Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1511/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba regional ərazi şöbəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: dərs saatlarının artırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı “dərs yükünün bərpa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1603/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, Siyəzən şəhər ümumi orta internat məktəbinin direktoru X4 ilə İddiaçı arasında 16 sentyabr 2004-cü il tarixdə bağlanmış əmək müqaviləsi, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 30 noyabr 2019-cu il t arixli müqaviləyə əsasən, Günay Sərdarova həmin məktəbə müddətsiz olaraq riyaziyyat müəllimi təyin edilmiş, həmçinin bu müqaviləyə edilmiş dəyişikliklərlə, işəgötürən kimi X3 qeyd edilmişdir.
2. İşdə olan Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aynurə Dadaşova tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, 02 nömrəli arayışına əsasən, gimnaziyanın riyaziyyat müəllimi İddiaçı, Bakı Dövlət Universitetini 2006-cı ildə bitirmiş, (qiyabi), 16 sentyabr 2004-cü il tarixdə Siyəzən şəhər İnterqasiya təlimli internat tipli gimnaziyaya riyaziyyat müəllimi təyin edilmişdir. Bundan sonra, 23 noyabr 2016-cı ildə müəllimlərin Diaqnostik Qiymətləndirməsində iştirak etmiş, ixtisası üzrə 18 bal toplamış və 2020/2021 tədris ili üçün dərs yükü 16 saat (10 saat riyaziyy at, 6 saat tərbiyə saat) müəyyən edilmişdir. 3. 2020/2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin İ-Xİ siniflər üzrə əsas tədris planı Azərbaycan Respublikası Təhsil nazirinin 04 sentyabr 2020-ci il tarixli, F-394 nömrəli əmrinə əsasən təsdiq edilmiş, habelə fənlər və siniflər üzrə saat bölgüsü aparılmışdır.
4. Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyanın 13 sentyabr 2020-ci il tarixli, 64 nömrəli əmrindən çıxarışa əsasən ki, Gimnaziyanın riyaziyyat müəllimi İddiaçı Vİİ sinifdə 5 saat, Vİİİ sinifdə 5 saat olmaqla, cəmi 10 saat və 0,25 saat tərbiyəçilik saatı ilə təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı "dərs yükünün bər pa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud olmuş 15 saat riyaziyyat fənni və 3 saat fakültativ qrup məşğələ üzrə tədris saatları, cəmi 18 saat dərs yükünün bərpa edilməsi, məktəbin 2020-2021-ci tədris ili üçün müəllimlərin dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdehdən tələb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 01 sentyabr 2001-ci il tarixindən riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 16 sentyabr 2004-cü il tarixdə keçmiş Siyəzən şəhər əsas internat məktəbinə (hazırki Siyəzən şəhəri İnteqrasiya təli mli internat tipli gimnaziya) 15 saat riyaziyyat fənni tədris etməklə müəllim təyin olunmuşdur. 2019-2020-ci tədris ili üçün 16 sentyabr 2019-cu il tarixindən 18 saat, o, cümlədən 15 saat riyaziyyat, ixtisaslı müəllim olmadığına görə 3 saat informatika fənnindən dərs yükü ilə təmin olunmuşdur. O, hal-hazırda adı çəkilən gimnaziyada işləyir. Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya da 02 oktyabr 2019-cu il tarixdə direktor fəaliyyətinə başlamış X3, onunla bağlanmış əmək müqaviləsinin şərtlərini, o cümlədən, əmək qanunvericiliyinin tələblərini öz xeyrinə pozması nəticəsində 2004-cü il tarixindən tədris etdiyi riyaziyyat fənni üzrə dərs saatları 15 saatdan 10 saatadək azaldılmışdır. Belə ki, 2019-2020-ci tədris ilində 15 saat riyaziyyat fənni və guya müəllim olmadığından (X6 informatika ixtisaslı müəllimdir) vakansiya üzrə 3 saat informatika fənni də ona həvalə olunmuşdur. Lakin, bir müddətdən