Məhkəmə qərarları › İş №2(102)-1496/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1496/2019

28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1496/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun vəkili Əliyev Emil Namiq oğlunun, cavabdeh x2nun vəkili Rəcəbov Səbuhi Tapdıq oğlunun iştirakı ilə, cavabdeh x2nun Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tаrixli, 2(075)-1081/2018 nömrəli qətnaməsi ilə (hakim C.İmanov) iddiaçı x1nun cavabdeh x2na qarşı borc tələbinə dair iddiası təmin edilərək x2ndan cəm i 198000 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı x1na ödənilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2322/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.Abbasov, R.Rəfiyev və E.Hüseynov) Şəki Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tаrixli2(075)-1081/2018 nömrəli qətnaməsi qismən cavabdeh x2ndan iddiaçı x1nun xeyrinə tutulmalı olan “dolların devalvasiyaya uğramasına görə” 30000 manat, 168000 manat əsas və faiz borcundan 14000 manat hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin “dolların devalvasiyaya uğramasına görə” 30000 manat, 168000 manat əsas və faiz borcundan 14000 manat hissədə təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tаrixli 2(075)-1081/2018 nömrəli qətnaməsi nin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2322/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2na qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, 198000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 fevral 2015-ci il tarixdə onun və cavabdeh x2nun aralarında yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, o, borcluya 140000 manat məbləğində borc pul vermişdir. Müqavilə yə əsasən cavabdeh 140000 manat məbləğində pulu qaytamağı, həmin pulun müqabilində 28000 manat faiz və dolların devalvasiyaya uğraması nəticəsində 30000 manat əlavə ödəniş ödəməyi öhdəsinə götürmüşdür. Aradan bir neçə il keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ümumi borc məbləğindən ödənişlər etməmişdir. Dəfələrlə borc məbləğinin ödənilməsini tələb etsə də cavabdeh müxtəlif vədlər verərək borcunu ödəyəcəyini bildirmişdir. Sonuncu dəfə 26 yanvar 2018-ci il tarixdə rəsmi xəbərdarlıq göndərərək, borcunu 5 gün ərzində ödəməsini bildirsə də, borclu buna məhəl qoymamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Bu səbəbdən də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2322/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2nun vəkili Rəcəbov Səbuhi Tapdıq oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İdd iaçı x1nun vəkili Əliyev Emil Namiq oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərinidinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan 28 fevral 2015-ci il tarixdə x2 tərəfindən əl yazısı ilə icra edilmiş “Borc müqaviləsi” adlanan sənəddən görünür ki, x2 x1ndan x3 şahidliyi ilə 40000 (qırx min) manat və 100000 (yüz min) manat pul almışdır. x2 alınmış 140000 (yüz qırx min) manat pula qarşı 28000 (iyirmi səkkiz min) manat faiz borcu və dollara qarşı 30000 (otuz min) manat əlavə pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin sənədi x2, x1 və x3 imzalamışlar. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə verdiyi 140000 manat əsas borc məbləğinin ona ödənilmədiyini bildirir və həmin məbləğin digər əlavələrlə birlkdə cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Lakin işdə olan şahid x3 ifadəsindən müəyyən edilir ki, iddiaçının tələb etdiyi borc məbləğindən 14000 manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Göründüyü kimi, həmin şahidin göstərdiyinin əksini sübut edən hər hansı bir sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, şahid x3 iş üzrə sıradan bir şahid deyildir. Həm x3, həm d ə x4 izahatlarından göründüyü kimi, o, iddiaçının dostu, cavabdehin isə qohumu olmaqla tərəflərin aralarında olan borc müqaviləsi üzrə münasibətlərin təşkilatçısı olmuş, iddiaçını cavabdehə borc verməyə, cavabdehi isə iddiaçıdan borc pul almağa yönəltməklə onları bu işə təşviq etmiş, habelə cavabdeh iddiaçıya olan borcunun bir hissəsini də onun vasitəsi ilə ödəmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş pulun əsas borca görə 140000 manat verilməsi iddiaçı tərəfindən sübut edildiyindən, o sübut etmə vəzifəsindən azad edilmiş, cavabdeh isə etirazının əsası kimi istinad etdiyi 14000 manat pulun iddiaçıya ödənilməsini şahid x3 if adəsi ilə sübut edə bilmiş və iddiaçı iddia tələbinin həmin pulun ona qaytarılmamasına dair dəlillərini sübut etmək kimi vəzifənin daşıyıcısına çevrilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. S übutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qət etmiş olduğu cavabdehdən 140.000 manat əsas borca hesablanmış faiz pulun alınması hissəsi ilə qanunvericiliyin tələbləri baxımından razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. MM-nin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-nin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şər h olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009cu il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmə k hüququnu əks etdirir. Məhkəmə kollegiyası tərəflərin imzaladıqları “Borc müqaviləsi”nin əsas borca görə 28000 manat faiz ödənilməsinin nəzərdə tutulduğu şərtini və yuxarıda istinad olunan maddi hüquq normalarını nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehdən 28000 manat faiz borcunun tutulması ilə bağlı əsaslı və qanuni nəticəyə gəlmişdir. Bundan başqa tərəflər arasında bağlanılmış borc müqaviləsindən göründüyü kimi müqavilənin predmetini xarici valyutada olan pul deyil, Azərbaycan manatı təşkil edir. İddiaçı cavabdehə borc verdiyi pulu manatla vermiş, cavabdehdə ondan manatla borc pul almışdır. Qeyd olunan hal iddia ərizəsinin məzmunu ilə yanaşı cavabdehin izahatları və şahidin ifadəsi ilə də təsdiq olunur. İddiaçı dollara görə, yəni dolların devalvasi yaya uğramasına görə ona 30000 manat məbləğində pulun ödənilməsini tələb etsə də, dolların devalvasiyası nəticəsində ona hansı zərərin dəyməsini iddia tələbində konkret göstərməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunmalıdır ki, tərəflərin imzaladıqları “Borc müqaviləsi” adlanan sənəd primitiv qaydada tərtib edilmişdir, həmin sənəddə “dollara qarşı” pul ödənilməsinin nəzərdə tutulmasının isə mövcud mülki qanunvericilikdə hər hansı əsası yoxdur. Yəni, həmin müqavilənin “dollara qarşı” əlavə pul ödənilməsinin nəzərdə tutulması barədə şərti mülki qanunvericiliyə ziddir. Vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bununla bağlı qeyd olunmalı dır ki, iddiaçı tərəfindən 140000 manat pul məbləği onun öz iradə ifadəsi ilə cavabdehə verilmişdir. Cavabdeh həmin pul məbləğinin qaytarılmasına dair öhdəliyin icrasını gecikdirsə də, əldə etdiyi pul vəsaitini özündə qanunsuz olaraq deyil, iddiaçının iradə ifadəsilə özündə saxlamışdır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının dollara qarşı (dolların devalvasiyasına görə) cavabdehdən əlavə pul tələb etməsini əsaslı hesab etmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tut araq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar