Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1505/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, zaminliyə xitam verilmə müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) pul tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(105 )-1661/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli razılaşma imzalanmış, həmin razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixində birgə iş görmək üçün tanışı İddiaçı xx.xx.2021-ci il tarixinədək istifadə etmək üçün 400.000 ABŞ dolları aldığını təsdiq etmişdir. Həmin pulu Cavabdeh1 geri qaytara bilmədikdə, həmin pulu Cavabdeh2 İddiaçı geri qaytarmağı öz öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1871/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1871/2021 saylı, 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2268/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-817/2023 nömrəli, xx.xx.2023 -cü il tarixli qətnaməsi MPM-nin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2021-ci il tarixdən hesablanması, mülki iddianın qismən təmin edilməsi, mülki İddiaçı mülki iddiasının qismən t əmin edilməsi, X1 442.000 (dörd yüz qırx iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 832 (səkkiz yüz otuz iki) manat, ümumilikdə 442.832 (dörd yüz qırx iki min səkkiz yüz otuz iki) manat pulun tutularaq İddiaçı ödənilməsi hökm edilmişdir.
6. Həmin hökmdə zərərçəkmiş şəxs İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Bəhruz ondan aldığı 400.000 ABŞ dolları puldan 102.000 ABŞ dollarını Abasquluya vermişdir ki, sonuncu həmin pulu ona versin, Abasqulu həmin 102.000 ABŞ dollarını ona vermis, lakin öz borcundan qaytarılmalı pul kimi vermişidr. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400.000 (dörd yüz min) ABŞ dollarının tutula raq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə birgə iş görmək üçün tanışı İddiaçı 400.000 ABŞ dollarını xx.xx.2021-ci il tarixədək istifadə etmək üçün aldığını təsdiq etmişdir. xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə əsasən X2 cavabdeh İddiaçı 700.000 (yeddi yüz min) ABŞ dolları borc aldığı, onun 400.000 (dörd yüz min) ABŞ dollarını Cavabdeh1 ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi, tərəflərin pulun Cavabdeh1 tərəfindən birbaşa İddiaçı qaytarılmasına razı olduğu qeyd edilir. Cavabdehlə aralarında bağlanmış olan razılaşmada (əqd) qeyd olunanlar barədə öz imzaları ilə ra zılığa gəlmiş və bu razılaşma ilə cavabdehlər həmin məbləği qaytarmağı öhdələrinə götürmüşlər. Sonradan Cavabdeh1 həmin razılaşma əqdinin etibarsızlığı ilə bağlı məhkəmə qaydasında iddia qaldırsa da, əqdin qanuni və əsaslı olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-817/2023 saylı qətnaməsi ilə öz təsdiqini tapmış və həmin qətnamə ilə hazırkı iş üzrə cavabdehin iddiası rədd edilmişdir. Hazırda cavabdeh və ona zamin duraraq pul götürmüş digər Cavabdeh2 imzaladıqları əqd üzrə öhdəliklərini yerinə yetirmir, yəni 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu geri qaytarmır. Bu səbəbdən də həmin məbləğin cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır.
9. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbin i qəbul etməyərək bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti ötürülüb və ona görədə iddia tələbi rədd edilməlidir. Bununla bağlı cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli ərziə təqdim etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Elmir Hüseynov) xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 298.000 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə zamin Cavabdeh2 münasibətdə hesab etmişdir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir.
12. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən cavabdeh pulu xx.xx.2021-ci il tarixdə qaytarmaq öhdəliyi götürmüşdür. Hazırkı iddia ilə iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir, göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələblərinə riayət etmişdir. Belə ki, həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
13. Məhkəmə hesab etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1(101)-83/2023 saylı cinayət işinin istintaqı zamanı İddiaçı verdiyi ifadədədə qe yd etdikləri, yəni Cavabdeh1 ondan aldığı pulun 102.000 ABŞ dolları hissəsini qaytardığı nəzərə alınmalı və Cavabdeh1 298.000 ABŞ dolları alınaraq İddiaçı verilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 373.2, 385.1, 442, 448.1, 470.1, 472.1, 472.2, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 82.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı X4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Məzmunu iddia ərizəsinin məzmunu ilə oxşarlıq təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırda cavabdeh və ona zamin duraraq pul götürmüş digər Cavabdeh2 imzaladıqları əqd üzrə öhdəliklərini yerinə yetirmir, yəni 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pulu geri qaytarmır. Bu səbəbdən də, həmin məbləğin cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2994/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hesab edir ki iddianın təmin olunmayan hissəsi qanunsuz və əsassız olaraq təmin edilməmiş, həmin hissədə iddianın rədd edilməsi üçün heç bir səbəb olmamış və nəticədə qətnamə müvafiq olaraq maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Məhkəmə Mülki Məcəllənin 477-ci maddəsini təhrif etməklə, qanunun tələblərini pozmaqla, ma ddənin əsas ruhuna zidd və kobud səhv qərara gəlmişdir. Belə ki, bağlanmış razılaşma müqaviləsində öhdəliyin icrası konkret olaraq göstərilmişdir. Həmin müddət tamam olmadan da tərəflərdən biri həmin müqavilənin etibarsızliğına dair iddia qaldırmışdır, iddia qaldırıldığı andan öhdəliklərin icrası üçün iddia müddətinin axını dayanmışdır. Yəni, qanunun qeyd edilən tələbi hazırkı məhkəmə mübahisəsinə şami edilə bilməz. Qətnamədə Mülki Məcəllənin 375-ci maddəsinin tələbi də qərəzli şəkildə pozulmuşdur. Qərəzli ona görə ki, işə baxan hakim maddənin tələbini pozaraq iddia müddəti ilə bağlı zamin şəxsin ərizəsi olmadığı halda ona qiymət vermiş, bununla da, öz səlahiyyətlərini aşaraq mülki iş üzrə mübahisələndirilməyən və ərizə əsasında baxılmalı olan hala qiymət vermişdir. Qiymət verilərkən isə y enidən qanunverciliyin tələblərini düzgün tövsif etmədən öz mülahizəsinə uyğun qərar qəbul etmişdir. Məhkəmə qanuni qüvvəsini almış məhkəmə aktı ilə sübuta yetirilmiş halları təkrar sübuta yetrilməsi istiqamətində araşdırmaları aparmış, heç bir cavablandırılmamış sorğu və təqdim olunması gözlənən sübut növü olmadığı halda əsassız yerə məhkəmə iclaslarını təxirə almış, işə baxılması üçün prosessual müddətin kifayət qədər olmasına baxmayaraq, əsassız qərardad qəbul edərək işə baxılma müddətini uzatmışdır.
17. Həmçinin, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və ona əlavələr verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2994/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şi kayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 400.000 (dörd yüz min) ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2994/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 298.000 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borcun alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin hallarına baxılarkən məhkəmələr öz-özlüyündə əqdin etibarsızlığı hallarını nəzərə almalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli və 26 aprel 2023-cü il qərarlarında da xüsusilə vurğulanmışdır ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Fuad Məmmədov) 27 dekabr 2024-cü il tarixli 2(10 5)-1661/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2994/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində cavabdehlərin hər ikisindən borcun tam tutulmasını xahiş etmişdir. İddiaçı şikayətini birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 477-ci maddəsinin düzgün tədbiq etməməsi ilə əsaslandırmışdır. Həmçinin, iddiaçı hesab etmişdir ki, qətnamədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-83/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə istinad edərək 102.000 ABŞ dollarının iddiaçıya qaytarılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə düzgün olmamışdır.
21. Kollegiya qeyd olunan dəlillərlə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 477.0.4-ci maddəsində göstərilən müddətlər iddia müddəti olmadığından, kəsici müddətlər olduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq zaminliyə xitam verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti tədbiq etmişdir.
22. Digər dəlillə bağlı kollegiya qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 83/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündə zərərçəkmiş şəxs İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bəhruz ondan aldığı 400.000 ABŞ dolları puldan 102.000 ABŞ dollarını Abasquluya vermişdir ki, sonuncu həmin pulu ona versin, Abasqulu həmin 102.000 ABŞ dollarını ona vermis, lakin öz borcundan qaytarılmalı pul kimi vermişdir. Odur ki, kollegiya qeyd olunan dəlilləri əsass ız hesab edir.
23. Cavabdeh1 verdiyi apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli razılaşmanın məcburetmə nəticəsində bağlanmasına, İddiaçı ilə X3 arasında bağlanmış digər bir əqdin pərdələnməsinə, İddiaçı ilə Cavabdeh1 arasında faktiki olaraq müqavilə münasibətlərin olmamasına istinad etmişdir.
24. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-817/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2268/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikay əti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı və cavabdeh öz apellyasiya şikayətlərinin əsaslarına dair dəlillərini sübut edə bilməmişlər, məhkəməyə heç bir mötəbər və legitim, əsaslı şübhələrdən kənar sübut təqdim etmədiklərindən, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri
27. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilrək iddia tələbimin tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qətnamədə qanun bu tələbi qərəzli şəkildə pozulmuşdur. Qərəzli ona görə ki, işə baxan hakim yuxarıda qeyd olunan maddənin tələbini pozaraq, iddia müddəti ilə bağlı zamin şəxsin ərizəsi olmadığı halda ona qiymət vermiş, bununla da o, öz səlahiyyətlərini aşaraq mülki iş üzrə mübahisələndirilməyən və ərizə əsasında baxılmalı olan hala qiymət vermişdir. Qiymət verilərkən isə yenidən qanunverciliyin tələbl ərini düzgün tövsif etmədən öz mülahizəsinə uyğun qərar qəbul etmişdir. Cavabdehlərdən biri olan Cavabdeh2 məhkəməyə açıq hörmətsizlik edərək heç bir məhkəmə iclasına gəlməmiş, işə dair hər hansı bir ərizə və vəsatət verməmiş, müddətlə bağlı hansısa tələb irəli sürməmişdir.
29. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkəmə özündən əvvəl mübahisələndirilmiş müqavilə üzrə yekun qərar qəbul etmiş və qanuni qüvvədə olan məhkəmənin qətnaməsi ilə araşdırılmış, münasibət bildirilmiş halları öz mülahizəsinə görə yenidən araşdırmağa çalışmış, cavabdehin özünü müdafiə xarakterli vermiş olduğu və nə istintaq müddətində, nə də müqavilənin mübahisələndirildiyi mülki mübahisədə sübuta yetirilməyən ifadəsi əsasında tələbi 102.000 manat azaltmışdır. xx.xx.2024-ci il tarixdə Sumqayıt Apellyasi ya Məhkəməsinə 2(105)-1661/2024 saylı məhkəmə işində tərəfindən elektron məhkəmə portalı vasitəsilə vəsatət verilmişdir. Vəsatətə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il № 7 saylı qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq məhkəmədən hazırkı mülki iş üzrə işin faktiki hallarında mövcud olan cinayət əlamətlərinin araşdırılmasına dair xüsusi qərardad çıxarmaqla prokurora göndərilməsi xahiş edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən də göründüyü kimi, verilmiş vəsatətə heç bir hüquqi qiymət verilməmiş, tam şəkildə əsaslandırılmış vəsatət nə məhkəmənin iclas zalında, nə də qəbul edilmiş qətnamənin əsaslan dırılması hissəsində göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ola n eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
33. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
35. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 3
6. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
37. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
38. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər z ərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
39. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı
40. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı
41. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhd udiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnaməni n qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
55. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və arada n qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır.
56. Belə ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zam inlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.
57. Göründüyü kimi, qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia q aldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
58. Həmçinin, kollegiya qeyd edir ki, kassasiya şikayətində qeyd edildiyi kimi, iddiaçı tərəfindən verilmiş xüsusi qərardad qəbul edilməsi ilə bağlı vəsatətin təmin edilməməsi hazırkı mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir.
59. Belə ki, mülki prosessual qanunvericilikdə xüsusi qərardadın qəbul edilməsi baxılmış işin nəticəsi üzrə proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərinin aşkara çıxarıldığı halda, bu barədə prokurora xəbər verilməsi üsulu kimi müəyyən edilmişdir. Xüsusi qərardadın çıxarılması işə baxan məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi müəyyən edilməklə, məhkəmə tərəfindən belə qərardadın çıxarılmaması şəxsi eyni məsə lə ilə bağlı ayrıca səlahiyyətli orqanlara müraciət etmək imkanından məhrum etmir.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 dekabr 2024-cü il tarixli, 2(105)-1661/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.