Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1495/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3049/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3251/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.B.Məmmədov) İ ddiaçı Əhməd oğlunun Cavabdeh1 və digərlərinə qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə ilk iddia ərizəsi təmin, Cavabdeh1 Musa qızının İddiaçı Əhməd oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş evdən bərabər payların müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi rədd edilərək, xxx dən cəmi 30.000 manat kompensasiya məbləğinin tutularaq Cavabdeh1 10.000 manat, Cavabdeh2 10.000 manat və Cavabdeh3 10.000 manat pulun verilməsi və bu məbləğ ödənildikdən sonra onların Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71ci məhəllədə yerləşən 24 saylı evdən istifadə hüquqlarına xitam verilməsi qət edilib. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3049/201 9 saylı qətnaməsi ilə (hakimlər E.G.Rəhimov sədrlik edən, məruzəçi, G.F.Tağızadə və T.O.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdehlər qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, xxx, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə ilk iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, cavabdehlərin hər birinə 10.000 manat kompensasiya verilməklə onların Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən 24 saylı evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, sözügedən ev onun mülkiyy ətindədir. Cavabdeh1 onun keçmiş arvadı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə yetkinlik yaşına çatmış övladlarıdır. Onlar mübahisəli evdə əvvəllər birgə yaşasalar da, hazırda bu, mümkün deyil. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 isə məhkəmədə xxx ə qarşı “birgə nikah dövründə əldə edilmiş evdən bərabər payların müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən 24 saylı evə olan bərabər paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, xxx lə 1986-cı ildə rəsmi nikah əsasında ailə qurublar və birgə nikahlarından iki uşaqları doğulub. Ailə qurduqdan qısa müddət sonra sözüg edən evi satın alıblar və alqı-satqı müqaviləsinə əsasən ev mülkiyyət hüququ üzrə xxx in adına qeydə alınıb. Müəyyən müddət keçdikdən sonra, xxx işləmək üçün Rusiya Federasiyasına gedib və orada yaşamağa başlayıb. xx xxx 2010-cu ildə xxx lə aralarında bağlanmış nikah pozulub. X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, qızı Cavabdeh2 və oğlu Cavabdeh3 10.000 manat kompensasyia verilməklə yaşadıqları evə olan istifadə hüquqlarının itirlməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisəli evi birgə nikah dövründə əldə ediblər. Ona görə də həmin ev aralarında bərabər paylar üzrə bölünməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı xxx, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların vəkili xxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli evin mülkiyyət hüququ üzrə xxx in adına qeydə alınmasına, 1986-cı ildə nikaha girdikdən 1 ay sonra Cavabdeh1 göstərilən ölçüdə daçınmaz əmlakı xxx lə birgə vəsaiti hesabına əldə etmələrinə dair dəlilinin ağlabatan görünməməsinə, qarşılıqlı iddia ərizəsinin qanunla nəzərdə tutulmuş müddət daxilində qaldırılmamasına və beləliklə də birinci instansiya məhkəməsinin əsaslandırmasını qanuni hesab etməsinə istinad edib və hüquqi mövqeyini Ailə Məcəlləsinin 34.1, 36.9-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və oby ektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, tərəflər 1986-cı ilin avqust ayında rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından xx xxxxxx 1986-cı il tarixdə x, xx xxxx 1988-ci il tarixdə x adlı iki uşaqları doğulub. xx xxxxxxxx 1986-cı il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xx Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 109,54 kv.metr, yaşayış sahəsi 41,36 kv.metr, köməkçi sahəsi 68,18 kv.metr olan 24 saylı evi 15.000 rubla xxx ə satıb və həmin müqaviləyə əsasən ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Bundan sonra, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi ilə X2 Musayevaya qarşı “nikahın pozulması” barədə iddiası təmin edilərə k, tərəflər arasında 1986-cı ilin avqust ayında bağlanmış nikah pozulub. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2010-cu il tarixdə 312 nömrə ilə qeydiyyat aparılıb və xxx in adına “Nikahın pozulması haqqında” xx xxxxxxx 2018-ci il tarixli Şəhadətnamə verilib. X3 nikahları məhkəmə qətnaməsi ilə pozulduqdan sonra da keçmiş arvadı Cavabdeh1 iki övladları ilə birlikdə mübahisəli evdə yaşamaqda davam etdiklərini, lakin hazırda onlarla bir evdə yaşamasının qeyri-mümkün olduğunu göstərib, hər birinə 10.000 manat olmaqla, cəmi 30.000 manat kompensasiya ödənilməklə keçmiş arvadı Cavabdeh1 və övladları Cavabdeh2 və Cavabdeh3 evdən istifadə hüquqlarına xitam verilməsini iddia edir. Cavabdeh1 isə, sözügedən evin xxx lə birgə nikahı dövründə ümumi gəlirləri hesabına s atın alınmasını əsas tutub, həmin evdən paylarının bərabər hesab edilməsini iddia edir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb əvvəla, qeyd edir ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Başqa sözlə, Mülki Məcəllədə, Ailə Məcəlləsində və digər qanunvericilik aktlarında ər və arvadın əmlakının hüquqi vəziyyəti, onların əmlakla bağlı hüquq və vəzifələri əmlakın qanuni rejimi hesab olunur. Ailə qanunvericiliyinin tələblərinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz ədlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti, yəni ər-arvadın hər birinin əmla kı hesab edilir (Ailə Məcəlləsinin 34.1-ci maddəsi). Lakin, hər hansı bir əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni vaxta olması zəruridir: birincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; ikincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Maddənin mənasına görə, ikinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Eyni hüquqi mövqe, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1, 5, 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında da təsbit edil ib göstərilib. Həmin Qərarda qeyd edilir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbinə əsasən, əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni vaxtda, yəni əmlakın ər-arvadın nikahı müddətində əldə olunması; əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə edilməsi tələb olunur. Hazırki halda mübahisəli evin tərəflərin birgə nikahı dövründə əldə olunması və həmin evin daşınmaz əmlakın dövlət reysetrində mülkiyyət hüququ üzrə xxx in adına qeyd alınması işin mübahisə olunmayan halıdır, tərəflər özləri də ilk və qarşılıqlı iddia ərizələrində, izahatlarında bu halı inkar etməmişlər. Tərəflər arasında əslində sözügedən evin ər-arvadın ümumi gəlirləri hesabına satın alınması, əldə olunması ilə bağlı fikir ayrılığı, mübahisə vardır. xxx ilk iddia ərizəsində, izahatında m übahisəli evi Cavabdeh1 ilə ümumi gəlirləri hesabına deyil, şəxsi vəsati hesabına əldə etdiyini, həmin evin onun ayrıca mülkiyyətində olduğunu və Cavabdeh1 evdə yalnız istifadə hüququ olduğunu iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. İşə baxan məhkəmələr isə, 1986-cı ildə nikaha girdikdən 1 ay sonra Cavabdeh1 göstərilən ölçüdə daçınmaz əmlakı xxx lə birgə vəsaiti hesabına əldə etmələrinə dair dəlilini ağlabatan hesab etməsələr də, gəldikləri nəticəni iş üzrə məhkəmə aktlarında hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmayıblar. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə, iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda, apellyasiya instansiyası məhkəməsi, tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsini mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmununu nəzərə almaqla düzgün müəyyən etməyib. Digər tərəfdən, Ailə Məcəlləsinin 32. 1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə görə, əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ərarvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələ bləri baxımından evin satın alması zamanı verilmiş vəsaitin mənbəyini, tərəflərin işləyib-işləməmələrini, onların başqa qazanclarının olub-olmamasını və sair müəyyən etmədən, həmçinin tərəflərin 1986-ci ilin avqust ayından əvvəl faktiki nikah münasibətinə girmələrini və onların ər-arvad münasibətindən xx xxxxxx 1986-cı il tarixdə (nikahın bağlanmasından 4 ay sonra) x adlı uşaqlarının doğulmasını və beləliklə də sözügedən evin tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsinin mülki iş materialları ilə istisna edilməməsini nəzərə almadan, həmin evi xxx in ayrıca mülkiyyəti hesab etmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə istinad edib nikahları pozulduqdan sonra Cavabdeh1 hazırda mübahisələndirdiyi evin bölünməsi haqqında tələbi nə 3 illik iddia müddətini tətbiq edərkən iddia müddətinin axımını da düzgün etməmişdir. Belə ki, sözügedən maddənin mənasına görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış nikah Sumqayıt şəhər məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsinə əsasən pozulub və Cavabdeh1 hazırki tələblə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürüb. Əvvəla, Ailə Məcəlləsinin 36.9-cu maddəsi yalnız 3 illik iddia müddətini müəyyən etmiş, həmin maddədə müddətin axımının başlanması anı təyin edilməmişdir. Qeyd olunan məsələ isə Mülki Məcəllənin 377.1-ci maddəsi ilə tənzimlənmişdir. Belə ki, həmin maddəyə əsasən, idd ia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. O, da qeyd olunmalıdır ki, həmin nomanın tələbinə görə, normada müəyyən olunmuş qaydalardan istisnalar yalnız Mülki Məcəllə ilə müəyyənləşdirilə bilər. Eyni zamanda Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Göründüyü kimi, qananverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin keçməsinə görə qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, Cavabdeh1 hazırki qarşılıqlı iddia ərizəsini irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını və xxx tərəfindən onun hüququnun pozulub-pozulmamasını araşdırmamışdır. Nəzərə alınmalıdır ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, işə baxan məhkəmələr qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntu nu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, hazırki iş üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri mübahisəli evdən paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı onlar arasında nikahın pozulduğu, yəni Sumqayıt şəhər məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsinin qəbul edildiyi tarixdən deyil, Cavabdeh1 həmin evlə bağlı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rsepublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarındada şərh edilib göstərilmişdir. Həmin Qərarın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Bu baxımdan kassasiya instansiyası məhk əməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəs inin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilsin, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3049/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1495/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1495/2020
17.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver