Məhkəmə qərarları › İş №2(102)-1498/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1498/2023

22.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1498/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı ilk, Cavabdeh2 cavabdehlər İddiaçınə, Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-1498/2023 (Açar sözlər: icarə müqaviləsinin etibarsızlığı, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Bakı ş əhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X16 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddiası, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçınə, Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “ic arə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1519/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 22 may 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Lənkəran Rayon İcra Hakimiyyəti adından X6 ilə “X10” MMM arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqaviləsinə əsasən, dövlət meşə fondundan 0,8 ha torpaq sahəsi mövsüm istirahət zonası kimi, istirahət məqsədli müddətli kölgəliklər tikmək və hər il 40.000 manat icarə haqqı ödəmək şərti ilə lisey şagirdlərinin istirahəti üçün xx.xx.2018-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir.

2. İddiaçı (bundan sonra – ABTM İB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1111-Q38-3004 qeydiyyat nömrəsi ilə 04 mart 2013-cü il tarixdə qeyrikommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş və təsisçiləridən biri “X10” MMM olmuşdur.

3. ABTM İB-nin ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokoluna əsasən, “X10” MMM-in bütün aktivləri, o cümlədən balansından və istifadəsində olan daşınar və daşınmaz əmlakların, eləcə də onlar üzərində olan hüquqların ABTM İB-nin Nizamnamə Fonduna ötürülməsinin yekun nəticəsi barədə imzlanmış təhvil-qəbul aktı təsdiq edilmiş və qəbul edilmişdir. Protokol, həmçinin MMM-in sədri tərəfindən imzalanmışdır.

4. ABTM İB 04 aprel 2019-cu il tarixdə meşə fondu torpaqlarına dair onu nla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh1 yanında Meşələrin İnkişafı Xidmətinin X15 Təsərrüfatı Mərkəzinə (bundan sonra – Lənkəran RMTM) müraciət etmiş, Lənkəran RMTM-nin direktoru X4 ilə ABTM İB arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 06 nömrəli “meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüftaının ehtiyacları üçün istifadə edilməsi barədə” müqaviləyə əsasən, Lənkəran rayonu, Haftoni meşəbəylinin 59-cu kvartalının, 2b bölməsindən 1,68 ha meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM İB-nin istifadəsinə ayrılmışır.

5. Cavabdeh2 27 avqust 2019-cu il tarixdə meşə fondu torpaqlarına dair onunla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh1 yanında Meşələrin İnkişafı Xidmətinin X15 Təsərrüfatı Mərkəzinə müra ciət etmiş, Lənkəran RMTM-nin direktoru X9 ilə Cavabdeh2 arasında tərtib edilmiş 07 oktyabr 2019-cu il tarixli, 07 nömrəli “meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən, X15 X1 meşəbəylinin 21-ci kvartalının, 15-ci bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından 2 ha meşə fonduna aid torpaq sahəsi 15 il müddətinə Cavabdeh2 icarəsinə verilir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən, Lənkəran RMTM ilə Cavabdeh2 arasında tərtib edilmiş 07 oktyabr 2019-cu il tarixli, 07 n ömrəli müqaviləyə uyğun olaraq Lənkəran rayonunun Vel kəndində yerləşən 0,74 ha və 0,26 ha meşə fondu torpaqları (Əkin) üzərində Cavabdeh2 icarə hüququ xx.xx.2020-ci il tarixdə ********** və ********** qeydiyyat nömrəllər ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə ilə 02 iyul 2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavadeh Cavabdeh2 adına verilmiş xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və xx.xx.2020-ci il tarixli, ********** saylı (0,26 ha) “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Cavabdeh2 Lənkəran RMTM və iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsində və sahibliyində olan Lənkəran rayonu Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahə sindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Vel kəndi ərazisində ABTM İB tərəfindən istifadəyə götürülmüş 1,68 ha torpaq sahəsində tarixən uşaq düşərgəsi mövcud olmuşdur. Bu düşərgə Xalq Təhsil İşçilərinin X5 şəhər komitəsinin pioner düşərgəsinin balansında olmuş, bundan sonra X21 Liseyinin yay düşərgəsi kimi fəaliyyət göstərmiş, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 693 nömrəli, 22.05 1993-cü il tarixli sərəncamı ilə Liseyin istifadəsinə verilmişdir. İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş baş planda da təsdiq olunduğu kimi, düşərgənin ərazisində məktəblilərin istirahəti üçün müvafiq binalar və oyun meydançaları inşa edilmişdir. Düşərgə ərazisinin a badlaşdırılması, saxlanması, uşaqların istirahət üçün müxtəlif təyinatlı binaların, meydançaların tikilişi üçün illər ərzində külli miqdarda vəsait xərclənmiş, uşaqlar üçün lazımi şərait yaradılmışdır. Bundan sonra, həmin əmlak, o cümlədən düşərgə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində 2014-cü ildə Liseydən ABTM İB-yə ötürülmüş və həmin vaxtdan hüquqi varislik qaydasında ABTM İB-nin qanuni istifadəsində və sahibliyində olmuşdur. “X12” MMM ilə bağlanmış xx.xx.2001-ci il tarixli icarə müqaviləsində müqavilənin müddətinin 2018-ci ilin sonuna kimi olduğu göstərilmiş, lakin həmin müddətdən 5 ay keçməsinə baxmayaraq torpaq sahəsinin geri qaytarılması barədə iddiaçıya müraciət daxil olmamışdır. Bununla da, icarə münasibətləri faktiki olaraq davam etdirilmişdir. Bundan sonra, ABTM İB yeni icarə müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə Lənkəran RMTM-ə müraciət edilmiş, lakin naməlum səbəblərdən müqavilənin bağlanması xx.xx.2020-ci ilədək çəkmişdir. Beləliklə, ABTM İB tam hüquqlu hüquqi varisi kimi öz xələfinin bağlamış olduğu xx.xx.2001-ci il tarixli sahəsinin icarə müqaviləsi əsasında göstərilən meşə fondu torpaq sahəsindən qanunamüvafiq qaydada istifadəni davam etdirmişdir. Həmçinin, məhkəmə tərəfindən həm onunla, həm də Cavabdeh2 ilə bağlanmış icarə müqavilələrinin bağlanması üçün tərəflərin müraciət müddətinə nəzər yetirilməlidir. Belə ki, iddiaçı ilə müqavilənin bağlanması üçün Lənkəran RMTM-ə xx.xx.2019-cu ildə rəsmi müraciət etmiş, Cavabdeh2 isə xx.xx.2019-cu ildə müraciət etmişdir. Göründüyü kimi, icarə müqaviləsinin bağlanması üçün iddiaç ı cavabdehdən beş ay əvvəl rəsmi müraciət etmişdir. Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaların”a əsasən meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. İmtina üçün əsas olmadıqda ərizə qeydə alındığı gündən bir ay müddətindən gec olmayaraq icarəçi ilə müqavilə bağlanmalıdır. Mübahisəli torpaq sahəsinin “X12” MMM-nin qanuni istifadəsində olduğunu, onun iddiaçının təsisçilərindən biri olduğunu, bütün əmlakının və əmlak üzərində olan hüquqlarının iddiaçıya keçdiyini və 2014-cü ildən etibarən həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğunu nəzərə aldıqda həmin torpaq sahəsi ilə bağlı iddiaçıda yuxarıda adı çəkilən Qaydalardakı imtiyaz mövcuddur. Beləliklə, Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsi etibarsızdır. İddiaçının balansında olan təhsil müəssisəsi, onun bina və qurğuları mübahisəli torpaq sahəsində yerləşir və həmin bina və qurğular, daşınar əmlaklar idddiaçının iqtisadi əsasını təşkil edir və həmin torpaq sahəsi olmadan onlar mövcud ola bilməzlər. İddiaçı mübahisəli torpaq sahəsindən qanunamüvafiq qaydada istifadə etmiş və ona faktiki sahiblik etmişdir. Həmçinin həmin torpaq sahəsinin üzərində yerləşən bütün daşınar və daşınmaz əmlaklar onun balansındadır. Qeyd olunanlara baxmayaraq, Cavabdeh2 onun icarəsində olan torpaq ərazisi ilə bağlı özbaşına hərəkətlər etmiş və hazırkı vaxta kimi həmin hərəkətləri müxtəlif üsul və variantla rla təkrarlamağa davam etdirmişdir. Belə ki, həmin əraziyə özbaşına daxil olaraq, iddiaçının sahiblik və istifadəsində olan ərazinin hasarının üzərindən kənar şəxsləri keçirməklə işçi qüvvəsi və mühafizəçi adı altında onları əraziyə cəlb edərək, qanuni ərazini mühafizə edən mühafizəçilərə təzyiqlər göstərmiş, böhtan xarakterli ərizələrlə rayon polis şöbəsinə müraciət edərək, mühafizəçiləri polis orqanlarına apartdırmaqla oradan kənarlaşdırmağa cəhd etmişdir. Bu səbəbdən də, həmin ərazinin mühafizəsinin doğru-dürüst təşkilinə maneələr yaratmış və mühafizəçiləri əsassız münaqişəyə cəlb etməyə çalışmışdır. Bundan başqa, yaratdığı süni insidentləri işıqlandırmaqdan ötrü müxalif yönümlü blogerləri ora dəvət edərək, mübahisəni SOCAR-ın və ya onun vəzifəli şəxslərinin adı ilə eyniləşdirmək cəhdi ilə ona məxsus olmayan, tarixən mövcud olmuş uşaq düşərgəsinə yiyələnməyə çalışmış, belə insidentlərin sonunda müəyyən əmlaklar ərazidən yoxa çıxmışdır. Odur ki, Cavabdeh2 bu kimi qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Əks təqdirdə düşərgədə olan iddiaçıya məxsus əmlakın talan edilməsinə və məhv edilməsinə açıq-aşkar şərait yaranmış olacaqdır.

9. Məhkəmə iclasında Cavabdeh2 cavabdehlər İddiaçınə, Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, cavabdehlər Lənkəran RMYM ilə ABTM İB arasında bağlanmış 13 may 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, daha əvvəl ABTM İB ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin həmin işə Lənkəran Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasına sədrlik edən tərəfindən işə obyektiv baxacağına əsaslı şübhələri olduğundan ona etiraz vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə etirazı təmin edilməmiş və iş baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmışdır. Belə olduqda işə həmin məhkəmədə baxılmaması üçün ərizə təqdim edərək, iş materiallarının geri qaytarılmasını, eyni iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edəcəyini bildirmiş, məhkəmənin mü vafiq qərarı ilə sənədlər geri qaytarıldığından iş üzrə icraata xitam verilmişdir. Daha sonra ABTM İB ona qarşı hazırkı iddianı qaldırmışdır. İddia ərizəsi və ona edilmiş əlavəni qəbul etmir, hesab edir ki, tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, etdiyi müraciətə əsasən onunla xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanılmış, bundan sonra həmin ərazini abadlaşdırmış, orada külli miqdarda xərclər çəkərək ağaclar əkdirmiş, aqro-bağ saldırmışdır. Ancaq son günlərdə bəzi məmurlar onu sıxışdırmaqda davam etmiş, öz bizneslərini qurmaq üçün qanunları belə tapdalamaqdan çəkinməmişlər. Belə ki, qanuni yolla icarəyə götürdüyü həmin torpaq sahəsinə dair hazırda işdən qovulmuş bir məmurun saxta sənədə bir gün əvvəl Lənkəran RMTM-yə direktor təyin edilmiş X2 aldadaraq ona icarəyə ve rilmiş həmin torpaq sahəsinin koordinatlarına digər bir saxta müqavilə əlavə edilərək xx.xx.2020-ci il tarixdə ABTM İB adı altında həmin təşkilata 2 il müddətə icarəyə verilməsi barədə müqavilə tərtib edilmişdir. Bunu bildikdən sonra direktor Fizuli Məmmədova müraciət etdikdə bildirilmişdir ki, həmin vəzifəyə təyin edildiyi gün Niyaz adlı müavini onu gecə ikən aldadaraq digər sənədlərlə birlikdə həmin müqaviləyə imza etdirmişdir. Hazırda həmin işçi, eləcə də direktor Fizuli Məmmədov etdikləri qanunazidd əməllərinə görə işdən azad edilmişlər. Artıq ona icarəyə verilmiş torpaq sahəsinə qeyri-qanuni olaraq mühafizəçilərin qoyulduğunu görüb oradan başqa şəxslərin istifadə etdiyini bildikdən sonra araşdırdıqda ona məlum olmuşdur ki, guya ABTM İB tərəfindən həmin torpaq sahəsi icarəyə götürülmüş dür. xx.xx.2020-ci il tarixli həmin müqavilənin surətini əldə etdikdən sonra məlum olmuşdur ki, açıq-aşkar saxtakarlığa yol verilmiş, onunla bağlanılmış müqaviləyə aid olan və icarəyə verilmiş 2 ha torpaq sahəsinin sxematik planının surəti olduğu kimi eyni koordinatlarla ABTM İB ilə bağlanılmış müqaviləyə də əlavə edilmişdir. Eyni torpaq sahəsinə dair 2 müqavilə olması ilə bağlı Reyestr Xidmətinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli cavab məktubu ilə ona ayrılmış torpaq sahəsinin yenidən ona təqdim edilərək tanıdıldığı bildirilmişdir. Əgər həmin torpaq sahəsi ABTM İB-nə qanuni əsaslar əsasında icarəyə verilmişdirsə, belə olan halda hansı səbəbdən həmin təşkilata bu vaxta kimi çıxarış verilməmişdir. ABTM İB iddiasını onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi, əslində, tar ixən mövcud olmuş uşaq düşərgəsinin ərazisidir və bu düşərgə 2014-cü ildə “X12” МММ-dən ona ötürülmüş və MMM ilə bağlanmış icarə müqaviləsinin müddəti bitdikdən sonra onların müraciəti əsasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. ABTM İB ilə sonuncu müqavilədən əvvəl hər hansı müqavilə olması barədə iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Əgər elə bir müqavilə olmuş olsaydı, Lənkəran RMTM xx.xx.2019-cu il tarixdə 2 ha torpağı 15 il müddətinə ona icarəyə verə bilərməzdi. Eyni zamanda, əgər həqiqətən də həmin ərazi onların balansında idisə, keçən uzun illər ərzində Birliyin nəzdində fəaliyyət göstərən məktəblər, eləcə də, digər şagirdlər üçün düşərgələr təşkil edilməsi, onlar üçün əyləncəli tədris proqramları həyata keçirilməsi, yaxud digər hər hansı bir t ədbir keçirilməsi barədə də sübutlar təqdim edilməmişdir. Təbii ki, yox. Bundan başqa, ABTM İB iddiasında göstərmişdir ki, həmin əmlaklar, o cümlədən qeyd edilən həmin düşərgə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində 2014-cü ildə “X12” ММMdən Birliyə ötürülüb. Ancaq konkret olaraq həmin daşınmaz əmlakın adı qeyd edilən siyahıda yoxdur. Mübahisəli torpaq sahəsinin icarə müqaviləsi və reyestr üzrə çıxarışı olmaqla istifadəçisi odur. Keçən müddət ərzində həmin torpaq sahəsinə dair icarə haqları, işıq pulları, eləcə də, digər kommunal xərclərin hamısı onun tərəfindən ödənilmiş, həmin əraziyə işıq çəkdirilmiş, quyu qazdırılmış, sayğac quraşdırılmışdır. Əks tərəf isə bir ay da olsa icarə haqqı verməmişdir. Hansı ki, qanunvericiliyin tələbinə əsasən 1 ay icarə haqqı ödənilmədikdə m üqavilə ləğv edilməlidir. Bundan başqa, ABTM İB bildirir ki, icarə müqaviləsinin bağlanması üçün ondan 5 ay əvvəl rəsmi müraciət etmişdir. Belə olan halda, özünün mövqeyinə görə artıq Birliklə bağlanılmış müqavilə xx.xx.2019-cu il tarixdən hesablanılmalıdırsa, icarə müqaviləsinin 2 il müddətdə bağlanılması nəzərə alınarsa, artıq müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu isə o deməkdir ki, ABTM İB-nin hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

11. Qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 27 iyul 2021-ci il tarixli, 01/21-386 nömrəli mütəxəsis rəyindən görünür ki, 1) Cavabdeh2 adına verilmiş reystrdən çıxarışlarda göstərilən torpaq sahələri Torpaq sahəsinin planı və ölçüsü (AA 526518, qeydiyyat tarixi xx.xx.2020-ci il və AA 52 6519, qeydiyyat tarixi xx.xx.2020-ci il) sənədlərində qeyd edilən koordinatlarda yerləşir. 2) Müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilən və Lənkəran RMTM Birlik arasında bağlanmış 13 may 2020-ci ii tarixli icarə müqaviləsində torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlanna əsasən Cavabdeh2 adına verilmiş cıxarışlarda göstərilən torpaq sahələri ilə böyük bir hissədə üst-üstə düşür. 3) Lənkəran rayonu, Vel kəndi ərazisində yerləşən və keçmişdə “Çağ öyrətim işləmələri” МММ-ə məxsus olduğu bildirilən inzibati bina müqavilənin müddəti bitdiyi üçün etibarsız hesab edilən və ATMB İB arasında bağlanmış 13 may 2020ci il tarixli icarə müqaviləsində qeyd olunan koordinatlar daxilində, eyni zamanda Cavabdeh2 adına verilmiş çıxarışlarda göstərilən koordinatlar daxilində yerləşir. L ənkəran rayonu, Vel kəndi ərazisində yerləşən və keçmişdə “Çağ öyrətim işləmələri” МММ-ə məxsus olduğu bildirilən inzibati bina müqaviliənin müddəti bitdiyi üçün etibarsız hesab edilməlidir.

12. Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır.

13. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 10/5282 nömrəli rəyindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən 13 may 2020-ci il tarixli icarə müqaviləsi əsasında ABTM İB-nin istifadəsinə verilmiş 1,68 hektar torpaq sahəsi ilə 07 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi və dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 istifadəsinə verilmiş 2 ha torpaq sahəsi ilə əsa sən üst-üstə düşür. Mübahisəli torpaq sahəsi üç tərəfdən mişar daşı ilə, bir tərəfdən metal torla hasara alınmışdır. Eyni zamanda, mübahisəli sahədə planda ölçüləri 8x70m olan bir mərtəbəli və 12x20m olan iki mərtəbəli tikililər inşa olunmuşdur.

14. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1787/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Məmmədov) ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd olunmuşdur.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, meşə fonduna aid mübahisəli torpaq sahəsi əvvəlcə “X10” MMM-in icarəsinə verilmiş, daha sonra MMM-nin mülkiyyətində və istifadəsində olan bütün əmlaklar və həmin əmlaklar üzərində olan hüquqlar ilk iddiaçı ABTM İB-nə keçirilmişdir. İcarə müqaviləsi xx.xx.2018-ci il tarixədək davam etmi şdir. Həmin tarixdən etibarən icarəyə verən icarəyə götürənə icarə müqaviləsinə xitam verilməsi barədə hər hansı rəsmi bildiriş verməmiş, icarəçi “X10” MMM-in hüquqi varisi olan ABTM İB isə xx.xx.2019-cu il tarixdə müraciət edərək, 1,68 ha torpaq sahəsinin də onlara icarəyə verilməsini xahiş etmişdir. İcarəyə verən Lənkəran RMTM bir ay müddətində müqavilə bağlamalı olduğu halda, bir il bir aydan sonra yalnız xx.xx.2020-ci il tarixdə həmin torpaq sahəsinin ona icarəyə verilməsinə dair müqavilə bağlamışdır. Bundan başqa, icarəçi icarə müqaviləsi bağlamaqdan imtina etmədiyi, icarədar isə müqavilənin ləğvi ilə bağlı xəbərdarlıq bildirişi göndərmədiyi halda qanunvericiliyin tələbinə zidd olaraq mübahisəli torpaq sahəsinin Cavabdeh2 icarəyə verilməsi barədə müqavilə bağlanmışdır ki, bu da, etiba rsız müqavilə olmaqla heç bir hüquqi nəticələrə səbəb olmur.

16. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Lənkəran RMTM ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi etibarsız hesab edildiyindən həmin icarə müqaviləsinin qeyd alınması barədə sonuncunun adına verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar da ləğv edilməlidir.

17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 337.1, 337.4, 700.1, 706, 720.5-ci, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 31.6-cı, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15, 29-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx. xx.1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nın 2, 4, 7, 10-cu bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində ABTM İB-nin “X12” MMM-in hüquqi varisi olmasına əsaslansa da, həmin varisliyin hüquqi əsasını və bir hüquqi şəxsin digər hüquqi şəxsin varisi olması şərtlərinin qanunvericiliklə tənzimlənmə qaydalarına istinad etməmişdir. İş materiall arından da göründüyü kimi, təşkil edilmiş inventarizasiya nəticəsində MMM-in bütün aktivləri ABTM İB-nə ötürülmüş, bu barədə olan təhvil-təslim aktı təsdiq edilmiş və ümumi yığıncaq tərəfindən qərar qəbul olunmuşdur. Lakin iş materiallarına əlavə olunmuş sözügedən inventarizasiya aktlarında mübahisəli torpaq sahəsi, yaxud da həmin torpaq sahəsi üzərində olan tikililəri görmək olmur. Həmçinin MMM-in torpaq sahəsi üzərində icarə hüququnun ABTM İB-nə ötürülməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bundan başqa, qarşı tərəfin özünün dediyinə əsasən xx.xx.2019-cu il tarixdə Lənkəran RMTM-ə müraciət etmiş, lakin qeyd olunan müraciətdən 1 il 1 ay keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə onunla icarə müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, həmin icarə müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 saylı qərarına əsasən dövlət tərəfindən qeydiyyata alınmamışdır. Həmçinin, qeyd olunan normativ aktda nəzərdə tutulmuşdur ki, ABTM İB-nin müvafiq müraciətindən 1 ay sonra ona cavab verilməli idi. Buna baxmayaraq, Lənkəran RMTM tərəfindən qeyd edilən müqavilədən Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış, bununla da onun icarə hüququ daha əvvəl yaranmış və dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmçinin, ABTM İB tərəfindən mübahisəli icarə müqaviləsi üzrə ödənişlərin icarə müqaviləsi bağlandıqdan 10 ay sonra icra olunması da tamamilə qanunsuzdur. Belə ki, icarəyə verən ilə ABTM İB arasında xx.xx.2020-ci il tarixli müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, həmin müqavilə üzrə yaranmış istifadə haqqı müqavilə qüvvəyə mindiyi gündən başlayaraq 1 ay müddətinə ödənilməlidir. Bu pozuntu qeydə alındıqda Nazirlər Kabinetinin sözügedən 17 oktyabr 1998-ci il tarixli, 214 saylı qərarına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu qeyd olunan icarə hüququna məcburi xitam verməli idi. Həmçinin, məhkəmə iş üzrə qətnamə qəbul edərkən müəyyən etmişdir ki, Lənkəran RMTM həm Cavabdeh2, həm də ABTM İB-nə eyni torpaq sahəsini icarəyə vermişdir. Lakin məhkəmə bu barədə xüsusi qərardad çıxarmalı olduğu halda, işin bu xüsusatına qiymət verməmişdir.

20. Hər iki iddia üzrə cavabdeh Lənkəran RMTM-in nümayəndəsi X8 apellyasiya instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisəl i ərazi üzrə iki dəfə meşə quruluşu xəritələri tərtib olunmuşdur. Həmin xəritələr üzrə Haftoni meşəbəyliyinin kvartalları yenidən nömrələnmişdir. ABTM İB ilə bağlanmış icarə müqaviləsi 1983-cü ildə tərtib olunmuş xəritəyə, Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsi isə 2009-cu ildə tərtib olunmuş xəritəyə əsaslanmışdır. Həmin icarə müqavilələri üzrə torpaq sahələrinin fərqli xəritələrə əsaslanaraq verilməsi səbəbindən tərəflərin hər ikisi ilə olan icarə müqaviləsində Haftoni meşəbəyliyinin fərqli nömrəli kvartallarından torpaq sahəsinin icarəyə verildiyi qeyd edilsə də, həmin torpaq sahələri naturada üst-üstə düşür. Mübahisəli ərazidə mövcud olan tikililərin kimin balansında olmasına dair onlarda hər hansı məlumat yoxdur və bu barədə heç bir araşdırma aparmamışlar.

21. Şirvan Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(106)-1519/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Nüsrət Mirzəyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdəki ABTM İB-nin ümumi yığıncağının xx.xx.2013-cü il tarixli, 3 nömrəli, həmçinin xx.xx.2014-cü il tarixli, 10 nömrəli protokolundan görünür ki, “X12” MMM-nin mülkiyyətində və istifadəsində olan bütün əmlakların və həmin əmlaklar üzərində olan hüquqların ABTM İB-nə ötürülməsi göstərilmiş, inventarizasiya komissiyas ının təşkil olunması qərar alınmış, xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı ilə isə MMM-nin mülkiyyətində və istifadəsində olan bütün əmlaklar və həmin əmlaklar üzərində olan hüquqlar ABTM İB-nə keçmişdir. Bu isə ABTM İB-nin “X12” MMM-in hüquqi varisi olduğunu, onun əmlak hüquqlarının sonrakı daşıyıcısı olduğunu göstərir. ABTM İB “X12” MMM-nin hüquqi varisi olduğundan sözügedən inventarizasiya sənədlərində həmin MMMin bütün əmlaklarının və əmlak hüquqlarının göstərilməsinə zərurət yoxdur. Belə ki, hüquqi varislik baxımından ABTM İB, MMM-nin iştirakçısı olduğu hüquq münasibətlərinə birbaşa daxil olaraq, onun balansında olan əmlaka və əmlak hüquqlarına sahiblik etməyə başlamışdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ABTM İB-nin xx.xx.2019-cu il tarixində müraciət etməsinə v ə müraciətinin qeydə alınmasına baxmayaraq, onun müraciətinə 1 il 1 aydan sonra baxılaraq icarə müqaviləsinin bağlanması ilə bağlı mənfi nəticələrə dair məsuliyyətin ABTM İB-nin üzərinə qoyulması məqsədəuyğun deyil. Belə ki, həmin müraciətə 1 ay ərzində baxılmasına dair Lənkəran RMTM-in vəzifəsinin icra edilməməsi ilə bağlı məsuliyyət onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaq şəkildə meydana gələ bilməz. Həmçinin, Lənkəran RMTM Cavabdeh2 təxminən 5 ay əvvəl müraciət etməsinə baxmayaraq, ABTM İB ilə müqavilənin digər icarə müqaviləsindən təxminən 7 ay sonra bağlanmasının əsaslı səbəblərini sübut edə bilməmişdir. Bu baxımdan, inzibati orqanın öz vəzifə öhdəliklərini pozaraq müraciətlərə onların daxil olma ardıcıllığına görə baxılmaması nəticəsində yaranmış vəziyyətin ABTM İB-nin əleyhinə qiymətləndirilməsi ədalətlilik prinsipinə ziddir.

24. Digər tərəfdən, 19 may 2001-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə götürən “X12” MMM-in hüquqi varisi olan ABTM İB mübahisəli torpaq sahəsi olmadan öz mövcudluğunun iqtisadi əsası kimi çıxış edən tikililərdən istifadə etmək imkanından məhrum olacaqdır. Buna baxmayaraq, Lənkəran RMTM onun bu cür əsaslı mənafelərini nəzərə almayaraq, icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verilməsinə dair ona hər hansı bildiriş göndərmədən və ABTM İB-nin ilk müraciət etməsinə baxmayaraq, müqaviləni onunla deyil, Cavabdeh2 ilə bağlamışdır. Halbuki, həmin torpaq sahəsi üzrə “X12” MMM-dən keçən hüquqları mövcud olduğundan, ABTM İB-nin icarə müqaviləsi bağlanılmasında üstünlük hüququ mövcud olmuşdur və bu baxımdan Mülki Məcəllənin 661 -ci maddəsinin tələbləri tətbiq edilməlidir.

25. Bundan başqa, qarşılıqlı iddiaçı apellyasiya şikayətində ABTM İB-nin icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməməsi və icarə haqqını vaxtında ödəməməsi səbəbilə onunla bağlanılmış icarə müqaviləsinin ləğv edilməli olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, müqavilələrdən irəli gələn münasibətlər nisbi hüquq münasibətləri olduğundan, yalnız həmin müqavilənin iştirakçısı olan şəxslər tərəfindən mübahisələndirilə və yalnız Lənkəran RMTM tərəfindən bu cür tələb irəli sürülə bilər. Odur ki, apellyasiya şikayətinin həmin dəlili də əsaslı hesab edilə bilməz.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8,158.2, 158.4, 337.1, 337.4, 337.1, 337.4, 661, 700.1, 706, 719.2, 720.5-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nın 4, 10-cu bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsa slandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, iş materiallarında bu sübutlar deməyə əsas verir ki, “ABTM” İctimai Birliyi “X13” MMM hüquqi varisi deyil. Əgər bu belə olsa idi “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 saylı qərarına əsasən, mübahisəli icarə müqaviləsi mövcud qanunvericiliyə əsasən yeni yaranan hüquqi şəxsə keçməli idi. 29. “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 olayabr 1998-ci il tarixli 214 saylı qərarına əsasən, mübahisəli icarə müqaviləsi mövcud qanunvericiliyə əsasən yeni yaranan hüquqi şəxsə keçməli idi.

30. Həmçinin qeyd olunan qanunda göstərilmişdir ki, meşə fondu torpaqlarından icarə hüququnun baş qasına keçməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icarə müqaviləsinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. Belə ki, icarəyə verən ilə “X10” MMM arasında olan müqavilə 19 may 2001-ci il tarixdə imzalanmışdır. Həmin müqavilədə qeyd olunmuşdur ki, icarə hüququ 19 may 2018-ci ilə qədərdir. Belə çıxır ki, “ABTM” İctimai Birliyi təsis olman vaxt, yəni 18 mart 2013-cü il tarixdə “X10” MMM-in mübahisəli torpaq sahəsinə icarə hüquqi olmuşdur. Həmin hüququn ötürülməsi və yaxud da “ABTM” İctimai Birliyinə keçməsi barədə heç bir sübüt iş materiallarında yoxdur.

31. Həmçinin keçirilmiş məhkəmə iclasılarında “ABTM” İctimai Birliyinin nümayənədəsi trəfındən verilmiş izahatlarda və “ABTM” İctimai Birliyi tərəfindən məhkəmyə ünvanlanmış ərizələrdə bildiri lmişdir ki, “X10” MMM ilə icarə müqaviləsinin müddəti bitdikdən sonra, “ABTM” İctimai Birliyi guya ki, xx.xx.2019-cu il tarixdə müraciət edərək, 1,68 ha torpaq sahəsinin də onlara icarəyə verilməsini xahiş etmişdir. Lakin bu müraciət və onun tarixi də şübhə doğurur. Belə ki, şübhəyə əsas kimi qeyd olunmalıdır ki, “İcarəyə verən” X15 Təsərrüfatı Mərkəzi qeyd olunan “müraciətdən” bir il bir ay müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci li tarixdə mübahisəli torpaq sahəsinə dair icarə müqavilsi vermişdir. Buna baxmayaraq həmin icarə müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qayadada, yəni “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli 214 saylı qərarına əsasən dövlət tərəfindən qeydiyyata alınmamışdır.

32. Həmçinin qeyd olunan normativ aktda nəzərdə tutulmuşdur ki, iddiaçının müvafiq müraciətindən 1 (bir) ay sonra ona cavab verilməli idi.

33. Buna baxmayaraq, iddiaçının mübahisləndirdiyi, onunla Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzi arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 №-li “Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilə, qeyd olunan müqavilədən də qabaq bağlanmışdır. Həmçinin həmin icarə müqaviləsi qeyd olunan qanunvericiliyə əsasən DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsində qeyd alınmış və bu barədə ona xx.xx.2020-ci il tarixli, ********** saylı (0,74 ha) və 20.07,2020-ci il tarixli, ********** saylı (0,26 ha) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.

34. Apellyasiya məhkəməsi “Torpaq icarəsi haqqında” Qan unun 15-ci maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, ABTM İB, “X12” MMM-in bazasında yenidən təşkil edilmiş hüquqi şəxs deyil. X3 də görmək olar.

35. Həmçinin məhkəmə iş üzrə qətnamə qəbul edərkən, müəyyən etmişdir ki, iş üzrə cavabdeh olan Cavabdeh1 X15 Təsərrüfatı Mərkəzi həm ona, həm də “ABTM” İctimai Birliyinə eyni torpaq sahəsini icarəyə vermişdir. Buna dair həm onunla həm də “ABTM” İctimai Birliyi ilə müxtəlif tarixli icarə müqavilələri imzalanmışdır. Qanunvericilikdə nəzərədə tutulmuşdur ki, işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa məhkəmə bu bardə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verir. Lakin nədənsə məhkəmə işin bu xüsiisatına qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ABTM İB cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “X12” MMM-yə məxsus bütün daşınar və daşınmaz əmlaklar və hüquqlaqr, o cümlədən qeyd edilən düşərgə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində xx.xx.2014-cü ildə “X12” X18 İddiaçınə ötürülmüşdür. Həmin müddətdən sonra da düşərgə hüquqi varislik qaydasında ABTM-nin qanuni istifadə və sahibliyində olmuşdur.

37. Keçiirlmiş ekspertiza rəyi ilə də təsdiq edilmişdir ki, X6 Birliyi ilə Cavabd eh2 arasında bağlanmış müqavilədə nəzərdə tutulan torpaq sahəsinin üzərində ABTM İB-nin balansında olan tikililər yerləşmişdir. Bu müqavilə bağlanan zaman torpaq üzərindəki binaların Cavabdeh2 aidiyyətinin olub-olmaması araşdırılmadan müqavilə bağlanmışdır. Eyni zamanda Reyestr Xidməti tərəfindən də torpağa baxış keçirilmədən və binaların kimə məxsusluğu araşdırılmadan qanunsuz olaraq reyestrdən “çıxarış” verilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsində bildirilir ki, bu Qanunun tələbləri pozulmaqla bağlanmış icarə müqavilələri etibarsızdır.

38. Həmçinin ABTM İB ilə X6 Birliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqınin illik ödənilməsi razılaşdırılmışdır ki, bu şərtə əsasən də tərəflərindən 944 manat illik icarə haqqı ödənilmişdir. Ancaq X6 Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 3.1. bəndində icarə haqqı 2 ha. üçün heç bir qiymət cədvəlində nəzərdə tiutulmayan formal bir rəqəm-cəmisi 52 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

41. Maddə 241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edil ən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

45. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

46. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

47. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

48. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

49. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.

50. Maddə 714.1. İcarəyə verən bu Məcəllənin 680-ci madd əsinə uyğun olaraq icarəçiyə zəruri məsrəflərinin əvəzini ödəməyə borcludur.

51. Maddə 714.2. Torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir.

52. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.

53. Maddə 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əg ər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.

54. Maddə 720.1. İcarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə.

55. Maddə 720.5. İcarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən o halda imtina edə bilər ki, onlara xitam verilməsinə azı bir il qalmış icarəçi hüquq münasibətlərinin davam etdirilməsini tələb etməsin və ya bu Məcəllənin 719.2-ci maddəsinə müvafiq surətdə icarəyə verənin sorğusuna cavab olaraq hüquq münasibətlərini davam etdirməkdən imtina etsin. Əgər ləğvetmə haqqında xəbərdarlıq müddəti 12 ay və ya daha az təyin edilmişdirsə, münasibətlərin davam etdirilməsi tələbinin ləğvetməyə dair bildiriş alındıqdan sonra bir ay ərzində irəli sürülməsi kifayətdir.

56. Maddə 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tə ləbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

57. Maddə 31. (6-cı hissə). Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

58. Maddə 58. (1-ci hissə). Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudi yyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.

59. Maddə 58. (2-ci hissə). Qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

60. Maddə 67. (3-cü hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

61. Maddə 67. (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

62. Maddə 73. (1-ci hissə). Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda xitam verilir.

63. Maddə 84. (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Meşə Məcəlləsi.

64. Maddə

22. Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər.

65. Maddə

49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilə ri meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək hüquqlarına malikdirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu.

66. Maddə

15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. https://eqanun.az/framework/5037Torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Bu Qanun qüvvəyə mindikdən sonra icarəyə götürülmüş dövlət və bələ diyyə torpaqları özəlləşdirilərkən icarəyəverənin hüquqları yeni mülkiyyətçiyə keçir. İcarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir.

67. Maddə

19. Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

68. Maddə

24. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat, rabitə və digər obyektlərə icarə hüququ başqa şəxsə keçərkən, bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir.

69. Maddə

25. İcarəyə götürülmüş torpaq sahəsində icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş bi nalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarə müqaviləsində başqa hallar nəzərdə tutulmamışdırsa, icarəyəverən həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada ödəməyə borcludur, qanunvericilikdə və müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra icarəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”.

70. Bənd

4. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidi r. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. Ərizədə icarəçinin soyadı, adı, atasının adı, ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir. Təqdim olunan ərizə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır. İcarə müqaviləsi üç nüsxədən ibarət tərtib olunur, onun iki nüsxəsi müvafiq olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyində və aidiyyəti yerli meşə təsərrüfatı orqanında saxlanılır, üçüncü nüsxəsi isə icarəçiyə verilir. Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Ek ologiya və Təbii Sərvətlər Nazirliyi ərizəyə baxarkən məsələyə dair yerli meşə təsərrüfatı orqanlarının rəyini və şərtlərini əsas tutmalıdır. İcarə müqaviləsi bağlanılmadığı halda icarəçiyə onun səbəbləri göstərilməklə rəsmi izahat verilir.

71. Bənd

10. İcarəçi rəsmi ərizə əsasında meşə fondu torpaqlarından icarə hüququndan imtina etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada onun meşə fondu torpaqlarından icarə hüququna Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

75. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

79. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

80. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhk əməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

83. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

84. Belə ki, hazırkı işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Lənkəran Rayon İcra Hakimiyyəti adından X6 ilə “X10” MMM arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqaviləsinə əsasən, dövlət meşə fondundan 0,8 ha torpaq sahəsi mövsüm istirahət zonası kimi, istirahət məq sədli müddətli kölgəliklər tikmək və hər il 40.000 manat icarə haqqı ödəmək şərti ilə lisey şagirdlərinin istirahəti üçün 18 il müddətinə, xx.xx.2018-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1111-Q38-3004 qeydiyyat nömrəsi ilə 04 mart 2013-cü il tarixdə qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmiş və təsisçiləridən biri “X10” MMM olmuşdur. ABTM İB-nin ümumi yığıncağının 08 aprel 2014cü il tarixli, 10 nömrəli protokoluna əsasən, “X10” MMM-in bütün aktivləri, o cümlədən balansından və istifadəsində olan daşınar və daşınmaz əmlakların, eləcə də onlar üzərində olan hüquqların ABTM İB-nin Nizamnamə Fonduna ötürülməsinin yekun nəticəsi barədə imzlanmış təhvil-qəbul aktı təsdiq edilmiş və qəbul edilmişdir. ABTM İB 04 aprel 20 19-cu il tarixdə meşə fondu torpaqlarına dair onunla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh1 yanında Meşələrin İnkişafı Xidmətinin X15 Təsərrüfatı Mərkəzinə müraciət etmiş, Lənkəran RMTM-nin direktoru X4 ilə ABTM İB arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 06 nömrəli “meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüftaının ehtiyacları üçün istifadə edilməsi barədə” müqaviləyə əsasən, Lənkəran rayonu, Haftoni meşəbəylinin 59cu kvartalının, 2b bölməsindən 1,68 ha meşə fonduna aid torpaq sahəsi 2 il müddətinə ABTM İB-nin istifadəsinə ayrılmışır. Həmçinin Cavabdeh2 27 avqust 2019-cu il tarixdə meşə fondu torpaqlarına dair onunla icarə müqaviləsinin bağlanması barədə Cavabdeh1 yanında Meşələrin İnkişafı Xidmətinin X15 Tə sərrüfatı Mərkəzinə müraciət etmiş, Lənkəran RMTM-nin direktoru X9 ilə Cavabdeh2 arasında tərtib edilmiş 07 oktyabr 2019cu il tarixli, 07 nömrəli “meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqaviləyə əsasən, X15 X1 meşəbəylinin 21-ci kvartalının, 15-ci bölməsindən ağac və kol bitkilərindən istifadə etməklə, gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqlarından 2 ha meşə fonduna aid torpaq sahəsi 15 il müddətinə Cavabdeh2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən, Lənkəran RMTM ilə Cavabdeh2 arasında tərtib edilmiş 07 oktyabr 2019-cu il tarixli, 07 nömrəli müqaviləyə uyğun olaraq Lənkəran rayonunun Vel kəndində yerləşən 0,74 ha və 0,26 ha meşə fondu torpaqları (Əkin) üzərində Cavabdeh2 icarə hüququ xx.xx.2020-ci il tarixdə ********** və ********** qeydiyyat nömrəllər ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

85. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

86. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan po zulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulu b-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır. 87. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqe lərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

88. Bu baxımdan iddiaçı həmin torpaq sahəsinə icarə hüququnun mövcud olmasına dair sübutu təqdim etməlidir. Çünki Torpaq Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə görə Azərbaycan Respublikasının vətə ndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

89. Həmin Məcəllənin 51-ci maddəsinin birinci hissəsinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun olması yuxarıda göstərilən tələblərə uyğun olaraq yoxlanılmamış, eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı hallara düzgün hüquqi qiymət verilməmişdir.

91. Hazırki iş üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) iddia tələbi Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 07 nömrəli “meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən cavadeh Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, Cavabdeh2 Lənkəran RMTM və iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsi əsasında onun istifadəsində və sahibliyində olan Lənkəran rayonu Vel kəndi ərazisindəki Haftoni meşəbəyliyinin 59-cu kvartalının 2B bölməsində yerləşən 1,68 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasından ibarətdir.

92. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) iddia tələbində torpaq sahəsinə sübyektiv hüququnu təsdiq edən sübut kimi mübahisəli torpaq sahəsinin Lənkəran RMTM ilə “X12” MMM arasında bağlanmış xx.xx.2001-ci il tarixli icarə müqaviləsinə ə sasən hüquqi varislik qaydasında onun qanuni istifadəsində və sahibliyində olmasına, həmin müqavilənin müddətinin 2018-ci ilin sonunda bitməsindən 5 ay keçməsinə baxmayaraq torpaq sahəsinin geri qaytarılması barədə iddiaçıya müraciət daxil olmamasına, bununla da icarə münasibətlərinin faktiki olaraq davam etdirilməsinə əsaslanmışdır.

93. Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) qarşılıqlı iddia ərizəsində və kassasiya şikayətində qeyd etdiyi tələbi isə, ilkin iddianın rədd edilməsindən, cavabdehlər Lənkəran RMYM ilə ABTM İB arasında bağlanmış 13 may 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasından ibarətdir.

94. Apellyasiya instansiya məhkəməsi hazırki qərarın 22-25-ci paraqraflarında göstərilən əsaslarla ilk iddianı təmin edərək, qarşılıqlı iddianı rədd etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

95. Məhkəmə kollegiyası iddia tələbinin həllinə dair apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə aşağıda göstərilənlərə əsasən razılaşmır:

96. Belə ki, ABTM İB-nin ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokoluna əsasən, “X10” MMM-nin bütün aktivləri, o cümlədən balansında və istifadəsində olan daşınar və daşınmaz əmlakların, eləcə də onlar üzərində olan hüquqların iddiaçının Nizamnamə Fonduna ötürülməsinin yekun nəticəsi barədə imzlanmış təhvil-qəbul aktı təsdiq edildikdən sonra, “X10” MMM ilə X6 arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqaviləsinə əsasən lisey şagirdlərinin istirahəti üçün xx.xx.2018-ci il tarixədək dövlət meşə fondundan sonuncunun icarəsinə verilmiş 0,8 ha torpaq s ahəsinin iddiaçıya keçməsini təsdiq edən, iddiaçı ilə X15 Təsərrüfatı Mərkəzi arasında icarə müqaviləsinə dəyişikliklər edilməsi barədə yeni müqavilənin rəsmiləşdirilməsi haqqında sübut iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən sübutları araşdırmaq səlahiyyəti olan məhkəmələrə təqdim edilməmiş, apellyasiya instansiya məhkəməsi də qeyd olunan sübutu məhkəməyə təqdim etməsini həmin tərəfə təklif etməmişdir.

97. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nın 7-ci bəndinə əsasən meşə fondu torpaqlarından icarə hüququnun başqasına keçməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən icarə müqaviləsinə dəyişikliklər etmək y olu ilə rəsmiləşdirilir.

98. Göründüyü kimi “X10” MMM-yə icarə hüququ ilə məxsus olmuş mübahisəli torpaq sahəsinin 08 aprel 2014-cü il tarixdə ABTM İB-nə keçməsi ilə bağlı, 19 may 2001-ci il tarixli icarə müqaviləsinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəyişikliklər edilməsi yolu ilə rəsmiləşdirilmənin aparılması, habelə həmin hüququn iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) keçməsinin dövlət qeydiyyatına alınması iş materialları ilə müəyyən olunmur.

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

100. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

101. Həmçinin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

102. Eyni zamanda “Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası haqqında” Nazirlər Kabinet inin 17 oktyabr 1998-ci il tarixli, 214 saylı qərarının 4-cü bəndinə əsasən müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

103. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.

104. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən isə təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.

105. Hazırki işdə ABTM İB- nin ümumi yığıncağının 08 aprel 2014-cü il tarixli, 10 nömrəli protokolu ilə təsdiq edilmiş təhvil-qəbul aktında, ABTM İB-nin “X10” MMM-yə icarə hüququ ilə məxsus olmuş mübahisəli torpaq sahəsinə dair hüquqi varislik haqqında müddəaların olub-olmaması apellyasiya instansiya məhkəməsi tərəfindən diqqətlə öyrənilib həmin hallara hüquqi qiymət verilməmişdir.

106. Bu halda apellyasiya instansiya məhkəməsinin, 19 may 2001-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə götürən “X12” MMM-nin hüquqi varisi olan ABTM İB mübahisəli torpaq sahəsi olmadan öz mövcudluğunun iqtisadi əsası kimi çıxış edən tikililərdən istifadə etmək imkanından məhrum olacağı barədə mövqeyinin də hüquqi əsası yoxdur.

107. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mü lkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.

108. Həmin məcəllənin 58-ci maddəsinin 2-ci hissəsinə əsasən isə qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.

109. X6 ilə “X10” MMM arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqavilə sinin 2.11-ci bəndində isə qeyd edilmişdir ki, “İcarəyəverən” müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəcinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək vəzifəsi daşıyır.

110. Eyni zamanda “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən isə daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat, rabitə və digər obyektlərə icarə hüququ başqa şəxsə keçərkən, bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir.

111. Bundan başqa qeyd olunmalıdır ki, mülki işə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) apellyasiya şikayətinə əsasən baxan apellyasiya instansiya məhkəməsi, işə baxılarkən ABTM İB ilə Lənkəran RMTM arasında 2 il müddətinə bağlanmış xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsinin müddətinin bitməsinə, habelə birinci instansiya məhkəməsi tərəfindən 05 may 2022-ci il tarixli qətnamənin qəbul olunmasından 8 gün sonra icarə müqaviləsinin müddətinin bitməsinə əhəmiyyət verməmiş, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) hazırki iddianı qaldırmaqla bağlı sübyektiv hüququnun olmasını həmin hissədə də düzgün qiymətləndirməmişdir.

112. Həmçinin “X10” MMM ilə X6 arasında bağlanmış 19 may 2001-ci il tarixli icarə müqavilə üzrə Lənkəran RMTM-ə hər il ödənilməli olan 40.000 manat icarə haqqının, 08 aprel 2014-cü il tarixdən sonra, habelə yeni müqavilənin bağlandığı xx.xx.2020-ci il tarixə kimi ABTM İB tərəfindən ödənilməsi barədə sübut iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən sübutları araşdırmaq səlahiyyəti olan məhkəmələrə təqdim edilməmişdir.

113. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ müqavilə iştirakçıları olan şəxslər tərəfindən mübahisələndirilməsə də, hazırki işə baxılarkən qeyd olunan halın araşdırılması ABTM İB-nin “X10” MMM-nin hüquqi varisi kimi mübahisəli torpaq sahəsini icarə qaydasında faktiki istifadəsinə qəbul edilməsinin təsdiq olunması baxımından əhəmiyyətlidir. Odur ki, apellyasiya instansiya məhkəməsinin həmin məsələyə verdiyi hüquqi qiymət əsaslı hesab edilə bilməz.

114. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) mübahisəli torpaq sahəsini “X10” MMM-nin hüquqi varisi kimi qəbul etməsi nəzərə alınarsa belə, X6 ilə “X10” MMM arasında 19 may 2001-ci il tarixdən 18 il müddətinə, xx.xx.2018-ci il tarixədək bağlanmış icarə müqaviləsinin 2.13-cü bəndinin 4-cü abzasına görə “icarəçi” kimi icarəyə götürülmüş torpaq sahəsini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi daşımışdır. Lakin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) müqavilə müddətindən bir ilə yaxın müddət keçdikdən sonra, 04 aprel 2019-cu il tarixdə Lənkəran RMTM-ə müraciət etdiyini qeyd etsə də, xx.xx.2020-ci il tarixli, 06 nömrəli icarə müqaviləsində və Ekologiya və Təbii Sərvətər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun ABTM İB-nə ünvanlanmış 05 mart 2021-ci il tarixli 27/186 saylı məktubuhda həmin ərizəyə istinad edilməsi istisna olmaqla, müraciətinin Lənkəran RMTM-də qe ydiyyata alınması və nə səbəbdən ona qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməməsi, habelə həmin müraciətin surətini məhkəmələrə təqdim edilməməsi, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir.

115. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 1998-ci il tarixli, 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. Ərizədə icarəçinin soyadı, adı, atasının adı, ünvanı, meşə fondu torpaqlarının istənilən yeri göstərilir. Təqdim olunan ərizə Ekologiya və Təbii S ərvətlər Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır və imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq bir ay müddətindən gec olmamaqla icarəçi ilə icarə müqaviləsi bağlanılır.

116. Hazırki vəziyyətdə apellyasiya instansiya məhkəməsi iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) ərizəsi qeydə alındığı halda Ekologiya və Təbii Sərvətlər Nazirliyində bir ay müddət ərzində cavablandırmamasının səbəbini, bununla iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ilə torpaq sahəsinə dair icarə müqaviləsini bağlamaq niyyətində olmaması məqsədi daşıyıb-daşımamasını araşdırmamışdır.

117. Bu səbəbdən də apellyasiya instansiya məhkəməsinin ABTM İB-nin xx.xx.2019cu il tarixində müraciət etməsinə və müraciətinin qeydə alınmasına baxmayaraq, onun müraciətinə 1 il 1 aydan sonra baxılaraq icarə müqaviləsinin bağlanması ilə bağlı mənfi nəticələrə dair məsuliyyətin ABTM İB-nin üzərinə qoyulmasının məqsədəuyğun olmaması barədə mövqeyi aydın deyil.

118. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Lənkəran Regional X14 tərəfindən yerinə yetirilmiş işlərin, büdcə və digər mənbələr üzrə yaranmış xərclərin, habelə meşə fondunun istifadə vəziyyətinin araşdırılması istiqamətində audit tədbirlərinin keçirilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli Aktda (cild 2 i.v.139-148) və Azərbaycan Respublikasının Ekologiya və X7 05 noyabr 2021-ci il tarixli 1008/ü saylı əmrində (cild 2 i.v.149-150) hazırki işə aid olan zəruri hallar, o cümləd ən həmin sənədlərdə Cavabdeh2 icarəyə verilmiş Haftoni meşəbəylinin 21-ci kvartalının, 15-ci bölməsindən 2 ha torpaq sahəsi ilə faktiki olaraq eyni olan Haftoni meşəbəylinin 59-cu kvartalının, 2b bölməsindən 1,68 ha torpaq sahəsinin rekreasiya məqsədilə İddiaçınə qanunsuz icarəyə verilməsi barədə qeyd olunan hallar, o cümlədən faktiki olaraq eyni ərazidə yerləşən torpağa dair ABTM İB ilə bağlanmış icarə müqaviləsinin 1983-cü ildə tərtib olunmuş xəritəyə, Cavabdeh2 ilə bağlanmış icarə müqaviləsinin isə 2009-cu ildə tərtib olunmuş xəritəyə əsaslanmaqla səhlənkarlığa yol verilməklə tərtib olunması, nəticədə hazırki mübahisənin yaranmasına şərait yaratmış səbəblər araşdırılaraq hüquqi qiymət verilməmişdir.

119. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəmə sinin ilkin iddianın Cavabdeh2 ilə Lənkəran RMTM arasında bağlanmış xx.xx.2019-cu il tarixli “meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi və digər tələblərinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlaması barədə gəldiyi nəticə tam və əsaslı deyildir.

120. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hal lar işin materiallarına uyğun olsun.

121. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

122. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

123. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

124. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səla hiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

125. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

126. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

127. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

128. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirlə ri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

129. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1519/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar