Məhkəmə qərarları › İş №2(102)-1509/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1509/2024

01.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1509/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2359/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə X5 ar asında xx.xx.1978-ci il tarixdə nikah bağlanmışdır. Cavabdeh3, Cavabdeh2 onların birgə nikahından olan övladlarıdır. Cavabdeh4 isə onların nəvəsi olmaqla digər qızları X1 oğludur. X5 11 dekabr 2005-ci ildə vəfat etmişdir.

2. X3 vəfatından sonra Gəncə şəhəri, İ.Turgenev küçəsi, 17 saylı fərdi yaşayış evi (bundan sonra-mübahisəli fərdi yaşayış evi) və “VAZ-2115” markalı avtomaşın miras qalmışdır. Cavabdeh1 miras əmlakın ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və mərhumun yeganə vərəsəsinin X1 olduğunu qeyd etmişdir.

3. X4 miras əmlakdan ona çatası paydan atası Cavabdeh1 xeyrinə imtina etmişdir.

4. Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117,6 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 21 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə yüklü etmişdir. İpoteka ilə yüklü edilmə dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsinin 2(044)-5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1, İddiaçı, Gəncə şəhəri, 2 saylı Notariat Kontoru, Gəncə şəhəri, 2 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Cavabdeh1 adına olan xx.xx.2006-cı il tarixli reyestr nömrəsi 2V-İ-23 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, mübahisəli fərdi yaşayış evinə dair onun adına olan MH ******* nömrəli qeydiyyat nömrəsi 150600755, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi və onun qeydə alınmasına dair seriya RX ******* nömrəli, reyestr nömrəsi **********8-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, X2 miras qalmış mübahisəli fərdi yaşayış evinin ½ hissəsi vərəsələr arasında bölünərək Cavabdeh1 həmin əmlakın 3/5 hissəsi (mübahisəli fərdi yaşayış evinin 8/10 hissəsi), Cavabdeh2 1/5 hissəsi (mübahisəli fərdi yaşayış evinin 1/10 hissəsi), Cavabdeh3 1/5 hissəsinə (mübahisəli fərdi yaşayış evinin 1/10 hissəsi) pa yının olması müəyyən edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1, İddiaçı, Gəncə şəhəri, 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri, 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi tələbi”-nə dair iddiası təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4324/2017 nömrəli, xx.xx.2017-ci i l tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Gəncə Şəhəri, Nizami Rayon Məhkəməsinin 2(044)-1721/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan mübahisəli fərdi yaşayış evinə yönəldilməsi, İddiaçı adına ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməklə satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh1 İddiaçı olan 74.000 manat borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74.000 manat müəyyən edilməsi qət edilmiş, iddia tələbi satışdan əldə olunan pul məbləği kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına kredit borcunun ödənilməsinə dair hissədə təmin edilməmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetinin ilkin satış qiyməti 74.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 89.300 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3270/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların uşaqlarının ona məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 13 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi ilə 03 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan mübahisəli evi İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etməmiş, aldığı borc pulu qaytarmamışdır. Hazırda mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq, cavabdehlər və onların uşaqları hələ də m übahisəli evi boşaltmamışlar. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə fərdi yaşayış evinin boşaldılması barədə poçtla xəbərdarlıq – bildiriş göndərilmiş, lakin cavabdehlər yaşayış evini boşaltmamışlar.

13. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişlər ki, sözügedən ev ataları Sərxanla mərhum anaları Aybənizin birgə nikahı dövründə alınmış, onlar həmin evdə doğulub böyümüşlər. 2005-ci ildə analarının vəfatından sonra, həmin mülkün yarısına miras açılmışdır. Onlar həmin evdə rəsmi qeydiyyatda olub yaşamaqla mirası qəbul etmişlər. Mirası de-fakto qəbul etdiklərinə görə mirasın müəyyən hissəsinə mülkiyyət hüquqları yaranmışdır. Ataları Cavabdeh1 onların vərəsəlik və mülkiyyət hüquqlarını pozaraq onların xəbəri olmadan və razılıqla rı alınmadan saxta arayış alaraq notariusa təqdim etmiş və öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, saxta arayışda onların qeydiyyatda olan vərəsə kimi həmin evdə yaşamaqları gizlədilmişdir. Sonradan ataları həmin evi borc müqaviləsi əsasında iddiaçının adına ipoteka qoymuş, bundan sonra iddiaçı həmin evi öz adına rəsmiləşdirmişdir. Hazırda isə iddiaçı, ataları ilə birlikdə onların da evdən çıxarılmağını tələb edir. Onlar həmin rəsmi qeydiyyatda olmaqla həmin evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Həmin hüquqa xitam verilməsi və onların evdən çıxarılması üçün onlara kompensasiya ödənilməlidir.

14. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyul 2023-cü il tarixli, 2(125)-2767/2023 saylı qətnaməsi ilə (haki m F.Fərhadov) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi qanuni qüvvədə olan məhkəmə qətnamənin icrası ilə əlaqədar hərraca çıxarılmış və iddiaçıya təklif əsasında satılmışdır və hazırda həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evi iddiaçı qarşısında yüklü etmiş Cavabdeh1 isə evin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən çıxmamışdır və hazırkı mülkiyyətçi ilə onun arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. Başqa sözlə, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olması mübahisəsizdir v ə Cavabdeh1 bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan Cavabdeh1 həmin evə dair mülkiyyət hüquqları itirilmişdir.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 övladları olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, bu hal, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi” tələb inə dair iddiasının təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir.

17. Həmin qətnamədə məhkəmə, Cavabdeh2 və Cavabdeh3 qeyd edilən fərdi yaşayış evində yaşadıqlarına və mirası faktiki olaraq qəbul etdiklərinə qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçılar Cavabdeh3 və Cavabdeh2 vərəsə olduğu barədə məlumatı notariusa verməyib evi tam şəkildə öz mülkiyyətinə keçirməklə vurulan zərərə görə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 zərərin əvəzini tələb etmək barədə iddia irəli sürmək hüquqları vardır. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi ipoteka qoyulanda onun üzərində hər hansı yüklülük və məhdudiyyət qeydə alınmamışdır. Beləliklə, ca vabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi ilə hazırda bağlılıqlarının olmaması qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi ilə bağlılıqlarının olmaması müəyyən edildiyindən, həmin məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evindən çıxarılması məhkəmə üçün məcburidir və həmin fakt yenidən sübut edilməməlidir.

19. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Cavabdeh1 nəvəsi olan digər Cavabdeh4 sözügedən evdə istifadə hüquqları olmamış, o, məhkəmə mübahisələri dövründə pasport qeydiyyatına alınmışdır. Başqa sözlə, həmin cavabdehin qeyd edilən evdə yaşamış olması, istifadə hüququnun olması barədə nə hazırki işin materiallarında hər hansı sübut yoxdur, nə də ki, digər məhkəmə qərarlarında belə hal müəyyən edilməmişdir. İddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüququ mövcud olmadığından onların həmin evdən çıxmaması nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Ona görə də iddia cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı hissədə təmin edilməli, həmin cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır.

20. Məhkəmə iddia tələbinin “cavabdehlərin uşaqlarının” mübahisəli fərdi yaşayış evindən çıxarılması hissəsi nə münasibət bildirərək qeyd etmişdir ki, həmin hissədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəxslərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157.1, 157.2, 157.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən həmin ev də yaşayan, istifadə hüququ olan cavabdehlərin həmin evdə yaşayan qeydiyyatda olan Cavabdeh1 ailə üzvü olan iki az yaşlı uşaqların olmasını nəzərə almamışdır. Belə ki, mübahisəli mənzildə yaşayan Cavabdeh1 ailə üzvü olan iki az yaşlı uşaqların və digər şəxslərin həmin evdə istifadə hüquqlarının olub-olmaması məsələsinə qiymət verilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlərin yetkinlik yaşına çatmayan ailə üzvlərini məhkəmədən gizlətmişdir. Məhkəmə isə buna göz yumaraq qiymət verməmişdir. Cavabdehin iddiaçıya 3500 manat məbləğində borcunun olmasını təsdiqləyən qəbzin surətinin saxta olmasını yalnız cavabdehlərin məhkəmə prosesində verdikləri özlərini müdafiə xarakterli ifadələrinə hakim inanaraq iddianı qismən təmin etməklə ədalətsiz qərar qəbul etmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2359/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq həmçinin “İpoteka haqqında” Qanunun 59.3.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə də mübahisəli mənzil, digər mülki hüquqi əqdlərdən deyil, məhz iddiaçı tərəfindən kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin qaytar ılması üçün ipoteka ilə yüklü edilmiş və tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da cavabdehlər mənzillə bağlı bütün hüquqlarını itirməklə, mənzil üzərində faktiki sahiblikləri qanunsuz olmuşdur. Həmçinin, həmin maddədən göründüyü kimi yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda ipoteka qoyanla birlikdə yaşayan ailə üzvlərinin ipoteka müqaviləsinin bağlanması və ya tələb ipoteka predmeti olan evə (mənzilə) yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə razılıqlarının olub-olmamasının da əhəmiyyəti yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (Vəkil2 Tanrıverdi oğlu) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə yaşayan Cavabdeh1 ailə üzvü olan iki az yaşlı uşaqların və digər şəxslərin həmin evdə istifadə hüqüqlarının olubolmaması məsələsinə qiymət verilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mübahisəli mənzildə qeydiyyatda olan və yaşayan cavabdehlərin yetkinlik yaşına çatmayan ailə üzvlərini məhkəmədən gizlətmişdir. Məhkəməyə bu barədə məlumat verilsə də, buna qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, məhkəmə işə baxarkən həmin evdə olan Cavabdeh 1 ailə üzvü olan iki azyaşlı uşaqların və digər şəxslərin həmin evdə istifadə hüquqlarının olub - olmaması məsələsinə qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli iddia ərizəsinə əlavə edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 azyaşlı, yetkinlik yaşına çatmamış uşaqlardır və qeydiyyatdadır. Eyni zamanda xx.xx.2023-cü il tarixli iddia ərizəsinin tələb (xahiş edirəm) hissəsində göstərilmişdir: cavabdehlər Cavabdeh1- xx.xx.1956-ci il, Cavabdeh2 - xx.xx.1981-ci il, Cavabdeh3- xx.xx.1990-cı il, Cavabdeh4 - xx.xx.1999-ci il və onların uşaqlarının mənə məxsus Gəncə şəhəri, İ.Turgenev küçəsi, 17 saylı fərdi yaşayış evimdən çıxarılması barədə qətnamə çıxarasınız. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasınavə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən, qətnamənin əsaslılığı onun kassasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi qanuni qüvvədə olan məhkəmə qətnamənin icrası ilə əlaqədar hərraca çıxarılmış və iddiaçıya təklif əsasında satılmışdır və hazırda həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxs usdur. Həmin evi iddiaçı qarşısında yüklü etmiş Cavabdeh1 isə evin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən çıxmamışdır və hazırkı mülkiyyətçi ilə onun arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. Başqa sözlə, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olması mübahisəsizdir və Cavabdeh1 bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur.

42. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan Cavabdeh1 həmin evə dair mülkiyyət hüquqları itirilmişdir.

43. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdeh Hüsenov Sərxan Musa oğlunun kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 noyabr 2023-cü il tarixli, 2(104)-2359/2023 saylı qətnaməsi Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar