Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1498/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İddiaçı Cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma; mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış sahəsindən çıxarılma” barədə, iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” barədə bir icraatda birləşdirilmiş iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7216/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh (iddiaçı) Nəcəfova (Heydərova) Mətanət Sarıxan qızının kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında 01 may 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə X3 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı iki uşaqları vardır. Nikah xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Uşaqların yaşayış yeri ananın yanında müəyyən olunmuşdur. 2. ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil (bundan sonra – “mübahisəli mənzil”) xx.xx.2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışa əsasən, uşaqlar mübahisəli mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyəti olan mübahisəli mənzildən Cavabdeh (bundan sonra “cavabdeh”) və onun övladlarının istifadə hüquqlarının itirilmiş hesab edilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzi l iddiaçının xüsusi mülkiyyətindədir və 1971-ci ildən həmin mənzildə yaşayır. X15 ailə qurduqdan bir müddət sonra həyat yoldaşı olan cavabdeh və birgə nikahdan olan övladları ilə iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata salınmışlar. Son zamanlar oğlunun cavabdehlə münasibətləri tam pozulduğundan birgə yaşamaları mümkün olmadığı üçün sonuncu nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu zaman iddiaçı cavabdehdən mülkiyyətində olan mənzildən çıxmağını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, mənzili boşaltmaq və qeydiyyatdan çıxmaqdan imtina etmişdir.
6. İddiaçıya məxsus mübahisəli mənzildə üçüncü şəxslərin qeydiyyatda qalmağı iddiaçının mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam olaraq həyata keçirməsinə mane olur. Daşınmaz əmlak üzərin də əmlak hüququ olmayan şəxsin əlavə yüklülüyü iddiaçının tələbi əsasında qanunvericiliyə uyğun olaraq azad edilməlidir.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 152.1, 152.2-ci, Mənzil Məcəlləsinin 29.1 və 30.4-cü maddələrinə istinad etmişdir.
8. Cavabdeh də ayrıca icraatda iddia ərizəsi ilə iddiaçıya qarşı iddia verərək onun və iki azyaşlı övladının mübahisəli mənzilə istifadə hüququnun tanınması və iddiaçının adına həmin mənzilə dair xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, FX3 ilə nikaha daxil olduqdan sonra cehiz əmlaklarını m übahisəli mənzilə aparmış və həmin mənzildə yaşamışdır. Cavabdeh hazırda da iki övladı ilə həmin mənzildə yaşayır. Ona qarşı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra məlum olmuşdur ki, mübahisəli mənzil heç vaxt həmin mənzildə yaşamayan iddiaçının mülkiyyətindədir.
10. İddiaçı cavabdehin gəlin köçdüyü və hazırkı vaxta qədər fasiləsiz yaşadığı və istifadə etdiyi mənzilə onun istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırandan sonra bilmişdir ki, iddiaçı mübahisəli mənzilə dair xx.xx.2011-ci il tarixdə qanunsuz və əsassız olaraq tam paylı hüquq sahibi kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almışdır.
11. Çıxarış alınana qədər cavabdehin gəlin köçdüyü, istifadə hüququnun olduğu, sonradan pasport qeydiyyatına alındığı və fak tiki yaşadığına baxmayaraq, mənzil özəlləşdirilərkən cavabdehdən hər hansı razılıq ərizəsi alınmamışdır. Buna görə də hesab edib ki, qeyd edilən çıxarış etibarsız hesab edilməli və eyni zamanda onun gəlin köçdüyü mənzilə istifadə hüququ tanınmalıdır.
12. Cavabdeh iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.4, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5 və 8-ci maddlərinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi cavabdehin vəsatəti əsasında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 sentyabr 2023-cü il tarixli, 2(011)- 2524/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin olunmuş, Cavabdeh övladları 02 mart 2012-ci il təvəllüdlü X4 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş, Cavabdeh istifadə hüququ olmadığından iddia ona münasibətdə rədd edilmiş, X9 və X5 anaları Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmaları, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Aygün Həsənova).
15. Birinci inst ansiyası məhkəməsi Cavabdehın iddiasına münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, verilmiş iddia tələbi üzrə çıxarışın etibarsız hesab edilməsi və özəlləşmə prosesinin qanunsuz keçirilməsi ilə bağlı aparılan araşdırma zamanı hər hansı pozuntu aşkar edilməmişdir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununda ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş vətəndaşların razılıqlarının alınması tələb olunur. İddiaçının adına özəlləşmə prosesi həyata keçirilərkən Cavabdeh mənzillə bağlı hər hansı bir hüququ olmadığından onun razılıq ərizəsi olmadan mənzildə qeydiyyatda olan şəxslərin razılığı əsasında özəlləşmə həyata keçirilmiş və iddiaçının mülkiyyət hüquqları tanınmışdır.
16. Birinci instansiyası məhkəməs i İddiaçı iddiası üzrə cavabdehin mübahisəli mənzilə dair istifadə hüquqlarının olub-olmamasını araşdıraraq göstərmişdir ki, tərəflər arasında iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər 2011-ci ildə yaranmışdır.
17. Birinci instansiyası məhkəməsi Mənzil Məcəlləsini 30-cu maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarına istinadən hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə dair istifadə hüquqları yaranmamışdır. Odur ki, iddiaçının cavabdehin istifadə hüquqlarına xitam verilməsi ilə bağlı tələbi əsassızdır. Belə ki, məhkəmə tərəfindən yaranmayan hüquqa xitam verilə bilməz
18. Birinci inst ansiyası məhkəməsi İddiaçı iddia tələbinin cavabdehin övladları olan 02 mart 2012-ci il təvəllüdlü X4 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdıraraq hesab etmişdir ki, bu tələb Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarına uyğun həll edilməlidir.
19. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, Ailə Məcəlləsinə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur: valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ö gey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X9 və X10 iddiaçıdan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə onlar ananın yanında saxlanılmaqla onun himayəsinə veriliblər, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanların yaşayış yeri də valideynlərinin yaşayış yeridir, qeyd olunan mənzilə cavabdehin istifadə hüququ olmadığından İddiaçı iddiası Cavabdeh uşaqlarına münasibətdə təmin edilməli, X9 və X5 istifadə hüquqlarına xitam verilərək, X9 və X10 anaları Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalıdır.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin 2-ci hissəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 228.1, 228.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununun 5, 8-ci, Mülki-Prosessual Məcəllənin 88, 119.1, 217.2-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qə bul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; - iş materiallarından da görünür ki, Cavabdeh kirayəçi İddiaçı tərəfindən yaşayış sahəsinə köçürülmüşdür. Heydərova (Nəcəfova) Mətanət Sarıxan qızı mənzilə köçdükdən xeyli sonra həmin mənzil özəlləşdirilsə də, onun yazılı razılığı alınmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi X2 istifadə hüququnun olmadığı qənaətinə gəlsə də, onun mənzilə köçən gündən istifadə hüququnun yaranmasını mənzilin sonradan özəlləşdirilərkən onun həmin mənzildə yaşamasını, lakin özəlləşdirmə zamanı yazılı razılığının alınmamasını hərtərəfli araşdırmamışdır; - bundan başqa, X6 məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi barədə məhkəməyə yazılı vəsatət versə də, vəsatəti təmin edilməmişdir..
23. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(103)-7216/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə).
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına görə Cavabdeh 19 aprel 2011- ci il tarixdə iddiaçının oğlu olan Fərhad Heydərovla rəsmi nikaha daxil olmuşdur. Tərəflərin nikahından sonra onlar ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildə yaşamağa başlamışlar. Həmin mənzil isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən 01 iyul 2011-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Buna qədər isə həmin mənzil Xətai Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən İddiaçı və onun ailə üzvlərinə verilmişdir. İş materiallarında mövcud olan arayışa əsasən İddiaçı, Quliyeva Aidə, Məmmədova Nuranə və Heydərov Fərhad həmin ünvanda qeydiyyatda olmuşlar. İş materiallarında mövcud olan orderə əsasən istinad olunan ünvanda yerləşən mənzil iddiaçının atası X1 verilmişdir. Həmin orderə əsasən iddiaçı da mənzildə qeydiyyatda olmuşdur. Daha sonra İddiaçı müraciəti əsasında mübahisəli mənzil özəlləşdirilərək iddiaçının mənzilə dair mülkiyyət hüquqları təsdiq olunmuşdur. Özəlləşmə zamanı 82 saylı MKİS tərəfindən verilən arayışa (forma 2) əsasən mənzildə qeydiyyatda olan şəxslərin razılığı alındıqdan sonra m ənzil tam mülkiyyət hüququ əsasında iddiaçının adına rəsmiləşdirilmişdir.
25. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(011)- 444/2023 saylı qətnaməsi ilə iddiaçının oğlu olan X3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş¸ uşaqların yaşayış yeri ananın yanında müəyyən olunmuşdur.
26. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, Cavabdeh iddiaçının oğlu ilə münasibətləri 2011-ci ilin aprel ayında yaransa da, ev iyul ayında özəlləşdirilmişdir. Ev özəlləşdirilərkən Cavabdeh həmin evdə qeydiyyatda olmamışdır. Belə olan halda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 de kabr 2014-cü il tarixli qərarına istinad edilməlidir.
27. Həmin qərarda əsasən “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq mü ddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin m ülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəx sləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”.
28. Apellyasiya instansiya məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, Cavabdeh mübahisəli mənzilə dair istifadə hüquqları yaranmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e2(011)-444/2023 saylı qətnaməsi ilə iddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nik ah pozulmuş və cavabdeh artıq yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “keçmiş ailə üzvü” statusunda olmuşdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh istinad olunan mənzilə dair istifadə hüquqlarının yaranmaması barədə düzgün nəticəyə gəlmişdir.
30. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh övladları olan 02 mart 2012-ci il təvəllüdlü X4 və 12 oktyabr 2013-cü il təvəllüdlü X5 istifadə hüquqlarının mövcud olub-olmamasına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmaqla düzgün qiymət vermişdir.
31. X9 və X10 iddiaçıdan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunsalar da, nə qədər ki, məhkəmə qətnaməsi ilə onlar ananın yanında saxlanılmaqla onun himayəsinə veriliblər, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanların yaşayış yeri valideynlərinin yaşayış yeridir, mübahisəli mənzilə Cavabdeh istifadə hüququ olmadığından İddiaçı iddiası Cavabdeh uşaqlarına münasibətdə də təmin edilməli, X9 və X5 istifadə hüquqlarına xitam verilərək, X9 və X10 anaları Cavabdeh ilə birlikdə ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılmalıdır.
32. Apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən iş materiallarında olan tərəflər arasındakı nikahın pozulmasına dair qətnamədə göstərilmiş hallarla bağlı (cavabdehin iddia ərizəsinə etirazının dəlilləri) tərəflərin münaqişəli kəskin vəziyyətdə olmalarını da nəzərə almış və qeyd etmişdir ki, mövcud vəziyyət bu həddə olmasa idi, İddiaçı iddiasının əsaslılığı Cavabdeh uşaqlarına münasibətdə, yəni iddiaçının nəvələrinə münasibətdə də müzakirə oluna bilərdi.
33. Apellyasiya instansiya məhkəməsi Cavabdeh apellyasiya şikayətində Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə istinadla bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq göstərmişdir ki, Cavabdeh yaşayış sahəsinin mülkiyyətçisinə münasibətdə “keçmiş ailə üzvü” statusunda olmuşdur və istinad edilən Məcəllənin tələbləri baxımından Cavabdeh istifadə hüquqları yaranmamışdır. Beləliklə də, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
34. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.1, 228.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 68.1-ci və MPM-in 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2023-cü il tarixli, 2(103)-7216/2023 nömrəli qərardadı ilə ikinci iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia tələbinin “çıxarışın etibarsız hesab edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin də lilləri
36. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ikinci iddia üzrə iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassator şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh kirayəçi İddiaçı tərəfindən yaşayış sahəsinə köçürülmüş və həmin mənzilə köçdükdən xeyli sonra mənzil özəlləşdirilsə də onun yazılı razılığı alınmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh (Nəcəfovanın) istifadə hüququnun olmadığı qənaətinə gəlsə də, onun mənzilə köçən gündən istifadə hüququnun yaranmasını mənzilin sonradan özəlləşdirilərkən onun həmin mənzildə yaş amasını, lakin özəlləşdirmə zamanı yazılı razılığının alınmamasını hərtərəfli araşdırmamışdır. Bundan başqa, Cavabdeh (Nəcəfova) məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi barədə məhkəməyə yazılı vəsatət versə də, vəsatət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi t ərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla b irgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2445-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hər iki iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hall arını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
46. Bu baxımdan hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir. Kassasiya şikayətində cavabdeh Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinin pozulması, kirayəçi İddiaçı tərəfindən yaşayış sahəsinə köçürülməsi, onun mənzilə köçən gündən istifadə hüququnun yaranması və həmin mənzilə köçdükdən xeyli sonra mənzil özəlləşdirilsə də onun yazılı razılığı alınmamasını dəlil kimi göstərmişdir.
47. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır. Belə ki, Mənzil Məcəlləsinin 68.1ci maddəsinin tələbinə görə digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar.
48. Cavabdehin kirayəçi (iddiaçı) ilə mübahisəli mənzildə birgə təsərrüfat aparması işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməyib, üstəlik, cavabdeh özü də iddiaçının mübahisəli mənzildə yaşamadığını bildirmişdir.
49. Cavabdeh məcburi köçkün olduğu üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin və Qaçqınların işləri üzrə Dövlət Komitəsinin 3-cü şəxs qismində işə cəlb edilməsi barədə məhkəməyə verdiyi yazılı vəsatətin təmin edilməməsi barədə dəlilə gəldikdə, bu dəlil iş materialları ilə təkzib edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Qaçqınl arın və X8 üzrə Dövlət Komitəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. (i.v.95)
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Nəcəfova (Heydərova) Mətanət Sarıxan qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7216/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.