Məhkəmə qərarları › İş №2(102)-1514/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1514/2024

08.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1514/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (azyaşlı X2 qəyyumu qismində) Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (azyaşlı X2 qəyyumu qismində) Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X1, Cavabdeh2, Cavabdeh3 qarşı “Emma Məmmədovanın mərhum atası X3 vəsiyyət üzrə vərəsəsi tanınması və yaşayış evinin onun mülkiyyətinə veril məsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-860/2014 nömrəli, 01 fevral 2024-cü il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı azyaşlı X2 qəyyumu qismində Göygöl Rayon Məhkəməsində iddia qaldırıb Emma Məmmədovanın mərhum atası X3 vəsiyyət üzrə vərəsəsi tanınması və Göygöl şəhəri, Heydər Əliyev prospekti, 40 №-li ünvanda yerləşən yaşayış evinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir.

2. Göygöl Rayon Məhkəməsinin 2(066)-09/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilə rək X2 X3 vəsiyyət üzrə vərəsəsi tanınması, Göygöl şəhəri, Heydər Əliyev prospekti, 40 №-li ünvanda 916,0 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 211 kv.m, o cümlədən 67,8 kv.m 3 yaşayış otağından, 7,8 və 6,1 kv.m mətbəxlərdən, 4,1 kv.m açıq eyvandan, 5,2 və 5,5 kv.m hamamlardan, 10,6 kv.m dəhlizdən, 31,2 kv.m əl damından, 70,5 kv.m çardaqdan, 31,2 kv.m əl damından ibarət olan yaşayış evinin X2 mülkiyyətinə verilməsi qət edilmişdir. (hakim Elmira Həsənova)

3. Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs, X4, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, bütün miras əmlakdan məcburi paylarının ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 (104)-860/2014 nömrəli, 22 iyul 2014-cü il tarixli 2(104)-860/2014 nömrəli qətnaməsi ilə Cavabdeh1, Maraqlı şəxs, X4, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin iş üzrə 28 yanvar 2014-cü il tarixli 2(066)-09/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Rəhman Muradov)

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2014-cü il qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 19 yanvar 2024-cü il tarixdə kassasiya şikayəti vermişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edə n və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh və maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti dörd dəfə məhkəmə baxışına təyin edilməsinə baxmayaraq nə cavabdehin özü, nə də maraqlı şəxslər heç bir məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbədən məhkəmə kollegiyası apellyasiya şikayətinə baxaraq 22 iyul 2014-cü il tarixli qətnaməni çıxarmışdır. Həmin tarixdən 9 ildən artıq müddət keçdikdən sonra maraqlı şəxs Cavabdeh2 kassasiya şikayəti vermişdir.

8. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, maraqlı şəxs Cavabdeh2, həmçinin cavabdeh – maraqlı şəxs Cavabdeh2 qardaşı oğlu Cavabdeh1, digər maraqlı şəxslər - Cavabdeh2 qardaşı Maraqlı şəxs, bacı ları X4 və Cavabdeh3 keçirilmiş məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir məhkəmə iclasında iştirak etməmiş və onların iştirakı olmadan qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamənin surətinin maraqlı şəxs Cavabdeh2 rəsmi qaydada verilməsi barədə işdə sənəd olmasa da (Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs qətnamənin surətini almışlar), lakin hazırki işin vəziyyəti, kassasiya şikayətinin verilməsində müddətlərin həllində bir qədər ətraflı araşdırma aparılmasını tələb edir.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqyinə görə kassasiya şikayətinin mümkünlüyünun qəbul olunması onu ehtiva etmiş olar ki, ötən 9 il ərzində qətnamə qanuni qüvvəyə minməmişdir. Halbuki, kassasiya şikayətinin mümkünlüyü ağlabatanlıq meyarları əsasında təhlil olunduqda görü nür ki, qətnaməni Cavabdeh2 almasa da onun bacıqardaşları almış, qətnamədən məlumatlı olmuş, lakin işin həllinə maraq göstərməmişdir.

10. Eyni zamanda diqqətə alınmalıdır ki, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qeyri-müəyyən hədlərdə deyil, yalnız MPM-də nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir.

11. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilmə si, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

12. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbi nin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.

13. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128, 129, 130-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarı, “Akif Həsənov Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir; - kassasiya şikayətinin qaytarılmasının əsasları mülki prosessual qanunvericilikdə konkret olaraq göstərilmişdir (maddə 408). Məhkəmə qətnaməsinin kassatorun qohumu olan Cavabdeh1, maraqlı şəxslər Maraqlı şəxs verilməsi kassasiya şikayətinin qaytarılmasının əsası kimi çıxış edə bilməz və bu mülki qanunvericlikdə öz əksini tapmamışdır. - məhkəmə qərardadında həmçinin, “qətnaməni Cavabdeh2 almasa da, onun bacıqardaşları almış, qətnamədən məlumatlı olması, lakin işin həllinə maraq göstərməməsi”ni yazmışdır. Bununla bağlı məhkəmənin arqumentinə cavab olaraq qeyd edilməlidir ki, həmin dövrdən bu yana qohumlar arasında münasibətin hansı səviyyədə olması, onların bir-birilə münasibətlərinin olub-olmaması ehtimala söykənən bir fərziyyədir, bunu təsdiq edəcək hər hansı bir sənəd mövcud deyildir. Və ya qohumlar arasında belə bir məlumatın olması məhkəmə qətnaməsinin Cavabdeh2 verilməsi an lamına gəlmir. Məhkəmənin dolayı yolla bu qənaətə gəlməsi isə tamamilə əsassız və qanunsuzdur. - məhkəmənin öz qərardadında qeyd etdiyi xüsusatlardan biri də “müddətin bərpa edilməsi barədə ərizənin verilməməsi”dir. Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, müddətin bərpası məhkəmə qətnaməsi tərəfə rəsmi qaydada verildikdən sonra şəxs şikayət vermə müddətini ötürərkən tətbiq olunan prosessual hərəkətdir. Lakin iş materiallarında məhkəmə qətnaməsinin Cavabdeh2 verilməsini təsdiq edən sənəd olmadığından (məhkəmə öz qərardadı ilə də bunu etiraf edir) kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş sayıla bilməz. Buna görə də müddətin tətbiqi barədə ərizə verilməsinə zərurət qalmır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hes ab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

19. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadının ləğvi xahiş edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

20. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqey i

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticəni əsaslı sayır.

23. Məhkəmə kollegiyası hazırki işin halları ilə bağlı diqqəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir qərarına da çəkir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. 24. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X8 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi o nu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçini özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” 25. “Kudrina Rusiyaya qarşı” iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübah isələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.

26. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 27.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 kassasiya şikayəti təmin edilmə sin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar