Məhkəmə qərarları › İş №2(102)-1515/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1515/2023

16.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1515/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinin və əmrin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin və əmrlərin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-7154/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir.

2. İddiaçı 19 iyul 2014-cü ildə X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Mübariz adlı ilk övladını 30 mart 2015-ci il tarixdə dünyaya gətirmiş, bu səbəbdən sosial məzuniyyətə çıxmışdır.

3. İddiaçı, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının isti smarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 4. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir.

5. Həmin tarixli əmrlə iddiaçının ərizəsi əsasında başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən - təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, analıq məzuniyyətində olduğu dövrdə Cavabdeh İB tərəfindən 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrin və əmək müqaviləsinin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq i ddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 avqust 2008-ci il tarixdə Cavabdeh İB-nin Yasamal rayon Qaz İstismar İdarəsinə Qazın qəbulu, satışı və hesabatı şöbəsinə 7-ci dərəcəli operator (kompüter üzrə) peşəsinə işə qəbul olunmuşdur. Daha sonra o, Cavabdeh İB-nin 11 mart 2009-cu il tarixli, 06/K saylı əmri üzrə 8-ci dərəcəli kompüter operatoru peşəsinə işə qəbul olunmuşdur. Cavabdeh İB üzrə 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə işə keçirilmişdir və həmin vəzifədə ailə həyatı qurduğu tarixə qədər, yəni 2014-cü ilə qədər işləmişdir. Həyat yoldaşı ilə nikaha daxil olduqdan sonra 30 mart 20 15-ci il tarixdə oğlu Mübarizin dünyaya gəlməsi səbəbindən iddiaçı qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə iddiaçı 2-ci dəfə ana olmuşdur. O, analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. İddiaçı işə çıxdıqda onun əmək və sosial hüquqlarının kobud şəkildə pozulmasını, autizm xəstəsi olan övladı 30 mart 2015-ci il təvəllüdlü Mübarizi müalicə etdirdiyi dövrdə 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB ilə saxta əmək müqaviləsi bağlandığını, 2015-ci ilin dekabr ayında 8 aylıq xəstə uşağını qoyub işə çıxmağı barədə onun yerinə və onun xəbəri olmadan adından Cavabdeh İB-nin rəhbərliyinin adına ərizə yazıldığını öyrənmişdir. İşə çıxanda isə iddiaçının ixtisas dərəcəsi 8-ci dərəcədən 5-ci dərəcəyə qanunsuz olaraq salınmışdır. İddiaçı Cavabdeh İB ilə 22 dekabr 2015-ci il tarixdə heç bir əmək müqaviləsi bağlamamışdır. 2014-cü ildən 2021-ci ilədək analıq məzuniyyətində olması ilə bağlı əmək kitabçasında heç bir qeydiyyat aparılmamışdır. 8. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 9. 5 avqust 2015-ci il tarixdə iddiaçının şəxsi işinin əslinin məhkəməyə təqdim edilməsi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən Cavabdeh İB-yə sorğu göndərilmişdir.

10. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5123/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə tələb olunan sübutları məhkəməyə təqdim etmədiyi üçün Cavabdeh İB 220 manat miqdarında cərimə olunmuşdur.

11. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5123/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış əmək müqaviləsinin və iddiaçının şəxsi işinin Cavabdeh İB tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır.

12. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5123/2021 saylı, 3 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 4/1672 saylı ekspert rəyinə əsasən 22 dekabr 2015-ci il t arixli ərizədə, həmçinin iddiaçı və cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli əmək müqaviləsində olan yazıların və imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmrin, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli, SOCAR/15-2900/xx-xx-001305 saylı əmrin ləğv olunması, İddiaçı analıq məzuniyyətinə çı xana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, iddia tələbinin qalan hissədə, yəni “analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsində rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbu lu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İddiaçı 19 iyul 2014-cü ildə X2 ilə ailə həyatı qurmuş, o, ilk övladı Mübarizi 30 mart 2015-ci il tarixdə dünyaya gətirmişdir. İddiaçı analıq məzuniyyətində olarkən 22 dekabr 2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi əsasında o, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir. İşin hallarından görünür ki, iddiaçı analıq məzuniyyətində olmasına baxmayaraq, onunla bir əmək müqaviləsinə xitam verilmiş, digər müqavilə bağlanmışdır.

16. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəmə iclaslarında iştirak edərək iddiaçının şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, daha sonra isə öz razılığı ilə yeni vəzifəyə keçirilməsinə istinad edərək iddia tələbinə etiraz etmişdir. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğular göndərilmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin, iddiaçı tərəfindən yazılmış ərizənin, iddiaçının şəxsi işinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin Cavabdeh İB məhkəmənin sorğusuna cavab verməmiş, mülki işin araşdırılması üçün tələb edilən zəruri sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmənin müvafiq qərardadına əsasən cərimə olunmuşdur.

17. Məhkəmə daha sonra əmək müqaviləsinə, habelə iddiaçının qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrə münasibətdə qeyd etmişdir ki, 22 dekabr 2015-ci il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə olan halda 23 dekabr 2015-ci il tarixli əmr də qanuni hesab edilə bilməz.

18. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf iddiaçının öz ərizəsi və razılığı əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və digər vəzifəyə keçirilməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddiaçı analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, həmçinin iddiaçının 23 dekabr 2015-ci il tarixli əmrlə keçirildiyi peşə qadın əməyinin tətbiqi qadağan olunan peşələr siyahısına daxil olduğundan, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalıdır.

19. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, 22 dekabr 2015-ci il tarixli ərizədə və iddiaçı ilə cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli müqavilədə olan yazıların və imzanın iddiaçı tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən həmin ərizənin İddiaçı tərəfindən yazılıb imzala ndığı müəyyən edilmişdir.

20. Məhkəmə iddia tələbinin “analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamışdır, məhkəməyə iddiaçının 5-ci dərəcəli çilingər vəzifəsində çalışarkən aldığı əmək haqqı ilə bağlı sənədlər təqdim olunmuş, lakin onun daha öncəki dövrdə 8-ci dərəcəli texnik vəzifəsində çalışarkən aldığı əmək haqqının miqdarı ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə tərəfindən həmin əmək haqqı fərqinin hesablanması mümkün olmamışdır. Odur ki, iddi a tələbi həmin hissədə rədd edilməlidir.

21. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, pul tələbi ilə əlaqədar işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində pul vəsaiti də tələb etdiyindən, həmçinin o, 2021-ci ildə işə geri qayıtdığından iddia ərizəsi ilə 4 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır.

22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsini 1-ci və 3-cü hissəsinə, 296-cı maddəsinin 2-ci bəndinə, 241.1 və 296.4-cü maddəsinə, “Qadın əməyinin tətbiqi qadağan olunan, əm ək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işi tam və hərtərəfli araşdırmadan qanunazidd qətnamə qəbul etmişdir. Qanunvericilikdə “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərə ncamın, qərarın), əmək kitabçasının,haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün” olması göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi şəxsin öz iradəsi ilə ifadə etdiyi müraciətindən sonra rəsmiləşdirilmiş, həmin müqavilənin sürəti ona bir gün sonra yəni xx.xx.2015-ci il tarixdə rəsmi olaraq təqdim edilmiş, iddiaçı müqavilədən rəsmi olaraq məlumatlı olmasına baxmayaraq həmin halı uzun müddət mübahisələndirməmişdir. Məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxılmamış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq iddiaçının xey rinə qətnamə qəbul edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən ekspertizanın rəyi nəzərə alınmamış, ekspertiza tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə cavabdehin imza etməsi müəyyən edilsə də, əmək müqaviləsinə qanunun tələblərinə zidd olaraq müqavilənin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bununla da cavabdehin ziyanına olan qətnamə elan etmişdir. Məhkəmə xx.xx.2015-ci il tarixli əmək müqaviləsini qanunun tələblərini pozmaqla bağlanmasını qeyd etsə də, faktiki olaraq pozuntunun nədən ibarət olmasını tam əsaslandırmamış, iddiaçının könüllü olaraq xx.xx.2015-ci il tarixli müraciətini isə görməməzlikdən gəlmişdir. Hesab edir ki, bu halı düzgün qiymətləndirməmişdir.

25. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı bildirmişdir ki, hazırkı iş üzrə iddiaçı 2015-ci ildə vəzifəsinin dəyişdirilməsinə məcburiyyət qarşısında ərizə yazsa da, əmrdən xəbərdar olmamışdır. Çünki analıq məzuniyyətində olduğu halda aşağı vəzifəyə keçmək iddiaçıya lazım deyil idi. İddiaçı hal-hazırda da Cavabdehndə işləyir. Belə ki, 2021-ci ilin fevralında işə geri qayıtmışdır, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmrin iddiaçıya verildiyi cavabdeh tərəfindən təqdim edilən sənədlərdən sübut olunmur, (işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozul duğu gündür). İddiaçı daha sonra Bakı İnzibati Məhkəməsinə və 4 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7154/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

28. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin Maddə 2-ci maddəsinin 3-cü hissəsinə, 111-ci maddəsinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 3-cü hissəsinə, 241.1-ci maddəsinə, 296-cı maddəsinin 2-ci bəndinə və 296.4-cü maddəsinə, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil X1) kassasiya şik ayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7154/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

32. Etiraz onunla əsaslandırılmışdır ki, analıq məzuniyyətində olduğu dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli qərarı ilə təsdiq olunmuş qadın əməyinin tətbiqinin qadağan olunduğu qaz sahəsi üzrə çilingər peşəsinə işə keçirilmişdir. Himayəsində autizm xəstəsi olan övlad var və onun aylıq müalicəsi xeyli xərc aparır. Belə olan vəziyyətdə cavabdeh qurumun 2 ildən artıq müddətdir ki, onun əmək hüquqlarını pozur və onları bərpa etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə

35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

34. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

35. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (“a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqaviləsinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) mü əssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

36. Maddə

70. Əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: (“a”) müəssisə ləğv edildikdə; (“b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (“c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (“ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddə sində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (“d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; (“e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

37. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

39. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqavilə sinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatla rı ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub.

52. Belə ki, iddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə təyin edilmiş, daha sonra 22 dekabr 2015-ci il ta rixdə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilərək Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir.

53. İddiaçı bildirir ki, 30 mart 2015-ci il tarixdə övladı anadan olduğundan qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə iddiaçı 2-ci övladı anadan olmuş və analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. Analıq məzuniyyətindən qayıtdıqdan sonra əvvəlki vəzifəsindən qanunsuz olaraq çıxarıldığını öyrənmiş və məhkəməyə müraciət etmişdir.

54. Məhkəmələr tərəfindən işə baxılan zaman isə 22 dekabr 2015-ci il tarixli ərizədə və iddia çı ilə cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli müqavilədə olan yazıların və imzanın iddiaçı tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmiş və ərizədə və müqavilədəki yazıların iddiaçı tərəfindən yazılıb imzalandığı müəyyən edilmişdir.

55. Cavabdeh isə həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya şikayətinin dəlillərində xx.xx.2015-ci il tarixli, 795 saylı əmək müqaviləsinin iddiaçının öz iradəsi ilə ifadə etdiyi müraciətindən sonra rəsmiləşdirildiyini, həmin müqavilənin surətinin ona bir gün sonra yəni xx.xx.2015-ci il tarixdə rəsmi olaraq təqdim edildiyini, iddiaçının müqavilədən rəsmi olaraq məlumatlı olmasına baxmayaraq həmin halı uzun müddət mübahisə ləndirmədiyini və əmri mübahisələndirmək üçün iddia müddətinin ötürüldüyünü qeyd etmişdir.

56. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2021ci il tarixdə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

57. Birinci instansiya məhkəməsi iddia müddətinə hüquqi qiymət verərək qeyd etmişdir ki, pul tələbi ilə əlaqədar işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcud olmuş, hazırkı iş üzrə iddiaçı iddia ərizəsində pul vəsaiti də tələb etdiyindən, həmçinin o, 2021-ci ildə işə geri qayıtdığından iddia ərizəsi ilə 4 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində iddia müddəti ilə bağlı ərizəyə verilən hüquqi qiymət düzgün olmamış, cavabdehin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərkən iddia tələblərindən birinin pul tələbi olması əsası ilə işə 1 illik iddia müddətinin tətbiq edilməsi barədə mövqeləri düzgün olmamışdır.

59. Birinci instansiya məhkəməsi iddiaçının yalnız əmrin ləğvi və işə bərpa tələblərini əsaslı hesab edərək təmin etmiş, apellyasiya məhkəməsi də məhkəmənin mövqeyi ilə razılaşmışdır. Halbuki, məhkəmələr iddia müddəti barədə ərizəyə hüquqi qiymət verərkən, təmin edilmiş iddia tələbləri üzrə tətbiq edilməli olan iddia müdd ətinə dair mövcud maddi hüquq normasını tətbiq etməmişlər. (§38)

60. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyənləşdirmədən, iddiaçının hansı məzuniyyət növündən hansı tarixlərdə istifadə etməsini aydınlaşdırmadan, iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə 5 ildən sonra müraciət etməsini nəzərə almadan və iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilən 1 aylıq müddəti ötürüb-ötürməməsini araşdırmadan iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul etmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb et mək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

62. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri).

63. Maddənin mənasına görə iddia müddəti dedikdə- məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məcburi qaydada müdafiə etmək imkanına m alik olur. Bunun üçün ilk növbədə iddia müddətini düzgün hesablamaq lazımdır. İddia müddəti axımının başlanması anının müəyyən edilməsi onun düzgün və dəqiq hesablanması üçün həlledici rol oynayır. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. O gündən ki, həmin gün pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanı yaranır. İddia hüququnun əmələ gəldiyi gün isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (Mülki Məcəllənin 377.1-ci maddəsi).

64. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır.

65. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

66. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndində göstərilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

67. İş materiallarından görünür ki, iddiaçı 22 dekabr 2022-ci il tarixdə Cavabdeh İBnin Bakı regional qazın satışı departamentinin Qazın balansı və satışı şöbəsinə “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəz ifəsinə qəbul olmaq üçün göndərişə, həmin tarixdə qeyd olunan vəzifəyə qəbul edilmək üçün ərizəyə və vəzifəyə təyin olunma barədə bağlanmış 795 nömrəli əmək müqaviləsinə şəxsən imza etmişdir.

68. Həmçinin, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək hüquqlarının pozulması və uşağının xəstəliyi ilə əlaqədar 6 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və Cavabdeh İB-yə müraciət ünvanlamış, müraciətinə xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən cavab verilmişdir.

69. Həmin müraciətə cavabda iddiaçıya 22 dekabr 2015-ci il tarixli ərizəsinə əsasən Birliyin 23 dekabr 2015-ci tarixli, SOCAR/15-2900/xx-xx-001305 nömrəli əmri ilə Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsinin qaz avadan lıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edildiyi, sahə üzrə ixtisasları uyğun olan ali və orta ixtisas təhsilli texnik vəzifəsi üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə onların imtahana dəvət edildiyini, iddiaçının isə ali və orta ixtisas təhsilli olmadığı üçün imtahana dəvət olunmadığı bildirilmişdir.

70. Göründüyü kimi iddiaçı 22 dekabr 2015-ci il tarixdə əmək müqaviləsi üzrə vəzifəsinin, əmək şəraitinin və ixtisas dərəcəsinin dəyişməsindən məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara diqqət yetirməmiş, mübahisə tərəfi olan cavabdehin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiqi barədə müraciətinə düzgün hüquqi mövqedən yanaşmamışdır.

71. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehin kass asiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

72. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun hə lli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).

73. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).

74. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

75. Konstitusiya Məhkəməsin in Plenumu yuxarıda istinad olunan 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

76. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinə etirazda qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, işə yenidən baxan apellyasiya məhkəməsi iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verdikdən sonra iddiaçının “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin edilməsi barədə əmr qəbul edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 228-ci maddəsinin tələblərinə riayət edilib-edilməməsi məsələsinə də hüquqi qiymət verməlidir.

77. İddiaçının “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin edilməsinin Əmək Məcəlləsinin 228-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli, 170 nömrəli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin” Siyahısının müvafiq bəndləri və tərəflər arasında bağlanmış 795 nömrəli əmək müqaviləsinin 3.1-ci bəndinin (işçinin əmək funksiyası) dispozisiya şərtləri qarşılıqlı təhlil edilməlidir.

78. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, işə baxan apellyasiya məhkəməsi iddiaçının qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilməsinin Əmək Məcəlləsinin 241.1-ci maddəsinin tələblərinin pozuntusu kimi qeyd etsə də, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddə ləğv edilmişdir.

79. Beləliklə, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzr ə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7154/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar