Məhkəmə qərarları › İş №2(102)-1506/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1506/2025

20.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1506/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddiaları ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babay ev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-5 5/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Qəbələ rayonu, Nohurqışlaq kəndindəki 1,49 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsinin 3/2 hissəsi, fərdi yaşayış evi də daxil olmaqla onun İddiaçı1, torpaq sahəsinin 3/1 hissəsində bacısı X1 mülkiyyət hüquqları tanınmış və bu barədə onlara xx.xx.2015-ci il tarixində Seriya RX 0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir.

2. Azərbaycan M eliorasiya və X9 Səhmdar Cəmiyyəti X6 İdarəsinin 27 dekabr 2023cü il tarixli məktubundan görünür ki, Qəbələ rayonunun Nohurqışlaq kəndində yerləşən 20/46 №-li subartezian quyusu 1978-ci ildə qazılmış, 150 m dərinliyində, 10 metr ölçüdə, dövlət balansında olan X6 İdarəsinin balansında olan subartezian quyusudur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı (bundan sonra cavabdehlər, yaxud ad, soyadı), (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X8 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ ra yon Nohurqışlaq Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № 0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyularaq onlara məxsus 50-100 metr uzunluğunda plastik borular özləri tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılsın və Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 man at pulun alınaraq ona İddiaçı1 verilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi və torpaq sahəsi valideynlərindən miras qalmaqla istifadələrindədir. Torpaq sahələrində 1976-cı il tarixindən istifadəyə verilmiş artezian quyusu istifadəyə verilmiş və hal-hazırda 150-200 ailə həmin artezian suyundan istifadə edirlər. 1996-cı ildə aparılan islahat komissiyasının qərarı ilə həmin artezian quyusu valideynlərinə əmlak payı kimi verilmiş, eyni zamanda həmin tarixdə torpaq islahatı zamanı artezian quyusunun yerləşdiyi torpaq sahəsi valideynlərinin xüsusi mülkiyyətinə verilmişdir. Valideynlərindən miras qalmış torp aq sahəsi və üzərində olan arteziana qulluq göstərmiş, istismara yararlı vəziyyətdə saxlamış, 2007-ci il tarixində 30 tonluq su çəni də qoymuş və dəmir boru xətlərini təmir etmişdir. Hazırda da, artezian quyusunun su mühərriki, sayğacı və digər hissələri işlək vəziyyətdədir və bütün bunları işlək vəziyyətdə saxlamaqdan ötrü xərclər tələb olunur ki, ona görə də hər ay olmaqla istifadəçilərdən müəyyən məbləğdə pul toplayır. Bütün bunlara baxmayaraq bir neçə nəfər kənd sakini əsassız və haqsız olaraq dəfələrlə ondan yuxarı orqanlara Rayon İcra Hakimiyyətinə şikayətlər etmişlər. Hətta ötən ilin axırlarında Cavabdeh1 AR DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etmişdir. Lakin Qəbələ RPŞ-də araşdırma nəticəsində Cavabdeh1 şikayəti öz təsdiqini t apmamışdır onun qanunsuz hərəkətləri (yersiz təhqirləri, hədəqorxuları, mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla etdiyi özbaşınalıqlar və s.) nəticəsində ona maddi və mənəvi olaraq zərər dəymiş, səhhətində pozğunluqlar yaranmış, dəfələrlə həkim müayinəsində olmuş, psixoloji müalicə almışdır. Ona görə də cavabdehin nalayiq hərəkəti nəticəsində ona mənəvi zərər dəymiş və zərərin məbləğini 1.000 manat dəyərləndirir. Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqdır ki, torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarılması mümkün deyildir və qurayaraq məhv olur. Onlar dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümumi istifadədə olan su arxının qarşısında olan maneənin götürülməsini tələb etsələr də o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmiş və cavabdehlər mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmişlər. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə son qoyulmasını nəzərlərinə çatdıraraq xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur.

5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 bir dəfə polisə şikayət etmişdir. Polisin araşdırması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı hesab edir ki, heç bir qanunsuz hərəkət etməmiş, hüquq-mühafizə orqanlarına müraciət və ya şikayət etmək hər bir vətəndaşın hüququdur. İddiaçı1 isə 1978-ci ildən qazılmış su quyusundan istifadə etməyə maneçilik yaradır. Hər ay ona özü və digər kənd sakinləri pul versələr də, yenə də könlü istədikdə suyu kəsir və ya istifadə etməkdən şərait yaradır. Nurəddinin bu hərəkətləri kənd sakinləri arasında böyük narazılıqla ra səbəb olur. Şəxsən özü Nurəddinə heç bir mənəvi ziyan vurulmamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sonda isə məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 29 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-4082/2023 saylı mütəxəssis rəyinə əsasən, 6 iyun 2023-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.20215-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli,**********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,49 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Mübahisə predmeti olan artezian su quyusu **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Nurəddin Nüsrəddin oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsində yerləşir. Həmin artezian su quyusundan çəkilən plastik boruları **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə ve rilmiş 1,49 hektar torpaq sahəsinin üzərindən çəkilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7748 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.20215-ciil qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,49 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Mübahisə predmeti olan artezian su quyusu **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsində yerləşir. Həmin artezian su quyusundan çəkilən plastik boruları **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsinin üzərindən çəkilmişdir.

8. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(025)-19/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü məhkəməyə təqdim etməmişlər. Mübahisəli torpaq sahəsi İddiaçı1 və X1 paylı mülkiyyətindədir. Mülki işin materiallarında İddiaçı2 mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

10. Məhkəmə iddianın mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul tə ləb edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçılar Cavabdeh1 tərəfindən onların qeyrimaddi nemətlərə aid mənəvi sarsıntı və iztirabla nəticələnən zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə iddia ərizəsi bu hissədə də təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 157.1, 157.4, 157.5-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 107, 217.1, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsin i və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qəbələ rayonu, Nohurqışlaq kəndindəki 1,49 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsinin 3/2 hissəsi, fərdi yaşayış evi də daxil olmaqla onun İddiaçı1, torpaq sahəsinin 3/1 hissəsində bacısı Kəbilə Məmmədovanın mülkiyyət hüquqları tanınmış və bu barədə onlara xx.xx.2015-ci il tarixində Seriya RX № 0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Hal-hazırda yaşadığı fərdi yaşayış evi və torpaq sahəsi valideynlərindən miras qalmaqla istifadəsindədir. Həmçinin bildirir ki, torpaq sahəsində 1976-cı il tarixindən istifadəyə verilmiş artezian quyusu var və hal- hazırda 150-200 ailə həmin artezian suyundan istifadə edirlər. 1996-cı il tarixində aparılan islahat komissiyasının qərarı ilə həmin artezian quyusuna aid (su çəni və başqa avadanlıqlar) əmlak payı kimi verilmiş, eyni zamanda həmin tarixdə torpaq islahatı zamanı artezian quyusunun yerləşdiyi torpaq sahəsi valideynlərinin xüsusi mülkiyyətinə verilmişdir. Valideynlərindən miras qalmış torpaq sahəsi və üzərində olan arteziana qulluq göstərmiş, istismara yararlı vəziyyətdə saxlamışdır, 2007-ci il tarixində 30 tonluq su çəni də qoymuş və dəmir boru xətlərini təmir etmişdir. Hazırda da, artezian quyusunun su mühərriki, sayğacı və digər hissələri işlək vəziyyət dədir və bütün bunları işlək vəziyyətdə saxlamaqdan ötrü xərclər tələb olunur ki, ona görə də hər ay olmaqla istifadəçilərdən müəyyən məbləğdə pul toplanılır. Bütün bunlara baxmayaraq bir neçə nəfər kənd sakini əsassız və haqsız olaraq dəfələrlə ondan yuxarı orqanlara və Rayon İcra Hakimiyyətinə şikayətlər etmişlər. Hətta ötən ilin axırlarında Cavabdeh1 Azərbaycan Respublikası DİNnin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etmişdir. Lakin Qəbələ RPŞ-də araşdırması nəticəsində Cavabdeh1 şikayəti öz təsdiqini tapmamışdır. Onun qanunsuz hərəkətləri (yersiz təhqirləri, hədə-qorxuları, mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla etdiyi özbaşınalıqlar və s.) nəticəsində ona maddi və mənəvi zərər dəymiş, səhhətində pozğunluqlar yaranmış, dəfələrlə hə kim müayinəsində olmuş, psixoloji müalicə almışdır. Ona görə də cavabdehin nalayiq hərəkəti nəticəsində ona mənəvi zərər dəymiş zərərin məbləğini 1.000 manat dəyərləndirir. Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqdır ki, torpaq sahəsində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarılması mümkün deyildir və qurayaraq məhv olur. O, dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümumi istifadədə olan su arxının qarşısında olan maneənin götürülməsini tələb etsə də o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xa rakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmiş və cavabdehlər mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmişlər. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə son qoyulmasını nəzərlərinə çatdıraraq xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə iddia ərizəsinə baxaraq mütəxəssis və ekspert rəyinin alınması üçün ekspertizalar təyin etmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınma z Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3-21-342/2-4082/2023 saylı mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/7748 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 6 iyun 2023-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,49 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Mübahisə predmeti olan artezian su quyusu **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsində yerləşir. Həmin artezian su quyusundan çəkilən plastik boruları **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsinin üzərindən çəkilmişdir. Lakin məhkəmə tərəfindən mütəxəssis və ekspert rəyi hər hansı əsaslandırma aparılmadan qəbul edilməmiş, hətta rəylərdə iddia tə ləbində qeyd olunanlar hallar öz əksini tapmış, yəni rəylər iddia tələbinin ziddinə olmamışdır. Buna baxmayaraq məhkəmə tərəfindən ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi də başa düşülən deyildir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Onlar, həmçinin izahatında hazırda İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yerləşən arteziandan digər kənd sakinləri ki mi 30 ildən də artıq müddətdir ki, su borusu vasitəsi ilə həyətinə içməli su apardıqlarını, iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadədə heç bir maneçilik yaratmadıqlarını, iddiaçının həyətinə kəndin su arxı ilə suyun aparılmasına onlar tərəfindən heç bir maneçiliyin yaradılmadığını göstərmişlər.

15. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9201 nömrəli ekspert rəyində göstərilmişdir ki, **********92-10301 reyestr nömrəli çıxarış ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,49 ha torpaq sahəsi Qəbələ rayon Nohurqışlaq kənd inzibati ərazi vahidliyinin sərhədləri daxilində yaşayış məntəq ələri torpaqları, uqodiyası həyətyanıdır. Sözügedən torpaq sahəsinə, Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən su arxı nəzərdə tutulmamışdır. X3 X4 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinə su arxı qeyd edilməmişdir. Faktiki naturada ölçülmüş təsərrüfat daxili su arxı 0,0146 hektar olmaqla Qəbələ rayon Nohurqışlaq kənd inzibati ərazi vahidliyinin sərhədləri daxilində yerləşir. Faktiki naturada ölçülmüş təsərrüfat daxili su arxının bir hissəsi Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən keçir. İddia olunan təsərrüfat daxili su arxı Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən sonra kənd daxili yol kənarı ilə davam edir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-55/2 025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Zamin Tahirov) İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 may 2015-ci il tarixdə verilmiş **********92-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin 2/3 hissəsi İddiaçı1, torpaq sahəsinin 1/3 hissəsi isə Kəbilə Məmmədovanın mülkiyyətindədir. 1,49 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsindən daha əvvəldən, yəni 1978-ci ildə həmin torpaq sahəsində 20/46 №-li subartezian quyusu qazılmışdır. Həmin subartezian quyusu X6 İdarəsinin balansındadır. Qazıldıqdan sonra subartezian quyusundan çıxan sudan istifadə edilir. Həmçinin cavabdehlər də uzun müddətdir ki, həmin subartezian quyusuna qoşulmuş plastik borular vasitəsi ilə sudan istifadə etməkdədirlər. İddiaçı1 Cavabdeh1 DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etməsi nəticəsində ona 1.000 manat məbləğində mənəvi zərər dəydiyini, Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqd ır ki, torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarılmasının mümkün olmadığını, quruyaraq məhv olduğunu, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmələrini, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkdiklərini əsas gətirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından öz qənaətinə görə haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyət i olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində suvarma işlərinin aparılması üçün su arxının qarşısının Cavabdeh3 tərəfindən kəsilməsinə dair göstərdikləri Cavabdeh3 tərəfindən qəbul edilməməklə yanaşı, ekspertiza tədqiqatı və ekspertiza tədqiqatında istifadə edilmiş mütəxəssisin araşdırması, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin yerquruluşu planından su arxının Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən keçərək davam etməsi və İddiaçı1 su arxının cavabdeh məxsus həyətyanı torpaq sahəsindən keçib davam edən hissəsindən istifadə etmək imkanının olması müəyyən edilmişdir. Göründüyü kimi qanunvericilik mübahisənin həllində mötəbər sübut qismində ekspertin rəyinə istinad edilmə imkanlarını nəzərdə tutmaqla yanaşı məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9201 nömrəli ekspert rəyinə tənqidi yanaşılması üçün əsaslar müəyyən edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və İddiaçı1 tərəfindən ekspertiza rəyində qey d edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir. İddiaçı1 tərəfindən arteziandan istifadə adı altında cavabdehlər tərəfindən onun hasarının, torpaq sahəsinin yararsız hala salınması, bununla bağlı cavabdehlərin hər hansı bir maddi ziyan ödəməli olmaları, cavabdehlərin məhz bununla bağlı qanunsuz hərəkətlərinə son qoyulmalı olmasına dair dəqiq bir iddia tələbi irəli sürülməməklə yanaşı, qeyd etdiklərini təsdiq edə biləcək hər hansı bir sübut da təqdim edilməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmələri, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində olan dəmir tor hasarı yarasız hala salmaları, mülkiyyətində olan torpaq sahəsindən istifadəni qeyri-mümkün etmələri, cavabdehlərin qəsdən onun icazəsi və razılığı olmadan mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla ziyan vurmaları, torpaq sahəsini korlayaraq yarasız hala salmalarına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, əvvəla İddiaçı1 apellyasiya şikayətində cavabdehlərin su artezian quyusundan istifadə etmələrinin əleyhinə olmadığını göstərmişdir. Bundan başqa iş materiallarından artezian quyusunun müvafiq torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə rəsmiləşdirilməsindən daha əvvəldən həmin ərazidə mövcud olmaqla, cavabdeh tərəfin həmin su quyusundan çıxan sudan istifadə etmələri, beləliklə İddiaçı1 tərəfindən mülkiyyətində olan torpaq sahəsinin yüklü şəkildə əldə edilməsi, sonuncu tərəfin dən torpaq sahəsi əldə edilərkən həmin arteziana, oradan çəkilən borular vasitəsi ilə cavabdeh tərəfin sudan istifadəsinə etirazının olmadığı müəyyən edilmişdir. Həmçinin İddiaçı1 tərəfindən arteziandan istifadə adı altında cavabdehlər tərəfindən onun hasarının, torpaq sahəsinin yararsız hala salınması, bununla bağlı cavabdehlərin hər hansı bir maddi ziyan ödəməli olmaları, cavabdehlərin məhz bununla bağlı qanunsuz hərəkətlərinə son qoyulmalı olmasına dair dəqiq bir iddia tələbi irəli sürülməməklə yanaşı, qeyd etdiklərini təsdiq edə biləcək hər hansı bir sübut da təqdim edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 21.1, 21.2, 23.1, 23.4, 152.1, 152.2, 152.3, 152.5, 152.6, 169.1, 170.1, 170.2, 170.3, 171.1, 238.1, 560.1, 560.2, 560.3.4, 109 7.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli Qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 97.1, 101.3, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.2, 372.6, 372.7, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı təyin edilmiş mütəxəssis rəyində Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı hasar ilə kəsilərək, su arxı faktiki olaraq mülkiyyətində olan torpaq sahəsi ilə birləşdirildiyindən, suyun səmti onun tərəfə axıdılması mümkün olmadığından 20 ildən artıqdır ki, torpaq sahəsində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarılması mümkün deyildir və qurayaraq məhv olur. Hətta ekspertiza rəyində məhkəmə tərəfindən qoyulan sual cavablandırılmamışdır. Məhkəmə tərəfindən isə faktiki vəz iyyət ilə tanış olmaq üçün mübahisəli əraziyə baxış keçirilməmiş və iddia ərizəsində qeyd olunan hallar ətraflı hərtərəfli və obyektiv araşdırılmamışdır. Ona görə iddia ərizəsində göstərilənlər öz həllini tapmadığına görə hal-hazırda və gələcəkdə mübahisələrin getdikcə daha da kəskin, arzuolunmaz vəziyyətə gətirib çıxaracağına şərait yaratmşdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka ( əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdi r və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.

30. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

31. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyy ət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

32. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

33. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

34. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

35. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

36. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etiba rsızdır.

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə u yğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

54. Həmin Məcəllənin 2.2-c i maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

55. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

56. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.

57. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

58. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

59. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

60. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunm ası iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

61. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində suvarma işlərinin aparılması üçün su arxının qarşısının Cavabdeh3 tərəfindən kəsilməsinə dair göstərdikləri Cavabdeh3 tərəfindən qəbul edilməməklə yanaşı, ekspertiza tədqiqatı və ekspertiza tədqiqatında istifadə edilmiş mütəxəssisin araşdırması, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin yerquruluşu planından su arxının Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən keçərək davam etməsi və İddiaçı1 su arxının cavabdeh məxsus həyətyanı torpaq sahəsindən keçib davam edən hissəsindən istif adə etmək imkanının olması müəyyən edilmişdir. İddiaçı1 tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir. İddiaçı1 tərəfindən arteziandan istifadə adı altında cavabdehlər tərəfindən onun hasarının, torpaq sahəsinin yararsız hala salınması, bununla bağlı cavabdehlərin hər hansı bir maddi ziyan ödəməli olmaları, cavabdehlərin məhz bununla bağlı qanunsuz hərəkətlərinə son qoyulmalı olmasına dair dəqiq bir iddia tələbi irəli sürülməməklə yanaşı, qeyd etdiklərini təsdiq edə biləcək hər hansı bir sübut da təqdim edilməmişdir.

62. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə, həmçinin hazırkı qərarın 17-20-ci paraqraflarında əksini tapmış hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olu nanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiya sı Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-55/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar