Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1495/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması 03.06.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-57/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X2, X5, X6 və X1 adlarına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra- cavabdeh) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Səmədabad kəndində yerləşən kənd təsərrüfatı təyinatı üçün nəzərdə tutulan xx.xx.2022-ci il qeydiyyat tarixli torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmçinin bu barədə zəbtlə bağlı Yevlax rayon Prokurorluğuna rəsmi məlumat verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onlar bu t orpaq sahəsini cavabdehin əlindən istifadə edə bilmirlər. Torpaq sahəsi cavabdehin istifadəsindədir. Cavabdeh hal-hazırkı vaxtadək onun torpaq sahəsindən istifadə edir. O, dəfələrlə cavabdehə müraciət etsə də müraciətləri və xahişləri heç bir səmərə verməmişdir. Cavabdeh torpaq sahəsindən çıxmır.
4. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Səmədabad kəndində yerləşən 3,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu, sözügedən torpaq sahəsinin 1996-cı ildə ölkədə aparılan torpaq islahatı zamanı ona verildiyini, həmin vaxt isə nə iddiaçının, nə də onun ailə üzvlərinin Səmədabad kəndində yaşamadığını, Əmlak Komitəsinin vaxtında sənədləri düzgün vermədiyini, habel ə hazırkı məhkəmə prosesində iddiaçının sənədinin düzgünlüyünün araşdırılmalı olduğunu bildirmişdir. Hənçinin qeyd etmişdir ki, o heç kimə torpaq sahəsi verməyəcək, əraziyə kimin gəlməsindən asılı olmyaraq heç kimi oraya buraxmayacaqdır.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 17 saylı Yevlax ərazi İdarəsinin mütəxəssisinin, Yevlax rayon polis şöbəsinin nümayəndəsinin və tərəflərin iştirakı ilə sözügedən ərizədə torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialların və baza məlumatlar ına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Yevlax rayonu, Səmədabad kəndində yerləşən Cavabdeh və X3 tərəfindən istifadə olunan torpaq sahəsi X4 Yevlax rayonu, Səmədabad kəndi ərazisində Çıxarışlarla mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşir. Yevlax rayonu, Səmədabada kəndi ərazisində yerləşən Cavabdeh və X3 tərəfindən istifadə olunan torpaq sahəsi 2.54 ha təşkil edir.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Yevlax rayonu, Səmədabad kəndində yerləşən iddiaçının mülkiyyətinə verilmiş 1 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən 1 ha torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerququluşu planında göstərmişdir.
7. Yevlax Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(039)-30/2024 saylı qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçının mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən tam olaraq çıxarılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbayc an Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 140, 144.1, 157.2-ci, Torpaq Məcəlləsinin 111-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, iş uzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. Məhkəmənin nəticəyə gəldiyi əsas Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyidir. Həmin rəy həqiqəti əks etdirmir. Belə ki, torpaq islahatı keçirilən zaman Yevlax rayonu Səmədəbad kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi faktiki ölçülərlə ona təhvil verilmişdir. Hazırda ailənin (cavabdeh nəzərdə tutulur) mülkiyyətinə daxil olan həmin torpaq sahəsinə dair Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi, tələbləri pozulmuş maddi hüquq norması kimi göstərdiyi Prezidentin Fərmanına düzgün əməl etməmişlər. Həmin Fərmana söykənərək 17 saylı Yevlax Ərazi İdarəsi istədiyi rəyi tərtib etmişdir. Əslində, t orpaq islahatı keçirilən zaman İddiaçı və onun ailə üzvləri kənddə yaşamamışdır. İddiaçı və ailə üzvləri islahat zamanı torpaqdan pay almaq hüququna malik olmayan subyektlər olmuşlar. Hazırda isə DƏDRXnin 17 sayl Yevlax Ərazi İdarəsinin iddiaçının mənafeyini müdafiə edən rəy verməsi tamamilə əsassız olmuşdur. Yaşadıqları kənddə torpaq islahatı 1996-cı ildə keçirilməklə həmin tarixdə mübahisəli ərazi onların ailəsinə təhvil verilmişdir. İşə baxılarkən faktiki olaraq nəyin baş verdiyini müəyyən etməlidir. 28 ildir ki, o və ailəsi mübahisələndirilən ərazidən istifadə edir və həmin torpaq sahəsi onlara təhkim aktı ilə verilmişdir. Belə olan halda, iddiaçı, guya hüquqlarının pozulmasını qeyri-peşəkar və qeyri-dəqiq təqdim edərək yersiz mübahisə açmağa nail olmuşdur.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, Yevlax rayonu, Səmədabad kəndində yerləşən, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2022-ci il tarixli Çixarışla verilmiş 1.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Yevlax rayonu, Səmədabad kəndində yerləşən, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2022-ci il tarixli Çıxarışla verilmiş 1.53 ha torpaq sahəsinin müəyyən edilmişdir. Yevlax rayonu, Səmədabad kəndində yerləşən, Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2016-ci il tarixli Çıxarışla verilmiş 4.30 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.0 və 1.53 ha torpaq sahəsi nin koordinatları ilə Cavabdeh və onun ailə üzvlərinin paylı mülkiyyətində olan 4.30 ha torpaq sahəsinin koordinatları sənəd üzrə və naturada üst-üstə düşmür. Qeyd olunan 1.0 ha və 1.53 ha torpaq sahələrindən 1.0 ha olan hissə naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və naturada cavabdeh tərəfindən istifadə olunan 1.0 ha torpaq sahəsi mütəxəssislər tərəfindən tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-57/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.V.Kərimov və Z.Ə.Sadiqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdir ilmədən saxlanılmışır.
14. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən (1.0 ha) cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər işə baxan məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan s ənədlərdən də görünmüşdür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunmuşdur. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul etmiş və onlarla razılaşmışdır. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
16. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı və ailə üzvlərinin islahat zamanı torpaqdan pay almaq hüququna malik olmayan subyektlər olmasına dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunun tələbinə görə, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (bax: 21-ci bənd).
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzər indəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüququnun pozulduğu təsdiqini tapmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməs inin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139, 140, 152.1, 152.2, 153.3, 154.4, 152.5, 157.2, 213-cü, Torpaq Məcəlləsinin 82, 84, 111-cü, habelə MPM-in 14.2, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 372 və 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti ve rərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Torpaq Məcəlləsinin 82-ci, habelə MPM-in 217.1 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi qənaətinə işdə marağı olan 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssislərinin verdiyi rəyi sasında hazırlanmış ekspert rəyinə əsasən gəlmişdir. Həmin ekspert rəyi işdə olan digər sübutlarla, xüsusən dəcavabdeh tərəfindən təqdim edilmiş və cavabdehə, həmçinin onun ailə üzvlərinə məx sus olan 4.30 ha sahəsi olan torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarını tanıyan dövlət reyestrindən çıxarışla müqayisəli şəkildə qiymətləndirilməli idi. Lakin qətnamənin təsviri hissəsindən görünmüşdür ki, ekspert rəyi faktiki “avtonom” şəkildə, başqa heç bir sübutla müqayisə edilmədən və məhkəmə tərəfindən yalnız iddiaçının mövqeyinin təsdiqi üçün kifayət edən formada qiymətləndirilmişdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi cavabdehin və onun ailə üzvlərinin adına torpaq sahəsinin xx.xx.2016-cı il tarixdə, iddiaçının isə torpaq sahəsinə çıxarışı yalnız xx.xx.2022-ci il tarixdə, yəni 6 il sonra əldə etdiyini nəzərə almamış, bu halı yoxlamamışdır. Eyni zamanda cavabdehin və onun ailə üzvlərinin adına rəsmiləşdirilmişçıxarışın verilməsi üçün əsas olmuş “Torpağa mülkiy yət hüququna dair Dövlət Akt”ı və həmin sənədə uyğun olaraq mülkiyyətəverilmiş torpaq sahəsinin planı (cizgisi) məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Daha bir dəlil ondan ibarət olmuşdur ki, məhkəmənin təşəbbüsü ilətəyin edilmiş ekspertiza ilə əlaqədar ekspert qarşısında suallar yalnız iddiaçının mövqeyinin təsdiq ediliməsi məqsədi daşımışdır. Ekspert qarşısında iddiaçıya məxsus olan və cavabdeh tərəfindən naturada istifadə edildiyi bildirilən 1.0 ha torpaq sahəsi işin nəticəsində maraqlı olan 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərtib edilmiş yerquruluşu planında göstərilsə də, cavabdehəvə onun ailə üzvlərinə xüsusi mülkiyyət əsasında məxsus olan 4.30 ha torpaq sahəsinin yerquruluşu planında yeri ümumiyyətlə müəyyən edilməmiş, ekspertiza qarşısında bu sual ümumiyyətlə q oyulmamışdır. Belə olan halda, yəni cavabdehin xüsusi mülkiyyətində olan 4.30 ha torpaq sahəsinin yerquruluşunun, yəni yerləşdiyi yerin müəyyən edilmədiyi halda ekspertin iddiaçıya məxsus 1.0 ha torpaq sahəsinin məhz həmin 4.30 ha torpaq sahəsinin işində deyil, başqa bir ərazidə yerləşdiyini bildirməsi mötəbər nəticə hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi əldə edilmiş ekspert rəyini işin hallarına, o cümlədən cavabdeh tərəfindən irəli sürülmüş dəlillərə münasibətdə yoxlamalı, yalnız bundan sonra həmin ekspert rəyinin mötəbər olub-olmaması ilə bağlı yekun nəticəyə gəlməli idi. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi tələblərə cavab verməmiş və nəticə etibarilə istinad edilmiş maddi hüquq normalarını ya pozmuş, ya da işin hallarına düzgün tətbiq etməmiş, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz ə mlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
29. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hü quqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
32. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir ş ərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi ü çün əsaslar yoxdur.
48. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən (1.0 ha) cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tə rəfindən hər hansı hüquq müəyyənedici sənədlər işə baxan məhkəmələrə təqdim edilməmişdir.
50. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq istifadə edir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və eksper rəyləri ilə də təsdiq olunur.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı işdə, ekspert rəyində m üəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmir.
52. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin dəlillərini araşdırıb, iddiaçının və onun ailə üzvlərinin islahat zamanı torpaq sahəsindən pay almaq hüququna malik olmayan subyektlər olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, cavabdehin bu dəlili də əsaslı sayıla bilməz. Çünki, qanunun tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
53. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəin ki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüq uqunun pozulduğu təsdiqini tapmışdır.
54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
55. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasi ya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2(107)-57/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.