Məhkəmə qərarları › İş №2(102)-1495/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1495/2019

04.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1495/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102) - 1495/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı *** ASC-nin vəkili ***nun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 2(107)-2289/2018 nömrəli qətnaməsindən İddiaçı *** ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı *** ASC cavabdehlər Cavabdeh1, X1, X2 və Cavabde h4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı *** ASC-in xeyrinə 05 aprel 2016-cı il tarixli 00330/NF/16 nömrəli kredit müqaviləsinə əsasən, 86.495,00 ABŞ dolları əsas, 30.279,11 ABŞ dolları hesablanmış faiz və 52.415,97 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 169.190,08 ABŞ dolları kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmeti olan *** küçəsində yerləşən Cavabdeh1 mülkiyyətindəki 0,06 ha torpaq sahəsində 2 mərtəbəli, 7 otaqlı, 208,6 m2 yaşayış sahəsindən ibarət 6 nömrəli fərdi yaşayış evinin 60.000 manat qiymətləndirilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və həmin fərdi yaşayış evindən Cavabdeh1, ***, *** və Cavabdeh4 çıxarılması və onun boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəb ələ Rayon Məhkəməsinin (hakim V.Sadıqov) 21 iyun 2018-ci il tarixli, 2(025)-32/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsi üzrə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 86.495,00 (səksən altı min dörd yüz doxsan beş) ABŞ dolları əsas, 9.681,37 (doqquz min altı yüz səksən bir dollar 37 sent) ABŞ dolları faiz və 2.620,79 (iki min altı yüz iyirmi dollar 79 sent) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 101.797,16 (bir yüz bir min yeddi yüz doxsan yeddi dollar 16 sent) ABŞ dolları məbləğində kredit borcunun, eləcə də 30 manat dövlət rüsumunun İddiaçı *** ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının (hakimlər G.Q.Abbasov, R.R.Rəfiyev və E.Ş.Hüseynov) 24.10.2018-ci il tarixli, 2(107)-2289/2018 nömrəli qətnaməsi ilə İddiaçı *** ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı *** ASC vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı *** ASC vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qanunveri ciliy qanuna zidd olmayan istənilən müqavilənin bağlanmasını tanıyır, habelə müqavilənin adındakı hərfi mənaya yox, onun məzmununa, bu məzmunun qanunvericiliyin tələblərinə uyğunluğuna diqqət yetirilməli olmasını vurğulayır. Məhkəmə ipotekaya əlavə əqdləri etibarsız adlandırmışdır, lakin əqdlərin qanunla müəyyən edilmiş hansı etibarsızlığı şərtinə əsaslandığını göstərməmişdir. Göstərə də bilməzdi, çünki etibarsızlığa əsas yoxdur. Məhkəmə “İpoteka haqqında” qanunun 9-cu maddəsinin, habelə Mülki Məcəllənin eqdlərin etibarsızlığına dair normlarmı mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, birincisi, əsas öhdəliyin həcmi kredit müqaviləsinin sayı ilə məhdudlaşdırılmır. Yəni, eyni subyektlər arasında müxtəlif vaxtlarda bir neçə kredit verilməsinin əsas öhdəlik anlayışına daxil olmamasına də lalət edən norma mövcud deyildir. İkincisi qanunvericiliyə zidd olmayan razılıq tərəflər üçün hüquqi nəticə yaradır. Yəni, müqavilənin adının necə adlandırılmasından asılı olmayaraq, mahiyyətindən və məzmunundan görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və müvafiq əmlak qanunvericiliyə zidd olmayaraq, həmin kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Üçüncüsü, reyestr məlumatlarının həqiqiliyi prezumpsiyasına görə, yüklülük dövlət qeydiyyatına alınıbsa, onun doğruluğu prezumpsiyası vardır. Dördüncüsü, məhkəmə qətnamədə qeyd edir ki, güya faktiki münasibətlər sonrakı ipoteka münasibətləri olduğuna görə ipotekaya əlavə bağlana bilməzdi və güya sonrakı ipoteka müqaviləsi bağlanmalı idi. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələblərindən göründüyü kimi, sonrak ı ipotekadan o halda söhbət gedə bilərki, iki və ya daha çox ipotekasaxlayan subyekt mövcud olsun (növbəlilik, razılıq və s.). Bu mübahisəli münasibətlərdə isə yalnız 1 ipotekasaxlayan var “İddiaçıbank” ASC (iddiaçı). Digər tərəfdən, lap sonrakı ipoteka müqaviləsi eyni ipoteka saxlayana münasibətdə də mövcu ola bilirsə, o zaman elə adı qanunvericiliyə zidd olmayan ipoteka müqaviləsinə əlavə sonrakı ipoteka müqaviləsinin bütün tələblərinə cavab verir - bu mövqe Ali Məhkəmənin 18 iyul 2018-ci il tarixli, 2(102)-4841/2018 saylı qərarının 7-ci səhifəsində də öz təsdiqini tapmışdır. İpoteka müqaviləsinə belə əlavənin qanuniliyi Ali Məhkəmənin 20 aprel 2018 ci il tarixli, 2(102)- 2659/2018 saylı qərarında da müəyyən edilmişdir. Qanunla müəyyən edilmiş formada, notariat qaydasında təsdiqlənməklə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə bağlanmış müqaviləni və yaranmış yüklülüyü onun etibarlılığı mübahisələndirilmədən, bu barədə məhkəmə aktı olmadan etibarsız adlandırmaqda məhkəmə haqlı olmamışdır. Məhkəmə Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən: Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkə mə iclasında iştirak edən iddiaçının vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 24.10.2018-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsini borcun ipoteka predmetinə yönəldilməsinə dair iddianın rədd edilməsi hissəsində dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən, ”İddiaçıbank” ASCin «Nizami» filialı tərəfindən Cavabdeh1 evin təmiri məqsədilə illik 15 % dərəcəsi ilə 96 ay müddətinə 86.495,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə, şərtləndiri lmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün borcludan kreditin qalıq məbləğinin 0,2 % həcmində dəbbə pulu, müqavilənin 5.5-ci bəndinə əsasən isə faizlərin ikiqat tutulması nəzərdə tutulmuşdur. 15.09.2011-ci il tarixli MZ/PB-722/09/11 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 ilə “İddiaçıbank” ASC-in «Mərkəz» filialı arasında bağlanmış 15.09.2011-ci il tarixli MZ/PB-722/09/11 nömrəli kredit müqaviləsi üzrə illik 23 faizlə 18 ay müddətinə 38.000,00 manat və 15.09.2011-ci il tarixli MZ/PB-722/09/11/PK nömrəli kredit müqaviləsi üzrə illik 30 faizlə 24 ay müddətinə 2.000,00 min manat məbləğində kreditlərin təminatı olaraq daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəl i Çıxarışa əsasən Cavabdeh1 məxsus *** küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı, 208,6 m2 yaşayış sahəsindən ibarət 6 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə əlavə yüklü edilmişdir. 05.04.2016-cı il tarixli «15.09.2011-ci il tarixli MZ/PB-722/09/11 nömrəli ipoteka müqaviləsinə 06 nömrəli əlavə»yə əsasən, müqavilənin predmeti Cavabdeh1 ilə əvvəl bağlanmış kredit müqaviləsinin təminatı olaraq bu müqavilənin 2-ci bəndində göstərilən ipotekanın predmetinin (*** küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı, 208,6 m2 yaşayış sahəsindən ibarət 6 nömrəli fərdi yaşayış evi) onunla bağlanmış 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən illik 15 faizlə 96 ay müddətinə 86.495,00 ABŞ dolları məbləğin də aldığı kredit üzrə öhdəliklərin icrasının təmin edilməsidir. 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə hesab olunan ödəniş cədvəlinə əsasən, Cavabdeh1 kredit borcunu 11.05.2016-cı ildən başlayaraq hər ay 1.552,19 ABŞ dolları, sonuncu ay isə 1.551,82 ABŞ dolları ödəniş etməklə 96 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən, (reyestr nömrəsi – **********17-10301; qeydiyyat nömrəsi – 190702670; qeydiyyat tarixi – 01.06.2007-ci il) *** küçəsindəki 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏD RX-in 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsi üzrə verilmiş 86.495,00 ABŞ dolları məbləğində kreditin təminatı olaraq Cavabdeh1 məxsus *** küçəsində 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı, 208,6 m2 yaşayış sahəsindən ibarət 6 nömrəli fərdi yaşayış evi “İddiaçıbank” ASC-in «Nizami» filialının xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2016-cı il aprelin 13-də ********** nömrəli qeydiyyat aparılmışdır. 10.03.2017-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsi üzrə 86.495,00 ABŞ dolları əsas, 30.279,11 ABŞ dolları hesablanmış faiz və 52.415,97 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 169.190,08 ABŞ dolları kredit borcu vardır. DƏDRX-in 9 saylı Ərazi İdarəsindən götürülmüş arxiv sənədləri və Qəbələ Notariat Kontorundan götürülmüş notariat işlərindən müəyyən olunur ki, “İddiaçıbank” ASC-in «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya evin təmiri məqsədilə illik 15 % dərəcəsi ilə 96 ay müddətə 86.495,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə tərəflər arasında bağlanmış 15.09.2011-ci il tarixli MZ/PB-772/09/11 nömrəli ipoteka müqaviləsinə 05.04.2016-cı il tarixli 06 nömrəli əlavə ilə MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 məxsus *** küçəsində 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı, 208,6 m2 yaşayış sahəsindən ibarət 6 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə əlavə yüklü edilmişdir. “İddiaçıbank” ASC-in nümayəndəsinin izahat şəklində birinci instansiya məhkəməsinə təqdim etdiyi 10.08.2017-ci il tarixli arayışa əsasən, Cavabdeh1 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsi üzrə 86.495,00 ABŞ dolları əsas, 30.279,11 ABŞ dolları faiz və 52.415,97 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 169.190,08 ABŞ dolları kredit borcu vardır və həmin kreditdən başqa heç bir kredit borcu yoxdur. Cavabdeh1 adına olan hesabdan çıxarışdan müəyyən olunur ki, o, 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsi üzrə 25.04.2016-cı ildə 500 ABŞ dolları, 29.04.2016-cı ildə 600 ABŞ dolları, 13.05.2016-cı il də 600 ABŞ dolları və 16.05.2016-cı ildə 800 ABŞ dolları olmaqla, cəmi 2.500,00 (iki min beş yüz) ABŞ dolları məbləğində ödənişlər etmişdir ki, onların da hamısı faiz borcuna silinmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən, iqtisadçı-mühasib *** tərəfindən təqdim edilmiş arayışa əsasən, illik 15%-lə verilmiş 86.495 ABŞ dolları məbəğində kreditin 05.04.2016-cı ildən 10.03.2017-ci ilədək hesablanması qaydası aşağıdakı kimidir: 86.495 ABŞ dolları *15% / 360 = 36,0395 (gündəlik faizin məbləği) * 338 (05.04.2016-cı il – 10.03.2017-ci ilədək olan müddət) 12.181,37 (on iki min bir yüz səksən bir dollar 37 sent). Təhlilin nəticələrindən belə qənaətə gəlmək olur ki, əsas məbləğ olan 86.495 ABŞ dollarına (əgər əsas məbləğdən heç bir ödəniş olmamışdırsa) illik 15% şərtilə verilən kreditin 05.04. 2016-cı il tarixdən 10.03.2017-ci il tarixədək olan müddətə hesablanan faiz məbləği 12.181,37 ABŞ dollarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyəəsasənbirşəxs (borclu) başqaşəxsin (kreditorun) xeyrinəmüəyyənhərəkətietməlidir,məsələn pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyənhərəkətdənçəkinməlidir, kreditorunisəborcludanözvəzifəsininicrasınıtələbetməkhüququvardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtl ərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427cimaddəsinəəsasən,əgəröhdəlikonunicrasıgününüvəyaicraedilməliolduğuvaxtdövrününəzərdətutur savəyamüəyyənləşdirməyəimkanverirsə,öhdəlikhəmingünvəyabucürdövrərzindəistənilənanicraedil məlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1cimaddəsinəgörə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsiborclununicr anıgecikdirməsisayılır. 448.1-ci maddəsinə əsa sən, borclu onun risjk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-cimaddəsindəgöstərilir ki,özgəninpulvəsaitiniqanunsuzsaxlamaqla, onuqaytarmaqdanboyunqaçırmaqla, onunödənilməsinidigərşəkildəgecikdirməkləvəyabaşqaşəxsinhesabınapulvəsaitiniəsassızəldəetmə kləvəyatoplamaqlaondanfaydalanmağagörəhəminvəsaitin məbləğindən faizlərödənilməlidir. 449.4-cümaddəsinəəsasən,özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirak çılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, Cavabdeh1 əsas borc üzrə 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən, 86.495,00 ABŞ dolları məbləğində kredit borcu aşkardır və onun mübahisə doğurmayan öhdəliklərinə aiddir. Odur ki, iddiaçı əsas borc məbləği üzrə həmin məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin: 460-cı maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Qanunun mənasına görə, müqavilədə öhdəliklərin icrasının digər üsulları da nəzərdə tutula bilər, ancaq bu, borclunu ağır şərt qarşısında qoymamalı, birtərəfli mənfəətə xitmət etməməlidir. 420.1.5-ci maddəsinin tələbinə görə, təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfə müqavilənin digər tərəfindən çəkilmiş xərclər üçün tənasübsüz surətdə yüksək əvəz (çəkilmiş xərclərin tənasübsüz surətdə yüksək əvəzi) tələb etmək hüququ verən müddəalar etibarsız sayılır. 420.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 05.04.2016-cı il tarixli *** nömrəli kredit müqaviləsi üzrə 2016-cı il aprelin 05-də 86.495,00 ABŞ dolları məbləğində kredit götürüb, həmin borcu 2016-cı il mayın 11-dən başlayaraq, hər ay 1.552,19 ABŞ dolları, sonuncu ay isə 1.551,82 ABŞ dolları ödəniş etməklə 96 ay müddətində hissə-hissə (annuitet qaydada) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı *** ASC-nin təqdim etdiyi Cavabdeh1 hesabından çıxarışdan ayd ın olur ki, o, əsas borcundan heç bir ödəniş etməmiş, yalnız dörd dəfəyə cəmi 2.500,0 ABŞ dolları məbləğində faiz ödənişləri etmişdir. Verilmiş 86.495,00 ABŞ dolları məbləğində kreditin gündəlik faizləri 36,0395 ABŞ dolları (86.495x15%/360=36,0395), həmin faizlərin hesablanmalı olduğu müddət isə 338 gün, yəni kreditin verildiyi gündən (05.04.2016) maliyyə arayışının tərtib olunduğu günədək (10.03.2017) olduğu müəyyən edilir ki, bu da 12.181,37 ABŞ dolları (36,0395x338) təşkil edir. Həmin məbləğdən də həmin müddət ərzində ödənilmiş 2.500,00 ABŞ dollarını çıxdıqda, Cavabdeh1 ödənilməmiş qalan faiz borcunun 9.681,37 ABŞ dolları məbləğində olduğu müəyyən olunur. Eyni zamanda tətbiq olunmuş dəbbə pulunun məbləği ilə bağlı Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq ilk aylardan C avabdeh1 ödənişləri tam olaraq dayandırdığı halda, iddiaçı məhkəməyə müraciət etmək əvəzinə, uzun müddət gözləmə mövqeyində qalmışdır ki, bu da borcluya tətbiq olunan dəbbə pulunun süni surətdə şişməsi ilə nəticələnmişdir. Halbuki, bank rəhbərləri, kredit öhdəlikləri icra edilmədikdə və ya lazımi qaydada icra edilmədikdə, təcili olaraq kreditin vaxtından əvvəl geri qaytarılması üçün zəruri olan bütün tədbirləri görməyə borcludurlar. Məhkəmə kollegiyası tələb olunan cərimənin məbləğinin həddən artıq yüksək olması haqqında birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bunları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditor un həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdə dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi düzgün olaraq, dəb bə pulunun azaldılaraq tələb olunan dəbbə pulunun 5 faizi həddində, yəni 2.620,79 ABŞ dolları məbləğində saxlanılmasını qət etmişdir. Dəbbə pulunun həmin məbləğdə müəyyən edilməsi daha məqsədə müvafiqdir və bununla da borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin faiz borcu və cərimənin məbləği ilə bağlı gəldiyi qənaəti tətbiq ediləın maddi hüquq normaları baxımından qanuni hesab edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Cavabdeh1 ilə bağlanmış «06 nömrəli əlavə» mahiyyət etibarılə heç də 15.09.2011-ci il tarixli MZ/PB-772/09/11 nömrəli ipoteka müqaviləsinə əlavə mənasını daşımamışdır. Həmin əlavənin məzmunu və mahiyyəti hə r hansı müqaviləyə əlavə və dəyişikliyi nəzərdə tutmamış, əvvəlki öhdəlikdən asılı və bağlı olmayan müstəqil öhdəliyin təminatı xarakterini daşımışdır. Halbuki, hər hansı ipoteka müqaviləsinə əlavə edilməsi barədə yeni müqavilə ilə ipoteka predmetini başqa öhdəliyin təminatına məruz qoymaq olmaz. Bu halda tərəflər arasında sonrakı ipoteka müqaviləsi (əgər əvvəlki kredit öhdəliyi hələ icra olunmamışdırsa) və ya yeni ipoteka müqaviləsi (əgər əvvəlki kredit öhdəliyi artıq icra olunmuşdursa) bağlana bilərdi. İpoteka müqaviləsi özü müstəqil əqd deyil və əsas öhdəliyin təminatı qismində çıxış edir, ona görə də əsas öhdəliyə hər hansı əsasla xitam verildiyi halda ipotekaya da xitam verilir. Qanunverici «İpoteka müqaviləsi» və «Sonrakı ipoteka müqaviləsi» formalarını tanıyır. Birinci halda ipoteka müqaviləsi əsas öhdəliyi təmin etmək məqsədilə, ikinci halda isə hər hansı ipoteka predmeti əlavə olaraq başqa müstəqil öhdəliyin təminatı kimi çıxış etdikdə yazılı formada bağlanır. «İpoteka müqaviləsinə əlavə» adı ilə ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinə yol verilmir. Düzdür, ipoteka müqaviləsiə əlavə və dəyişikliklər edilməsi yolveriləndir, ancaq bu, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdiyi, əsas öhdəlik üzrə tələb hüququ başqa şəxsə keçdiyi, ipoteka predmeti dəyişdirildiyi və ipoteka predmeti özgəninkiləşdirildiyi təqdirdə mümkündür. Hazırki işdə isə göstərilən xüsusatların heç biri mövcud deyil və tərəflər arasında bağlanmış 06 nömrəli əlavənin 15.09.2011-ci il tarixli MZ/PB-772/09/11 nömrəli ipoteka müqaviləsinə aidiyyəti yoxdur, onların bağlılığı yalnız predmet baxımında eynidir. Beləliklə, məhkəmə hesab edir ki, bir tərəfdən, 15.09.2011-ci il tarixli MZ/PB772/09/11 nömrəli ipoteka müqaviləsinə 06 nömrəli əlavə qanunun tələbləri baxımından düzgün tərtib olunmamamış, digər tərəfdən isə 15.09.2011-ci il tarixli kredit müqavilələri üzrə mövcud borclar bağlandığı andan onların təminatı qismində çıxış etmiş ipoteka müqaviləsi üzrə iptekaya da xitam verilmişdir. Odur ki, məhkəmə Cavabdeh1 bununla bağlı etirazını əsaslı hesab edib, belə qənaətə gəlir ki, 15.09.2011-ci il tarixli MZ/PB-772/09/11 nömrəli ipoteka müqaviləsinə 06 nömrəli əlavənin bu iş üçün əhəmiyyəti yoxdur, o, etibarsızdır və həmin əlavəyə istinad etmək yolverilməzdir.” Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə görə, qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliyini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 48.1.2-ci maddəsinin tələbinə görə isə əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 419.2-ci maddəsinin tələbinə görə, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə görə, ə gər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinin tələbinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya instansiyası məhkməsi yuxarıda sadalanan normalara istinad etməklə qeyd etmişdir ki, əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir və bunun üçün əlavə hər hansı addım atmağa ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər müqavilə bağlamaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını və yuxarıda sadalanan qanunvericilik normaları ilə əlaqəli şəkildə araşdıraraq hesab etmişdir ki, 15.09.2011-ci il tarixli MZ/PB-772/09/11 nömrəli ipoteka müqaviləsinə 06 nömrəli əlavənin bu iş üçün əhəmiyyəti yoxdur, o, etibarsızdır və həmin əlavəyə istinad etmək yolverilməzdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsi nin yuxarıda gəldiyi nəticə ilə razılaşmayaraq, hesab edir ki qətnamənin qəbulu zamanı maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən qətnamə mübahisələnidirilən hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hə rfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, mülki qanunvericilik əqdləri təfsir edərkən onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirməli, eyni zamanda müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə almalıdır. Buna baxmayaraq, aşağı instansiya məhkəmələri ipoteka müqaviləsinin adında “əlavə” sözunun olmasına istinad etməklə bu müqavilənin məzmununu tədq iq etmədən onu hərfi mənada təfsir edərək, borc üzrə tutmanın bu müqavilə üzrə əmlaka yönəldilməsinin mükünsüzlüyü ilə bağlı qənaətə gəlmişlər. Eyni zamanda qeyd edilməlidir ki, aşağı instansiya məhkəməsi tərəflərin müqavilənin bağlanmasından sonrakı hərəkətləri qismində bu müqavilənin müstəqil müqavilə kimi müvafiq qaydada notarial qaydada təsdiq edildiyini, habelə daşınmaz əmlakın dövlət reyestrində əlavə dövlət qeydiyyatına alındığını da müqaviləni təfsir edərkən nəzərə almamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edi ldiyi gündən 3 iş günü müddətində aparılır. Hazırki halda da, ipotekanın əlavə dövlət qeydiyyatının əsası kimi maddi hüququ normasının tələbi baxımından əsas öhdəliyin dəyişib-dəyişmədiyinə qiymət vermək lazimdir. Bununla yanaşı, kollegiya qeyd edir ki apellyasiya instansiyası məhkəməsi tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq tərfələrin qanunla qadağan edilməmiş istənilən əqd bağlamaqla bağlı hüquqlarının olmasını da diqqətdən kənarda saxlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Digər tərəfdən qeyd edilməlidir ki, sonrakı ipo teka müqaviləsi ilkin ipoteka müqaviləsinin ipoteka qoyan tərəfindən fərqli tərəflə bağlanmasını ehtiva etdiyi halda, əlavə ipoteka müqaviləsi kassatorun bildirdiyi kimi eyni tərəflə bağlanmasını mümkün edir. Odur ki, qeyd edilən müddəaların tətbiqi işin faktiki hallarına həmin müddəaların tələbləri baxımından qiymətin verilmısini tələb etdiyindən kollegya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir, faiz və cərimə borcunun tutulması tələbi hissəsində qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki K***giyasının 24.10.2018-ci il tarixli, 2(107)2289/2018 nömrəli qətnaməsi borc üzrə tutmanın ipotekaya yönəltmə hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin, işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə faiz borcunun və cərimənin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə dü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar