Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-151/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-151/21 (Açar sözlər: dövlət fondunda olan mənzilə ailə üzvlərinin köçürülməsi) 26.01.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili Şıxıyev Şükür Babacan oğlu, cavabdehin nümayəndəsi X6, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzilə köçürülmə” tə ləbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4419/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçılar və cavabdehlər yaxın qohumdurlar. Dövlət fondunda olmuş X saylı dörd otaqlı mənzil onların ailə üzvlərinin istifadəsində olmuşdur. Ailə başçısı (adına kirayə müqaviləsi bağlanmış ata) vəfat etdikdən sonra vərəsələr arasında həmin mənzillə bağlı mübahisə başlanmışdır. Mübahisə ailə üzvlərindən birinin (qardaşın) ailəsi ilə birlikdə mənzilə köçürülməsi və qarşı tərəfin isə doğma qardaşın ailə üzvləri ilə birlikdə mənzildən istifadə hüquqlarına xitam verilməsi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə ak tları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların azyaşlı uşaqları ilə birlikdə X saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 qızı cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, X saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)248/2020 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nın xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2019-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, X saylı yaşayış sahəsinə köçürülmələri, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Məhkəmə ilk iddia tələbini təmin, qarşılıqlı iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına, x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 87, 123-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-A.Hüseyn (sədrlik edə n və məruzəçi), İ.Kərimli və A.Nuriyeva) xx xxxx 2020-ci il tarixli, 2(103)-4419/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)248/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar 2004-cü ildən binanın həyətində özbaşına inşa edilmiş, sənədsiz tiki lidə yaşamış, mübahisəli mənzilə isə gəlibgetmişlər. Mənzil artıq özəlləşdirilmiş və vərəsələrin payı müəyyən edilmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda bildirmişlər ki, mənzil artıq özəlləşdirilmiş, vərəsələrin payı müəyyən edilmişdir. Qarşı tərəfin payı kimi miras əmlakın 1/6 hissəsi açıq saxlanmışdır. Qarşı tərəfə müəyyən kompensasiya verməyə və mübahisəni barışıqla bitirməyə hazırdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Şıxıyev Şükür Babacan oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Onların mövqeyi belə olmuşdur ki, mənzilin məhkəmə gedişi zamanı özəlləşdirilməsindən məlumatlı olmamışlar. Mənzildə onların payı 1/3 hissədə olmalıdır. Ona görə təklif olunan kompensasiyada qarşı tərəfin dediyi hissəyə deyil, haqqı çatan hissəyə uyğun olmalıdır. Digər iddiaçı və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə
53. İcarədar ilə bir likdə yaşan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn hüquqlara malikdirlər və bütün vəzifələri daşıyırlar. Maddə
87. Yaşayış sahəsinin icarədarı və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya bax ışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materialları ilə müəyyən edilmişdir ki, 019988 nömrəli orderə əsasən X saylı mənzil XXX oğluna və 5 nəfər ailə üzvünə - özü, həyat yoldaşı XXX., Cavabdeh1 - oğlu, N.R. - qızı, R.R - oğluna verilmişdir. Daxili İşlər Nazirliyi *** **** №-li arayışına əsasən İddiaçı1 xx xxxxx 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər X5, İddiaçı3, X4, XX, X8, Cavabdeh1, Cavabdeh2 qızıdır. İddiaçı1 ilə İddiaçı2 arasında nikah xx xxxxxxxx 2000-ci il tarixdə bağlanmışdır. Birgə nikahlarından 4 övladları xx xxxx 2001-ci il təvəllüdlü İddiaçı3, xx xxxx 2004-cü il təvəllüdlü X8, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxx 2019-cu il təvəllüdlü X2 olmuşdur. İlk iddia tələbi üzrə İddiaçı1 anası X1 xx xxxx 2019-cu il tarixdə, atası XXX isə xx xxxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə instansiyaları xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87.2 və 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Kon stitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli qərarına və “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişlər ki, mülkiyyətçinin ailə üzvü qismində ona məxsus mənzilə hər hansı qeyd-şərtsiz köçürdüyü şəxslərin onunla birlikdə həmin mənzildən istifadə etmək hüququ yaranır. Mülkiyyətçinin ailə üzvləri onun əri (arvadı), valideynləri və uşaqları hesab edilir. Digər şəxslərin mülkiyyətçinin ailə üzvi hesab edilməsi üçün həmin şəxslərin onunla birlikdə yaşayıb, birgə ümumi təsərrüfat aparması şərtlərinin olması tələb edilir. Bundan əlavə mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmay an uşaqlarını mülkiyyətçiyə məxsus mənzilə köçürmək hüququna malik olmaqla, həmin şəxslərin də mənzilə dair istifadə hüququ məhz yetkinlik yaşına çatmayan şəxslərin mənzilə köçüb yaşadığı halda yaranır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməsi iki halda-daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi xx.xx.1991-ci il tarixdə müvafiq order əsasında tərəflərin atasına verilmişdir və həmin orderdə İddiaçı1, cavabdehlər Cavabdeh1 və X3 adları qeyd olunmuşdur. Həmçinin, müəyyən edilmişdir ki, tərəflər müb ahisə predmeti olan mənzildə daimi pasport qeydiyyatındadırlar. Tərəflər ailə üzvü kimi mənzilə istifadə hüquqları əldə etmişlər. Onların mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunmasının hüquqi əsasları mövcud deyil. Elə bu səbəbdən də məhkəmə haqlı olaraq ilk iddianı təmin etmişdər. Kassator bildirmişdir ki, məhkəmə gedişi zamanı mübahisəli mənzili artıq özəlləşdirmişlər və qarşı tərəfin mənzilə haqqı olan 1/6 payı açıq saxlanmışdır. Məhkəmə kollegiyası hazırkı icraatda həmin mənzilin hansı qaydada özəlləşdirilməsi, payların düzgün müəyyən edilib-edilməməsi ilə bağlı dəyərləndirmə aparmır. Lakin iddiaçının payının açıq saxlanması halı özü təsdiq edir ki, qarşı tərəf, yəni kassator iddiaçıların mənzilə payını açıq saxlamaqla onun hüquqlarını tanımışlar. Həmdə buna görə kassasiya ş ikayəti təmin oluna bilməz. İlk iddia tələbi əsası olduğundan qarşılıqlı tələbin də təmin olunmaması əsaslı olmuşdur. Qarşılıqlı iddia tələbi rədd edilərkən məhkəmə hesab etmişdir ki, iddiaçılar qarşılıqlı iddia tələbinin əsası qismində ilk iddia üzrə iddiaçıların mübahisəli mənzili daimi tərk etmələri və başqa yaşayış yerində daimi köçüb yaşamaları halına istinad etsələr də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında da qeyd olunan hal öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4419/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.