Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1510/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, evdən çıxarılma, maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, evdən çıxarılma və maddi ziyan” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2101/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Hökməli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 3107152HQOBA olan Hökməli qəsəbəsi üzrə vergi ödəyicisi Cavabdeh1dur.
2. Abşeron RİHB-nin Xırdalan şəhəri üzrə X1 və Maraqlı şəxs2 göndərdiyi xx.xx.2008-ci il tarixli, 101 saylı məktubdan görünür ki, əsaslı təmir edilməsi planlaşdırılan transformator binasında məskunlaşmış məcburi köçkünlər Ə.Ə.Şükürov və Maraqlı şəxs2 hər birinə Hökməli Bələdiyyəsi tərəfindən 300 kv.metr torpaq sahəsi ayrılmışdır.
3. Ölüm haqqında AZ-İİ 163998 saylı şəhadətnamənin surətindən görünür ki, X6 06 dekabr 2020-ci il tarixdə ölmüşdür.
4. Cəbrayıl rayon İHB-nin Dağ Tumas kənd İƏD üzrə Nümayəndəliyinin 13 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 ölən günə kimi ailə üzvlərinin tərkibi oğlu İddiaçı, gəlini R.H.Əlizadədən və nəvəsi F.İddiaçı ibarət olmuşdur.
5. Hökməli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, YVÖK (yerli vergi ödəyicisinin kodu) 31071xxxxxxx olan Hökməli qəsəbəsi üzrə vergi ödəyicisi İddiaçıdur.
6. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 3339 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Əlizadə X8 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) qeydiyyatsız (arvadı və iki uşağı ilə birli kdə) yaşayır.
7. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 793 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı Əlizadə X8 rayonu, Hökməli qəsəbəsində (Şamaxı 19-cu km) qeydiyyatsız (arvadı və iki uşağı ilə birlikdə) yaşayır.
8. AKX-03001xx-xx-2021 saylı, 25 may 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, Aşağı Güzdək qəsəbəsi Yeni məhəllə ünvanında abonent İddiaçı ilə “Azəriqaz” İB arasında müqavilə imzalanmışdır.
9. Elektrik enerjisinin alqı-satqısı barədə birtipli müqavilənin surətindən görünür ki, Aşağı Güzdək qəsəbəsi Yeni məhəllə ünvanında abonent İddiaçı ilə enerji təchizatçısı "xxxx" ASC arasında müqavilə imzalanmışdır.
10. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 3535 saylı, xx.xx.2021-ci il tar ixli arayışdan görünür ki, iddiaçı Əlizadə X8 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) 2009-cu ildən hazırki vaxtadək qeydiyyatsız yaşayır.
11. Bakı Texniki Kolleci tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 027 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında müvəqqəti qeydiyyatda olsa da, hazırda orada yaşamır.
12. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 36 saylı arayışdan görünür ki, cavabdeh Əlizadə X9 rayonu, Hökməli qəsəbəsində (yeni yaşayış massivi) qeydiyyatsız yaşayır. X2 ölən günə kimi onunla birlikdə yaşayıb, dəfn xərcini çəkmişdir.
13. QMKİD Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinin (arvadı və övladları) faktiki yaşayış ünvanı Komitənin elektron bazasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanası kimi qeyd olunmuşdur.
14. QMKİD Komitəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında müvəqqəti qeydiyyatdadır.
18. Abşeron RİHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 15 saylı xx.xx.2022ci il tarixli arayışdan görünür ki, İddiaçı 2009- cu ildən atası ilə birlikdə Hökməli qəsəbəsi Yeni yaşayış massivində özünə məxsus fərdi evdə yaşayıb və Nümayəndəliyin təsərrüfat kitabında qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli evdən çıxarılması, onun ailə üzvləri ilə birgə fərdi evə köçürülməsi, uzun müddət sahibliyində və istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, fərdi evdə olan əşyaların yararsız hala salındığı, qırıldığı üçün ona dəymiş 6000 manat ziyanın əvəzi, evdən kənarda qaldığı müddətdə kirayəyə çəkilmiş 3000 manat xərc, vəkil xidməti üçün ödənilmiş 201 manat pul olmaqla, cəmi 9201 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birgə ona məxsus ünvan 1ndə yerləşən nömrəsiz evdə yaşamışdır. Həmin fərdi evin yerləşdiyi boş torpaq sahəsini əmisi Maraqlı şəxs2 dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsinin onun adında olmasına dair vergi ödəyicisi kimi Hökməli bələdiyyəsinə ödənişlər etmişdir. Torpaq sahəsində öz vəsaiti ilə fərdi ev tikərək 2009-cu il tarixdən orada ailəsi və mərhum atası ilə birgə yaşamağa başlamışdır. Mübahisəli evin tikilməsində qayınatası usta kimi çalışmış və köməklik etmişdir. X2 06 dekabr 2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra qardaşı Cavabdeh1 və qardaşının arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı həmin evə gələrək mərhum atasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışlar. Atası dəfn edildikdən bir müddət sonra qardaşı və onun arvadı evi tərk etmək istəməmiş, həmin evdə atası nın yaşamasını bəhanə edərək bu evin ona vəsiyyət olunmasını bildirmiş, orada yaşamağa davam etmişlər. Bundan sonra aralarında mübahisə yaranmış, cavabdeh onu evdən qovmağa çalışmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evlə bağlı onun barəsində polis orqanlarına şikayət etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 3339 saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən onun ailəsi ilə birlikdə Hökməli qəsəbəsi, Yeni yaşayış massivi küçəsində mübahisəli evdə yaşaması təsdiq olunur. Həmin fərdi evin bütün qaz və işıq sərfiyyatı onun adına müqavilə bağlamaqla rəsmiləşdirilmiş, qaz, işıq borcları ödənilmişdir. Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi h aqqında qərarında onun həmin evdə atası ilə uzun müddət yaşaması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə ora gəlib atasının dəfnindən sonra məskunlaşaraq orada yaşaması öz təsdiqini tapmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atasının vəfatından sonra bu evə köçərək yaşamalarını özləri etiraf etmişlər. Hazırda o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində evindən və orada olan əmlakından məhrum edilmiş, əşyaları yararsız hala salınmış, kirayədə qalmağa məcbur olmuşdur. Bu evdən başqa onun yaşamağa yeri yoxdur. Cavabdehləri Cavabdeh1 və Cavabdeh2 öz evləri olduğu halda onun evində yaşamaları qanunsuz və əsassız olmaqla, onun inşa etdiyi evdən və orada olan daşınar əmlakdan qanunsuz istifadə etməklə ona maddi ziyan vurmuşlar.
17. Abşeron Rayon Məhkəmə sinin 23 may 2022-ci il tarixli, 2(012)-639/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilməsi, İddiaçı ünvan 1ndə yerləşən qanunsuz tikiliyə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir..
18. Mehkəmə hesab etmişdir ki, İddiaçı və Cavabdeh1 qardaşdırlar. Onlar və mərhum ataları Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi 4, Maşınqayırma Kollecinin yataqxanasında məskunlaşmışlar. Hökməli bələdiyyəsindən tərəflərin əmisinə məskunlaşdığı yerin dəyişdirilməsi məqsədilə 300 kv.metr torpaq sahəsi ayrılmış, tərəflərin X2 isə orada mübahisə predmetini təşkil edən tikilini inşa etdirmişdir. X6 06 dekabr 2020-ci il tarixdən ölənə kimi burada yaşamış, onun ölümündən sonra mübahisəli tikili üstündə tərəflər arasında mübahisə yaranmışdır. Mübahisə predmeti olan yaşayış evi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin bu evin tikintisində iştirakı istisna edilmədiyindən onların hər ikisinin bu evlə bağlı hüquqları bərabər hesab edilərək iddia tələbi evə köçürülmə hissəsində qanuni və əsaslı olduğu üçün təmin edilməli və iddia qalan hissədə əsassız olduğu üçün rədd edilməlidir. Eyni zamanda məhkəmə İddiaçı tərəfindən təbii qazın istifadəsinə görə yaranmış borcun (1262,3 manat) silinməsinin tələb olunmasını əsassız hesab etmişdir. Yəni qalan məbləğ təbii qazdan istifadə etdiyinə əsasən hesablanmış borc (1262,3 manat) olduğundan həmin borcun silinməsi hissəsində iddia rədd edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü m addəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 152.5, 152.6, 158.1.2, 158.2, 158.4, 180-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 - 30.4, 68.1, 68.2-ci maddələri və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış evindən çıxarılması hissəsində təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəməyə kifayət qədər sübut təqdim etməsinə baxmayaraq məhkəmə həmin sübutları tədqiq etsə də onları düzgün qiymətləndirməm işdir ki, bu da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılması tələbinin təmin olunmaması ilə nəticələnmişdir. Halbuki, məhkəməyə ünvanladığı iddia ərizəsində və məhkəmədə işə baxılan zaman verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanında olan fərdi ein yerəşdiyi boş torpaq sahəsini əmisi Maraqlı şəxs2 dəyərini ödəməklə eldə etmiş və orada fərdi ev tikərək 2009-cu il tarixdən həmin evdə ailəsi və mərhum X2 birgə yaşamışdır. İşin bu halları iş materiallarında olan həm şahid ifadəri, həm də digər yazılı sübutlarla tam təsdiq olunur. Atası xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra cavabdeh olan qardaşı Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 ilə həmin evə gələrək mərhum atasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışdır. İşin bu halları Abşeron Rayon Po lis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahibliyində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ev vardır. Həmin ev onun böyük qardaşı Eldar tərəfindən ailənin ümumi vəsaiti hesabına tikilərək cavabdehlərin sahibliyinə verilmiş və lakin hakim tərəfindən onun bu barədə təqdim etdiyi sübutlar ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə təqdim edilmiş sübutları qiymətləndirərək evə köçürmə ilə bağlı hissədə iddia tələbini təmin etməklə həmin hissədə mübahisəni düzgün həll etsə də, evdən çıxarılma ilə bağlı hissədə iddia tələbini tamamilə əassız rədd etmişdir.
22. Həmçinin, həmin qətnamədən Cavabdeh1 apellyasiy a şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tələbində göstərmişdir ki, o və ailə üzvləri mərhum ataları ilə birgə 2009-cu ildən orada yaşamışlar, onlar tərəfindən İddiaçı məhkəməni aldatdığı və 2013- cü ildə ailə qurması ilə bağlı fotoşəkilin məhkəməyə təqdim edilməsinə baxmayaraq hakim tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, qaz və işıq təchizatına görə müqavilələr onunla bağlanmış və onun tərəfindən borclar ödənilmişdir. Halbuki iddiaçı mərhum atalarının ölüm haqqında şəhadətnaməsinin əslinin itirilməsi ilə bağlı dövlət orqanına yalan məlumat verərək dublikatını əldə etmiş və sonra qaz və işıq təchizatına görə müqavilələri öz adına r əsmiləşdirmişdir. Onlar tərəfindən qaz, su və işıq təchizatına görə ödənişlər məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən isə ödənişlərin onun tərəfindən edilməsini sübut edəcək hər hansı bir qəbz məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında İddiaçı özü tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov 4 ünvanında yerləşən yataqxanada yaşamasını etiraf etməsi də nəzərə alınmamışdır. Bundan əlavə Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclası zamanı mübahisə predmeti olan sənədsiz evə baxış keçirmək və digər qonşulardan ifadələrin yerində alınması və işin obyektiv həll edilməsi məqsədi ilə məhkəmə prosesi xx.xx.2022-ci il tarixə təxirə salmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin 2 (iki) nəfər əməkdaşının, hakim və tərəflərin iştirakı ilə sənədsiz evə baxış keçirilmiş, iddiaçı, əmisi və yaxın qonşusu olan X12 hakim tərəfindən məsələ ilə bağlı dindirilmişdir. Şahid qismində dindirilmiş, X12 hakimin ona verdiyi sualları cavablandırarkən “mübahisə predmeti olan sənədsiz evdə mərhum qardaşı X3 2015-ci il tarixdən tək yaşadığını, iddiaçı və ailəsinin orada yaşamadığını, Cavabdeh1 mərhum qardaşı X4 mütəmadi baş çəkdiyini xəstələndikdən sonra isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 köçərək qardaşı ilə birgə yaşamağa başladığını və Cavabdeh2 ona baxaraq, tibbi köməklik göstərdiyini” bildirmişdir. Lakin qeyd edilənlər məhkəmə tərəfindən protokollaşdırılmalı olduğu halda nədənsə protokola salınmamışdır. İddiaçı tərəfindən iş üzrə məhkəməyə şahid qismində dəvət edilmiş şahidlərin çoxu İddiaçı qohumları və dostları onun tərəfindən dəvət edilmiş şahidlər isə əsasən qonşulardan ibarət olmuşdur. Məhkəmə prosesində şahid kimi iştirak etmiş qonşular tərəfindən doğru-düzgün fikirlər səslənildiyi üçün, İddiaçı və onun qohumları tərəfindən şahidlərin evlərinə basqın edilərək onlara bir daha şahidlik etməmələri bildirilmiş və birdə bu hal təkrarlanarasa onların axrının pis olacağı barədə hədələr edilmişdir. Onlar tərəfindən şahidlərə edilmiş təzyiqə görə hüquq-mühafizə orqanlarına şikayət edilmiş və həmin orqan tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əlavə edilmiş izahatlar da məhkəmə tərəfindən nəzərə alınmamışdır.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2101/22 nömrəli iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə, L.Məmmədova) İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Mə hkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 11.2, 14.1, 14.3, 27.3, 139.1, 139.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.4, MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki yaşayis yeri sənədlərlə də təsdiq edilir ki, İddiaçı və ailə üzvləri Baki şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, R.Qənbərov 4 ünvaninda yerləşən yataqxanadır. İddiaçi və ailə üzvləri mübahisəli mənzili 2015-ci ildə t ərk etmiş va həmin mənzillə bağli hər hansısa bir bağlıqları qalmamışdır. İddia ərizəsinə əlavə etdiyi qaz ve isiq təchizatları üzrə müqavilələri işə ataları rəhmətə getdikdən sonra ölüm şəhadətnamesinin dublikati ilə dövlət orqanlarını aldadaraq, öz adına rəsmiləşdirmiş, lakin məhkəməyə qaz ve işığa görə etdiyi ödenişlərin qəbzlərini təqdim edə bilməmişdir, çünki həmin ödenişlər Cavabdeh1 tərəfindən edilmiş və sənədlər məhkəməyə təqdim edilmişdir.
29. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1, 27.3, 157.8, 180, MPM-nin 88, 217, 379, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 43.1. H eç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə
32. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
33. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
34. Maddə 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, ha belə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
35. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
36. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
38. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qay dada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
40. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır.
64. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
41. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixt iyarı yoxdur.
42. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məh kəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2101/2022 nömrəli mülki iş üzrə 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.