Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1505/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadı ilə (hakim X.Məhərrəmova, iş № 2(004)-x x/18) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsinin işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhərrəmova, iş № 2(004)-xx/18) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı işdən azad edilməsinə dair xx xx 20018-ci il tarixli **********7 nömrəli əmri ləğv edilmiş, İddiaçı "xxxx" Dövlət Müəssisəsinin direktoru vəzifəsinə bərpa edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birinci instansiya məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından və xx xx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova-sədrlik edən və məruzəçi, E.Şamayev və X.Sarıyev, iş № 2(103)-xx/18) Yasamal Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət, həmçinin həmin iş üzrə məhkəmənin xx xx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətlər mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə göndərilmiş, cavabdehə qərardadda göstərilən nöqsanlar aradan qaldırıdıqdan sonra yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xx 2018-ci il tarixli qərardadının ləğv olunmasını və birinci instansiya məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından və xx xx 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün sayılması və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onun işdən azad olunması barədə verdiyi xx xx 20018-ci il tarixli **********7 nömrəli əmrin ləğv edilməsini və onun "xxxx" Dövlət Müəssisəsinin direktoru vəzifəsinə bərpa olunmasını, cavabdehin ona vurduğu mənəvi zərərə görə 10.000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və ye ri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ci il tarixli qərardadı ləğv edilməli və iş cavabdehin birinci instansiya məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından verdiyi şikayətin və eyni tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin qərardaddan verdiyi şikayəti və qətnamədən verdiyi apellyasiya şikayətini qeyri-mümkün sayarkən şikayəti və apellyasiya şikayətini imzalamış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri X1 müvafiq səlahiyyətə malik olmasını təsdiq edən hər hansı sənədin mövcud olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni əsassız sayır. İş materiallarından və eləcə də kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iş üzrə birinc i instansiya məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından şikayət və eyni tarixli qətnaməsindən apellyasiya şikayəti 29.11.2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri X1 tərəfindən imzalanmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 27.08.2018-ci il tarixli əmrinə əsasən aparat rəhbəri Anar Əliyevə məhkəmə aktından şikayət vermək səlahiyyəti verilmişdir. Göründüyü kimi, aparat rəhbəri X1 hələ birinci instansiya məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından və eyni tarixli qətnaməsindən şikayətlər verilənədək məhkəmə aktlarından şikayət vermək və onları imzalamaq hüququ olmuşdur. Məhkəmə kollegiyası cavabdehin xx x x 2018-ci il tarixli qərardaddan və qətnamədən şikayətləri üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi üçün Azərbaycan Respublikası MPMnin 361, 363-cü maddələrində göstərilən əsaslardan hər hansı birini müəyyən etmədiyindən hesab edir ki, iş cavabdehin qərardaddan və qətnamədən verdiyi şikayətlər üzrə apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinin tələbinə müvafiq olaraq apellyasiyanın mümkünlüyünü, şikayətlərə apellyasiya qaydasında baxmaq üçün prosessual əsasların olmasını yenidən yoxlayaraq həmin maddədə nəzərdə tutulan prosessual hərəkətləri həyata keçirməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırı lması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə xx xx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə xx xx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasını n Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininkassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-cı il tarixli, 2(103)-xx/18 saylı qərardadı ləğv edilsin və iş cavabdehin birinci instansiya məhkəməsinin xx xx 2018-ci il tarixli qərardadından verdiyi şikayət və eyni tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1505/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1505/2019
26.02.2019 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver