Məhkəmə qərarları › İş №2(103)-6951/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6951/2024

23.12.2024 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6951/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(004)-927/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri DYPİ tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh1 “X8” markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. MA seriyalı 001913 saylı nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İcbarı sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması haqqında sənəddən görünür ki, şəhadətnamə nömrəsi PAT********** olan “X8” markalı, 99- KP-777 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Bakı şəhəri DYPİ tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh1 “X8” markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, hadisə baş verdiyi anda sürücü ayıq halda olmuş və onun tərəfindən “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sağ hissənin zədələnməsi ilə nəticələnən zərər vurulmuşdur. 10 sentyabr 2019-cu il tarixli zərər aktının surətindən görünür ki, “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 350 manat məbləğində müəyyən edilmişdir. AD seriyalı 171006 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. xx.xx.2019-cu il tarixli İddiaçı Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş sığorta aktına əsasən “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 350.00 manat məbləğində maddi ziyan dəymiş, faydalanan şəxs X4 qeyd edilmişdir. 13 sentyabr 2019-cu il tarixli, 9077 saylı ödəniş tapşırığına əlavəyə əsasən faydalanan şəxs X2 şəxsi hesabına 350 manat köçürmə həyata keçirilmişdir. Cavabdehlər ər-arvaddırlar. xx.xx.2019-cu il tarixli pretenziyalardan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı ödənilmiş 350 manat pulu təlləb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 370,40 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İcbari Sığortalar haqqında qanunun 25ci maddəsinə əsasən Cavabdeh1 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi və Cavabdeh2 avtomobil idarəetmə hüququ olmadan Cavabdeh1 verdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 927/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 350 manat sığorta ödənişinin məbləği və 20,40 manat dövlət rüsumu, cəmi 370,40 manat pulun müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 1108.2; “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci, 63.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 284-4.1-ci, 284-5-2-ci, 284-5.3-cü maddələrinə uyğun əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “X8” markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Lakin, həmin avtomobil ona məxsus olsa da, arvadı Cavabdeh1 tərəfindən idarə olunmuşdur. Məhz onun tərəfindən idarə olunan zaman, yəni xx.xx.2019-cu il tarixində yol nəqliyyat hadisəsi törədilmiş və İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Qəza baş verən zaman Cavabdeh1 tərəfindən qəzadan yayınma halı baş verməmişdir. “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixində tərəfindən əldə edilmişdir. Cavabdeh1 ilə xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olduğundan sözügedən avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, ər və arvadın nikah dövründə əldə etdikləri əmlak, onların hər ikisinin mülkiyyəti hesab olunur. Bu səbəbdəndir ki, avtomobil Cavabdeh1 məxsus olmasa da, onun tərəfindən etibarnamə əsasında deyil, nikah şəhadətnaməsi əsasında idarə olunmuşdur. Lakin, mülki işin içində saxlanılan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2019-cu il tarixdə ona göndərilmiş pretenziya məktubundan görünür ki, əsas məsələ Cavabdeh1 tərəfindən sözügedən avtomobili etibarnamə olmadan idarə etməsidir. Belə ki, xx.xx.2019-cu il tarixli, P3470/19 saylı pretenziya məktubunun 3-cü abzasında qeyd edilmişdir ki, “Bildirmək istəyirik ki, xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1, müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Sizə qarşı subroqasiya hüququmuz yaranmışdır”. Lakin, “X6” Qanuna görə şəxs öz mülkiyyətində olan avtomobili problemsiz olaraq idarə edə bilər. Bir şərtlə ki, onun sürücülük hüququ olmalıdır. Belə olan halda həmin avtomobilin qeydiyyat şəhadətnaməsində mülkiyyətçi kimi məsələn, kişinin adı yazılırsa, onunla birlikdə nikahda olan qadın da həmin avtomobili etibarnaməsiz idarə etmək hüququna malikdir. Yaxud da əksinə. Sadəcə olaraq yolda inspektor onlardan hansısa birini saxlayarsa o halda gərək nikah şəhadətnaməsini üzərində saxlayıb, inspektora təqdim edilsin. X9 Polisinin hansısa informasiya sistemində kim, kimin həyat yoldaşıdır deyə, məlumat yoxdur. Bu səbəbdəndir ki, qəza anında Cavabdeh1 nikah şəhadətnaməsini yerində təqdim etmişdir. “X6” Qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, İddiaçı Sığorta Şirkəti ASC subroqasiya qaydasında sığorta ödənişini tələb etməkdə haqlı olmamışdır. Lakin, məhkəmə yuxarıda sadalanan halların heç birini araşdırmadan, məhkəmədə onların iştiraklarını təmin etmədən qətnamə qəbul etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 apellyasiya şikayətində qətnaməni tam mübahisələndirsə də, qətnamə digər Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən Cavabdeh2 aid hissəsində yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Avtonəqiiyyat vasitəiərinin sahiblərinin mülki məsuiiyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “X6” Azərbaycan Respublikası Qanunu: “X6” Qanunun 37-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.

81. Yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Cavabdeh2 münasibətdə kifayət qədər iş araşdırılmamış,eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2, “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Bakı şəhəri DYPİ tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh1 “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdehlər ər-arvaddırlar. Bakı şəhəri DYPİ tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh1 “X8” markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, hadisə baş verdiyi anda sürücü ayıq halda olmuş və onun tərəfində “Nissan Sunny” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sağ hissənin zədələnməsi ilə nəticələnən zərər vurulmuşdur. xx.xx.2019-cu il tarixli İddiaçı Sığorta Şirkəti ASC tərəfindən təqdim olunmuş sığorta aktına əsasən “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 350.00 manat məbləğində maddi ziyan dəymiş, faydalanan şəxs X4 qeyd edilmişdir. 10 sentyabr 2019-cu il tarixli zərər aktının surətindən görünür ki, “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 350 manat məbləğində müəyyən edilmişdir. 13 sentyabr 2019-cu il tarixli, 9077 saylı ödəniş tapşırığına əlavəyə əsasən faydalanan şəxs X2 şəxsi hesabına 350 manat köçürmə həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli pretenziyalardan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 təqsiri sübuta yetirildiyindən və hadisə zamanı “Nissan Sunny” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirildiyindən, eləcə də həmin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən sonuncunun hazırki tələblə məhkəməyə müraciət etmək hüququndan yaranmışdır. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə təmin etməklə düzgün olmayan nəticəyə gəlməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbləri baxımından zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırki işin hallarından isə görünür ki, “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 məxsus olsa da, qəza baş verən zaman həmin avtomobili Cavabdeh2 arvadı – digər Cavabdeh1 tərəfindən idarə edilmişdir. Lakin hadisə zamanı sonuncunun etibarnaməsi olmaması əsası ilə iddiaçı hazırki iddianı mülkiyyətçiyə qarşı da yönəltmişdir. Halbuki işin faktiki hallarından göründüyü kimi cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 xx.xx.2005-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə xx.xx.2017-ci il tarixində Cavabdeh2 tərəfindən əldə edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərin birgə nikahları müddətində əldə olunmuşdur. Hadisə baş verən zaman Cavabdeh1 etibarnaməsi olmasa da, nikah şəhadətnaməsini yerində təqdim etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinin qanuni əsaslandırılmasına diqqət yetirməmişdir. Yəni, Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində təsbit edilmiş sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallardan hansının mövcudluğu baxımından sözügedən cavabdehə qarşı iddia qaldırılmasının əsaslandırılması iş materiallarından görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin “X8” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2 qarşı yönəlməsi əsassız olmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını Cavabdeh2 münasibətdə məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə Cavabdeh2 aid hissədə qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını müəyyən etməyərək, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bununla bağlı hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 927/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar