Məhkəmə qərarları › İş №2(102)-15/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-15/2025

04.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-15/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Cavabdeh2inə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Cavabdeh2inə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ü zrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3399/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 21 dekabr 2016-cı il tarixindən “Azərbaycan Milli Antidopinq Agentliyi” X7 direktoru vəzifəsinə təyin edilmişdir. 2. “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 9 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

3. İşlədiyi müddətdə İddiaçı 2-7 oktyabr 2023-cü il tarixlərdə Latviyanın Riqa, 8-11 oktyabr 2023-cü il tarixlərdə isə Polşanın Varşava şəhərlərinə ezam edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmrinin ləğvi, “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, 1000 manat məbləğində vəkil xidmət haqqının əvəzi, 50 manat məbləğində ilkin mediasiya sessiyası xərcinin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müvafiq əmrlə vəzi fəsindən azad edilmişdir. Əmrin nüsxəsi indiyə qədər rəsmi şəkildə ona təqdim olunmamış, onunla son haqq-hesab aparılmamışdır. Əmrdə göstərilən bütün səbəblər həqiqətə uyğun deyil və tamamilə əsassızdır. Buna görə də iddiaçı qeyd etmişdir ki, əmr ləğv olunmalı, o, “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-873/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin xx.xx.2023-cü il tarixli 3-19/3-1Kt0981/2023 əmrinin ləğv edilməsi, İddiaçı “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin direktoru vəzifəsin ə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən vəkil xərcinə görə 500 manat, mediasiya xərci olaraq 50 manat pulun İddiaçı xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə rədd edilmişdir.

7. Birinci instansiyada işə baxan məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-İ-Kt0981/2023 nömrəli əmri ilə 9 oktyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2023-xx.xx.2023-cü il tarixli aktlarda məhz İddiaçı öz vəzifə borcunu yerinə yetirmədiyinə görə işin normal ahənginin pozu lduğu qeyd edilmiş və bu əsasla da müvafiq əmr verilmişdir. Həmin aktların məzmunundan və cavabdeh tərəfindən məhkəmə təqdim olunmuş video görüntülərdən yoxlama qrupuna, komissiya üzvlərinə baxış üçün tələb olunan sənədlərin verilmədiyi, komissiyanın fəaliyyətinə süni əngəllər yaratmaqla ümumilikdə işin normal ahənginin pozulduğu görüntüsü yaranır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, komissiya üzvlərinin olduğu və çəkiliş apardığı iş otağının kamera görüntülərindən aktların tərtib olunduğu tarixlərdə məzmunu görüntüdən müəyyən olunmayan sənədlərin komissiya üzvlərinə təqdim edildiyi görünür. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-19/3-19-İR-ŞM042/2023/1 nömrəli əmrində də İddiaçı ezam olunduğu ölkədən geri qayıtdığı, 5-6 oktyabr 2 023-cü il tarixlərdə Bakı şəhərində yerləşən AMADA-nın inzibati binasında, iş yerində olduğu və komissiya üzvləri ilə müzakirələr apardığı qeyd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, sözügedən aktlar iddiaçının vəzifə borcunu yerinə yetirməməsinin birmənalı sübutu kimi qəbul oluna bilməz.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sözügedən əmrində İddiaçı vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilərkən istinad edilən yeganə hal xx.xx.2023-xx.xx.2023-cü il tarixli aktlarda qeyd edilənlər hallar olmuşdur. Halbuki bu aktlar digər sübutların yoxluğu halında iddiaçının vəzifə borcunu yetirməməsinin təsdiqi kimi qəbul edilə bilməz.

11. İddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdə işəgö türən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Yəni işəgötürən digər tənbeh tədbirlərini tətbiq edə biləcəyi halda, hansı zərurətdən işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etməsini əsaslandırmalıdır. Halbuki bu hal sözügedən əmrdə öz əksini tapmamışdır.

