Məhkəmə qərarları › İş №2(102)-1515/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1515/2021

19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1515/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi xxx hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1515/21 (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi ) Bakı şəhəri, 19 aprel 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, maraqlı şəxs xxx iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə Şəki Apellyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(107)-1988/2020 nömrəli, 14 oktyabr 2020ci il tarixli qərardadından Ərizəçi kassasiya şikayətinə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi xxx ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, 1971-ci il və həmin ildən 21.05.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. DSMF-nin Zaqatala гауоn şöbəsi ərizə üzrə maraqlı şəxsdir.

3. Ərizə belə əsaslandırlıb ki, ərizəçi 1971-ci il və həmin ildən 21.05.1974-cü il taгixədək, 1976-сı ilin 2-ci уаrısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala гayonu "Şəfəq'' adına kolxozda işləmiş, 21.05.1974-03.06.1976-сı illərdə hərbi xidmətdə olmuşdur.

4. Hazırda ərizəçi pensiya almaq üçün müvafiq sənədlərlə DSMF-nin Zaqatala гауоn şöbəsinə müraciət etmiş və təqdim etdiyi sənədlər аrasındа "Şəfəq'' аdınа kolxozda işləməsinə daiг əmək kitabçası olmadığına görə ərizəçiyə уaşa görə əmək pensiyası təyin etməkdən imtina ediblər. Lakin ərizəçi həmin illərdə işləmiş, müvafiq əmək haqqı almış və həmin illərdə pensiya fonduna müvafiq pul ödəmişdir. Əmək kitabçası isə kolxozun idarə binası yandığına görə məhv olmuşdur.

5. Buna baxmayaraq, ərizəçinin işləməsinə daiг Zaqatala rayonu, Mazıx kənd X1 İcraiyyə Komitəsini kitabında müvafiq qeydlər vardıг.

6. XDS İK-si hazırki İсга Nümayəndəliyidir. Kolxozun inzibati binası ilə İсга Nü mayəndəliyinin inzibati binası ayrı-ayrı idi. Kolxoz binası yandığından kolxozun bütün mühasibat sənədləri yanaraq məhv olib. Lakin XDS İK-in təsərrüfatbaşına olan kitablarında kənd sakinlərinin hər birinin harada işləməsi barədə müvafiq qeydlər aparılmışdır. Ərizəçinin həqiqətən də kolxozda işləməsi XDS İK-in Тəsərrüfatbaşına kitablarında olan qeydlərlə təsdiq olunur.

7. Zaqatala rayonu, Mazıx kəndində yerləşən Şəfəq kolxozunun idarə binasının 12 iyun 1997-ci il taгixdə yanması Zaqatala гауоn YMH-in veгdiyi 20 tevгal 2020-ci il taгixli 37/Х-125 saylı arayışı ilə təsdiq edilir. Mühasibat sənədləri və əmək kitabçası olan bina yanaraq məhv olduğundan ərizəçinin işləməsinə dair faktın məhkəmə qaydasında müəyyən olunması zəruridir.

8. Ərizəçi Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə v ə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”na istinad etmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin 2(033)-734/2020 nömrəli, 03.09.2020-ci il tarixli qərardadı iş üzrə icraata xitam verilmişdir. (hakim Tural Həsənov)

10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Ərizəçi 1971-ci il və həmin ildən 21.05.1974-cü il tarixədək, 1976-cı ilin 2-ci yarısı və həmin vaxtdan 1998-ci ilədək Zaqatala rayonu “Şəfəq” adına kolxozda işləməsi Zaqatala rayon Dövlət Arxivindən 03 mart 2020-ci il tarixdə verilmiş 69 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır.

11. Birinci instansiya məhkəməsi ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi fakt ın təsərrüfat başına kitablara əsasən verilmiş arxiv arayışı ilə təsdiq edildiyinə istinadən belə nəticəyə gəlib ki, ərizə üzrə işin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılması istisna edilir və buna görə də icraata xitam verilməlidir.

12. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.1, 307.1 və 308-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

13. Ərizəçi qərardaddan şikayət verib, qərardadın ləğv olunmasını xahiş etmişdir.

14. Şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cul tarixli, 03 saylı qərarına istinadən onunla əsaslandırlıb ki, həmin Qərarda əmək stajını təsdiq edən arxiv arayışı olduğu halda işə məhkəmədə baxılmasının yolverilməzliyi göstərilib. Lakin hazırki işdə olan arxiv arayışında ərizəçinin əməyi barədə qeyd yoxdur. Buna görə də həmin arayış əmək stajını təsdiq edən arxiv arayışı kimi qəbul edilə bilməz.

15. Zaqatala Rayon Məhkəməsinin 2(033)-734/2020 nömrəli, 17.09.2020-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün apelyasiya instansiyasına göndərilib.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1988/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Rövşən Rəfiyev, Ayaz Mahmudov)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlib ki, ərizə üzrə işin mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə icraatına xitam verilməsi düzgün olmuşdur. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Ərizəçi (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında maraqlı şəxs DSMF-nin Zaqatala rayon şöbəsinin vəkili xxx kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ərizəçi və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnam ə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyas iya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

24. Kassasiya şikayətində ərizəçi apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən ed ilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

27. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halı odur ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini istədiyi hüquqi fakt Zaqatala rayon Dövlət Arxivindən 03 mart 2020-ci il tarixdə verilmiş 69 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır.

28. Məhkəmələrin istinad etdiyi MPM-in 308-ci maddəsi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etdirmək istədiyi hüquqi fakt arxiv arayışı ilə təsdiq edilir.

29. Bu baxımdan iş üzrə icraata xitam verilməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur.

30. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndində də qeyd edilib ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzd ir.

31. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlilini – Ali Məhkəmənin qərarında qeyd edilən əmək stajını təsdiq edən arxiv arayışı ilə ərizəşinin təqdim etdiyi arxiv arayışının fərqli olması, təqdim edilən arayışla ərizəçinin əmək stajı təsdiq edilmədiyi üçün həmin arayışa istinadən işə xitam verilməsinin əsassız olması – qəbul etmir. Çünki məhkəmələr iş üzrə icraata da ona görə xitam veriblər ki, ərizəçinin ərizədə qeyd etdiyi illər üzrə əmək stajı məhz həmin arayışla təsdiq edilir. 32.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1988/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar