Məhkəmə qərarları › İş №2(102)-1513/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1513/2019

16.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1513/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı və vəkili Nəsibov Kamandar Rəfi oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(004)3311/2018 saylı qətnaməsi ilə (hakim A.Mirzəzadə) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Haji oğluna, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı ünvan 1 3 otaqlı, ümumi sahəsi 12 2 kv.m olan 37 saylı mənzilə görə ödənilmiş 164.700 manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-nın bütün kooperativ üzvlərindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-10059/18 saylı qətnaməsi ilə (hakimlər: İ.Vəliyev, X.Mərdanova və E.Həsənov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(004)-3311/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli, 2(103)-10059/18 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Haji oğluna, Cavabdeh3, X1, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilən, 1 girişli, 12 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki, 3 otaqlı, ümumi sahəsi 122 kv.m olan 37 saylı mənzilə görə ödənilmiş 164.700 manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" MTK-nın bütün kooperativ üzvlərindən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktya br 2018ci il tarixli, 2(103)-10059/18 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı və vəkili Nəsibov Kamandar Rəfi oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onların iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzə çini, iddiaçını və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.06.2015-ci il tarixli 2(006)-1533/2018 saylı qətnaməsinə əsasən, "xxxx" MTK tərəfindən Bakı şəhəri Yeni Yasamal yaşayış massivində inşa edilmiş yaşayış binasının ümumi sahəsi 122 kv.metrdən az olmayan 3 otaqlı mənzilin İddiaçı təhvil verilməsi, mənzilin verilməsi mümkün olmadığı halda 164700 manat pul vəsaitinin "xxxx" MTK-dan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və icra məmuru tərəfindən 22.1Ö20T5%i il tarixli qərarla icraya başlanılmışdır. İşdə olan Yasamal rayon İcra və Probasiya şöbəsinin 07.03.2018-ci il tarixli 17/7211360- 15/23 saylı məktubunda qeyd edilmişdir ki, borclu "xxxx" MTK-ya dəfələrlə bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq, o, tələbkar İddiaçı evlə təmin etməmişdir. “xxxx” MTK-nın Vergilər Nazirliyində qeydiyyatda olan rəhbəri X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-118/2016 saylı, 05.07.2016-cı il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 178.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinib 14 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" MTK üzvlərinin 08.08.2015-ci il tarixli ümumi yığıncağının protokolundan çıxarışa əsasən məlum olmuşdur ki, səs vermə yolu ilə MTKnın yeni sədri kimi Cavabdeh1 seçilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MTK-nın sədri olan Cavabdeh1 dəfələrlə həm şifahi, həm də yazılı xəbərdarlıq edilməsinə (baxmayaraq, o, sözügedən icra sənədinin icrasında imtina etdiyi üçün onun barəsində icra məmuru tərəfindən 06.11,2017-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmiş, lakin Yasamal Rayon Məhkəməsinin 3(004)-1208/2017 saylı 11.2017-ci il tarixli qərarı ilə Cavabdeh1 hüquqi şəxsin qanuni təmsilçisi olmadığı səbəbindən inzibati xəta tərkibi olmadığı üçün, həmin inzibati iş üzrə icraata xitam verilişdir. İşdə olan "xxxx" MTK-nın Nizamnaməsində cavabdehlər Cavabdeh2, Adnayev Adna oğlu, X2, Cavabdeh5, Cavabdeh6 kooperativin üzvləri kimi qeyd edilmişdir. İşdə olan "xxxx" MTK üzvlərinin ümumi yığıncağının Z015-ci il tarixli iclas protokolundan çıxarışda (kserosurət) Cavabdeh1 MTK-ya yeni sədr seçildiyi göstərilmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi Yaşamal Rayon Məhkəməsinin 3(004)-1208/2017 saylı 29.11.2017 tarixli qərardadı ilə onun hüquqi şəxsin qanuni təmsilçisi olmaması müəyyən edilmişdir. Həmçinin Cavabdeh1 MTK-nın payçısı da olduğu müəyyən edilməmişdir. Ona o, hazırki iddia üzrə cavab verməli şəxs deyildir. Kooperativin üzvü kimi nizamnamədə adları çəkilən digər cavabdehlər də hazırki iddia üzrə cavab verməli olan şəxs deyillər. İddiaçının tələbinin əsası ondan ibarətdir ki, Cavabdeh1 kooperativə gizli şəkildə rəhbərlik və onu idarə etdiyi üçün, cavabdehlər isə kooperativin üzvü kimi kooperativin öhdəliklərinə görə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 109.1, 109.2, 109-2.1-ci maddələrinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyy ət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. Həmin Məc əllənin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 110-3.4-cü maddənin tələblərinə əsasən isə Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Haji oğlu, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 hüquqi şəxsin nizamnaməsində kooperativin üzvü kimi qeyd olunsalar da onların həmin üzvlüklərin yerinə yetirilməsi-üzvlük haqqının, mütləq və əlavə pay haqqının ödənil məsi, MTK tərəfindən inşa olunmuş binada hər hansı bir mənzilə sahib olmaları müəyyən edilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar