Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2741/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 370,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Atəşgah Sığorta” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yolnəqliyyat hadisəsi nəticəsində verilmiş 350 manat sığorta ödənişinin məbləği və 20,40 manat dövlət rüsumu, cəmi 370,40 manat pulun müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qərara alınmışdır. Daha sonra Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6951/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi rədd edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1588/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı işi üzrə 28 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verlmiş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadında şərh edilmiş göstərişə uyğun olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-927/2020 saylı xx.xx.2025-ci il tarixində qərardad qəbul edərək ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmışdır. Cavabdeh1 Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı xx.xx.2025-ci il tarixli qəradadından verdiyi şikayət Həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Yasamal Rayon İcra Şöbəsindən (e-icra) sms bildiriş gəldikdən sonra sözügedən qətnamə barəsində məlumat əldə etmişdir. SMS bildirişdə qeyd edilmişdir ki, X1 barənizdə olan E316092/2024-53-41 saylı icra işi üzrə İcra haqqında Qanunun 29 və 84-cü maddələrinin tələblərinə əsasən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə çağırılırsınız. Məhz bundan sonra xx.xx.2024cü il tarixində ərizə ilə rəsmi qaydada Yasamal Rayon Məhkəməsinə müraciət edərək, sözügedən qətnamənin verilməsini istəmişdi. xx.xx.2024-cü il tarixdə isə qətnaməni rəsmi qaydada əldə etmişdir və MPM-in 360-cı maddəsinin tələbinə uyğun olaraq 1 ay müddətində, yəni xx.xx.2025-ci il tarixində apellyasiya şikayətini vermişdir. Göründüyü kimi, apellyasiya şikayətini 1 ay müddətində vermişdir. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Prosessual müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməməsi ilə bağlı onu qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, nə məhkəmə iclasında iştirak etmişdir, nə də ki, məhkəmənin keçirilməsi ilə bağlı bildiriş əldə etmişdir. Bundan başqa da, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Hər halda belə bir hal baş versəydi, ərizə ilə qətnamənin surəti rəsmi qaydada istənilərkən ərizənin icrası təmin edilməzdi. Göründüyü kimi, hər hansı müddət ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə düzgün qənaətə gəlməmişdir. Belə ki, məhkəmə verilmiş apellyasiya şikayətini şikayəti verən şəxsə münasibətdə yoxlayır. Buna nümunə olaraq digər cavabdeh, Cavabdeh2 münasibətdə təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsini misal çəkmək olar. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6951/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin 4-cü vərəqində “Apellyasiya baxışının hədləri” bölməsində qeyd edilmişdir ki, Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində - qətnaməni tam mübahisələndirsə də, qətnamə digər Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən Cavabdeh2 aid hissəsində yoxlanılmalıdır. Göründüyü kimi, eyni məhkəmənin bir hakimi Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin tələblərinə riayət etdiyi təqdirdə, bir digəri sözügedən maddənin tələblərinə əsasən deyil, öz şəxsi qənaətinə əsasən məhkəmə aktı qəbul etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1588/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmiş və mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda göstərilmişdir ki, Cavabdeh1 (etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) ərizə ilə məhkəməyə müraciət etmiş və qəbzə imza etməklə, xx.xx.2024-cü il tarixində qətnaməni əldə etmiş və xx.xx.2024-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)927/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim etməmişdir. Cavabdeh1 birgə ünvanda qeydiyyatda olduğu əri və etibarnamə üzrə nümayəndəsi digər Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə şikayət verilmiş və apellyasiya şikayəti qismən təmin edilmişdir. Beləliklə, Cavabdeh1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)927/2020 saylı qətnaməsindən məlumatlı olduğu halda qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd edilənlər əsasında Yasamal Rayon Məhkəməsi 2(004)-927/2020 saylıiş üzrə xx.xx.2025-ci il tarixində qərardad qəbul edərək Cavabdeh1 müvafiq apellyasiya şikayətini geri qaytarmışdır. Kollegiya qeyd edir ki, məhkəmə sisteminin iyerarxik quruluşuna əsasən birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı nəticə üzərindən apellyasiya şikayətini yenidən yoxlaması yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiyası məhkəməsi malikdir. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin qeyri-mümkünlük haqqında qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət vermə hüququ nəzərdə tutulduğundan, sonuncunun apelyasiya şikayətinin qeyri-mümkünlüyünün qanuniliyinə qiymət vermək imkanı var. Belə ki, MPM-in 366.4 və 402-ci maddələrinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilərdi. Belə olan halda, Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1588/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadındakı göstərişlər rəhbər tutulmaqla apellyasiya şikayətinin geri qaytarılması qanunun tələblərinə uyğun olmuşdur. Beləliklə, göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət təmin edilmədən, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(103)-2741/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2741/2025
23.04.2025 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver