu ilə tanış edildikdən sonra ölkə ərazisində olmadığını etiraf etmişdir. Bundan sonra İddiaçı özünə “bəraət qazandırmaq” üçün izahatında ilkin olaraq xx.xx.2024-cü il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar X5 müraciət etdiyini və ona xx.xx.2024-cü il tarixdə Xəstəxananın həkimi tərəfindən növbəti günlərin qeyri-iş günü olması bildirilərək xəstəlik vərəqəsinin növbəti iş günündən, yəni xx.xx.2024-cü il tarixdən tərtib edilməsi təklif edilmiş və bununla razılaşdığını bildirmişdir. İddiaçı Türkiyə Respublikasına müalicə məqsədilə getdiyini bildirsə də, ondan orada müayinə və ya müalicə olunmasını təsdiq edən sənəd istənildikdə heç bir təsdiqedici sənəd təqdim etməmiş və rəsmi iş yeri olmayan, təqaüddə olan bir həkimə müraciət etdiyini izahatına əlavə etmişdir. Həmçinin gediş biletini təqribən 6-7 ay öncədən aldığını etiraf etmişdir. Aydın olduğu kimi, İddiaçı təqdim edilmiş xəstəlik vərəqəsi onun ölkədə olmadığı tarixdə əyani müayinə olunmadan tərtib edilmişdir. Qeyd edilən halın araşdırılması və xəstəlik vərəqəsinin verilməsinin qanunauyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) xx.xx.2024-cü il tarixli, 3-17-1/2-98275/2024 nömrəli məktubla müraciət edilmişdir. TƏBİB tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 18-1/2-5007/2024 nömrəli cavab məktubunda sözügedən xəstəlik vərəqəsinin verilmə qaydasının pozulduğu və nöqsana yol vermiş əməkdaş barəsində müvafiq intizam tənbeh tədbirinin tətbiq edildiyi qeyd olunmuşdur. Cavadova X8 direktoruna bilərəkdən yalan məlumatlar verərək, təqdim etdiyi xəstəlik vərəqəsini həkimlə qabaqcadan əlbir olmaqla qanunsuz üsulla əldə edərək, gediş biletini 6-7 ay öncədən alaraq, üzürlü səbəb olmadan tam 5 iş günü işə gəlməməklə işdən qəsdən yayınaraq, Filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozmuş, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozmuşdur. Xüsusi olaraq vurğulanmalıdır ki, İddiaçı Filialın Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsini icra edərkən bu pozuntunu törətmişdir. Həmçinin Nazirliyin x x.xx.2019-cu il tarixli, **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sturukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 4.2.1-ci yarımbəndinə əsasən əməkdaş icra və əmək intizamına əməl etməklə yanaşı, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməlidir. İddiaçı tərəfindən qeyd olunan yarımbəndin tələbləri də pozulmuşdur. Bundan sonra Fondun xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4- 1111/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində (olduğu kimi köçürülür) qeyd edir: “... Bunun səbəbi isə bülletendə olduğum ərəfədə ölkə hüdudlarından kənara çıxmağım olmuşdur. Qeyd edim ki, mən səhhətimdə olan problemlə əlaqədar 05 və 06 mart 2024-cü il tarixlərində xəstəxanaya müraciət etmiş, qan analizi verərək müayinə olunmuş, döş qəfəsimin rentgen görünüşü götürülmüşdür, (e- təbib mobil tətbiqindən çıxarışlar və rentgen çəkilişi əlavə edilir) Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Cümhuriyyətinə getmişəm, həmin ərəfədə də, bülletendə olmuşam və bülletenim bitəndə isə işimə davam etmiş, hətta bülletenlə əlaqədar müavinət də almışam. Mənimlə şəxsi qərəzçiliyi olan bir şəxs xx.xx.2024-cü il tarixdə iş yerimə zəng vuraraq məlumat vermişdir ki, İddiaçı bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etmişdir. Bu səbəblə də məni, Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğum vəzifədən azad etdilər. Halbuki mənim işdən çıxmağımı idarədə heç kəs istəmirdi, lakin həmin şəxs zəng vurub idarənin rəhbərliyini hədələyəndən sonra ki, sizdən də şikayət edəcəm, bundan sonra məcbur qalıb məni işdən azad etdilər. Mən bülletendən qayıtdıqdan sonra Filialın direktoru Rafael müəllim məni çağıraraq, barəmdə araşdırma başladıldığını bildirdi və qeyd etdi ki, daxili nəzarət qaydasında araşdırma başladılmışdır. 23 aprel 2024-cü il tarixdə məni Bakıya, Daxili Nəzarət Departamentinə çağıraraq sərhədi keçməyim barədə məlumatları mənə təqdim etdilər. Həmin günü izahatım alındı və araşdırma materiallarına əlavə edildi. Bu araşdırma ilə əlaqədar TƏBİB-ə məlumat verilmiş və həkim Tamella Məmmədova 15 may 2024-cü il tarixdə mənə zəng edərək bildirdi ki, mənim barəmdə araşdırma aparılıb. Elə işdən azad olunduğum gündən Əmək Məcəlləsində və müxtəlif qanun və təlimatlarda axtarıram ki, görüm harda yazılıb ki, bülletendə olunan müddətdə ölkə hüdudlarını tərk etmək olmaz Hələ də elə bir qadağanedici normaya rast gəlməmişəm. Cavabdeh orqan onu əsas gətirir ki, sənə bülleten açılan tarixdə ölkədə olmamısan, axı bu mənim günahım deyil. Mən bülleten açdırmaq üçün müraciət edəndə 07 mart 2024-cü il tarixi idi və səhərisi gün 08 mart tarixinə düşür, sonra isə şənbə və bazar günlərinə düşdüyü üçün həkim bildirdi ki, onsuz da bu 3 günü qeyri-iş günüdür, boş yerə bülletün açmağın mənası yoxdur, onsuz da evdəsən, sənə bülleteni 1-ci gündən açacam və belə də oldu. Mənə xx.xx.2024-cü il tarixdən bülleten açıldı. Hər şey qanuna müvafiq şəkildə olmuş, mən bülleten açılan müddətdə xəstəliyimi yoxlatdırmaq məqsədi ilə Türkiyə Cü mhuriyyətinə gedib və bülletenin sonunda işimə çıxmışam”.1. İlk növbədə bildirilir ki, iddiaçının 05 mart və 06 mart 2024-cü il tarixlərdə qan analizi verməsi və ya həkim müayinəsində olması onun hər hansı xəstəliyini təsdiq edən sənəd deyildir. Dəfələrlə İddiaçı xəstəlik vərəqəsinin əhatə etdiyi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə müalicə alması və ya müayinə olunması ilə bağlı sənəd təqdim etməsi xahiş olunsa da, belə bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. Bu hal özü də İddiaçı əmək qabiliyyətini müvəqqəti itirmədiyini bir daha sübut edir.

2. Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Respublikasına getdiyini bildirsə də, gediş biletini 6-7 ay öncədən alması bu faktı bir daha təkzib edir. Şəxsin xəstəliyi və əmək qabiliyyətini itirəcəyini 6 -7 ay öncədən heç bir əsas olmadan təxmin etməsi qeyri-real hadisədir və bu kimi halların iddia ərizəsində qeyd olunması tamamilə reallıqları təhrif etməyə yönəlmişdir;

3. O, işdən azad olunduğu gündən Əmək Məcəlləsində və digər qanun və təlimatlarda bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etməyin harda qeyd edildiyini axtardığını və hələ də elə bir qadağanedici normaya rast gəlmədiyini bildirmişdir. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın 16-cı bəndinə əsasən, ölkə daxilində başqa şəhərdə (yerlərdə) müalicə olunmaq üçün xəstəlik vərəqəsi HMK-nin sədri və üzvləri tərəfindən (HMK olm adıqda isə müalicə həkimi və baş həkim tərəfindən) elektron sənəd formasında tərtib edilib, həmin xəstəlik vərəqəsi ərazi üzrə dövlət tibb müəssisəsinin rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa səhərə gedirsə, bu hal rejimin pozulması hesab olunur. Göründüyü kimi xəstə ölkə daxilində başqa şəhərə bunun üçün verilmiş xəstəlik vərəqəsi əsasında gedə bilər. Belə ki, xəstəlik vərəqəsinin əhatə etdiyi tarixlərdə işçi həkim nəzarətində müalicə alınan şəxs olduğundan onun işə gəlməməsi üzürlü səbəb hesab olunur. Lakin İddiaçı həkim nəzarətində heç bir müalicə almamış, ölkə daxilində başqa şəhərə getmək bir yana, ölkə ərazisini belə tərk etmişdir;

4. O, “bülleten açdırmaq” üçün həkimə müraciət e tdikdə 07 mart 2024-cü il tarixi olduğunu və növbəti günün qeyri-iş günü olduğunu (08 mart X12, növbəti şənbə və bazar günləri) olduğu üçün həkim bildirdi ki, 3 gün qeyri-iş günüdür, “boş yerə bülleten açmağın mənası yoxdur”. Bu hal özü-özlüyündə xəstəlik vərəqəsinin qanunsuz əsaslarla verildiyini təsdiq edir. Qanunvericilikdə “bülleten açdırmaq” anlayışı mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, xəstəlik vərəqələri xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir. Yəni xəstəlik vərəqələrinin verilməsi növbəti günlərin qeyri-iş və ya iş gününə təsadüf etməsi ilə əlaqələndirilmir.;

5. Həmç inin xəstəlik vərəqəsində İddiaçı müalicə rejiminin “ambulator” olması, rejimin pozulmasına dair qeyddə “yox” kimi qeyd olunmuşdur. Ambulatoriya (latın sözü olan ambulatorius sözündən götürülmüşdür və səyyar mənasını verməkdədir) əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi deməkdir. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Lakin xəstəlik vərəqəsində işdən azad edilmə tarixi xx.xx.2024-cü il tarixdən başlasa da, həmin tarixdə İddiaçı artıq ölkə xaricində olmuşdur. Yəni hər hansı həkim müayinəsinin olması və ya hər hansı xəstəliyin həkim tərəfindən müəyyən edilməsi tamamilə reallıqdan kənardır. Yuxarıda qeyd olunan qaydalarda xəstənin 3 gün ərzində yenidən həkim müəyinəsində olması tələb olunduğundan işdən azad edilmə tarixi guya İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin bir daha qeyd edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında olmuş, Gəncədə hər hansı həkim müayinəsində olması mümkünsüz olmuşdur. Əlavə olaraq bildiririk ki, xəstəlik vərəqəsində işə başlamalı tarix olaraq Türkiyə Respublikası ərazisindən ölkəyə qayıtdığı xx.xx.2024-cü il tarix göstərilmişdir. Bu hallar TƏBİB-in xx.xx.2024-cü il tarixli 18-1/25007/2024 nömrəli məktubu ilə sübut olunmuş, bununla da işçinin törətdiyi pozuntular öz təsdiqini tapmışdır.;

6. Xəstəlik vərəqəsində diaqnoz olaraq “KRX” (X6) kimi qeyd edilmişdir. Bu diqanoz ümumi bir anlayışdır, qrip, qızdırma, soyuqdəymə, burun axıntısı və digər bu ki mi xəstəlikləri əhatə edir. Bu xəstəliklər üçün diaqnozun qoyulması yalnız xəstənin əyani müayinə olunması ilə mümkün ola bilərdi. Həmçinin iddiaçının qeyd olunan xəstəliklərə görə əlavə müalicə olunmaq üçün xarici ölkəyə getməsi ilə bağlı iddiaları bir daha həqiqətləri təhrif etməyə yönəlmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsində işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması kimi qeyd olunan normal ahəngi pozmaq” və “hər hansı formada ziyanın vurulması” anlayışlar ı qeyri-müəyyən olması və məhdudiyyətsiz mülahizə yaratması işçinin xeyrinə həll edilən norma kimi şərh edilməməlidir. Bununla yanaşı işin faktiki halları da Məcəllənin 71-ci maddəsində qeyd olunan norma ilə uyğunlaşır. Belə ki. İddiaçı Türkiyə Respublikasına gediş biletini 6-7 ay öncədən alaraq üzürlü səbəb olmadan 5 iş günü işə qəsdən gəlməməsi işdən qəsdən yayınaraq, Filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozması, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozması kimi qiymətləndirilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməs inin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 oktyabr 2024-cü il tarixli, e-2(004)- 4218/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hərhansı formada ziyan dəyməsi hallarının mövcudluğu ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respubl ikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli, 3-17-1/34- 1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmri əsaslandırılmamış, əmrdə əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd olunmaqla kifayətlənilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2024-cü il tarixli “Fondun əməkdaşının intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” xidmət məruzəsi və Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Bakı şəhəri üzrə X7 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsin in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Lakin X7 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə razılıq məktubu ünvanlamaqla məsələyə münasibət bildirmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 9, 15, 45, 47, 70, 71, 72, 80, 83, 186, 289, 292 və 300-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında” Təlimata ilə əsaslandırmışdır. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində verdiyi etirazın dəlillərinə istinadən onunla əsaslandırmışdır ki, xəstə ölkə daxilində başqa şəhərə yalnız bunun üçün verilmiş xəstəlik vərəqəsi əsasında gedə bilər. Belə ki, xəstəlik vərəqəsinin əhatə etdiyi tarixlərdə işçi həkim nəzarətində müalicə alınan şəxs olduğundan onun işə gəlməməsi üzürlü səbəb hesab olunur. Lakin İddiaçı həkim nəzarətində heç bir müalicə almamış, ölkə daxilində başqa şəhərə getmək bir yana, ölkə ərazisini belə tərk etmişdir. İddiaçı bildirmişdir ki, “bülleten açdırmaq” üçün həkimə müraciət e tdikdə 07 mart 2024-cü il tarixi olduğu və növbəti günün qeyri-iş günü olduğu (08 mart X12, növbəti şənbə və bazar günləri) üçün həkim bildirdi ki, 3 gün qeyri-iş günüdür, “boş yerə bülleten açmağın mənası yoxdur”. Bu hal özü-özlüyündə xəstəlik vərəqəsinin qanunsuz əsaslarla verildiyini təsdiq edir. Normanın məzmunundan da aydındır ki, xəstəlik vərəqələrinin verilməsi növbəti günlərin qeyri-iş və ya iş gününə təsadüf etməsi ilə əlaqələndirilmir. Həmçinin məhkəmə X3 razılıq məktubu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu verdiyi halda, eyni prosessual hərəkəti iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərlə bağlı həyata keçirməmişdir. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən i ş üzrə tədqiq edilməyən sübutlara əsaslanmışdır. Belə ki, X2 sorğu əsasında iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədləri əldə etmək və yaxud Təşkilatın üçüncü şəxs qismində icraata cəlb etmək imkanı olduğu halda bu prosessual hərəkətlərdən heç birini etməmiş, həmin hissədə hər hansı araşdırma aparmamışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqla rına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz liyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. Bununla yanaşı işin faktiki halları da Məcəllənin 71-ci maddəsində qeyd olunan norma ilə uyğunlaşır. Belə ki, İddiaçı Türkiyə Respublikasına gediş biletini 6-7 ay öncədən alaraq üzürlü səbəb olmadan 5 iş günü işə qəsdən gəlməməsi işdən qəsdən yayınaraq, filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə tə min edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozması, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozması kimi qiymətləndirilməlidir. Məhkəmənin bu əsaslandırmasına qarşı oxşar iş və oxşar hal üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 472/2022 nömrəli qərarında göstərmiş olduğu mövqeyə əsasən hazırkı iş üzrə də Yasamal Rayon Məhkəməsi sözügedən xüsusatları araşdırma predmetinə çevirməkdə, həmçinin iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı ü zvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə cavabdehin məhkəməyə sübut təqdim etməməsi əsası ilə iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı 5 növbəti iş günü işə üzrsüz səbəbdən gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bu halın təsdiqinə dair müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə tərəfindən işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barə də konkret fakta istinad edilməməsi və bu barədə məhkəməyə sübut təqdim edilməməsi əsası yuxarıda qeyd olunan Ali Məhkəmənin mövqeyinə ziddir. Məhkəmənin iddianı təmin edərkən əsaslandığı digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3- 4-1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmri əsaslandırılmamış, əmrdə əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd olunmaqla kifayətlənilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2024-cü il tarixli “Fondun əməkdaşının intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” xidmət məruzəsi və Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Bakı şəhəri üzrə X7 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Lakin X7 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80 ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə razılıq məktubu ünvanlamaqla məsələyə münasibət bildirmişdir. Bununla bağlı qeyd edirlər ki, cavabdeh Fondun 04 iyul 2024-cü il tarixli 3-17-1/3- 4- 1111/2024 nömrəli əmri kifayət qədər geniş şəki ldə əsaslandırılmışdır. Belə ki, əmrin faktiki və hüquqi halları xx.xx.2024cü il tarixli 3-17-1/3-1-45638/2024 nömrəli xidməti məruzədə ətraflı şəkildə qeyd olunmuşdur. Sözügedən xidməti məruzə əmrin tərkib hissəsini təşkil etmiş, həmçinin məruzənin iddiaçının nümayəndəsinin vəsatəti və məhkəmənin sorğusu əsasında təqdim olunması tələb edilmişdir. Bununla da sözügedən xidməti məruzə məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmənin əmrin əsaslandırılmamasına dair mövqeyi tamamilə yanlış olmuşdur. Əlavə olaraq, X7 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərin məhkəməyə təqdim edilməməsi hissəsində məhkəmə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, sözügedən sənədlərin təqdim edilməsi, həmçinin həmkarlar ittifaqı iclasının təşkili, iddiaçının icasda iştirakının təmin edilməsi işəgötürənin deyil, müvafiq X3 səlahiyyət sferasına aid məsələlərdir. Həmçinin həmin sənədlərin əldə olunması üçün məhkəmə tərəfindən hər hansı tədbir görülməmiş, sənədlər məhkəmə icraatı zamanı tədqiq edilməmişdir, işdə tərəf olmayan müstəqil quruma (Həmkarlar ittifaqı təşkilatına) sorğu verilməmiş, onun məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə olunmamışdır. Ədalət mühakiməsinin keçirildiyi məhkəmələrdə həmkarlar ittifaqlarına qarşı bu kimi halların mübahisələndirilməsinə dair mövcud işlər olduğu halda, bu halların birbaşa olaraq işəgötürənin əleyhinə şərh edilməsi tamamilə əsassız və qanunsuzdur.

12. İddiaçının nümayəndəsi-vəkili tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-836/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia tələb rədd olunmuşdur.

14. Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və ilk növbədə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.2024cü il tarixdən Filiala heç bir məlumat bildirmədən işə gəlməmiş,xx.xx.2024-cü il tarixdə işə çıxmış və işdə olmadığı 5 gün üçün (xx.xx.2024- xx.xx.2024) əmək qabiliyyətinin müvəqqəti it irilməsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmişdir. Xəstəlik vərəqəsində işdən azad edilmə tarixi xx.xx.2024-cü il tarixdən başlasa da, həmin tarixdə İddiaçı artıq ölkə xaricində olmuşdur. İşin bu halı yəni, onun xx.xx.2024-cü tarixdə ölkə ərazisindən çıxdığı, Türkiyə Respublikası ərazisində olduğu və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etdiyi “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində (İAMAS) mövcud məlumatlarına əsasən müəyyən edilmişdir. İddiaçı Fondun Daxili nəzarət departamentinə dəvət zamanı xx.xx.2024- xx.xx.2024-cü il tarixlərdə Türkiyə Respublikası ərazisində olub-olmaması ilə bağlı suala cavabında bu halı inkar edərək ölkə ərazisində olduğunu bildirmiş, daha sonra isə Dövlət Sərhəd Xidmətinin müvafiq məktubu ilə ta nış edildikdən sonra ölkə ərazisində olmadığını etiraf etmiş, lakin Türkiyə Respublikasına müalicə məqsədilə getdiyini bildirsə də, ondan orada müayinə və ya müalicə olunmasını təsdiq edən sənəd istənildikdə heç bir təsdiqedici sənəd təqdim etməmişdir.

15. Belə olan halda məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hər hansı həkim müayinəsinin olması və ya hər hansı xəstəliyin həkim tərəfindən müəyyən edilməsi tamamilə reallıqdan kənar olmasına dair cavabdeh tərəfin iddiaya etirazının diqqətəlayiq dəlilinə qiymət verməmişdir. Belə ki, işin müəyyən olunan hallarından aydın olmuşdur ki, İddiaçı həkim nəzarətində heç bir müalicə almamış, həmçinin xəstəlik vərəqəsində işə başlamalı tarix olaraq Türkiyə Respublikası ərazisindən ölkəyə qayıtdığı xx.xx.2024-cü il tarix göstərilmişdir. Bu hallar həmçinin TƏBİB-in xx.xx.2024-cü il tarixli 181/2-5007/2024 nömrəli məktubu ilə sübut olunmuş, bununla da işçinin törətdiyi pozuntular öz təsdiqini tapmışdır. Qeyd edilən məktubda sözügedən xəstəlik vərəqəsinin verilmə qaydasının pozulduğu və nöqsana yol vermiş əməkdaş barəsində müvafiq intizam tənbeh tədbirinin tətbiq edildiyi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının Türkiyə Respublikası ərazisinə məhz müalicə üçün getməsi iş materialları ilə müəyyən edilməmiş, eyni zamanda iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut təqdim edilməmişdir.

16. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Filialın Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsini icra edən şəxs kimi Nazirliyin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sturukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 4.2.1-ci yarımbəndinin tələblərini də pozmasına məhkəmə diqqət yetirməmişdir. Bu yarımbəndə əsasən əməkdaş icra və əmək intizamına əməl etməklə yanaşı, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməlidir.

17. İddiaçı tərəfin bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etməyin qadağan olunmaması ilə bağlı göstərilənlərlə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın 1 6-cı bəndinə əsasən, ölkə daxilində başqa şəhərdə (yerlərdə) müalicə olunmaq üçün xəstəlik vərəqəsi HMK-nin sədri və üzvləri tərəfindən (HMK olmadıqda isə müalicə həkimi və baş həkim tərəfindən) elektron sənəd formasında tərtib edilib, həmin xəstəlik vərəqəsi ərazi üzrə dövlət tibb müəssisəsinin rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa şəhərə gedirsə, bu hal rejimin pozulması kimi hesab olunur. Göründüyü kimi, xəstə ölkə daxilində başqa şəhərə bunun üçün verilmiş xəstəlik vərəqəsi əsasında gedə bilər. Belə ki, xəstəlik vərəqəsinin əhatə etdiyi tarixlərdə işçi həkim nəzarətində müalicə alınan şəxs olduğundan onun işə gəlməməsi üzürlü səbəb hesab olunur. Lakin yuxarıda qeyd edildiyi kimi İ ddiaçı həkim nəzarətində heç bir müalicə almaması, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə ölkə ərazisini tərk etməsi işin mübahisəsiz halıdır.

18. Beləliklə də apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməməsinə dair nəticəsini qanuni saymamış və eyni zamanda bununla bağlı qeyd etmişdir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa, bu o demək deyildir ki, işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Məhkəmənin qənaətinə görə işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı iddiasının tam əsassız olmasına dair cavabdeh tərəfin iddiaya etirazının arqumentləri tam əsaslı olduğu halda, birinci instansiya məhkəməsi bu hallar üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsaslandırmasında Bakı şəhəri üzrə X7 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 7 0-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsinə istinad etsə də, X7 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməməsinə də istinad etmiş, lakin bu təqdim edilməmənin əmək müqaviləsinə xitam verilməsinin qanunsuzluğuna hansı hüquqi təsiri göstərməsini açıqlamamışdır.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin göstərilən nəticəsi ilə də razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2024-cü il tarixli 28 nömrəli Bakı şəhə ri üzrə X7 Komitəsinin razılığının təqdim edilməsi barədə məktubda təqdim edilən xidməti məruzəyə əsasən X14 regional filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi göstərilmişdir.

21. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli 28 nömrəli Bakı şəhəri üzrə X7 Komitəsinin razılıq məktubu ilə bağlı məsələ məhkəmə iclasında müzakirə edilmiş, hətta məktubun verilməsinə əsas olan xidməti məruzə adlı sənədlə əlaqədar müvafiq sorğu verilsə də, eyni prosessual hərəkəti iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərlə bağlı həyata keçirməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qətnamə qəbul edərkən iş üzrə tədqiq edilməyən sübutlara əsaslanmışdır. Belə ki, təqdim edilməyən kimi sadalanan sənədləri əldə etmək və yaxud təşkilatın üçüncü şəxs qismində icraata cəlb etmək imkanı olduğu halda bu prosessual hərəkətlərdən heç birini etməmiş, həmin hissədə hər hansı araşdırma aparmamışdır.

22. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir ki, hazırki vəziyyətdə də Bakı şəhəri üzrə X7 Komitəsi tərəfindən belə bi r razılıq verilmişdir və istinad edilən normaların tələbləri baxımından iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlərin təqdim edilməsi məcburi olmamışdır. Bu səbəbdən həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur.

23. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntuların da mövcudluğu işin halları ilə öz təsdiqini tapmış, həmçinin mübahisələndirilən əmrdə də həmin halları özündə əks etdirən Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə qeyd işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. G öründüyü kimi birinci instansiya məhkəməsi əmək mübahisəsinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 9, 15, 45, 47, 70, 71, 72, 80, 83, 186, 289, 292 və 300-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, işin hallarından da məlum olduğu kimi mübahisləndirilən Əmrin verilməsinə əsas kimi xx.xx.2024-cü il tarixli “Fondun əməkdaşının intizam tə nbeh tədbirinin tətbiq edilməsi haqqında” xidmət məruzəsi və Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Bakı şəhəri üzrə X7 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Lakin X7 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir.

27. Əlavə olaraq qeyd olunmalıdır ki, iş materiallarından da məlum olduğu kimi cavabdeh tərəflə iddiaçı arasında bağlanmış Əmək Müqaviləsindən də göründüyü kimi Müqavi ləni İşəgötürən kimi DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov imzalamışdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndində işəgötürənə belə anlayış verilmişdir: İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Fondun Nizamnaməsinin 4.11.11-ci bəndinə əsasən intizam tənbehi tədbirlərinin görülməsi İdarə Heyətinin sədrinin səlahiyyətindədir. İddiaçının tutduğu vəzifədən azad edilməsi barədə Əmr isə İdarə Heyətinin sədr müavini tərəfindən imzalanmışdır. X16 imzalayan şəxsin müvafiq Əmri imzalamaq səlahiyyətinin olubolmaması da məlum deyildir. Əmrin özündə bu barədə hər h ansı bir qeyd yoxdur. Eləcə də cavabdeh tərəfindən Əmri imzalayan şəxsin müvafiq Əmri imzalamaq səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Apellyasiya məhkəməsi qeyd olunan normalara istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaq əvəzinə, apellyasiya şikayətini təmin etmiş, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə ə məl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sər xoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş ye rində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X3 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müd dətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutu lmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 292-ci maddəsinin 3-cü hissəsinə əsasən pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 1-ci hissəsinə dair qeydə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar iş ləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddiaçının kassasiya şikayətinin dəlilləri iddiaya ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla və tərəflər arasında münasibət yaranan zaman qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət v erilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

33. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

34. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-836/2025 nömrəli iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar