Məhkəmə qərarları › İş №2(102)-1510/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1510/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1510/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Məmmədov Ruslan Tahir oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı BOKT” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-146/2023 nö mrəli, 28 mart 2023-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı BOKT ASC (bundan sonra iddiaçı təşkilat) ilə borcalan Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 saylı kredit müqaviləsinə əsasən iddiaçı təşkilat borcalana 39 ay müddətinə 36 faizlə 11000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı təşkilat ilə Cavabdeh3 (bundan sonra cavabdeh, zamin) arasında xx.xx.2020-ci il tarixli 2020/00001EQ-Z001890-1 nömrəli zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərini yerinə yetirilm əsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 3. xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçı təşkilat ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 saylı əsas kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh2 (bundan sonra cavabdeh) mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 20.000 manat müəyyənləşdirilmişdir. 4. 09.07.2020-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən daşınmaz əmla k iddiaçı təşkilatın xeyrinə yüklü edilmişdir, bu barədə dövlət reyestrində 4 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

5. Borc haqqında arayışa əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 11000 manat, kredit faizləri üzrə 3123 manat, dəbbə borcu üzrə 2827 manat olmaqla, ümumilikdə 16950 manat təşkil edir.

6. İddiaçı təşkilat tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı təşkilat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00001EQ-1890 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakın likvid dəyəri 20000 manat müəyyən olunmaqla açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun və ödənilmiş 30,40 man at dövlət rüsumunun iddiaçı təşkilata ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı təşkilat iddia tələbini işin hallarına uyğun əsaslandırmışdır. 9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 10 saylı rəyə əsasən Cavabdeh2 məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının hazırkı dövrə olan likvid dəyəri 115000 (yüz on beş min) manat təşkil etmişdir.

10. Məhkəmə-mühasibatlıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli 9/9438 nömrəli rəyinə əsasən borcalan Cavabdeh1 17 iyun 2020-ci il tarixli, 2020/00001EQ-1890 saylı kredit müqaviləsi üzrə 02 iyun 2021-ci il tarixə iddiaçı təşkilata olan borcu əsas borc üzrə 11000 manat, faiz borcu üzrə 2739,0 manat təşkil etmişdir.

11. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(023)-147/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Fəxri Məmmədov) iddia tələbi qismən təmin olunmuş, iddiaçı təşkilat ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 11000 manat əsas, 2739 manat faiz, 100 manat cərimə, cəmi 13839 (on üç min səkkiz otuz doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 (otuz manat) 40 qəpik pulun müştərək qaydada alınaraq iddiaçı təşkilata ödənilməsi, tələb üzrə tutmanın ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 115000 (yüz on beş min) manat m üəyyən olunması qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, ekspertiza rəyinə əsasən cavabdehin müqavilə üzrə əsas borcu iddia ərizəsində qeyd olunan borcla eyni, faiz borcu isə az hesablandığından, iddia tələbi qismən təmin edilməli, ekspertiza rəyinə uyğun olaraq 11000 manat əsas və 2739 manat faiz borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı təşkilatın xeyrinə tutulmalıdır.

13. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir.

14. Məhkəmə eyni zamanda, iddia tələbinin “qeyd olunan qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində əmlakın boşaldılması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan qeyriyaşayış binası “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 bir ay ərzində qeyriyaşayış binası boşaldılmalıdır.

16. Məhkəmə nəzərə almışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məb ləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab etmişdir ki, 733,16 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə eyni zamanda digər Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.

18. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1 iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən, cavabdehin krediti vaxtında ödəməməsi isə iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlı ol muşdur.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 319.5, 319.6, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 470.1, 472.2, 739-ci maddələrinə, “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3, 59.3cü, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı təşkilat apellyasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu və ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsini, faiz borcunun 3123 manat məbləğində müəyyən edilməsini və ipoteka predmetinin likvid dəyərinin azaldılmasını xahiş etmişdir.

22. İddiaçı təşkilat iddia tələbini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Belə ki, ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı ekspert rəyləri arasında kəskin fərq mövcud olmuşdur. İşdə olan "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmeti olan, Cavabdeh2 məxsus ünvan 1 ünvanında olan qeyri-yaşayış binasının likvid dəyəri 115000 manat, "xxxx" MMC-nin rəyinə əsasən isə 20000 manat məbləğində qiymətləndirilmişdir. Rəylər arasında kəskin fərq olmasına baxmayaraq, məhkəmə təkrar qiymətləndirmə təyin etməmişdir. Bundan başqa məhkəmə tərəfindən iddia həcminin artırılması ilə bağlı ərizəyə münasibət bildirilməmiş, faiz borcu düzgün müəyyən edilməmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-146/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, ipoteka predmeti olan Cavabdeh2 məxsus mübahisəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 115000 manat hissəsində dəyişdirilərək 63800 (altmış üç min səkkiz yüz) manat məbləğdə müəyyən olunması qət edilmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Məhkəmə kollegiyası faiz borcunun düzgün müəyyən edilməməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin borcunun düzgün hesablanması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli 9 /9438 nömrəli rəyinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 02 iyun 2021-ci il tarixə İddiaçı BOKT ASC-yə 11000 manat əsas borcu, 2739 manat faiz borcunun olması müəyyən edilmişdir. Məhkəmə göstərilən ekspert rəyinə istinad edərək, faiz borcunun 2739 manat məbləğində tutulması qənaətinə gəlmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin faiz borcunun müəyyən edilməsində həmin ekspert rəyinin işdə mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas olmadığını və birinci instansiya məhkəməsinin iş üzrə həmin hissədə gəldiyi nəticə əsaslıdır.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətində qətnamənin qəbul edildiyi xx.xx.2022-ci il tarixdə iddia həcminin artırılması barədə məhkəməyə ərizə verildiyini, bu ərizəyə məhkəmənin münasibət bildirmədiyini, faiz borcunun düzgün müəyyən edilmədiyini göstərmişdir.

27. Məhkəmə kollegiyası iş materiallarında belə bir ərizənin aşkarlanmadığını qeyd etmiş, digər tərəfdən iddiaçının xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhz kreditin əsas borcu üzrə 11000 manat qalıq, ona hesablanmış 3123 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2827 manat dəbbə pulu, cəmi 16950 manat borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdiyi müəyyən olunmuşdur. Yəni, iddiaçının sonradan artırılmış iddia tələbi olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası şikayətin bu dəlilini də əsassız hesab etmişdir.

28. İşə apellyasiya instansiy ası məhkəməsində baxılarkən 17 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan mübahisəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/6480-9/7128 saylı rəyinə əsasən mübahisəli qeyri-yaşayış binasının hazırki bazar qiymətinə uyğun likvid dəyərinin 63800 (altmış üç min səkkiz yüz) manat məbləğində olduğu göstərilmişdir.

29. Ona görə də kollegiya hesab etmişdir ki, qətnamə mübahisələndirilən həmin hissədə dəyişdirilməli və 17 iyun 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsu s olan mübahisəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 63800 manat məbləğində müəyyən edilməlidir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.1, 470.1, 472.1,739-ci maddələrinə, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 39, 39.3.2, 39.3.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Vəkil) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisəli qeyri-yaşayış binasının ilkin satış (likvid) qiymətinin 63800 (altmış üç min səkkiz yüz) manat məbləğində müəyyən edilməsi his səsində ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

32. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün Cavabdeh2 mülkiyyətində olan mübahisəli qeyri-yaşayış binasının orta bazar qiyməti 115000 manat məbləğində qiymətləndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan və səbəb göstərmədən qəbul etdiyi qətnamədə həmin ipoteka predmetinin ilkin satış qiymətini 63800 manat miqdarında müəyyən etmiş, bununla da əmlakın mülkiyyətçisinin hüquqları kobud şəkildə pozulmuş, cavabdehləri maddi cəhətdən son dərəcə ağır vəziyyətə salmışdır. İpoteka predmeti olan qeyri-yaşay ış binasına ilkin satış qiyməti ilə bağlı ekspert rəyləri arasında kəskin fərqlərin olmasına baxmayaraq apellyasiya məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti barədə ziddiyyətləri araşdırmaq üçün heç bir tədbir görməmiş, əlavə olaraq mütəxəssis rəyi almaq üçün təşəbbüs göstərməyərək ziddiyyətləri aradan qaldırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

36. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

37. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

38. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

39. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

40. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

41. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

42. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respuiblikasının Qanunu

43. Maddə

39. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödəni lməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.

44. Maddə 39.3.2 və 39.3.3. Məhkəmə tutmanın ipoteka pretmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla fo rmal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

57. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

61. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-146/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar