Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1512/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1512/2019 Bakı şəhəri 11 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli, 2(103)9905/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim M.Qarayeva) 04.12.2017-ci il tarixli, 2(008)-10462/2017 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borc pulun və hesablanmış faiz borclarının qaytarılması” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 4000 (dörd min) manat və həmin məbləğə hesablanmış 400 (dörd yüz) manat faiz borcu, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4430 (dörd min dörd yüz otuz) manat illik uçot faiz dərəcəsinə görə borcun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim M.Qarayeva) 11.05.2018-ci il tarixli, 2(008)-10462/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04.12.2017-ci il tarixli, 2(008)-10462/2017 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu ra yon Məhkəməsinin (hakim M.Qarayeva) 01.06.2018-ci il tarixli, 2(008)-4819/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borc pulun və hesablanmış faiz borclarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 4000 (dörd min) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 4030 (dörd min otuz) manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 19.09.2018-ci il tarixli, 2(103)-9905/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 01.06.2018-ci il tarixli, 2(008)-4819/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hi ssədə-iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “borc pulun və hesablanmış faiz borclarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 20.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 4000 manat borc pulun, ona hesablanmış faiz borcuna görə 400 manatın, cəmi 4400 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya i nstansiyası məhkəməsi borcun cavabdeh tərəfindən qismən ödənilməsinə dair məhkəməyə təqdim edilmiş sənədə əhəmiyyət vermədən, araşdırma aparmadan, cavabdeh məhkəmədə iştirak etmədiyi halda və vəkilinin işin baxılmasının başqa vaxta təxirə salınması barədə xahişinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla da qanunçuluq və tərəflərin çəkişmə hüququ pozulmuşdur. Əslində o, iddiaçıdan cəmi 2000 manat pul almışdır. Həmin pulu isə o, borc kimi deyil, şərikli iş görmək üçün almışdır. İddiaçının verdiyi 3000 manatdan 510 manatını o, 17 ha torpağa kirayə haqqı vermiş, 510 manatını torpağı şumlamağa vermiş və toxum səpdirmişdir. Toxum səpildikdən sonra iddiaçı onu şəriklikdən uzaqlaşdırmış, ziyana düşməsini iddia edərək, tutdurmaq hədəsi ilə ond an 4000 manat borcu olmasına dair qəbz almışdır. Qeyd olunduğu kimi həmin puldan 1020 manatı şərikli iş qurmaq üçün xərclənmişdir. Yerdə qalan 2000 manatdan isə cavabdeh iddiaçıya 700 manat ödəmiş və bu barədə qəbz almışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-cı il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh və vəkili Vəkil məhkəmə iclas ına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,tərəflər arasında borc münasibətləri olmuşdur. Belə ki, Cavabdeh şəxsi yazı xə tti ilə qəbz yazaraq İddiaçı 4000 manat borc pul aldığını öz imzası ilə təsdiq etmiş, lakin bir müddət keçdikdən sonra Cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaqdan imtina etmiş, bununla bağlı iddiaçı Nizami RPİ-nin 25-ci PB-nə müraciət etsə də, sonuncu tərəfindən iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, ərizə əsasında cinayət hadisəsi aşkar edilmədiyindən material işə tikilmişdir. Ərizədə göstərilən iddia mülki xarakterli olduğu və polis səlahiyyətlərinə aid olmadığı üçün məhkəmə orqanlarına müraciət edilməlidir. Bundan sonra İddiaçı Cavabdeh 14.09.2017-ci il tarixli bildiriş göndərərək ona borclu olduğu pulun geri qaytarılmasını tələb etmişdir. Buna baxmayaraq borcun qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyinə görə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbləri baxımından düzgün olaraq borclu Cavabdeh hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, borclu öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün borc məbləği ondan İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı öz tələbini təsdiq edən sübut qismində məhkəməyə cavabdehin imzaladığı yazılı qəbzi (sübutu) təqdim etmişdir. Cavabdeh isə həmin qəbzi təzyiq altında imzaladığını, iddiaçıdan 3000 manat borc aldığını, həmin borcun da bir hissəsinin torpağın şumlanmasına, bir hissəsinin isə torpağın kirayə haqqına gö rə verdiyini, cəmi 1020 manat pulun şərikli iş qurmaq üçün xərcləndiyini, qalan 2000 manatdan isə son vaxtlar 700 manatının iddiaçıya qaytarıldığını, bu barədə iddiaçının qəbzə imza etdiyini bildirərək fərqli-fərqli izahatlar vermişdir. Beləliklə, iş üzrə tərəflərin izahatları, yazılı sübutlar əsasında müəyyən edilir ki, tərəflər arasında 4000 manat pulun cavabdehə verilməsi ilə bağlı şifahi borc müqaviləsi bağlanıb. Sonradan tərəflər öz aralarında cavabdeh tərəfindən borcun etiraf edilməsi barədə yazılı sənəd (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) imzalayıblar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (740). Mülki Məcəllədə həmçinin nəzərdə tutulur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə form a tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2). Bu baxımdan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, iddia tələbi təmin edilərək 4000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh imzaladığı qəb zin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə hər hansı sübutu təqdim edə bilmədiyi üçün onun apelyasiya şikayətində istinad etdiyi hallar qətnamənin ləğvi və ya iddianın təmin olunan hissəsində rədd olunmasına əsas vermir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdeh kassasiya şikayətində iddiaçıda əvvəlcə 2000 manat pul aldığını, daha sonra 3000 manat pul aldığını, bundan əlavə son zamanlarda iddiaçının xeyrinə 700 manat ödəniş etdiyini, bu barədə qəbzi şikayətinə əlavə etdiyi göstərmiş olsa da, borc barədə fərqli fikirlər səsl əndirməklə yanaşı, borcundan ödəniş etməsi barədə hər hansı sübutu iş materialına əlavə etməmişdir. Apellyasiya kollegiyası da cavabdehin bu cür yanaşmasına öz hüquqi qiyməti düzgün vermişdir. Beləliklə, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etm işdir. Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.09.2018-cı il tarixli, 2(103)-9905/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali M
Məhkəmə qərarları › İş №2(102)-1512/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1512/2019
11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver