Məhkəmə qərarları › İş №2(102)-1511/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1511/2019

26.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1511/2019 26.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov, iş № 2(010)-4374/2018) İddiaçı ASC-nin iddiası qismən t əmin edilərək, Cavabdeh1 iddiaçı X İddiaçı ASC-nin xeyrinə 2840,67 (iki min səkkiz yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində əsas borc, 954 (doqquz yüz əlli dörd) manat məbləğində kredit müqaviləsinin müddətinin bitmə tarixinə kimi kreditdən istifadəyə görə yaranmış faiz borcu olmaqla cəmi 3794,67 (üç min yeddi yüz doxsan dörd manat altmış üç qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan OPEL VECTRA minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin satışından iddiaçıya olan borc tam ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh1 verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinovvə E.C.Kazımov, iş2(103)-12268/2018)iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 avqust 2018-ci il t arixli qətnaməsi, iddianın əldən çıxmış faydanın cavabdehdən tutulmasının rədd edilməsi hissəsində, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru H.Quliyeva və vəkil E.Sadıqov kassasiyaşikayətiverərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğvedilməsi vəiddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahişetmişlər. İddiaçının nümayəndəsi H.N.İskəndərov Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına və kilsiz gəldiyinə görə işin kassasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan X İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 24 oktyabr 2011-ci il tarixli 934 saylı kredit müqaviləsi üzrə yaranmış 2840,67 manat məbləğində əsas borc, 954 manat məbləğində kreditdən istifadəyə görə yaranmış faiz borcu, əldən çıxmış faydaya görə 2248,08 manat olmaqla, cəmi 6042,75 manat məbləğində kredit bo rcunun və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan OPEL VECTRA minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, avtomobilin satışından əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdehlərdən X İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2011-ci il tarixdə ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 934 kredit müqaviləsi bağ lanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh1 avtomobil alınması məqsədi illik 27%, ödəniş müddəti keçmiş kredit üçün illik 54%-lə ödəmək şərtilə Bank tərəfindən müvafiq olaraq 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində kredit ayrılmışdır və o, 24 ay ərzində, yəni 24 oktyabr 2013-cü il tarixədək, kredit üzrə əsas məbləği və ona hesablanmış faizləri ödəniş cədvəli üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 24 oktyabr 2011-ci il tarixdə 934 saylı ipoteka müqaviləsi bağlanmış, bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan OPEL VECTRA minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi tərəflər arasında imzalandıqdan sonra qanun vericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının DİN DYPİ-də ipotekanın qeydiyyatı aparılmış və müvafiq olaraq 24 oktyabr 2011-ci il tarixdə № 024780 saylı şəhadətnamə verilmişdir. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 13 dekabr 2014-cü il tarixdə Cavabdeh2 ilə 363 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh ilə kredit müqaviləsi bağlandıqdan sonra, X İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra edərək müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Lakin, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri pozularaq həmin kreditin əsas məbləği və ona hesablanmış faizlərdən ödəniş edilməmişdir. Cavabdehlər aparılan danışıqlar və rəsmi xəbərdarlıqlara baxmayaraq, öhdəliklərini icra etməmiş və bu günə kimi mövcud bo rclarını ödəməmişlər. Nəticədə kredit borcu ödənməmişdir. Eyni zamanda borclu kredit borcunu vaxtında ödəsə idi, bank həmin məbləği yenidən kredit verərək (illik 27%-lə investisiyaya qoyaraq) qazanc əldə edərdi. Bununla da X İddiaçı ASC-yə zərər dəymişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, iş üzrə əhəmiyyətli hallara qiymət verilməmiş, işin halları obyektiv araşdırılmamışdır. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instan siyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən Mülki Məcəllənin 21.1, 399.4-cü maddələrinin tələblərinə riayət etməməklə, nəticədə qanunvericiliyin tələblərini pozmaqla, əsassız qətnamə qəbul etmişdir. Məruzəçinidinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiisə dəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şika yətində qətnamə yalnız iddianın əldən çıxmış faydanın cavabdehdən tutulmasının rədd edilməsi hissəsində mübahisələndirilmişdir, apellyasiya instansiyası məhkəməsi də qətnamənin qanuniliyini və əsaslılığını yalnız həmin hissədə yoxlamışdır. Cavabdeh tərəf isə ümumiyyətlə qətnaməni mübahisələndirməmişdir. Odur ki, hazırda kassasiya şikayəti üzrə araşdırma da yalnız həmin hissəyə dair aparılır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymə tləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin Nərimanov filialı arasında 24 oktyabr 2011-ci il tarixli 934 saylı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona illik 27%, ödəniş müddəti keçmiş kredit üçün illik 54%-lə ödəmək şərtilə 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. Daha sonra müqavilənin müddəti 24.10.2013-cü il tarixli sazişə əsasən 24.04.2015-ci il tarixədək uzadılmışdır. Bundan başqa, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında 24 oktyabr 2011-ci il tarixli 934 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 öhdəliklərinin təminatı olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan OPEL VECTRA minik markalı avtomaşını banka ipoteka qoymuşdur. Ekspert rəyinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 6400,00 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 13.12.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 kredit verən bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın AA seriyal ı 024780 saylı 24.10.2011-ci il tarixli çıxarışın surətindən aydın olur ki, Cavabdeh1 məxsus OPEL VECTRA minik markalı ** SG *** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-nin Nərimanov filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 12.02.2018-cü il tarixə 2840,67 manat məbləğində əsas borcu, müqavilənin son tarix müddətinə hesablanmış 954 manat məbləğində faiz borcu, 2248,08 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 6042,75 manat məbləğində borcu vardır. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştir akçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatma sına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələri). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icr a olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317-ci maddəsinə görə, borclu təmi nat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Cavabdeh iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, m üqavilə şərtlərini pozmuşdur. İşdən görünür ki, iddiaçı iddianın əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsini tam əsaslandırmamış və həmin məbləğdə əldən çıxmış faydanın haradan və necə yaranması məhkəmədə müəyyən edilməmişdir. İddiaçı kredit müqaviləsinin müddəti bitdikdən sonra cavabdehdən məhz MM-nin 449-cu maddəsinin tələbləri çərçivəsində Mərkəzi Bankın müəyyən etdiyi qaydada faiz tələb edə bilər. Lakin iddia tələbindən göründüyü kimi iddiaçı məhz həmin hissədə tələbini əldən çıxmış fayda kimi qeyd etmiş, lakin iddianın bu hissəsini sübuta yetirəcək mötəbər sübutlar nə birinci instansiya məhkəməsinə, nə də ki, işə apellyasiya qaydasında baxılan zaman təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə kollegıyası hesab edir ki, i ddia tələbinin 2248,08 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi hissəsində təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən və Azərba ycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli 2(103)-12268/2018 saylı qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbu edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar