Məhkəmə qərarları › İş №2(102)-1510/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1510/2022

19.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1510/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: "xxxx" ASC Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:subroqasiya qaydasında pul tələbi) 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)9370/2021 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xx xx" ASC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən dəymiş ziyana görə 17.692,39 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) iddia qismən təmin edilərək, cavabdehdən 10.373 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 01 aprel 2018-ci il tarixli “Avtonəqliyyat vasitələrinin tam sığortası haqqında” Şəhadətnaməyə və ona 1 saylı əlavəyə əsasən, "xxxx" QSC-yə məxsus “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi i ddiaçı tərəfindən 31 mart 2019-cu il tarixədək sığortalanıb. 30 oktyabr 2018-ci il tarixdə cavabdeh özünə məxsus olan “Toyota Vıtz” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Q.Qarayev prospekti ilə hərəkət edib sola A.Manafov küçəsinə dönən zaman yol hərəkəti qaydalarını pozaraq sağdan, yəni Q.Qarayev prospektindən gələn X idarə etdiyi "xxxx" MMC məxsus “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı 7 “A” saylı sərnişin avtobusunu gözləməyib və nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Bundan sonra, yol polisinin “İnzibati tənbeh haqqında” 16 noyabr 2018-ci il tarixli qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq inzibati qaydada 60 manat cərimə edi lib. 29 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir, bərpa xərcləri avtoehtiyat hissələrinin köhnəlmə faizi nəzərə alınmaqla 15.373 manat təşkil edir. Cavabdehə məxsus nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalandığından, 5.000 manat sığorta məbləği "xxxx" ASC tərəfindən iddiaçıya ödənilib. Ona görə də iddia qismən-5.000 manat çıxılmaqla 10.373 manat məbləğdə təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyni Mülki Məcəllənin 21.1, 936.1, 1108.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən iddianın təmin olunan hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 08 iyun 2021-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəl lənin 883.1, 922.1, 936.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi d axil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 93 6.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kass asiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 01 aprel 2018-ci il tarixli “Avtonəqliyyat vasitələrinin tam sığortası haqqında” Şəhadətnaməyə və ona 1 saylı əlavəyə əsasən, "xxxx" QSC məxsus “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitə si iddiaçı tərəfindən 31 mart 2019-cu il tarixədək sığortalanıb. 30 oktyabr 2018-ci il tarixdə cavabdeh özünə məxsus olan “Toyota Vıtz” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Q.Qarayev prospekti ilə hərəkət edib sola A.Manafov küçəsinə dönən zaman yol hərəkəti qaydalarını pozaraq sağdan, yəni Q.Qarayev prospektindən gələn X idarə etdiyi "xxxx" MMC məxsus “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı 7 “A” saylı sərnişin avtobusunu gözləməyib və nəticədə yol-nəqliyyat hadisəsi baş verib. Bundan sonra, yol polisinin “İnzibati tənbeh haqqında” 16 noyabr 2018-ci il tarixli qərarına əsasən cavabdeh İnzibati Xətalar Məcəlləsinin 372.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli sayılaraq inzibati qaydada 60 manat cəri mə edilib. 29 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir, bərpa xərcləri avtoehtiyat hissələrinin köhnəlmə faizi nəzərə alınmaqla 15.373 manat təşkil edir. Cavabdehə məxsus nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalandığından, 5.000 manat sığorta məbləği "xxxx" ASC tərəfindən iddiaçıya ödənilib. Əvvəla, latın mənşəli “subroqasiya” sözü- etimoloji anlamda “əvəz etmə”; hüquqi mənada isə müəyyən hüquqların bir şəxsdən başqasına keçməsi; şəxslərin əvəzlənməsi anlamında işlədilir. Mülki Məcəllənin 936.1-ci maddəsində sığorta münasibətlərində subroqasiya hüququnun anlayışı verilib. Həmin maddənin tələblərinə görə subr oqasiya hüququ- bəzi istisnalarla sığorta ödənişi almış şəxsin zərər vurmuş şəxsə qarşı yaranmış hüquqlarından, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Nəzərə alınmalıdır ki, subroqasiya hüququ- şəxs sığortalının yalnız sığorta ödənişi almış olduğu müqavilə üzrə sığortalanmış mənafelərinə zərər vurulduğu halda yaranır. Subroqasiya hüququna yalnız sığorta ödənişi vermiş sığortaçı ödəmiş olduğu sığorta ödənişi məbləğində malikdir. Belə ki, sığortaçı sığorta ödənşini sığorta məbləği həddində ödəyir. Hazırki halda cavabdehin təqsiri üzündən X idarə etdiyi "xxxx" MMC məxsus “İveco Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərərin dəyməsi, dəymiş maddi zərərə görə hüquqlardan və vasitələrdən istifadə etmək hüququnun bilavasitə iddiaçıya k eçməsi işin mübahisə olunmayan halları olmaqla qanunla tənzimlənir. Cavabdeh özü də bu halları inkar etmir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddənin mənasına görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçsə də, bu növ iddialara baxılarkən ilk növbədə zərərvuran şəxsin faydalanan şəxsə vurduğu zəririn məbləği mötəbər yazılı sübutlarla müəyyən edilməli və mülki iş materialları ilə t əsdiq edilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı mübahisələndirilən hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ekspertin rəyi ilə razılaşmadığını, zərərin məbləğinin düzgün müəyyən edilmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasə n, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınm aqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)-9370/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar