Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1504/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsız hesab edilməsi, nikah müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı nikahın etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-1939/2*23 nömrəli, 11 dekabr 2*23-cü il tarixli qətnaməsindən iddi açılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı2 və İddiaçı1 mərhum ataları X6 ilə Cavabdeh2 5 oktyabr 2*19-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.
2. Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə 13 sentyabr 2*19-cu il tarixli, 2365 və 2366 nömrəli arayışların surətindən görünür ki, X5 və Cavabdeh2 Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçdiyi və onlara müvafiq məsləhətlər verildiyi qeyd edilmişdir. Tibbi müayinənin keçirilməsinə məsul həkim Musayeva Xatun və X8 imza etmişlər.
3. Ölüm haqqında 29 oktyabr 2*22-ci il tarixli AZ-İİ seriyalı 31*959 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 24 oktyabr 2*22-ci il tarixdə ölmüşd ür.
4. Göygöl Rayon Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *3 may 2*23-cü il tarixli, 4/546 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X5 adına olan 13 sentyabr 2*19-cu il tarixli 2366 nömrəli “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə” arayışın kserosurətində “Məsul həkim Musayeva Xatun” və “X8” yazıları qarşısında olan imzalar onlar tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur.
5. İddiaçı2 və İddiaçı1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə ünvanladıqları ərizədən görünür ki, ünvan 1i üzrə notariat hərəkətlərinin aparılmasının məhkəmədə iş həll edilənədək dayandırılması xahiş edilmişdir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahın bağlanmasına əsas olan qanunsuz əldə edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 nömrəli arayışlar əsasında mərhum X6 və Cavabdeh2 arasında Cavabdeh1 tərəfindən 5 oktyabr 2*19-cu il tarixdə 48 nömrə ilə bağlanmış nikahın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 5 oktyabr 2*19-cu il tarixdə bağlanmış nikahdan onların xəbəri olmamışdır. X9 24 oktyabr 2*22-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyi nəticəsində ölmüş və cavabdeh 27 oktyabr 2*22-ci il tarixd ə atasına məxsus evdən çıxıb getmiş, 2 noyabr 2*22-ci il tarixdə evdə qalan əşyalarını qohumlarının və qonşularının köməyi ilə aparmışdır. Eləcə də cavabdeh atalarının vəfatından 1* gün sonra mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. Lakin ataları ilə cavabdeh arasında olan nikah saxta olmuşdur. Belə ki, nikaha daxil olmaq haqqında 2 oktyabr 2*19-cu il tarixli ərizəyə əsasən nikah qeydiyyatı 2 noyabr 2*19-cu il tarixə təyin edilmiş, nikah haqqında şəhadətnamədə isə nikah ərizə qəbul edildikdən 3 gün sonra, yəni 5 oktyabr 2*19-cu il tarixdə bağlandığı qeyd olunmuşdur. Halbuki qanunvericiliyin tələblərinə əsasən nikah 1 aydan tez bağlana bilməz və nikahın həmin müddətdən tez bağlanması üçün xüsusi hal mövcud deyil. Eləcə də tibbi arayış ataları ilə cavabdehin yaşayış yeri üzrə verilməmiş və Gəncə şəhərində qısa müddətdə arayışın verilməsindən imtina edildiyinə görə Göygöl rayon poliklinikasından müayinə nəticələri (laboratoriya nəticələri) olmadan arayış alınmışdır.
8. Birinci instansiya məhkəməsində Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslər sadalanır. İddia ərizəsindən də göründüyü kimi, iddiaçılar Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə istinad edərək nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olduqlarına qeyd edirlər. Halbuki, Ailə Məcəlləsinin 26.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqan nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Həmin maddənin məzmunundan aydın olur ki, Ailə Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozmaqla bağlanmış nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Lakin Ailə Məcəlləsinin 12-ci maddəsinin tələblərindən də məlum olduğu kimi nikahın bağlanmasına mane olan hallar sırasında qanunvericiliklə nəzərdə tutulmuş bağlanma müddətinin pozulub-pozulmaması ilə əlaqədar hər-hansı bir müddəa mövcud deyil. Qeyd edilən hallar bir daha təsdiq edir ki, iddiaçılar qanunvericiliklə nəzərdə tutulan nikahın bağlanma müddətinin pozulub-pozulmamasının mübahisələndirmək hüququna malik deyillər. Bununla yanaşı, ekspert rəyi ilə də razı deyildirlər, rəy saxta olduğu üçün ekspertiza təkrar keçirilməlidir. Vətəndaş heç vaxt Polis Şöbəsinə çağırılmamışdır. Vərəsəliyin tibbə aidiyyəti olmadığı üçün tərəflərin bu halı mübahisələndirməyə subyektiv hüququ yoxdur. 6 xəstəlik üzrə nikaha daxil olmaq istəyən şəxslər müayinədən keçməlidir. Cavabdeh heç bir xəstəlik daşıyıcısı deyildir. Cavabdehin özünün şəxsi evi vardır. Əgər qadın mərhumdan əvvəl vəfat etsə idi, deməli iddiaçılar buna görə də məhkəmədə iddia qaldıracaqdılar. Saxta nikah faktiki nikaha çevrilmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2 iyun 2*23-cü il tarixli, 2(125)-1522/2*23 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi təmin edilərək, X6 ilə Cavabdeh2 ara sında Cavabdeh1ndə 5 oktyabr 2*19-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikah etibarsız hesab edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarından görünür ki, mərhum X6 ilə Cavabdeh2 arasında bağlanmış nikah 5.1*.2*19-cu ildə Cavabdeh1ndə 48 nömrə ilə qeydə alınmışdır. İddiaçılar yəni X5 hüquqi varisləri cavabdehlə ataları arasında bağlanmış nikahın qanuna zidd olaraq bağlandığını göstərərək etibarsız hesab edilməsini tələb etmişlər. İddiaçılar nikahın etibarsızlığını onunla əsaslandırmışlar ki, atası Mədəd Rzayevlə cavabdeh arasında nikah bağlanarkən təqdim olunmuş tibbi arayış saxta olmaqla bağlanmış nikah etibarsız olmuşdur. Həmin nikah etibarsız olduğu halda cavabdeh onların atalarından miras qalmış əmlakdan pay tələb etməklə əml akda olan paylarının azalması onların maraqlarına toxunur. Cavabdeh tərəf isə iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqlarının olmadığını göstərərək etirazını onunla əsaslandırmışdır ki, başqa şəxslər nikahın etibarsızlığını o halda mübahisələndirə bilər ki, nikah AM-in 12-ci maddəsinin tələbləri pozmaqla bağlansın. Yəni nikah bağlanarkən qanunvericilikdə göstərilən hər hansı bir xəstəlik mövcud olsun. Nikah bağlanandan sonra nikaha daxil olan şəxslərin heç birində xəstəlik aşkar edilməmiş, bununla yanaşı Göygöl rayon Polis şöbəsində aparılmış araşdırma zamanı cavabdehin iştirakı təmin olunmadan ekspertiza keçirilmişdir. Hesab edirlər ki, həmin ekspert rəyi əsassız və saxtadır.
11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericilikdən görünür ki, nikaha d axil olan şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməməsi imperativ norma olaraq məcburi olmaqla həmin tələblərə əməl olunmadan bağlanmış nikah mübahisələndirilməsindən asılı olmayaraq özü-özlüyündə etibarsızdır. Bununla yanaşı cavabdeh tərəf öz etirazının əsası kimi Göygöl rayon Polis Şöbəsində istintaqın düzgün aparılmamasını, ekspert rəyinin keçirilməsində cavabdehin iştirakının təmin edilmədiyi üçün qərardan şikayət vermələri ilə əsaslandırmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdehin göstərdiyi dəlillər hazırkı işin nəticəsinə təsir etmədiyindən əsassızdır. Bununla yanaşı, iddiaçılar mərhum X5 vərəsələri olmaqla miras əmlakdan pay almaq hüquqları olduğu üçün hazırkı iddianı irəli sürməkdə haqlı olmuşlar.
13. Birinci instansiya məhkəməsi belə olan ha lda hesab etmişdir ki, iddia təmin edilməli, mərhum X6 ilə Cavabdeh2 arasında Cavabdeh1ndə *5.1*.2*19-cu ildə 48 nömrəli aktla qeydə alınmış nikah etibarsız hesab edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 11.1, 12, 13(köhnə redaksiya), 25.1, 25.2, 26.1.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi v ə prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi sübutlara lazımı qiymət verməmiş, eləcə də iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Birinci instansiya məhkəməsi Göygöl Rayon Polis Şöbəsində aparılmış araşdırma ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3 may 2*23-cü il tarixli, 4/546 nömrəli ekspert rəyinə istinad etmişdir. Halbuki ekspertiza tədqiqatın aparılması üçün kserosurəti olunmuş sənədlər təqdim olunmuş və ekspert qarşısında möhürlə bağlı sual qoyulmamışdır. Eləcə də 13 sentyabr 2*19-cu il tarixli 2365 və 2366 nömrəli arayışlar kim tərəfindən imzalandığı və möhür vurulması araşdırılmamışdır. Sorğuları əsasında Cavabdeh1ndən alınmış məlumata əsasən həmi n dövrdə Göygöl mərkəzi xəstəxanası (Göygöl rayon poliklinikası) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə 42 ədəd saxta arayış təqdim olunmuşdur. Beləliklə, başqalarının saxtakarlığı və səhlənkarlığına görə onun heç bir günahı və əlaqəsi yoxdur.
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə arayış X12, habelə hər hansısa bir səlahiyyətli dövlət orqanı tərəfindən verildiyindən və həmin orqanın möhürü ilə təsdiq olduğundan Qeydiyyat şöbəsi üçün həmin arayışların məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qeydiyyat şöbəsinin vəzifəli şəxsi ona təqdim edilmiş arayışlar, əgər elektron sistemdə yerləşdirilməmişdirsə, səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilmiş yazılı kağız üzərində olan informasiya daşıyıcılarına inanmalıdır. Məhkəmə polis orqanı tərəfindən təyin edilmiş ekspert rəyinin nəticələrini və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan əldə etməklə kifayətlənmiş, möhürün həqiqiliyinin yoxlanılması ilə bağlı ekspertiza təyin etməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi dolayısı ilə Qeydiyyat şöbəsinin vəzifəli şəxsinin üzərinə həkim tərəfindən verilmiş arayışın doğruluğuna şübhə ilə yanaşmaq vəzifəsi qoyduğu halda, özü polisin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara inanmaqla kifayətlənmişdir. Eləcə də, eksperti zaya tibbi arayışların əsilləri deyil, surətləri təqdim olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsi istinad etdiyi Göygöl rayon polis şöbəsinin 4 may 2*23-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar Göygöl rayon prokurorluğu tərəfindən 9 iyun 2*23-cü il tarixdə qanunsuz və əsassız hesab olunaraq ləğv edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*4)-1939/2*23 nömrəli mülki iş üzrə 11 dekabr 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cav abdeh2 və Cavabdeh1nə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamış və qeyd etmişdir ki, şin halları ondan ibarətdir ki, X6 ilə Cavabdeh2 arasında *5 oktyabr 2*19-cu il tarixdə Cavabdeh1ndə nikah bağlanmış və buna dair Nikah haqqında *5 oktyabr 2*19-cu il tarixli AZ-İİ seriyalı 3*1*8* nömrəli şəhadətnamə verilmişdir. X6 24 oktyabr 2*22-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra uşaqları (əvvəlki nikahdan olan) İddiaçı2 və İddiaçı1 nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiyi barədə 13 sentyabr 2*19-cu il tarixli, 2365 və 2366 nömrəli arayışların saxta olmasını əsas gət irərək X6 ilə Cavabdeh2 arasında *5 oktyabr 2*19-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
21. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsinin qaydaları və şərtləri Ailə Məcəlləsinin 13-cü maddəsində göstərilmişdir. İddia ərizəsindən, eləcə də iddiaçıların vermiş olduğu izahatlardan müəyyən olunur ki, nikah bağlanarkən təqdim olunmuş tibbi sənədlərin saxta olması barədə mərhum X6 məlumatlı olmuşdur. Buna baxmayaraq Cavabdeh1ndə X6 ilə Cavabdeh2 arasında *5 oktyabr 2*19-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikah X1 sonuncu tərəfindən mübahisələndirilməmiş və o, ölən günə kimi Cavabdeh2 ilə birlikdə ər-arvad kimi yaşamışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, iradə sərbəstliyi prinsipi mülki münasibətlərin və mülki dövriyyənin inkişafı baxımından aparıcı rol oynayır. İradə sərbəstliyi olmadan nə mülkiyyət haqqından tam istifadə etmək, nə də ki azad mülki münasibətlərin qurulması şəraitini təmin etmək mümkündür. Ona görə də iradə sərbəstliyi yalnız müqavilə və hətta bütövlükdə əqdlər baxımından şəxslərin iradə azadlığını deyil, ümumiyyətlə insanların öz şəxsi məsələləri ilə bağlı subyektiv mənafe və mövqeləri barəsində müstəqil qərar vermək və bu qərar istiqamətində hərəkət etmək azadlığına malik olduqlarını da ifadə edir. İradə sərbəstliyi bir tərəfdən mülkiyyət haqqının və işgüzar təşəbbüskarlıqların həyata keçirilməsinə, digər tərəfdən isə istehsal olunan əmtəə və xidmət ləri arasında, başqa istehlakçılar olmaqla bütün mülki dövriyyə iştirakçıları tərəfindən şüurlu və sərbəst seçim imkanı təmin edərək həm istehsal, həm də istehlak səviyyəsinin inkişafına şərait yaratmış olur. Nəticə etibarilə özəl hüquq subyektlərinin öz şəxsi mənafeləri ilə bağlı qurduqları münasibətlər birbaşa qanunvericilik müddəaları ilə o hallarda tənzimlənir ki, həmin subyektlər öz iradələri ilə qurduqları bu münasibəti fərqli şəkildə tənzimləyən qaydaları özləri üçün müəyyənləşdirməmiş olsunlar. Mülki hüquq subyektləri üçün məcburi olub-olmamaq baxımından mülki qanunvericilik normaları iki əsas qrupa bölünür: 1) mülki hüquq subyektləri üçün məcburi olan normalar və 2) məcburi olmayan normalar. Bir qayda olaraq məcburi olan, yəni imperativ, məcburi olmayan isə dispozitivlik normaları şəklində ifadə olunur. Beləliklə, mülki qanunvericiliyə aid qaydaların (normaların) məcburi olduğu müəyyənləşdirilmədiyi müddətcə həmin normaları ixtiyarı (dispozitiv) hüquq qaydası (norması) hesab etmək lazımdır. Mülki hüquq subyektləri üçün məcburi olmayan (dispozitiv) normalar ixtiyari qaydada xüsusi qanunvericilik normaları, əksi sübut olmadığı müddətcə, dispozitiv hüquq qaydası hesab olunur.
23. Yuxarıda qeyd olunanları nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, X5 ölümündən sonra *5 oktyabr 2*19-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması öz-özlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar.
24. Məhkəmə kollegiyası gəld iyi nəticəni Ailə Məcəlləsinin 9.1, 9.2, 9.3, 9.4, 11.1, 11.2, 12, 13.1-13.7, 25.1-25.4, 26.1.6, 27.3, MPM-in 14.1, 77.1, 87.2, 88, 217.3, 384.*.2, 385.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçılar (vəkil X2) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 11.12.2*23-cü il tarixli 2(1*4)-1939/2*23 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi, iddianın təmin edilməsi, nikahın bağlanmasına əsas olan qanunsuz əldə edilmiş saxta olan “Nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçməsi barədə” 2365 və 2366 nömrəli arayışlar əsasında mərhum X6 və Cavabdeh2 arasında Göygöl rayonQeydiyyat şöbəsi tərəfindən *5 oktyabr 2*19-cu il tarixdə 48 nömrə ilə bağlanmış nikahın etibarsız sayılm asına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Konstitusiyasının 6*, Ailə Məcəlləsinin 11.1, 12.*.3-1, 13.1, 13.3, 25, MPM-in 77.1-ci maddələrinin tələbləri pozulmuş və məhkəmə tərəfindən hazırkı işə baxılarkən həmin hüquq normaları düzgün təfsir edilməmiş və tətbiq edilməmişdir. Hesab edirik ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən adı çəkilən və istinad etdiyimiz maddi hüquq normasının tələbləri pozulmuş və məhkəmə tərəfindən hazırkı işə baxarkən həmin maddi hüquq normaları düzgün təfsir edilməmiş və tətbiq edilməmişdir. İlk öncə məhkəmə qərarının istinad etdiyi 66-cı bəndən görünür ki, məhkəmə hesab etmişdir ki, X5 ölümündən sonra *5 o ktyabr 2*19-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olunması öz-özlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar. Başqa