Məhkəmə qərarları › İş №2(102)-1514/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1514/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1514/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aktının rəsmi qaydada verilməsi, kassasiya şikayətinin geri qaytarılması, buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6127/2022 nömrəli, 1 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, mənzilin təhvil müddəti gecikdirildiyi üçün 14742 manat cərimənin və mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiyanın İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-105/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin edilərək, cavabdehdən İddiaçı2 xeyrinə 18581 manat, cərimə borcuna görə 500 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.

3. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 442, 443, 448, 462.1, 467, 752.1, 759-cu maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia t ələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6127/2022 nömrəli mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 442, 443, 448, 462.1, 467, 756, 759.2, 1096.1, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

7. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin 16 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Günay Axundova) kassasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən və qanunvericiliklə müəyyən olunmuş formaya uyğun tərtib olunmadığından geri qaytarılmışdır.

9. Cavabdeh buraxılmış müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, qətnamə onu təmsil edən əvvəlki nümayəndəsi və vəkilinin (Vəkil2) elektron kabinetinə yerləşdirilmiş, lakin həmin vəkillə yeni müqavilə bağlanmadığı üçün qətnamənin alınması barədə ona məlumat verilməmiş, şəxsən rəsmi qaydada qətnaməni almamış, müddət ötür ülmüşdür, bu səbəbdən də ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

10. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6127/2022 nömrəli iş üzrə 1 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Günay Axundova) kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizə təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş (iş/vər.50), kassasiya şikayəti isə elektron kabinet vasitəsilə xx.xx.2023-ci il tarixdə verilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, əvvəlki nümayəndənin qətnamə ni rəsmi qaydada əldə etməsini ona bildirməməsi, eləcə də hüquqlarının müdafiəsi ilə bağlı başqa vəkillə müqavilə bağlaması prosessual müddətin axımının dayandırılması və yaxud yenidən hesablanması üçün əsas hesab edilə bilməz. Cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

13. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ra – MPM) 10-1.3, 128.1, 133.1, 405.0.2, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnаməsi məkhəmə kоllеgiyаsı tərəfindən cavabdehin fаktiki yаşаyış yеrinə göndərilməmiş, həmçinin bunu təsdiq еdən hər hаnsı bir qəbz iş mаtеriаllаrına əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnаməsi onu ap ellyаsiyа baxışında təmsil edən vəkili Аnar Rаmаzаnоvun elektrоn kаbinetinə 5 nоyаbr 2022-ci il tаriхdə yerləşdirilmişdir. Əvvəlki vəkillə yeni müqаvilə bаğlаmаdığı üçün Аnar Rаmаzаnоv ilə əlаqə sахlаmаmış, öz növbəsində Аnar Rаmаzаnоv dа bu bаrədə ona məlumаt verməmişdir. Məhkəmə аktının еlекtrоn pоçt vаsitəsilə cavabdehi növbəti məhkəmə mərhələsində təmsil еdəcəyi təsdiq еdilməyən vəкilin еlекtrоn ünvаnınа göndərilməsi məhkəmə аktının cavabdeh tərəfindən аlınmаsı kimi qiymətləndirilməməlidir.

17. Kassator şikayətini MPM-in 405.0.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı2 (Vəkil1) kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

19. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

22. Maddə 135.5. Bu Məcəllə nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

33. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddə tlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

34. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsinin (vəkilinin) elektron kabinetinə 5 noyabr 2022-ci il tarixdə yerləşdirilməklə həmin tərəfə rəsmi qaydada verilmiş, qeyd olunan tarixdə nümayəndə səlahiyyətli olmuşdur. Lakin kassasiya şikayəti 13 yanvar 2023-cü il tarixdə, müddət ötürülməklə verilmişdir.

36. Prosessual qanunvericilik məhkə mə sənədinin səlahiyyətli nümayəndəyə rəsmi qaydada verilməsə ilə başlanmış prosessual müddətin axımının sonradan yeni nümayəndə ilə müqavilə bağlanması ilə dayanması və ya təzələnməsi barədə qayda müəyyən etməmişdir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6127/2022 nömrəli, 01 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar