Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-15/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X5, X17, X12, X13, X3, X7, X4 iş üzrə üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: mirasdan imtina edilməməsi, mirasda payların müəyyən edilməsi, mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mirasda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-224/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər qardaş olmaqla X8 övladlarıdır. Miras əmlak ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin X14 aid olan hissəsidir.
2. Sözügedən torpaq sahəsi 0,06 ha ölçüdə olmaqla Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı əsasında Cavabdeh və onun ailə üzvləri X21, X15, X18 və X9 mülkiyyətinə verilmişdir.
3. X22 xx.xx.2013-cü il tarixdə vəsiyyətnamə yolu ilə özünə məxsus ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini, keçmiş SSRİ dövründə Əmanət banklarında qalmış bütün əmanətlərini, həmçinin, harada yerləşmə sindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını oğlu Cavabdeh vəsiyyət etmişdir.
4. Daha sonra həmin torpaq sahəsi ölçüsü 0,0718 olmaqla yuxarıda adları sadalanan şəxslərin adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin X10 xüsusi mülkiyyətində olan hissəsi 0, 01236 ha təşkil etmiş və xx.xx.2014-cü il tarixdə onun adına qeydiyyata alınmışdır.
5. X22 xx.xx.2014-cü il tarixdə ölmüşdür.
6. X1 Böyükağa Əliağa oğlu ilə (iddiaçının bildirməsinə görə xx.xx.1999-cu il tarixdə ölmüşdür) xx.xx.1946-cı ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahdan Adil (iddiaçının bildirməsinə görə 1978-ci ildə ölmüşdür), Nailə (iddiaçının bildirməsinə görə 2007-ci ildə ölmüşdür), xxx adlı 11 övladı anadan olmuşdur.
7. X10 ölü münə qədər əri Səfərov Böyükağa Əliağa oğlu, övladları Adil və Nailə artıq öldüyündən özündən sonra 9 vərəsəsi qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh qarşı Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsindən mərhum anası X10 payını müəyyən edilməsi, həmin paydan ona və bacısı X6 düşən məcburi payın müəyyən edilməsi, həmin payın adına Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi idarəsinə həvalə edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anasından həmin həyətyanı torpaq sahəsindən beşdə bir hissədə olan payı miras qalmışdır. Mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Torpaq sahəsində iddiaçının məcburi payı olsa da, cavabdeh miras qalmış əmlakın bölünməsindən imtina etmişdir.
10. Bundan başqa, bacısı X16 da miras əmlakdan düşən paydan iddiaçının xeyrinə imtina etmiş və iddiaçı tərəfindən miras əmlak qəbul edilmişdir. İddiaçı və bacısı X16 mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Dəfn mərasimini təşkil etmiş, qəbrin üstünün götürülməsində iştirak etmiş və qəbristanlıqda cümə axşamları gedib yasin surəsi oxuyaraq qəbr daşının tozlarını və ətrafını təmizləmişlər. Bütün bu hərəkətləri öz özlüyündə təsdiq edir ki, mirası faktiki olara q qəbul etmişlər.
11. İddiaçı tələbinin əsası kimi MM-nin Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1193, 1196, 1243.1, 1243.2-ci maddələrinə istinad etmişlər.
12. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərib ki, mübahisəli torpaq sahəsi anası X22 tərəfindən cavabdehə vəsiyyət edilmiş və miras cavabdeh tərəfindən qəbul edilmişdir.
13. Cavabdeh vəsiyyət edilmiş torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və hazırda həmin evdə ailə üzvləri ilə birgə yaşayır. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair cavabdehin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Həmçinin Astara şəhəri, Qum küçəsində 0,06 hektar həyətyanı torpaq sahəsində anası X10 miras qal mış beşdə bir hissədə olan payını (0,01236 hektar) sonuncunun ölümündən sonra miras əmlak kimi cavabdeh qəbul etmiş və idarə edilmişdir. X10 dəfn mərasimi ilə bağlı bütün xərcləri cavabdeh təkbaşına ödəmiş, iddiaçı isə dəfn mərasimində iştirak etməmişdir.
14. Başqa sözlə, cavabdeh diqqəti iddiaçının mirası qəbul etməməsinə yönəltmişdir.
15. Birinci instansiya məhkəməsində şahidlər X23 (cavabdehin oğlu) və X11 mioras əmılakın yalnız cavabeh tərəfindən qəbul edilməsini göstərmişlər.
16. Astara Rayon Məhkəməsinin 2(018)-1077/2022, saylı, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Mübariz Məmmədov)
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsini cavabdeh vəsiyyətnamə əsasında və miras əmlak kimi qəbul etmiş, həm in torpaq sahəsi üzərində olan fərdi yaşayış evi çıxarış əsasında cavabdehin xüsusi mülkiyyətinə verilmişdir.
18. İddia ərizəsinin məzmununda, o cümlədən iddia ərizəsində qeyd edilən hüquq normaları arasında, iddiaçının izahatında ziddiyyət yaranmışdır. Belə ki, iddiaçı mübahisəli əmlakın onun tərəfindən miras olaraq qəbul edilməsi faktının müəyyən edilməsi ilə yanaşı, həmin əmlakdan mərhum X10 payının müəyyən edilməsini və həmin paydan ona və bacısı X6 düşən məcburi payın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Lakin mübahisəli əmlakın yeganə vərəsəsi iddiaçı olmadığından, onun tərəfindən həmin əmlakın miras olaraq qəbul edilməsi faktı müəyyən edilə bilməz.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqlarının və ə sas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəlləsinin 213.2, 213.5, 1133.1, 1133.2, 1159.1, 1243.1 və 1243.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur, qətnamə qanunsuz və əsassızdır. İddia tələbinin nəyə görə təmin edilməməsi düzgün əsaslandırılmayıb. İddia tələbində qeyri-müəyyənlik var idisə, məhkəmə ərizəni qaytara bilərdi.
22. Apellyasiya baxışında cavabdehin nümayə ndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etirazını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi digər vərəsələr X5, X17, X12, X13, X3, X7, X2 üçüncü şəxslər qismində işə cəlb etmikşdir.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2355/2022 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, ünvan 3 ünvanda yerləşən paylı mülkiyyətdə həyətyanı torpaq sahəsində mərhum X10 0,01236 ha-dan ibarət payından miras qalmış əmlaka İddiaçı 1/22 hissədə (ümumi həyət üzrə-0,00056182 ha) payının müə yyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov, Tofiq Heydərov)
25. Apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, miras əmlak üzrə vəsiyyətnamənin mövcud olduğunu, əmlakın anası tərəfindən cavabdeh İddiaçı vəsiyyət edildiyini tərəflər mübahisələndirməmişlər. İddiaçı həyətyanı sahədə X14 məxsus olan paydan məcburi payın müəyyən edilməsini tələb etmişdir. Qanunun tələbinə görə, birinci növbəli vərəsə olaraq iddiaçının məcburi pay hüququ vardır.
26. İddiaçı və cavabdeh arasında mübahisə mirasın qəbulu ilə bağlıdır. Digər vərəsələr mirasın qəbulunu mübahisələndirməmişlər.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulu ilə bağ lı iddiaçı, eləcə də vərəsələrdən heç biri mirasın açılmasından sonra notariat orqanına müraciət etməmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi miras əmlakın iddiaçı tərəfindən qəbul edilməməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq göstərib ki, iddiaçının məcburi payının tanınmasından imtina ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassızdır. İddiaçının məcburi pay hüquq tanınmalıdır. Çünki iddiaçı öz məcburi payından imtina etməmişdir. Beləliklə, miras qoyanın 11 nəfər vərəsəsinin olduğu nəzərə alınaraq iddiaçının miras kütlə üzərində 1/22 payı tanınmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində mövqeyini Konstitusiyanın 29, Mülki Məcəllənin 1133.2, 1159.1.1, 1193, 1243.1-1243.3-cü maddələri “Azərbay can Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarı istinadla əsaslandırmış və göstərmişdir ki, 1246-cı maddədə müəyyən edilən müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterl i tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.
30. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həm də bacısı Toydanın məcburi payına özünün hüququnun tanınmasını tələb etmişdir. X28 Qanunda nəzərdə tutulmuş müddət ərzində öz miras payından (məcburi paydan) imtina etməsi, o cümlədən vərəsələrdən kiminsə xeyrinə imtina etməsi müəyyən edilmir.
31. Apellyasiya instansiyası məhkəməsi bu hissədə mövqeyini Mülki Məcəllənin 1255, 1256, 1261-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
32. Cavabdeh (Vəkil3ı) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin təkrar apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası ölümündən əvvəl öz əmlakını ona vəsiyyət etmişdir, anasının vəfatından sonra ondan miras qalmış əmlakı vəsiyyətnamə ilə qəbul etmiş, əmlaka tək özü sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı özü idarə edir. O, anasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə də almışdır. Hazırda vəsiyyət edilmiş torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və ailə üzvləri ilə orada yaşayır. Fərdi yaşayış evinə dair onun adına xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Anasının dəfn mərasimi ilə bağlı bütün xər cləri təkbaşına ödəmişdir. İddiaçı isə dəfn mərasimində iştirak etməmişdir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Qərarına istinad etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdi rilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi) b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, kassasiya şikayətində onun tərəfindən mirasın qəbul edilməməsinə dair dəlillərlə razı deyil, çünki, hazırda da o, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Anasının dəfnində iştirak etməklə dəfn xərclərinin ödənilməsində iştirak edib. O, mirası faktiki qəbul edib, onu şəksiz nümayiş etdirib. Onun əmlak üzərində məcburi payı mövcuddur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.2. Qanun üzrə vərəsəlik ( ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xar akteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası i lə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Mülki Məcəllənin 1248.1- ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdiril miş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra h əmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
36. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
40. İddia tələbi miras payının müəyyən edilməsindən ibarətdir.
41. Cavabdehin iddiaya eti razının dəlili, eləcə də iddianı təmin etməyən birinci instansiya məhkəməsini istinad etdiyi hal iddiaçının mirası qəbul etməməsidir.
42. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçı heç mirasdan imtina da etməmişdir. Başqa sözlə, mübahisə, eləcə də onun həlli iddiaçının mirası qəbul etməməsi (birinci instansiya məhkəməsi) və ya ondan imtina etməməsi (apellyasiya instansiyası məhkəməsi) üzərində qurulub.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
44. Məhkəmə kollegiyası həm apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və mirasın iddiaçı tərəfindən qəbul edilməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına çəkir.
45. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
46. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə omuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
47. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki M əcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
48. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.
49. Konstitusiya Məhkəməsinin Plenumuna görə mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mül ki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.
50. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəll ənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
51. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsə lik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
52. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hes ab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.
53. Hazırki işdə də iddiaçının mirasdan imtina etməsi halı müəyyən edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur. Eyni əsasla cavabdehin kassasiya şikayətinin dəlilləri də qəbul edilən sayıla bilməz.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənl əri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-224/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.