sözlə işə baxan məhkəmə tərkibi hesab etmişdir ki, hazırkı iddianın qaldırılmasında iddiaçıların subyektiv hüququ mövcud deyildir. Məhkəmə həmçinin bunu hüququmüəyyənlik prinsipi ilə əlaqələndirmiş və nəticə etibarı ilə təzadlı nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin həm hüququ müəyyənlik həmdə subyektiv hüququn olmaması kimi tamamı ilə fərqli və bir biri ilə uzlaşmayan səbəbələrdən iddianı rədd etməsi tam qanunsuzdur. Bundan əlavə məhkəmə tərəfindən nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında Ali məhkəmə Plenumunun 28 mart 2*16-cı il № 8- 2/2*16 tarixli qərarının 11.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, sözü gedən bəndin tələbinə görə 11.1. nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Məhkəmə tərəfindən isə nikahın həqiqiliyinin hansı əsasla mübahisələndirilməsini aydınlaşdır mamış, eləcədə iddiaçıların iddia qaldırmaq hüququna malik olan şəxs kimi hansı maddənin tələbi ilə (26.1.6-ci maddə) hazırkı iddianı qaldırdıqlarını müəyyən etməmiş və sözgedən maddi hüquq normasının tələbini pozmuşdur. Başqa sözlə desək məhkəmə ilk öncə sözgedən plenum qərarında qeyd edildiyi kimi əvvəlcə nikahın etibarsız hesab edilmə əsaslarını aydınlaşdırmalı, bundan sonra isə iddiaçıların məhz subyektiv hüququnun olub olmamasına hüquqi qiymət verməli idi. Hansı ki, sözü gedən tələbdə iddiaçılar nikahın etibarsız hesab edilmə əsaslarının həmin məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş hallara aid olmaqla, daha konkret desək Ailə Məcəlləsinin 12, 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər bəndinin pozulması əsası ilə həmin nikahın etibarsız hesab edilməsin i tələb etdikləri iş materialları ilə görünür. Yəni sözgedən nikah bağlanarkən artıq müvafiq işə təqdim edilmiş və işin mübahisəsiz halı kimi müəyyən edilən hallarda təsdiq edilir. Belə ki, iş materialları ilə (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar və Göygöl rayon X3 hüquq şəxsin 24 yanvar 2*23-cü il tarixli məktubu, ekspert rəyi ilə) tam təsdiq edilir ki, mübahisələndirilən X6 ilə Cavabdeh2 arasında olan nikahın bağlanması üçün təqdim edilmiş 13.*9.2*19-cu il tarixli, 2365 və 2366 nömrəli arayışlar tam saxta olmaqla, tərəflər hazırkı nikaha tibbi müayinədən keçməyən şəxslər kimi daxil olmuşdur. (sözgedən işin halları həm birinci instansiya həmdə apellyasiya məhkəməsinin sözgedən qətnaməsi ilə də mübahisləndirilmir). Məhz iddiaçılarda Ailə məcəlləsinin 26.1.6-cı maddəsind ə nəzərdə tutulmuş həmin nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşlar. Lakin məhkəmə sözgedən maddənin tələbini ümumiyyətlə qətnamədə göstərməmiş, iddiaçıların məhz həmin şəxslər olub olmamasını qətnamədə əsaslandırmamış və səbəblərini göstərməmiş, bunla bağlı maddi hüquq normasının göstərilən tələbinin ümumiyyətlə niyə nəzərə almamısını və həmin maddənin tədbiqini istisna edən heç bir əsaslı dəlil və təfsir göstərməmişdir. Bu da birmənalı şəkildə iddiaçıların hüquqlarının pozulması ilə nətəcələnmişdir. Belə ki, sözgedən maddi hüquq norması məhz norması məhz iddiaçıların iddia qaldırmaq üçün subyektiv hüququnun olmasını tanımaqla bərabər, həmdə iddiaçıların hansı hüquqlarının pozulduğu iddia ərizəsində və birinci instan siya məhkəməsinin qətnaməsində tam əsaslandırılmışdır. Belə ki, sözügedən etibarsız nikah nəticəsində iddiaçılar vərəsəlik və atalarından miras qalmış əmlak üzərindəki pay hüquqlarının pozulması işin mübahisəsiz halıdır. Belə ki, cavabdehin saxta tibbi arayış əsasında etibarsız nikaha girməkdə məqsədi əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olmuşdur ki, bu d a iddiaçıların miras əmlak hüquqlarının pozulması ilə nəticələnmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Plenum qərarında da qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə də iddiaçıların sözgedən iddia qaldırmaq hüququ Ailə Məcəlləsinin 26.1.6-cı maddəsində nəzərdə tutulan qaydada yaranmış və bu maddi hüquq normasının tələbi baxımından iddiaçıların subyektiv hüququ mövcuddur.
27. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayıl masının nəticələrini müəyyən etməklə məhz bu əsasla nikahın bağlanması nəticəsində hüquqları pozulmuş digər şəxslərin iddia qaldırmaq hüququnu nəzərdə tutmuşdur. Hazırkı iş üzrə də məhz, qeyd edilən maddənin tələbinin pozulması tam iş materialları ilə təsdiq edilir və müvafiq tibbi şərtlərə əməl edilmədən və bununla bağlı qanunverciliyin müəyyən etdiyi tələblər aydın olmasına baxmayaraq, məhkəmə bu məsələyə düzgün hüquqi qiymət verməmiş və nikahın etibarsız olmasına dair qanunvericiliyin imperativ tələblərini nəzərə almamışdır. Qeyd etmək lazımdır ki, 2*19-cu ildən 2*22-ci ilədək X7 tibbi arayışın saxta yolla əldə olunması barədə məlumatının olubolmaması iddiaçılara məlum olmayıb və saxta sənəd düzəldilməsi və cavabdehlə mərhum Mədəd Rzayev arasında nikah olması barədə 12.1*.2*22-ci ildə M ədəd Rzayev ölümündən 12 gün qabaq iddiaçılara məlumat vermişdir. X7 nikah şəhadətnaməsinin mövcud olması barədə hansı vaxtdan məlumatlı olmasını da iddiaçılar bilmirlər. Məhkəmə Ailə Məcəlləsinin 27.3-cümaddəsinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah - saxta nikah hesab olunur. Onun hazırkı işə heç bir aidiyyəti olmamaqla, iddia tələbi və işin faktiki halları ilə əlaqəli deyildir.
28. Cavabdeh tibbi arayışı qeydiyyat şöbəsinə özünün təqdim etmədiyini bildirir. Tibbi arayışın nikaha daxil olmaq istəyən şəxslərin arayışın nikaha daxil olmaq istəyən şəxslərin ərizəsi ilə birlikdə qəbul edildiyini nəzərə alsaq, əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüd dətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim etməli idi, gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən və ya notariat qaydasında təsdiq edilməli idi.
29. İddiaçılar nikaha daxil olmaq üçün əsas olmuş tibbi arayışın saxta olduğuna dair sübutlar təqdim etmişdir, cavabdeh tərəf apellyasiya şikayətində özü etiraf edərək 13.*9.2*19-cu il tarixli, 2365 nömrəli 2366 nömrəli arayışlarda həkimlərin əvəzinə xəstəxananın texniki işçiləri imza etdiyini və onların səhlənkarlığı ucbatından həmin arayışların qeydi yyat kitabına alınmadığını bildirmişdir. Tibbi arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiq edilməli idi. Cinayət təqibi orqanının araşdırması zamanı da keçirilmiş ekspertiza rəyi ilə tibbi arayışların məsul həkimlər tərəfindən imzalanmadığı sübut olunmuşdur. Cavabdeh2 qan analizi verdiyini iddia etsə də, tibbi arayışın verilməsinə əsas olmuş, qan analizlərinin laborator nəticələrinin təqdim olunması cavabehdən hər iki instansiyada tələb olunsa da təqdim edə bilməmişdir. Həmin arayışların həqiqətə uyğun olmadığı sübuta yetirildiyinə görə mötəbər hesab olunmur, nikaha daxil olmaq istəyən şəxslərin müayinədən keçdiklərini təsdiq etmir. Belə olan halda saxta arayışlar əsasında verilmiş nikah şəhadətnaməs i qanuni və əsaslı hesab oluna bilməz. “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquq şəxs tərəfindən verilmiş 23.*1.2*24-cü il tarixli məktubdan da görünür ki, Göygöl rayon Mərkəzi Xəstəxanası X1* arxiv sənədlərində “Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən keçdiyi” barədə X6 və Cavabdeh2 arayışın verilməsi haqqında heç bir qeydiyyat aşkar edilməmişdir. Göygöl Rayon Mərkəzi xəstəxanasının 24 yanvar 2*23-cü il tarixli məktubundan da görünür ki, X6 və Cavabdeh2 xəstəxanada müayinə keçməsinə dair arxiv sənədlərində heç bir qeydiyyat yoxdur. Qeyd olunan sənədlər cinayət təqibi orqanının araşdırma materialında öz əksini tapmışdır. Kifayət qədər sübut təqdim olunmasına baxmayaraq iddia təmin edilməmişdir.
30. Azərbaycan Respublikasının MPM-in 22*.5-ci maddəsi məhkəm ə tərəfindən pozulmuşdur. Belə ki, sözgedən qətnamədə iddianın əsaslandırıcı hissəsində iddianın təmin edilməsi qeyd edilsə də, nəticə hissəsində iddianın rədd edildiyi göstərilmiş və bununla da sözgedən maddənin tələbləri pozulmuşdur. (qətnamənin 67-ci bəndi). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətinə qarşı etiraz verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir maddi və prosessual hüquq normalarının pozulmadığını, qətnamənin tam qanuni və əsaslı olduğunu bildirərək, kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi
32. Maddə 9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.
33. Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
34. Maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
35. Maddə 12.*. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
36. Maddə 12.*.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
37. Maddə 12.*.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
38. Maddə 12.*.3. ikisindən biri və ya hər ikisi başq ası ilə nikahda olan şəxslər;
39. Maddə 12.*.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
40. Maddə 12.*.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
41. Maddə 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
42. Maddə 13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir.
43. Maddə 13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Həmin arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsinin rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir və dərhal elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə öt ürülür. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
44. Maddə 13.4. Nikaha daxil olmaq barədə ərizə təqdim edilən zaman nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, həmin arayış nikaha daxil olmaq barədə ərizəyə kağız formada əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
45. Maddə 13.5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
46. Maddə 13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
47. Maddə 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
48. Maddə 25.1. Bu məcəllənin 1*-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
49. Maddə 25.2. Nikah məhkəmə qayda sında etibarsız sayılır.
50. Maddə 25.3. Nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
51. Maddə 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
52. Maddə 26.1.6. Bu Məcəllənin 26.1.4-cü-26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı.
53. Maddə 27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər f aktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Azərbaycan Respuyblikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4. Məhk əmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yo l verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
68. Məhkəmə kollegiyası kassasiya şikayətin in Azərbaycan Respublikasının MPM-in 22*.5-ci maddəsi məhkəmə tərəfindən pozulduğu, belə ki, sözgedən qətnamədə iddianın əsaslandırıcı hissəsində iddianın təmin edilməsi qeyd edilsə də, nəticə hissəsində iddianın rədd edildiyi göstərildiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, həqiqətən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 67-ci bəndində göstərilmişdir ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin *2 iyun 2*23-cü il tarixli 2(125)-1522/2*23 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı nikahın etibarsız hesab olunması tələbi təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.Lakin apellyasiya instansiyası məhkə məsinin “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” bölməsində 59-cu bənddə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Eləcə də qətnamənin 61-ci bəndində göstərilmişdir ki, bu qətnamənin 59-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Həmçinin qətnamənin 66-cı bəndində göstərilmişdir ki, yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, X5 ölümündən sonra *5 oktyabr 2*19-cu il tarixdə 48 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın etibarsızlığının onun uşaqları (iddiaçılar) tərəfindən mübahisələndirilməsi əsassızdır və iddianın təmin olun ması özözlüyündə hüquqi müəyyənlik prinsipinin tələblərinə zidd olar.
69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 59, 61 və 66-cı bəndlərində qeyd edilənlərə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində də nikahın etibarsız hesab olunması tələbinin təmin edilməsi qət olunduğuna görə məhkəmə kollegiyası hesab ki, həmin qətnamənin 67-ci bəndində texniki səhvliklə tələbin təmin edilməli olduğu qeyd edilmişdir və bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas təşkil etmir.
70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
71. İddiaçılar kassasiya şikayətinə “TƏBİB” X1* və “TƏBİB” X12 “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X1* məktublarını əlavə etsələr də məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsində yeni sübutlar qəbul edilmir və onlara hüquqi qiymət verilmir. Azərbaycan Respublikasının MPM-in 416.1 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
72. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2*23-cü il tarixli 2(1*4)-1939/2*23 nömr əli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.