Məhkəmə qərarları › İş №2(102)-1511/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1511/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1511/2023 27.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı iş üzrə QƏRARİ Açar sözlər: qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin bərpa edil məsindən imtina barədə 2(107)-816/2022 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qərardadından cavabdehlərin kassasiyasına Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə cəmi 6.000 manat miqdarda kompensasiya verilməklə, onun mülkiyyətində olan ünvan mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-228/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Kərimova) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

3. Qətnamə ilə razılaşmayan iddiaçı ond an apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-816/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı tərəfindən cavabdehlərin hər birinə 6.000 manat olmaqla, cəmi 12.000 manat məbləğdə pul kompensasiyası ödənilməklə onların ünvan mənzilindən istifadə hüququna xitam verilməsi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinin pul kompensasiyasının verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir.

5. Həmin qətnamədən cavabdehlər kassasiya şikayəti vermişlər.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən qaytarılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat

7. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından kassasiya şikayəti vermiş, eyni zamanda qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə vəsatət təqdim etmişlər.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6091/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “30. Apellyasiya i nstansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə iddiaçılara xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.

31. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin iddiaçılar kassasiya şikayəti müddət 4 gün keçdikdən sonra verilmişdir.

32. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin verilməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya is tinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Cavabdehlərin prosessual müddətin bərpasına dair ərizəsinin əsaslarına görə, qətnamə onlara heç bir xəbərnaməyə imza atılmamaqla xx.xx.2022-ci il tarixdə əllə verilmişdir. Vəkil də onların göstərdiyi məlumatlar əsasında xx.xx.2022-ci il tarixdə kassasiya şikayətini təqdim etmişdir. Xəbərnamədəki imzalar onlara məxsus deyil. Müddət ötürülmüşdürsə də, üzrlü səbəbdən ötürülmüşdür. Çünki, məktub onlara rəsmi qaydada verilməmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehtiyev) vəsatət təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... mü bahisələndirilən qətnamə iddiaçılara xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti vermə müddətinin axımı sonrakı gündən başlanmış və 2 ay davam etmişdir. Lakin cavabdehlər kassasiya şikayətinin verilmə müddətindən 4 gün keçdikdən sonra kassasiya şikayəti vermişlər.”

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 130.1, 133.1, 133.3, 133.4, 133.5, 400, 402.2.2, 408.1.1-ci maddələrinə, Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandı rmışdır KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Qərardadla razılaşmayan cavabdehlər ondan kassasiya şikayəti verərək, ləğv edilib, kassasiya şikayətinin baxılması üçün mümkün hesab edilməsini xahiş etmişlər.

15. Kassasiya şikayətinin dəlillərinə görə, xx.xx.2022-ci il tarixdən sonra 1 iş günü ötürülməklə kassasiya şikayəti vəkil tərəfindən təqdim edilmişdir. Vəkil tərəfindən şikayətin 1 iş günü ötürülməklə verilməsi üzrlü hesab edilməlidir. Çünki, şikayəti verən tərəf iddiaçılar olsa da, Ali Məhkəməyə kassasiya şikayətini vəkillə birgə verə bilərdilər. Baş vermiş anlaşmazlıq isə onların həmin məktubu açıq formada almağı və poçt işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə verilməsi ilə bağlı olmuşdur. Hesa b edirlər ki, kassasiya şikayəti vermə iradələri açıq-aşkar mövcud olmuş və bunun üçün tərəflərindən tələb olunan müqavilə bağlamaq, etibarnamə vermək, dövlət rüsumu keçirmək kimi hərəkətlər edilsə də, vəkil tərəfindən qətnamənin onlara xx.xx.2022-ci il tarixdə çatması güman edildiyindən, xx.xx.2022-ci il tarixdə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. MPM: Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.2. Məhkəmə sənə dləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən m addi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

18. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərarı: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

19. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi ü çün, apellyasiya instansiyasının məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasit əsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

25. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzə rdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də MPM-in 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilməsi müəyyən olunur.

26. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-in 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

27. Məhkəmə kollegiyası bildirir ki, qanunla nəzərdə tutulan prosessual müddətin bərpası məqsədilə cavabdehlərin ərizədə göstərdiyi səbəblərin onlardan asılı olmadığı və onlar tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı sübuta yetirilmir. Odur ki, hə min dəlillər inkarolunmaz, ağlabatan və inandırıcı deyil.

28. Bundan əlavə, MPM-in 135.2-ci maddəsi anlamında məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.

29. Kassasiya şikayətinin özündə cavabdehlər şikayətin vəkil tərəfindən 1 iş günü ötürülməklə verildiyini, vəkilin qətnamənin onlara xx.xx.2022-ci il tarixdə çatdığını güman etdiyini qəbul edirlər.

30. Bütün bunlar da o deməkdir ki, prosessual müddət cavabdehlər tərəfindən üzrsüz səbəblərdən buraxılmışdır.

31. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-816/2022 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar