Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1494/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, mülkiyyətin müdafiəsi) 19.04.2021 Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)51/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Zaqatala rayonunun Kəpən əkçi kəndində yerləşən 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X2, xxxnun və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xxx 17 iyun 1996-cı il tarixdə, X3 isə 12 mart 2010-cu il tarixdə vəfat etmişlər. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qardaşlarıdırlar. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 12 dekabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı ümumi birgə mülkiyyətinə 2,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi işlənilmişdir. Bundan məhkəmə predmeti olaraq İddiaçı DƏDRX-nin seriya RX ******* nömrəli 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq (çoxillik əkmələr) sahəsi dir. İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş DƏDRX-in seriya RX ******* nömrəli Çıxarışda göstərilən 1,0226 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh2 0,1732 ha hissəsini, Cavabdeh1 isə 0,1633 ha hissəsini istifadə edirlər. İş üzrə “xxxx” MMC tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 27 avqust 2020-ci il tarixli rəyinə əsasən iddiaçıya məxsus hər iki torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir və onlar arasında məsafə 5332 metr təşkil edir. Tərəflərin iştirakı ilə ekspertiza baxışı zamanı iddiaçıya məxsus RX seriyalı ******* nömrəli çıxarış və A seriyalı 321830 nömrəli plan ölçü sənədlərində olan koordinatlar üzrə 1,0226 ha olan torpaq sahəsində cavabdehlər tərəfindən hər hansı bir vasitə ilə (çəpər, hasar) məhdudlaşdırma halına rast gəlin məmişdir. Lakin baxış zamanı Cavabdeh2 bildirmişdir ki, “Biz də, (yəni özü və qardaşı Cavabdeh1) bu 1,0226 ha torpaq sahəsindən pay istəyirik”. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən onun və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən iddiaçının və ailəsinin mülkiyyətinə 2,84 ha torpaq payı verilmişdir. İddia çının atası xxx 17 iyun 1996-cı ildə, anası X3 16 mart 2010-cu ildə vəfat etmişlər. Onların sağlığında və ölümüdən sonrada təsərrüfatın üzvü olduğu üçün həmin torpaq sahəsindən iddiaçı və ailəsi istifadə etmişlər. Cavabdeh1 torpaq islahatınadək Kəpənəkçi kəndində qeydiyyatdan çıxaraq, başqa yerə daimi yaşamağa getdiyi üçün onun adına Kəpənəkçi kəndində torpaq payı verilməmişdir. Sonuncu xxx yaşadığı üçün, ona və ailəsinə həmin yerdə torpaq payı verilmişdir. Digər Cavabdeh2 uzun illər Rusiya Federasiyasında yaşamış və oranın vətəndaşı olduğu üçün ona islahatla əlaqədar torpaq payı verilməmişdir. Cavabdehlər heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahəsini ələ keçirərək bildirmişlər ki, ata-analarından qalan payı istifadə etməlidirlər. Cavabdehlər artıq 7-8-ildir k i, pay torpaq sahəsindən qanunsuz istifadə etməklə, iddiaçının istifadə hüquqlarını pozurlar. Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi ilə (hakim E.H.Məmmədov) iddia təmin edilmiş, Zaqatala rayonu AİK-ın 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarına əsasən İddiaçı və ailəsinin mülkiyyətinə verilmiş 2,84 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququnun təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində hər hansı hüququn (istifadə, mülkiyyət və s.) olmasını təsdiq edən sübut yoxdur. b) Apellyasiya i nstansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-51/2020 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 20 fevral 2019cu il tarixli, 2(033)-74/2019 nömrəli qətnaməsi iddianın Cavabdeh1 aid təmin edilmiş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarş ı “torpaq sahəsindən çıxarılma və onun istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası Cavabdeh1 aid hissədə təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən 1,0226 ha torpaq sahəsinin 1/2 hissəsi iddiaçı və cavabdehlərin valideynlərinin mülkiyyətində olduğundan, ataları xxx öldükdən sonra ondan miras qalmış hissəni anaları X3 qəbul etdiyindən və ölməmişdən əvvəl həmin sahədən cavabdehlərin hər birinə təqribən 0,160,17 ha torpaq sahəsində yerləşən 20 ədəd fındıq kolu verdiyindən, cavabdehlərin X2 ölümündən sonra da, həmin sahədən istifadə etdiyindən və fındıq məhsulunu yığdıqlarından, bununla da, onların valideynlərindən miras qalmış təqribən 0,51 ha torpaq sahəsini miras kimi iddiaçı ilə birlikdə qəbul etdiklərindən, Cavabdeh1 istifadə etdiyi torpaq sahəsinin ölçülərinin 0,1633 ha olması mütəxəssis rəyi ilə müəyyən edildiyindən, cavabdeh özünün miras kimi qəbul etdiyi çoxillik əkmələrin yerləşdiyi torpaq sahəsindən istifadə edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-51/2020 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflərin anaları X3 vəfat etdikdən sonra mirası iddiaçı qəbul etmiş, sonuncu miras əmlakın taleyi ilə bağlı heç bir söz deməmiş, vəsiyyətnamə qoymamışdır. Cavabdeh1 həmin zaman xxx yaşamış və mirası qəbul etməsinə dair sübut verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, Cavabdeh2 və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədə n müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyət çinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparıl an daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölü mündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əs asən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt a pellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnam ədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli torpaq sahəsinin iddiaçının, onun həyat yoldaşının, habelə tərəflərin ana və atalarının adların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz halıdır. Həmçinin mübahisəsiz olaraq müəyyən olunur ki, həmin torpaq sahəsinin bir hissəsi cavabdehlərin istifadəsindədir. İddiaçı cavabdehlərin torpaqdan sahiblik və istifadələrinin qanunsuz olduğunu iddia edərək, onların həmin sahədən çıxarılmasını tələb etmişdir. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, cavabdeh-apellyator Cavabdeh1 torpağın valideynlərindən miras qalmış hissəsindən istifadə etdiyi üçün iddia əsassızdır. Lakin iş materiallarından müəyyən olunur ki, cavabdehin Mülki Məcəllənin 1243-cü maddəsində göstərilən üsullardan hər hansı biri ilə mirası qəbul edilməsinə dair hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamış və mirasın qəbul edilib-edilməməsi, bununla bağlı qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavabdeh tərəfindən riayət edilməsi ümumiyyətlə hazırki mübahisənin predmetini təşkil etməmiş, məhkəmə isə gəldiyi nəticəni əsaslandırmaq üçün buna dair müvafiq maddi hüquq normalarına ist inad etməmişdir. Əksinə, müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində cavabdehin hər hansı hüququ qeydə alınmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmədiyindən ona münasibətdə araşdırma aparılmamışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində iddianı apelyatora münasibətdə rədd etməklə yanaşı, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bununla da, apellyasiya icraatı qaydasında birinci instansiya məhkəməsinin qətnaməsinə tamlıqla, apellyasiya şikayəti verməmiş tərəflərə aid hissədə də hüquqi qiymət verilmişdir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2020-ci il tarixli, 2(107)-51/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1494/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1494/2021
19.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver