Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-150/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Ərizəçi və vəkili Alməmmədov Nəriman Əli oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxs YYYnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10403/2019 saylı, 29 avqust 2019cu il tarixli qətnaməsindən Ərizəçi və vəkili Alməmmədov Nəriman Əli oğlu tərəfindən veri lmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(008)34772019 saylı qətnaməsi ilə (hakim S.Ş.Talıbov) ərizə təmin edilərək, Ərizəçi 01 sentyabr 1978-ci ildən 06 may 1980-ci ilədək və 01 iyul 1982-ci il tarixdən 01 yanvar 1985-ci il tarixədək Ermənistan, Krasnoselsk rayonunun “Ağbulaq” sovxozunda fəhlə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10403/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və A.Ə.Hüseyn), maraqlı şəxs YYYnin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(008)- 3477/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və Ərizəçi maraqlı şəxs YYYnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları: Ərizəçi maraqlı şəxs YYYnə qarşı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1978-ci il tarixdən 06 may 1980-cı il tarixinə və 01 iyul 1982-ci il tarixdən 01 yanvar 1985-ci il tarixinə kimi Ermənistan SSRİ-nin Krasnoselsk rayonunun “Ağbulaq” sovxozunda fəhlə işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 01 yanvar 1962-ci ildə Ermənistan SSRİnin Krasnoselsk rayonunun Ağbulaq kəndində anadan o lmuş, 1988-ci ilin dekabr ayına kimi Krasnoselsk rayonunun Ağbulaq kəndində yaşamaqla 01 sentyabr 1978-ci il tarixdən 06 may 1980-cı il tarixinə kimi “Ağbulaq” sovxozunda fəhlə işləmişdir. 06 may 1980-cı il tarixində o, hərbi xidmətə çağırılmış və 16 iyun 1982-ci il tarixinə kimi Sovet Ordusu sıralarında xidmət etmişdir. 01 iyul 1982-ci il tarixdən 01 yanvar 1985-ci il tarixə kimi isə yenidən “Ağbulaq” sovxozunda fəhlə işləmişdir. Lakin əmək kitabçasında “Ağbulaq” sovxozunda işlədiyi bu illər qeyd edilməmişdir. “Ağbulaq” sovxozunun arxiv sənədləri Ermənistan Respublikasının ərazisində qaldığı üçün 01 sentyabr 1978-ci il tarixdən 06 may 1980-cı ilə və 01 iyul 1982-ci ildən 01 yanvar 1985-ci ilə kimi olan dövr ərzində “Ağbulaq” sovxozunda işləməsi barədə arxiv sənədlərini ondan asılı olmay an səbəblərdən əldə edə bilməmişdir. Ona görə də onun həmin dövrlərdə işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Bu hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi ümumi iş stajının müəyyən edilməsi üçün zəruridir. Onun həmin dövrlərdə Ermənistan SSRİ-nin Krasnoselsk rayonunun “Ağbulaq” sovxozunda fəhlə işləməyini həmin dövrdə Ağbulaq kəndində yaşamaqla onunla birlikdə “Ağbulaq” sovxozunda işləmiş iş yoldaşları X2 və X5 da təsdiq edə bilərlər. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Ərizəçi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib, ərizənin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Ərizəçi və vəkili Alməmmədov Nəriman Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Ərizəçi və vəkili Alməmmədov Nəriman Əli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs YYYnin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Ərizəçi və vəkili Alməmmədov Nəriman Əli oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Ərizəçi kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müə yyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bər pa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İş materiallarında olan YYYnin 22 aprel 2019-cu il tarixli məktubunun surətinə əsasən Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan azı 25 il sosial sığorta stajı olmadığından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən şahid qismində dindirilmiş X1 və X3 ifadələrini əsas sübut qismində qəbul etmişdir. İşdə olan Əmək kitabçasının surətinə əsasən X2 05 yanvar 1983-cü il tarixli əmrlə “Ağbulaq” sovxozuna traktorçu kimi qəbul edilmiş, 03 noyabr 1988-ci il tarixli əmrlə öz ərizəsi ilə işdən azad edilmişdir. İş material larında olan əmək kitabçasının surətinə əsasən X6 16 avqust 1975-ci il tarixli əmrlə heyvandarlıq kolxozuna işə qəbul edilmiş, müxtəlif vəzifələrdə işləmişdir. Onun işdən azad olunma tarixi barədə qeydiyyat aparılmamışdır. İşdə olan Ərizəçi adına olan ПТ-İ seriyalı, ******* saylı əmək kitabçasından müəyyən olunmuşdur ki, həmin kitabça Ermənistan SSR-nin “Aqbulaq” heyvandarlıq sovxozunda 25 aprel 1985-ci ildə açılmış, orada Ərizəçi 26 aprel 1985-ci ildə sovxoza fəhlə vəzifəsinə işə qəbul edilməsi və 23 dekabr 1988-ci ildə öz ərizəsi ilə işdən azad olunmasına dair qeydlər aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, ərizəçi onun iş stajını müəyyən edən sənədlərin olmamasını iddia etsə də, iş materiallarında olan Ermənistan Respublikasında açılmış əmək ki tabçası ilə “Ağbulaq” sovxozunda işləməsi faktı öz təsdiqini tapmış, lakin həmin kitabçada onun ərizədə xahiş etdiyi dövrdə işləməsi təsdiq olunmamışdır. Ərizəçi onun adına əmək kitabçasının açıldığı halda, faktiki işlədiyi dövrlərin qeydiyyatının aparılmamasının səbəbini izah edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş şahid ifadələrini də ərizənin təmin olunması üçün mötəbər sübut kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. -104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. -104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstər ə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şahidərdən X2 özü 1983-cü ildən 1988-ci il tarixədək “Ağbulaq” sovxozunda traktorçu işləmiş və Ərizəçi həmin sovxozda işləməsini təsdiq etsə də, işləmə dövrünü göstərməmişdir. Halbuki, ərizəçinin əmək kitabçası ilə də təsdiq olunmuşdur ki, o, 1985-ci ildən 1988-ci ilədək, yəni şahidin işlədiyi dövrüyn bir hisəssində göstərilən sovxozda işləmişdir. Həmin şahidin ifadəsi isə ərizəçinin xahiş etdiyi kimi, 01 sentyabr 1978-ci il tarixdən 06 may 1980-cı il tarixinə və 01 iyul 1982-ci il tarixdən 01 yanvar 1985-ci il tarixinə kimi işləmə faktının sübut edilməsi üçün əhəmiyyətsizdir. Apellyasiya instansiyası məhkəməsi digər şahidin - X3 ifadəsi ilə əlaqədar qeyd etmişdir ki, so nuncu ifadəsində ərizəçini “Ağbulaq” sovxozundan tanımasını göstərsə də, soyadından və atasının adından görünür ki, onlar qardaşdırlar. Bununla belə, həmin şahid də ifadəsində ərizəçinin göstərdiyi dövrdə “Ağbulaq” sovxozunda fəhlə işləməsini konkret göstərməmiş və hətta özünün də işləməsinin dövrünü dəqiq müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən qətnamə apellyasiya qaydasında ləğv edilməli və iş üzrə ərizənin rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli ara şdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qe yd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10403/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-150/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-150/2020
23.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver