Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1506/2023 05.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fonduna, “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, hərracın keçirilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki K ollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)6799/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin iddiası qismən təmin edilmiş, İddiaçı 192510,36 manat əsas borc, 15315,24 manat faiz borcu, 166,74 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 208022,34 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi; tələbin İddiaçı xüsusi mülki yyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270,90 kv.m-dən ibarət bağ evinə yönəldilməsi və ilkin satış qiymətinin 155000 manat olmaqla açıq hərracda satılması, həmin yaşayış sahəsinə tutma yönəldikdə və satıldıqdan sonra İddiaçı 1 ay ərzində tərk etmədikdə, həmin yaşayış sahəsindən çıxarılmağı, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin şöbənin 12 avqust 2016-cı il tarixli məktubu ilə ipoteka predmetinin açıq hərracda satışı “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-yə həvalə edilmişdir. 3. “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 155000 manat olmaqla birinci hərrac 03 oktyabr 2016-cı il tarixə, həmin hərrac baş tutmamış elan olunduğundan təkrar hərracda qiymət 131750 manat olmaqla 07 noyabr 2016-cı il tarixə təyin edilmişdir. Hər iki hərrac barədə bildirişlər ipoteka qoyan İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.
4. Həmçinin “Birja yenilikləri” qəzetinin 02-08 sentyabr 2016, 16-22 sentyabr 2016 və 2127 oktyabr 2016-cı il tarixli nəşrlərində ipoteka ilə yüklü edilmiş əmlakın hərracda satılmasına dair elanlar verilmişdir.
5. Təkrar hərrac da baş tutmamış elan olunduğundan ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, “Daşın ar və Daşınmaz Əmlakların Satışı X4” MMC ilə Cavabdeh1 ASC arasında bağlanmış 06 dekabr 2016-cı il tarixli hərracın yekunları barədə protokola və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə həmin tarixli müqaviləyə əsasən, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən evi həmin bank tərəfindən 98812,50 manata əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fonduna, “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Xətai Rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 416 ünvanında yerləşən 0,19782 ha torpaq sahəsi və üzərində yerləşən, sahəsi 270,90 kv.m-dən ibarət bağ evinin açıq hərracdan satılmasına dair X2 yekunları barədə 83/02 saylı, 06 dekabr 2016-cı il tarixli protokolunun və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 06 dekabr 2016-cı il tarixli müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC tərəfindən hərracların keçirilmə yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilməmiş, hərrac keçirilərkən iddiaçı ondan asılı olmayan səbəblərdən iştirak etməmiş, hərrac təşkilatının 06 dekabr 2016-cı il tarixli protokolu və alqı-satqı müqaviləsi ona təqdim edilməmişdir. O, Xətai r ayon İcra Şöbəsinə çağırıldıqda qətnamənin mövcudluğundan xəbər tutmuşdur. İpoteka haqqında qanunvericiliyə əsasən ipoteka predmeti olan əmlakın ilk və təkrar hərraclara çıxarılması nəzərdə tutulmuş, əmlakın üçüncü dəfə hərraca çıxarılması qanunvericiliklə tənzimlənməmişdir. Cavabdeh MMC tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə üçüncü dəfə, yəni 06 dekabr 2016-cı il tarixdə yenidən hərrac keçirilmiş, nəticə olaraq bank əmlakını qanunsuz yolla əldə etmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(005)1944/2022 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həm icra sənədinin icra edilməsi zamanı, həm də, ipoteka predmetinin açıq hərracda satılması zaman ı borcluya ünvanlanmış məktublar onun qeydiyyatda olduğu ünvan 4 ünvanına göndərilməsi öz təsdiqini tapmışdır. Odur ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana göndərilmiş bildirişlərin göndərildiyi halda, onun ünvanda olmaması halı, hərrac təşkilatı tərəfindən hər hansı pozuntu kimi qiymətləndirilməməlidir.
10. Bundan başqa iddiaçı hərracın keçirilməsi zamanı cavabdeh MMC tərəfindən pozuntulara yol verilməsini iddia edərək bu halı ipoteka predmeti üzrə üç dəfə hərracın keçirilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd olunan halla razılaşmayaraq bildirmişdir ki, hərrac təşkilatı tərəfindən ipoteka predmetinin açıq hərracda satılması barədə iki dəfə hərrac təşkil etmişdir. Həmin hərraclarda ipoteka predmetinin satılmaması səbəbindən qanunvericiliyə uyğun olaraq sonuncu hərrac zamanı müəyyə n edilmiş əmlakın dəyəri 25 faiz azaltmaqla tələbkara təklif etmişdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, “İpoteka haqında” Qanunun 34.1, 39.2, 41.1-41.5, 42.1, 42.5, 42.6-cı, Mülki Prosessual məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 82.3, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(005)-1944/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)-6799/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəs i ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 2(005)-1944/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və göstərmişdir ki, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları təkzib edəcək sübutlar məhkəmə kollegiyasına təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Sumqayıt şəhəri Novxanı bağ massivi 416 ünvanda İddiaçı xüsusi mülkiyyətind ə olan 0,19782 ha torpaq sahəsinə və üzərində yerləşən, sahəsi 270,90 kv.m-dən ibarət bağ evinin satılması zamanı “Daşınar və Daşınmaz Əmlakların Satışı X4” MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsinin qəbulundan uzun müddət keçmiş, lakin iddiaçı qətnamədən məlumatlı olmamasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
15. Eyni zamanda, apellyasiya məhkəməsi apellyasiya şikayətinin ipoteka predmeti olan əmlakın dəyərindən daha aşağı qiymətə satılması ilə bağlı dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı ipoteka predmeti olan əmlakın satıldığı qiymətdən daha baha qiymətə olmasını təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)-6799/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka haqqında” Qanunun 42.1, 44-cü, Mülki Məcəllənin 415.2, 416-cı, Mülki Prosessual Məcəllənin 88, 217.1-ci maddələrinin pozulması ilə qəbul edilmişdir.
18. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən etdiyi hall arı öz qətnaməsinə köçürməklə kifayətlənmiş, heç bir araşdırma aparmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı tərəfindən iş üzrə mübahisələndirən əsas hal hərracla bağlı ona bildirişin təqdim olunmaması, bunun nəticəsində isə onun qanuni mülkiyyətində olan əmlaka dair hərəkətlər barəsində heç bir məlumat əldə edə bilməməsindən ibarətdir. Lakin, işə baxmış məhkəmələr iddiaçının tələbini rədd edərkən onun ərizə və şikayətlərində qeydiyyat ünvanının ünvan 6a bağlı bildirişin də bu ünvana göndərilməsinə istinad etmiş, iddiaçıya ünvanlanmış bildirişlərin “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmasına baxmayaraq, onun hərracla bağlı məlumat əldə etməməsi faktına hüquqi qiymət verməmişlər. Bundan başqa, məhkəmə, ipoteka predmeti olan əmlakın dəyərindən da ha aşağı qiymətə satılması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamış, əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin etməmişdir.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunver iciliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. İddiaçı kassasiya şikayətində apellyasi ya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütl əvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. 43.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43. 1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığı nı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan son ra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci ma ddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 27. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni fa ktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, MPM-in 82.3-cü maddəsinə əsasən həmin qiymət hazırki icraatda mübahisələndirilə bilməz.
31. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.
32. İddiaçının hərrac barədə məlumatlandırılmaması barədə kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, h ərrac təşkilatı “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının məlum olan, rəsmi qeydiyyata alındığı ünvana hərracının keçirilmə vaxtı və yeri barədə bildirişləri göndərmişdir. Həmçinin hərrac təşkilatı tərəfindən qanunvericiliyin tələblərinə əsasən keçirilən hərraclar barədə kütləvi informasiya vasitələrdə elanlar verilmişdir. İddiaçı məhkəməyə, icra şöbəsinə və ya hərrac təşkilatına faktiki yaşadığı ünvan barədə məlumat verməsini təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Xüsusən qeyd olunmalıdır ki, iddiaçı hazırki kassasiya şikayətində də ünvanı kimi ünvan 7 Odur ki, iddiaçının faktiki qeydiyyatda olduğu ünvanda deyil, başqa ünvanda yaşaması və məhkəmə bildirişinin iddiaçıya poçt orqanı tərəfindən verilməməsi M ülki Məcəllənin 425.1-ci maddəsinə əsasən keçirilmiş hərracın etibarsızlığı üçün əsas olmamalıdır.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 29 noyabr 2022-ci il tarixli, 2(103)-6799/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.