sonra direktor ondan 3 saat və digər iki müəllimdən də 3 saat olmaqla, ümumilikdə 6 saat informatka dərs yükünü geri alaraq 01 noyabr 2019-cu il tarixindən özü tədris etməyə başlamışdır. Aynurə Dadaşovanın əmək qanunvericiliyinin tələblərini pozaraq, qanunsuz dərs bölgüsü aparması, fakültativ qrup məşğələlərini öz mənafeyinə uyğun bölüşdürməsi barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Ali hakimiyyət orqanlarına etdiyi müraciətlərə aidiyyəti təşkilatlarda heç bir tədbir görülmədiyinə görə, direktor ondan qisas almaq qərarına gələrək, 19 il fasiləsiz tədris etdiyi 15 saat dərs yükünü qərəzli şəkildə azaltmaqla, 10 saata endirmişdir. Direktor özü informati ka ixtisası üzrə müəllim olmasına baxmayaraq, 5 saat informatika fənnini vakansiya verərək, riyaziyyat müəllimlərinə aid dərs saatlarını öz üzərinə götürmüşdür. Hansı ki, informatika fənnini ixtisaslı müəllim kimi özü tədris edə bilərdi. Baxmayaraq ki, direktor 5 saat riyaziyyat fənnini əlindən alaraq, diaqnostik balı az, yəni 18 bal olduğuna görə onu az dərs yükü ilə təmin etdiyini bildirir. Amma, məktəbdə digər müəllimlər arasında dərs bölgüsü onların diaqnostik ballarına uyğun mütənasib bölünməmişdir, Başqa sözlə, direktor özünün dediyi kimi, öz istəyinə uyğun olaraq, ona bu həcmdə dərs saatı vermişdir. Diaqnostik balı az olan digər müəllimləri yüksək dərs saatı ilə təmin etməsinin səbəbini direktordan soruşduqda, həmin fənn üzrə bir ixtisas müəlliminin olduğunu bildirir. Müəllimlərə to pladıqları bala görə 5 saat dərs yükü düşdüyü halda, həmin fəndən vakansiya çıxarılmır. Amma riyaziyyat müəllimi sıxlığı mövcud olan bir məktəbdə informatika fənnini vakansiya çıxarır. X6 ixtisaslı kadr olduğundan, bu fənni özü tədris edə bildiyi halda, əsassız vakansiya çıxararaq, bunun əvəzinə riyaziyyat fənni üzrə dərs saatlarını öz xeyrinə ondan qərəzli olaraq almışdır. Bununla da cavabdeh direktor 19 il pedaqoji stajı olan bir müəllimin bu illər ərzində çəkdiyi əzab-əziyyəti heçə endirərək, müəllim adına yaraşmayan əməllərlə məşğul olur. Habelə, direktor tərəfindən dərs bölgüsü müəllimlərin, savadı, metodik vərdişləri, təcrübəsi və dərs tədris etmə keyfiyyətləri nəzərə alınmaqla deyil, yalnız özünün şəxsi mülahizəsinə və onun əmrləri ilə sözsüz oturub-duran müəllimlərə münasibəti əsas ında aparılaraq, onları yüksək dərs saatları ilə təmin edir. Məktəbin illik dərs bölgüsünü özü istədiyi müəllimlərlə tərtib edir. Karantin rejimini bəhanə gətirib məktəbə aid ümumi məsələləri hər hansı pedaqoji şuranın iclası çağırmadan istədiyi müəllimlərlə birlikdə həll etdiyinə görə hazırda onun 15 saat riyaziyyat fənnindən dərs saatı 10 saata endirilmiş və şikayət etməməsi üçün 6 saat tərbiyəçilik işi ona həvalə edilmişdir. Buna baxmayaraq, yenə də bir müəllimin ən azı haqqı çatan 18 saat dərs yükü alınmır. Direktorun ona qarşı qərəzli münasibəti müəllim həmkarı Ceyran Rəhbərinin məktəbdə olan qanunsuzluqlar haqqında şikayətlərində göstərdiyi faktların həqiqətən mövcudluğu üçün şahidlik etməsindən sonra yaranmışdır. Hesab edir ki, məhkəmə direktorun qanunsuz dərs bölgüsü işini araşdıra raq, ondan əsassız alınan 5 saat dərs yükünü qaytarmalı və bir müəllimin haqqı çatan ən azı 18 saat, o cümlədən, 15 saat riyaziyyat fənninin tədrisini və 3 saat fakultativ məşğələnin ona verilməsini təmin etməlidir. Əlavə olaraq qeyd edir ki, Aynurə Dadaşova məktəbə direktor təyin olunandan sonra dəfələrlə tələb olunmasına baxmayaraq, müəllimlərin diaqnostik balına uyğun dərs bölgüsü cədvəli hər kəsin görə biləcəyi yerdən asılmamışdır. Bu fakt isə məktəbdə direktor tərəfindən müəllimlər arasında ayrı-seçkilik salınmaqla, eləcə də, diaqnostik balın və müəllimlərin dərs saatı gizlədilməklə, heç də hər bir müəllimə diaqnostik balına, savad və təcrübəsinə görə dərs saatı ayrılmamasına dəlalət edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba regional ərazi şöbəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru X3 iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, 2019-2020-ci tədris ilində ixtisaslı müəllim olmadığına görə, informatika fənnini özü tədris etmişdir. Lakin, informatika fənni üzrə diaqnostik qiymətləndirmədə nəzərdə tutulan balı toplamadığına görə, şagirdlərin keyfiyyətli təhsil hüququnun təmin edilməsindən ötrü, bu ilki tədris ili üçün informatika fənni üzrə vakansiya vermiş, müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək bal toplamış Vəfa İsmayılov a informatika müəllimi təyin edilmişdir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi üzrə 23 noyabr 2016-cı il tarixdə İddiaçı öz ixtisası üzrə mümkün 40 baldan cəmi 18 bal toplamışdır ki, həmin bala əsasən sonuncuya həftəlik cəmi 7 dərs saatı düşür. Bununla belə, o dərs bölgüsü zamanı humanistlik edərək, iddiaçıya və digər riyaziyyat müəlliminin hər birinə 10 saat, özünə isə cəmi 5 saat dərs götürmüşdür.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba regional ərazi şöbəsinin nümayəndəsi Aslan Tahirov izahatında bildirmişdir ki, iddiaçının 14 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığı müraciətə DƏMX-nin Quba regional ərazi şöbəsində baxılmış və aparılmış araşdırılma nəticəsində gimnaziyanın direktoru X3 tərəfindən 2019-2020-ci və 2020-2021-ci tədris ili üçün dərs bölgüsünün aparılmasında əmək qanunvericiliyinin tələbləri gözlənilmişdir.
10. Siyəzən rayon məhkəməsinin (hakim B.Ələkbərov) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı dərs yükünün bərpa edilməsi və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, gimnaziyanın direktoru X3 tərəfindən 2019-2020 -ci tədris ili üçün dərs bölgüsünün aparılmasında əmək qanunvericiliyinin tələbləri gözlənilmişdir. Belə ki, X1 Günay Sərdar qızı ilə təhsil müəssisəsi arasında 16 sentyabr 2004-cü il tarixdə bağlanmış əmək müqaviləsində dəyişikliklər aparılmış, gimnaziyanın riyaziyyat müəllimi İddiaçı Vİİ sinifdə 5 saat, Vİİİ sinifdə 5 saat olmaqla, cəmi 10 saat və 0,25 saat tərbiyəçilik saatı ilə təmin olunmuş, habelə bu müvafiq əmrlə rəsmiləşdirilmişdir. Bundan əlavə, iddiaçıya verilməli dərs yükü diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilmiş, bununla əlaqədar təhsil və ya əmək qanunvericiliyi pozulmamışdır. Belə olan halda, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halı istisna edilir. İddianın “müəllimlərin dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdehdən tələb edilməsi” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələb bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müəllimlərin dərs bölgüsü cədvəlinin tərtib olunması, habelə bununla əlaqədar müəyyən məlumatların verilməsi qaydası ilə əlaqədar müvafiq normativ hüquqi aktlar mövcud olmadığından, həmçinin bunun üçün dövlət ümumtəhsil məktəblərinin nizamnaməsinin mövcudluğu müəyyən edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Eyni zamanda, İddiaçı dərs yükünün müvafiq əmrlə rəsmiləşdirilməsi, habelə hazırda dərs yükünün azlığının bu iddia ilə mübahisələndirilməsi, iddiaçının müvafiq əmrdən məlumatlı olmasına yüksək dərəcədə dəlalət edir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1-ci maddələri, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Səyyad Qafari - sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov və Telman Məmmədov) 2(105)-1603/2021 nömrəli iş üzrə, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nət icə ilə razılaşaraq qeyd etmişdir ki, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı heç bir tutarlı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apely asiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, gimnaziyada direktor da daxil olmaqla 3 riyaziyyat müəllimi və ümumi məktəb üzrə riyaziyyat fənni üzrə dərs saat yükü 25 saat təşkil edir. Bu dərs yükü müəllimlər arasında ədalətli şəkildə bölünməlidir. Toplanan bala görə dərs yükünün müəyyən edilməsi üçün qəbul olunmuş qaydaya görə fənn üzrə ümumi dərs saatlarının miqdarı müəllimlərin topladığı diaqnostik balların cəminə bölünür. Alınan rəqəm məktəbdə həmin fənnin əmsalı hesab olunur. Əmsalı müəllimin diaqnostik balına vurduqda isə müəllimə veriləcək dərs yükünü təşkil edir. Riyaziyyat fənn müəllimləri olduğu və onların normal dəst saatları olmadığı halda məktəb üzrə olan 25 saat riyaziyyat fənni üzrə dərs saatlarından məktəbin direktoru A. Dadaşova özünə 5 saat dərs yükü götürmüşdür ki, bu da Təhsil nazirliyinin 22 iyul 2017-ci il tarixli Təlimati məktubunun tələblərinə ziddir. İddiaçının diaqnostik balı 18 saat təşkil edir. Bu halda həmin bala uyğun dərs saatı hesablansa, 14 saat dərs saatı iddiaçıya verilməlidir. Gimnaziyada dərs bölgüsünün aparılması və onun təsdiqi gizli şəkildə həyata keçirilir və bu da onu göstərir ki, cavabdeh dərs saatlarının bölgüsünü qanunsuz aparıb. Belə ki, bu məsələ məktəbin Pedaqoji Şurasında müzakirə edilib təsdiq edilməli olduğu halda, direktor müavini cavabdehin tapşırığına əsasən müəllimləri çağırıb onlara ayrılmış dərs saatı barədə məlumat verir, həm də onlara tapşırır ki, dərs saatları barədə heç kimə məlumat verilməsin. Hazırda da gimnaziyada müəllimlərin neçə saat dərs yükünün olması barədə məlumat yoxdur. Cavabdeh bu barədə məhkəməyə də müvafiq sübutları təqdim etməmiş, məlumatları məhkəmədən gizlətmişdir. Məktəbin direktoru Pedaqoji Şuranın iclasını keçirmədən dərs yükünü müəllimlərlə müzakirə etmədən özbaşına müəyyən edib və həmin məlumatı müəllimlərdən gizli saxlamışdır. Həmçinin, 20202021-ci tədris ili üçün iddiaçı 10 saat dərs yükü ilə təmin edilib. 2021-2022-ci tədris ili üçün dərs yükü barədə iddiaçıda heç bir məlumat yoxdur. Qalan 5 saat dərs yükünü isə direktor A. Dadaşova öz üzərinə götürüb. Yəni dərs yükü 2 müəllim arasında deyil, 3 müəllim arasında bölüşdürülüb. Bununla da o, qanunvericiliyin tələblərini pozaraq gimnaziyada riyaziyyat müəllimi olduğu halda onların dərs yükünü öz üzərinə götürüb. Direktor 5 saat dərs yükünün əvəzinə 0.25 st tərbiyəçilik saatı ilə iddiaçını təmin etməklə 16 saat dərs yükünün tamamlanmasına çalışıb. Halbuki hər bir müəllim ixtisasından asılı olmayaraq tərbiyəçilik saatı verilir. A. Dadaşova özü bir sıra qanunsuz hərəkətlərə yol verib və onun bu qanunsuzluqları dövlət orqanları tərəfindən təsdiq edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh məhkəməyə iddiaya etiraz məzmununda yazılı məlumat göndərmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
18. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiya sı Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:
19. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.
28. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi t ərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmə məli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1603/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.