Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1506/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh7 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X15 və Cavabdeh7 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10174/2021 nömrəl i, 25.10.2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 20.04.2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin Halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,0626 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binada 58,9 kv.m ümumi, 44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 173 nömrəli reyestr kitabının 18294 nömrəli vərəqində 04.10.2006-cı il tarixdə qeydiyyat aparılmışdır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilm iş ******* nömrəli, 15.07.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, 29 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X10 və digər şəxslər qeydiyyatdadırlar.
3. X11, X8 və Yüzbaşov Maqsud Həsən oğlu tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilində İddiaçı, X6 və X1 başqa heç kəs yaşamır.
4. Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 129 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli 422 saylı arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 say lı evin 29 saylı mənzilində çox adamın qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yalnız İddiaçı, X6 və X7 yaşayır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yetkinlik yaşına çatmayan uşaqları 2012-ci il təvəllüdlü X10 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə baxışı zamanı Cavabdeh1 və Cavabdeh4 ərizə verərək bildirmişlər ki, iddiaçıya məxsus evd ə yaşamırlar, iddianı qəbul edirlər.
7. Məhkəmə baxışı zamanı cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh3 və Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi Cavabdeh6 izahat verərək bildirmişdir ki, həqiqətən iddiaçıya məxsus mənzildə yaşamırlar. Belə ki, özü və ailə üzvləri olan digər cavabdehlər atası Cavabdeh5, anası Cavabdeh2 təqribən iyirmi beş il əvvəl fərdi yaşayış evləri tikildikdən sonra həmin mənzildən köçüb getmişlər, hazırda özü, ata-anası fərdi yaşayış evində yaşayır, bacıları isə ailə qurduqdan sonra biri Sahil, digəri Qobustan qəsəbəsində yaşayır. Onların iddiaçıya məxsus mənzillə bağlı hər hansı tələbləri yoxdur. Lakin yaşadıqları evin hüquqmüəyyənedici sənədi olmadığına görə qeydiyyata düşə bilmirlər, bu səbəbdən iddiaçıya məxsus mənzildə hələlik qeydiyyatda qalmaq istəyirlər. Ona görə də ailə üzvlərinin adından iddia tələbinə etiraz etmişdir.
8. Bakı şəhər Qaradağ rayon məhkəməsinin (hakim X18) 2(002)-2338/2021 nömrəli, 16.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1,
5. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü X10 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, 29 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilmişdir.
9. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə al ınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvləri olmadığından və onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqları hazırda mövcud olmadığından, iddia tələbi əsaslı hesab edilməlidir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 152, 228, Mülki Prosessual Məcəllənin 14, 78-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)2338/2021 saylı 16.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İşə yenidən baxılaraq onunla, həyat yoldaşı Cavab deh5anın və 2012-ci il təvəllüdlü azyaşlı övladı X4 qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvana köçürülməyinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçılar İddiaçı və onun atası X6 məhkəmədə fikir çaşqınlığı yaratmaq məqsədi ilə onun və ailə üzvlərinin 25 ildən çoxdur ki, sözügedən mənzil, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında yaşamırlar deyərək məhkəməni aldatmağa nail olmuşlar, halbuki onu və həyat yoldaşını uzun illər öncə həmin mənzildən iddiaçılar zorla çıxarıb çölə atmışlar. Bütün bu ötən müddət ərzində dəfələrlə qeydiyyatda olduğu həmin mənzilə köçüb yaşamaq istəsə də iddiaçılar buna imkan verməmişlər. Ötən bu uzun illər ərzində övladlarını onun valideynlərinin köməkliyi i lə böyüyüb ailə quraraq başqa-başqa ünvanlara köçmüşlər. Hər iki qızı, iddia tələbi üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh7 qızları hal-hazırda gəlin köçdükləri evlərdə yaşayırlar. Sözügedən qətnamə üzrə məhkəmə prosesində onları hər ikisini təmsil (notarial etibarnamə əsasında) edən oğlu X5 da ailə quraraq mübahisəli mənzilə yaxın ərazidə özünə özbaşına tikili) ev tikib orada yaşayır. O və həyat yoldaşı Cavabdeh5 Bafadar oğlu bir azyaşlı 2012-ci il təvəllüdlü oğlu X10 iddiaçılar İddiaçı və atası X2 qanuna zidd əməlləri nəticəsində halhazırda küçələrdə qalmışlar. Bütün bu faktları məhkmədən gizlədən iddiaçılar məhkəmədə fikir çaşqınlığı yaratmaqla yanaşı aralarında olan qohumluq əlaqələrindən «məharətlə» istifadə edərək övladlarını da ifadələrini əleyhinə olan ifadələr kimi istifadə etmişlər. Bafadar öz valideynləri ilə yaxın qohumları saylıan iddiaçılar arasına hər hansı bir xoşagəlməz nüansların baş verməməsi namilə iddia ilə razılaşmışdır.Halbuki onun qeydiyyatda olduğu Bakı şəhər Qaradağ rayonu Salyan yolu ev 25 mənzil 29 ünvanındakı mənzildən başqa yaşamağa yeri yoxdur.Yaşayış binasının tərkibi hissəsinin mülkiyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin aşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda belə saxlanılır. 13.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəsi), X22 və X14) 25.10.2021-ci il tarixli, 2(103)-10174/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayət i təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2338/2021 saylı mülki işi üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmənin mövqeyinə görə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iddiaçıya (mülkiyyətçiyə) münasibətdə cavabdehlərin istifadə hüquqlarının mövcudluğu sübuta yetirilmir və ümumiyyətlə onların qeydiyyatı istifadə hüquqlarının olmasına birbaşa dəlalət edən hal deyildir. Diqqətə çatdırılmışdır ki, hazırki mülk üzrə yeni mülkiyyətçinin əldə etdiyi hüquqlar Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddələrinin tələblərinə əsasən dispoziv uyğunluq təşkil etmir. Bundan əlavə onların zorla çıxarılması və yaşayış yerlərinin olmaması kimi dəlilləri birinci instansiya məhkəməsində icraat zamanı tam təkzib edilmişdir.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 228; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakıçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25.10.2021-ci il tarixli, 2(103)-10174/2021 nömrəli qətnaməsinin l əğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası iş materiallarında cəm olunmuş sübutlara hüquqi qiymət verərkən obyektiv araşdırma aparmamış və bununla məhkəmə çəkişmə prosesində araşdırma predmeti olmalı halları araşdırmamışdır. Belə ki, o hansı səbəblərdən ailə üzvlərilə birlikdə Qaradağ rayonu Qobustan qəsəbəsi Y.Əliyev küçəsi 25 saylı evin 29A saylı mənzili tərk etmişdir, mənzil ilkin özəlləşdirilərkən onun və ailə üzvlərinin razılığı alınmış, va bu zaman o və ailə üzvləri iddiaçının ailə üzvü hesab olunmuş, lakin məhkəmə qətnaməsində birinci və ikinci məhkəmə instansiyalarında o və ailə üzvləri iddiaçının ailə üzvləri hesab edilməmişlər
18. Bundan başqa, kassator hesab edir ki, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə kollegiyası Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinin tələblərini təhrif etmişdir. Qaradağ rayon, Qobustan qəsəbəsi, Y.Əliyev küç. 25 saylı evin 29 A saylı 3 otaqlı mənzili mənim və ailə üzvlərimin daimi qeydiyyatda olmaqla yaşayış sahəmiz olmuşdur. Ailənin böyüklüyü, iddiaçılarla məişət zəminində baş verən mübahisələr nəticəsində adı çəkilən mənzili tərk etmək məcburiyyətində qalmışlar. Vacib sualdan biri odur ki, məlum ünvanda mənzil özəlləşdirilərkən onun və bütün ailə üzvlərinin razılığı verilmiş və bu səbəbdən onların razılıgımı əsasında iddiaçının adına özəlləşdirilmişdir. Dövlət və ictimai fondunun özəlləşdirilməsi “haqqında” Qanunun tələblərinin ziddinə olaraq iddiaçı mülkiyyətçi olandan sonra onların həmin mənzild ən istifadə hüquqlarını pozduğuna görə məhkəmə bu halı nəzərə almamışdır.
19. Kassator kassasiya şikayətini əsaslandırarkən MM-in 225, 228-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, kassasiya şikayəti 01.10.2021-ci il tarixində ARMPM-nə əlavə edilmiş yeni kassasiya şikayətinin formasına uyğun deyildir. Təbii ki, bu halda tərəfin təqdim etdiyi kassasiya şikayəti geri qaytarılmalıdır. O hesab etmişdir ki Cavabdeh2 yalnız bu iddianın baxılmasının uzadılması məqsədilə rəsmiyyət xatirinə bu iddianı vermişdir. Cavabdeh bildirmişdir ki, Qaradağ rayon məhkəməsində bu işə baxılarkən Cavabdeh1, Cavabdeh4, T.Dəmirçizadə, Cavabdeh7, məhkəmə iclasında iddianı qəbul edərək mübahisə predmeti olan e vdə yaşamadıqlarını və bu mənzillə bağlı heç bir iddialarının olmadıqlarını bildirmişlər. Yəni faktiki olaraq cavabdehlərin hamısı iddianı qəbul etmiş, iddiaya dair heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Bundan başqa cavabdehlər özləri 25 ildən artıq başqa ünvanda yaşadıqlarını etiraf etmişlər. O qeyd etməyi zəruri hesab edərək bildirmişdir ki, Cavabdeh2 və onun ailə üzvləri ona məxsus olan evin yaxınlığında yerləşən Bakı şəhəri, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, mənzil 29, “A” da yaşayırlar. O bildirmişdir ki mərhum babaları hər 3 övlada ayrı-ayrılıqda ev vermişdir. Ona görə də Cavabdeh2 hər hansı bir mənzil tələbi ilə çıxış etməsi əsassızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 22.Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürül məsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya şikay ətində qətnamə bütövlükdə mübahisələndirildiyindən tam yoxlanılır.
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, məhkəmələr nəzərə almışlar ki, iddiaçı 2006-cı ildən mübahisə predmeti olan mənzilin xüsusi mülkiyyətçisidir və onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
31. Mübahisəli mənzildə yaşamadığı müəyyən edilən kassatorun MM-in 228-ci maddəsinə əsaslanan istifadə hüququ məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
32. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
33. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət veri ldiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10174/2021 nömrəli iş üzrə 25.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.