12. İş materiallarına əsasən İddiaçı 2-7 oktyabr 2023-cü il tarixlərdə Latviyanın Riqa, 8-11 oktyabr 2023-cü il tarixlərdə isə Polşanın Varşava şəhərlərinə ezam edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ölkəni tərk etmiş, xx.xx.2023-cü il tarixdə geri dönmüş, xx.xx.2023-cü il tarixdə yenidən ölkəni tərk etmişdir. Göründüyü kimi İddiaçı ezam əmrinə uyğun olaraq hərəkət etmişdir. İddiaçının ezamiyyətdə olmasının işin normal ahəngini pozması səbəbindən həmin əmrin ləğv edilməsi özlüyündə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsası ola bilməz.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının vəkili xx.xx.2023-cü il tarixli aktın iş vaxtından sonra tərtib edildiyini və buradan da bu akta əsasən İddiaçı ezam əmrinin ləğv olunmasına dair Nazirliyin vaxt etibarı ilə daha sonra əmr verdiyini bildirdikdə cavabdeh tərəf bu hallara etiraz etməmiş, bu hal mübahisələndirilməmişdir.

14. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş kamera görüntülərdən xx.xx.2023-cü il tarixdə yoxlama aparmış komissiya saat 18:44-dən sonra aktı tərtib etməsi müəyyən olunmuşdur. Belə ki, bu video görüntülərdə audio yazı qeydə alınmasa da, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş eyni tarixli video-audio görüntü ilə cavabdehin təqdim etdiyi video-audio görüntü arasında eyniliyin olması və saatın 18:44 olması müəyyən edilmişdir. Buradan da komissiya üzvlərinin apardıqları video çəkilişdə aktın tərtib edilməsini tarixini öncəki saat (15:00-15:30 aralığı) qeyd etdikləri aydın olmuşdur. Bütün bunları nəzərə alaraq xx.xx.2023-cü il tarixinin həftənin cümə günü, yəni sonuncu iş günü olması və İddiaçı ezamiyyət əmrinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə gecə saatlarında (iş günü başlamamışdan xeyli müddət əvvəl) ölkəni tərk etməsi nəzərə alınarsa, o zaman iddiaçının onun barəsində verilmiş ezamiyyət əmrinin ləğv edilməsi və işdə hesab edilməsinə dair əmrdən məlumatlı olması mümkünsüzdür. Cavabdeh tərəf də iddiaçının qeyri-iş günlərində bu əmrdən xəbərdar edildiyini sübuta y etirməmişdir. Yəni ezamiyyət əmrinin ləğv edildiyi barədə məlumatlı olmayan iddiaçı həmin əmrə uyğun olaraq ölkəni tərk etmişdir və ezamiyyət müddətinin sonunda da geri dönmüşdür.

15. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, işçinin barəsində qeyri iş vaxtı akt tərtib edilməsi və bu akta əsasən əmr verilməklə həmin gündən içşinin işdə hesab edilməsi və daha sonra vəzifələrinin icrasını lazımınca icra etməməsi əsası ilə onun vəzifəsindən azad edilməsi ədalətsiz olmuşdur.

16. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən, müqavilədən və ödəniş qəbzlərindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab etmiş, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin 500 manat məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir.

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70.3, 76.1, 71.2, 79.1, 186.1 və 186.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti veərərək, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilib, həmin hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normaları səhv tətbiq olunmuş və iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, iddia ərizəsində və tərtib edilmiş aktlardan görünür ki, iddiaçı nazliriyin onu vəzifədən çıxarmaq səlahiyyətinin olmadığını, daha sonra isə nazirlik tərəfindən təyin edilmiş komissyanın onun yoxlanması səlahiyyətlərinə malik olmadığını iddia etdiyi halda, digər tərəfdən isə məhz ondan tələb edilən sənədlərin təqdim edildiyini və yoxlama üçün lazımı şərait yaratdığını iddia etməklə bir-birini təkzib edən mövqe ortaya qoymuşdur ki, iş üçün əhəmiyyət kəsb edən və iddiaçının ziddiyətli mövqeyi olan bu halı məhkəmə nəzərə almamışdır.

20. İddiaçı tərəfindən həm əmək müqaviləsi üzrə öhdəliklərinə əməl edilməmiş, vəzifəsi olduğu halda Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 2020-ci və 2022-ci illərin tam və 2023-cü ilin isə 9 ayının yoxlanılması barədə 2 oktya br 2023-cü il tarixli 319/3-1 -S- 0965/2023 nömrəli əmrin icrası məhz iddiaçının təqsiri ucbatından baş tutmamış, həmin əmrin icrası ilə bağlı lazım olan sənədlər təqdim edilməmiş, əksinə həmin əmrin icrasından irəli gələrək yaradılmış komissyanın fəaliyyətinə maneəçiliklər törətmiş və özbaşanlıq nümayiş etdirmişdir. Həmçinin, içəgötürənin qanuni mənafelərinə xələl gətirən hərəkətlərə yol verərək, maddi ziyan vurulan təqsirli hərəkətlərə də yol vermişdir. Müvafiq olaraq işdə olması barədə verilmiş əmrə məhəl qoymaraq, özbaşına şəkildə iş yerini tərk etmişdir. İşin həmin halları, bu barədə tərtib edilmiş aktlar, arayış və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən nazirliyə ünvanlanmış məktublarla tam təsdiq edilmişdir.

21. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3999/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İkram Şirinov-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Elşən Kazımov) cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə də rədd edilmişdir.

22. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf-həm iddiaçının özü, həm də onun vəklili işə bərpa edilməsi barədə hazırkı iddia tələbində iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını əsasən onun işdə olmadığı, yəni məzuniyyətdə olması vaxtı v erilməsi ilə əlaqələndirmişdir.

23. Halbuki iş materialları ilə təsdiq olunmuşdur ki, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Milli Antidopinq Agentliyi" (AMADA) publik hüquqi şəxsin 29 sentyabr 2023-cü il tarixli, 94/23 nömrəli əmrində İddiaçı aid olan hissəsində qismən ləğv edilmiş və sözügedən əmr verildiyi tarixdə iddiaçı işdə olmuş və xx.xx.2023-cü il tarixli aktda iddiaçı özü iştirak edərək aktı imzalamaqdan imtina etmişdir. Belə vəziyyətdə iddiaçının ezamiyyəti barədə və işdə olması barədə Nazirliyin əmrindən məlumatsız olması inandırıcı və ağlabatan deyildir.

24. Məhkəmə iclasında həmin əmr və onun məhz xx.xx.2023-cü il tarixdə Agentliyin əməkdaşlarına imza etməklə təqdim olunması müzakirə olunarkən iddiaçının “hər bir halda mənə ki, çatdırılmayıb, sübut varmı ki, mənə çatdırıl ıb”- deyə münasibət bildirməsi də iddiaçının həmin əmrdən tam məlumatlı olduğunu isbat edir və iddiaçının həmin əmrdən məlumatsız olduğu iddiası həqiqəti əks etdirmir.

25. Bu zaman belə təəssürat yaranır ki, iddiaçının rəhbəri olduğu Agentlikdə işlərin vəziyyəti, nizam-intizam heç də yerində olmamışdır. Mülki işin 145-146-cı vərəqində olan adıçəkilən əmrin surətindən göründüyü kimi, həmin əmr 6 oktyabr 2023-cü il tarixdə Milli Antidopinq Agentliyinin vəzifəli şəxslərinə təqdim edilmiş və onun üzərində bu barədə müvafiq qeydlər edilmiş, iddiaçı isə bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə, heç nədən məlumatı yoxmuş kimi yeni ezamiyyətə getmişdir.

26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan da görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə saat 01:33-də Heydər Əliyev adına X2 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 02:57-də geri dönmüş, xx.xx.2023-cü il tarixdə saat 02:54-də Heydər Əliyev adına X3 istiqamətində çıxmış, xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür.

27. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə ezamiyyətdən geri dönmüş, onun ezamiyyətə göndərilməsinin ləğv edilməsi barədə əmrin verildiyi xx.xx.2023-cü il tarixdə işdə olmuş və xx.xx.2023-cü il tarixli aktda iddiaçı özü iştirak edərək aktı imzalamaqdan imtina etmiş, ezamiyyətinin ləğv edilməsi barədə əmrin onun müavini R.Bağırov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq (iddiaçı həmin əmrdən məlumatsız olduğunu bildirir) o, xx.xx.2023-cü il tarixdə ezamiyyətə getmiş, xx.xx.2023-cü il tari xdə saat 05:37-də geri dönmüşdür.

28. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçının tutduğu vəzifə sıradan bir iş olmayıb, eləcə də iddiaçının özü də sıradan bir işçi olmayıb, olduqca mühüm bir qurumun rəhbəri olmuşdur. Bu baxımdan, rəhbəri olduğu Agentliyə yoxlamanın gəldiyi barədə xəbər alar-almaz hər hansı əmr və ya müvafiq göstəriş olmadan dərhal ezamiyyətini yarımçıq qoyaraq geri işinə dönmüş (həm də tamamilə əsaslı olaraq) iddiaçının, Agentlikdəki yoxlamanın nəticələri bilinmədiyi və olduqca həssas və məsuliyyətli bir məqamda, tabe olduğu Nazirlik tərəfindən hər hansı təlimat almadan, əsası isə Nazirliyə bu barədə hər hansı məlumat vermədən yenidən ezamiyyətə getməsi anlaşılan və başadüşülən olamışdır.

29. Aparılmış apaşdırmalara əsasən apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mühüm bir qurumun rəhbəri olan iddiaçının xx.xx.2023-cü il tarixli əmrdə qeyd olunan hərəkətləri Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin təsiri altına düşür və bu hərəkətlər onun barəsində başqa tənbeh tədbirinin deyil, məhz vəzifəsindən azad edilməsini şərtləndirmişdir ki, bu da həmin əmrdə əsalandırılmışdır.

30. İddiaçı tərəfin tələbində istinad etdiyi əsas hala, yəni iddiaçı barəsində əmr verilərkən onun ezamiyyətdə olmasına münasibətdə isə qeyd olunmuşdur ki, aparılmış araşdırmalarla iddiaçı tərəfin bu dəlilinin də əsaslı olmadığı müəyyən olunmuşdur.

31. Belə ki, mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı nazirlikdən yoxlama komissiyasının gəlməsi barədə məlumat aldıqdan sonra dərhal ezamiyyətini yarımçıq qoyaraq işinə dönmüş, 05-06.10 2023-cü il tarixlərində yoxlaman ın aparılmasında şəxsən iştirak etmiş, Nazirliyin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçının ezamiyyətə getməsi barədə əmr ləğv edilməklə, onun xx.xx.2023-cü il tarixindən işdə hesab olunmaqla, vəzifə səlahiyyətlərinin icrasına başlaması əmr edilmiş, həmin əmr elə həmin gün, yəni xx.xx.2023-cü il tarixində Agentliyin səlahiyyətli şəxslərinə imzalanmaqla təqdim edilmişdir. Bundan iki gün sonra, özünün ezamiyyətə getməsi barədə əmrinin ləğv edilməsinə və işdə hesab edilməsinə dair işəgötürənin müvafiq əmrinin olmasına baxmayaraq, başlıcası isə bu barədə Nazirliyə hər hansı məlumat vermədən iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ezamiyyətə çıxmışdır. Nazirlikdə buna dair hər hansı məlumat olmamış və növbəti iş günü, yəni xx.xx.2023-cü il tarixində isə nazirliyin xx.xx.2023-cü il tarixli müvafiq əmrinə əsasən işdə hesab (olmalı) olunan iddiaçının işdən azad olunması barədə mübahisələndirilən əmr verilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə saat 05:37-də geri dönmüşdür.

32. Məhkəmə hesab etmişdir ki, yoxlamanın nəticələrini təxmin edən iddiaçı onun ezamiyətə yollanması barədə əmrin ləğv edilməsindən məlumatlı olmuş, lakin məlumatlı olmasına baxmayaraq yenidən ezamiyyətə yollanmaqla hazırkı əmrin onun işdə olmadığı vaxt verilməsinə süni şəkildə özü şərait yaratmışdır.

33. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10, 70, 72 və 186-cı maddənin 1ci hissəsinə və “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirin xx.xx.2023-cü il tarixli 3-19/3-1-Kt-0981/2023 əmri ilə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Agentliyin direktoru vəzifəsindən azad edilməsi qanunsuz və əsassızdır. Əmr ona əsaslanmışdır ki, iddiaçı nizam-intizam qaydalarına zidd hərəkət etmişdir. Cavabdehin təqdim etdiyi Gənclər və İdman nazirinin (bundan sonra – Nazir) xx.xx.2023-cü il tarixli 3-19/3-1-S-0965/2023 saylı əmri ilə “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin (bundan sonra –Agentlik) “2020-2023-cü ilin 9 ayı ərzində fəaliyyətinin monitorinqi məqsədi” ilə Nazirlik tərəfindən 5 işçisindən ibarət komissiya yaradılmışdır. Komissiyaya tapşırılmışdır ki, “monitorinqin nəticəsi barədə arayışı 15 iş günü müddətində rəhbərliyə təqdim etsin. Əmrin preambula hissəsində vurğulanmışdır ki, Agentliyin dövlət büdcəsindən maliyyələşməsi Nazirlik tərəfindən həyata keçirilir. Bu həqiqətə uyğun olmayan cümlə ilə əmri əsaslandırmağa cəhd edilmişdir ki, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirir. Göründüyü kimi, Agentliyin monitorinq edilməli olan fəaliyyətinin əhatə etdiyi müddət əmrdə qeyri-müəyyən təsbit edilmişdir: “2020-2023-cü ilin 9 ayı”. Yalnız ehtimal etmək olar ki, əslində söhbət 2023-cü ilin 9 ayından gedir. Lakin əmrdə bu cür səhvin olması onun necə tələskənlik, qərəz və qeyri-peşəkarlıqla hazırla nmasından xəbər verir. Əslində, Nazirin belə əmr verməyə səlahiyyəti də yoxdur. Cavabdehin təqdim etdiyi Nazirin xx.xx.2023-cü il tarixli 319/3-1-S-0965/2023 saylı əmri ilə Agentliyin xx.xx.2023-cü il tarixli 94/23 saylı əmrinin iddiaçıya aid olan hissəsi qismən ləğv edilmişdir. Yəni iddiaçı faktiki olaraq ezamiyyətdən geri çağırılmışdır. Həmin əmri Nazir səlahiyyətlərini müvəqqəti icra edən kimi nazir müavini Mariana Vasileva imzalamışdır. Onun həqiqətən də bu səlahiyyətləri icra etməsi barədə təsdiqedici sənəd birinci instansiya məhkəməsinə təqdim olunmayıb, yalnız Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub (yəni yeni sübutdur və qəbul oluna bilməz) Deməli, hər bir halda əmri səlahiyyətsiz şəxs imzalayıb.

36. Cavabdeh apellyasiya məhkəməsinə iki yeni sübut təqdim edib: ezamiyyə əmrinin l əğvi barədə əmrin Agentliyə təqdim olunması və M.Vasilevanın nazir səlahiyyətlərini həyata keçirməsi barədə əmri. Onların niyə birinci instansiya məhkəməsinə təqdim etməməsini heç əsaslandırmamışdır. Əsaslandıra da bilməzdi, çünki məntiqlə həmin sənədlər onda əvvəldən mövcud olmalı idi. Təbii, əgər onları sonradan o şəkildə tərtib etməyiblərsə.

37. Təsadüfi deyil ki, Komissiyanın xx.xx.2023-cü il tarixli aktında iddiaçının adı yoxdur. Yalnız xx.xx.2023-cü il tarixli aktda iddiaçının adı var. Deməli, əmrdə yalan məlumat da vardır. Əmrin 3-cü bəndində onun surətinin məlumat üçün Agentliyə çatdırılmasının təmin edilməsi qeyd olunsa da, o, Agentliyə çatdırılmayıb. Buna dair heç bir sübut da yoxdur. Hər bir halda xx.xx.2023-cü il tarixi cümə günü olub. Təqdim etdiyi videoçəkilişlərdən görünür ki, komissiya üzvləri həmin gün saat 18:44-də hələ də Agentliyin binasında olublar və aktı həmin vaxtda imzalayıblar. Cavabdeh də özü tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdə eyni görüntüdür və iş günü bitmişdi. Hər bir halda iş günü və iş həftəsi bitmişdi. xx.xx.2023-cü il tarixdə, yəni bazar günü isə iddiaçı ezamiyyətini davam etmək üçün xaricə getmişdir. Deməli, bu əmr barədə ona heç bir halda məlumat verilə bilməzdi. Cavabdeh yalnız apellyasiya baxışında yeni sübut qismində əmrin yeni versiyasını – Agentliyə çatdırılması qeydi ilə birgə – təqdim edib (yəni yeni sübutdur və qəbul oluna bilməz). Həm də Agentliyin binasında daim videoçəkiliş aparılır və təqdm etmə anını təsdiq edən videogörüntü də birinci instansiya məhkəməsinə təqdim edilməyib. Əmr Agentliyin hansısa işçisinə təqdim edilibsə belə, iş həftəsinin bitməsindən sonra olub, iddiaçı isə xaricə ezamiyyətə bazar günü gedib. İddiaçı qeyd etmişdir ki, qətnamə bir sıra maddi və prosessual pozuntulara yol verməklə qəbul edilmişdir.

38. İddiaçı şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndi, 70-ci maddənin “ç” bəndi, Mülki Prosessual Məcəllənin 212 və 361.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)

39. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

40. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə poz duqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

41. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; b) əm ək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

43. Maddə 186, 1-ci və 2-ci hissələri. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürənin əmək müqavil əsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək hüququ vardır. “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi:

44. Ümumi Müddəalar: 1.1. Cavabdeh2i “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1158 nömrəli Fərmanı ilə dopinq vasitə və üsullarından istifadəyə qarşı mübarizə məqədi ilə yaradılmış milli antidopinq qurumudur.

45. Agentliyini fəaliyyət istiqamətləri: 2.1.1. dopinq nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi. 2.1.2. idmançıların, o cümlədən köməkçi heyətin hüquqlarını və sağlamlığını qorumaq məqədi ilə idmanda dopinqsiz iştirakın təbliğ e dilməsi, idmanda dopinqdən istifadənin qarşısının alınması məqsədilə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi. 2.1.3. dopinqə qarşı mübarizə sahəsində X4 və digər beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqənin təmin edilməsi; Agentliyin idarə edilməsi. 4.1. Agentliyi qanunvericilikdə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən direktor idarə edir. 4.2. Direktorun səlahiyyətləri: 4.2.1. agentliyin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək. 4.2.9. Agentliyin illik fəaliyyətinin yekunlarına dair hesabat, o cümlədən maliyyə hesabatı, o cümlədən maliyyə hesabatı, inkişaf perspektivləri, strategiya və biznes planları maliyyə ili başa çatdıqdan sonra iki aydan gec olmayaraq hazırlamaq Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ar aşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və aşağı instansiya məhkəmələrində işə baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3399/2024 nömrəli iş üzrə 2 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar