Məhkəmə qərarları › İş №2(102)-1516/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1516/2023

16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1516/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)6645/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin hallarına görə, 17 avqust 1964-cü ildə X3 rəsmi nikah əsasında X9 ilə ailə qurmuşdur. 2. 15 fevral 1980-cı il tarixli, 14 saylı övladlığa götürmə aktına əsasən xx xxxxxxxx 1972-ci il tarixdə doğulmuş İddiaçı X9 tərəfindən X8 adı ilə övladlığa götürülmüşdür.

3. Qanuni qüvvəyə minmiş Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 “qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, Cavabdeh1 X6 bacısı oğlu olması faktının müəyyən edilməsi, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həm in evə mülkiyyət hüququnun tanınması qət edilmişdir. 4. 22 oktyabr 2011-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 5. 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzili 50.000 manata Cavabdeh2 Ağamməd oğluna satmış və 01 fevral 2012-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə maraqlı şəxs X2 apellyasiya şikayəti qismən təmin edilərək, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan iş üzrə Bakı Şəhə ri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Cavabdeh1 ərizəsinin baxılmamış saxlanılması və ərizəçi X5 ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir.

7. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh1 və digərlərinə qarşı “qanun üzrə yeganə vərəsə kimi tanınması, mirasa dair vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi” barədə ilk iddiası təmin, Cavabdeh1 x X5 qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması” barədə qarşılıqlı iddiası rədd edilərək, X2 adına miras qalmış Bakı Şəhəri, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə nin verilməsi vəzifəsinin 12 saylı DNK-na həvalə edilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2015-ci il tarixli qərardadı ilə maraqlı şəxs X2 ərizəsi təmin edilərək, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı Şəhəri, Yasamal Rayonu, Bakıxanov küçəsi 02 saylı evin 34 saylı mənzilinin X6 adına qeydiyyatının bərpa edilməsi və qərardadın icrasının Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı X8 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəs, 02 saylı evin 34 s aylı mənzilinə dair Cavabdeh1 adına verilmiş 22 oktyabr 2011-ci il tarixli çıxarışın ləğv edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş 01 fevral 2012-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq onun sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 avqust 1964-cü ildə X4 rəsmi nikah əsasında X9 ilə ailə qurmuş və 15 fevral 1980-cı il tarixli, 14 saylı övladlığa götürmə aktına əsasən o, X9 tərəfindən X8 adı ilə övla dlığa götürülmüşdür. 14 yanvar 2011-ci ildə anası X9 ölmüşdür. Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzili X6 mülkiyyətində olmuşdur. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 “qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, Cavabdeh1 mərhumə X6 bacısı oğlu olması faktı müəyyən edilmiş, X6 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilmiş və onun həmin mənzilə mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə maraqlı şəxs X2 apellyasiya şikayəti qismən t əmin edilərək, sözügedən qətnamə ləğv edilmiş və Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, onun adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2015-ci il tarixli qərardadı ilə sözügedən qətnaməsinin icrasında dönüş edilərək, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin X6 adına qeydiyyatı bərpa edilmiş və qərardadın icrası Reyest Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Lakin, qərardad Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfi ndən icra edilməmiş və buna əsas kimi həmin mənzilin 01 fevral 2012-ci il tarixdə Cavabdeh2 adına alqı-satqı əsasında rəsmiləşdirilməsi, sonuncunun adına reyestrdən çıxarışın verilməsi və mənzilin 05 mart 2014-cü il və 26 fevral 2015-ci il tarixlərdə "xxxx" ASC-nin xeyrinə yüklü edilməsi göstərilmişdir. Vərəsə olaraq mülkiyyət hüququnun qeydə alınması və mənzilin sahibliyinə qaytarılması ilə bağlı onun bütün cəhdləri nəticəsiz qalmışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə təqdim edilən sənədlərdən müəyyən olunur ki, Cavabdeh1 özü barəsində həqiqətə uyğun olmayan məlumatları (guya mərhum X yeganə vərəsəsi olması və sair) məhkəməyə təqdim etməklə qanunsuz qətnamənin çıxarılmasına nail olmuş, qətnamə qanuni qüvvəsini aldıqdan dərhal sonra çıxarış əldə etməklə mənzili özgəninkiləşdirmiş, daha sonra isə yeni mülkiyyətçi mənzilə dair ipoteka müqaviləsi bağlamaqla mənzili Bankın xeyrinə yüklü etmişdir. Cavabdeh1 mənzilə mülkiyyət hüququnu müəyyən edən qətnamə ləğv edildiyindən və həmin qətnamə qanunsuz olduğundan mənzilə dair onun mülkiyyət hüququ həqiqi olmayan hüquq üzrə yaranmışdır. Odur ki, Cavabdeh1 həqiqi mülkiyyətçi olmadığından onun mənzilə dair səlahiyyətsiz şəxs olaraq bağladığı əqd əhəmiyyətsiz əqd olmaqla hər hansı hüquqi nəticə yaratmır. Cavabdeh1 mənzilə dair əldə etdiyi çıxarış, həmin qanunsuz çıxarış əsasında bağladığı əqd və həmin əqd əsasında digər Cavabdeh2 əldə etdiyi çıxarış, ümimilikdə mənzilə dair mülkiyyət hüququnun qeydiyyatı qanunsuz əsaslar üzrə aparıldığından, etibarlı və hüquqi nəticələr yaradan q eydiyyat hesab oluna bilməz, bu isə həmin çıxarışların ləğv edilməsini zəruri edir. Onun hazırki tələbi əmlakla bağlı aparılmış əməliyyatların nəticələrinin aradan qaldırılmasına və mənzilin qanunsuz sahiblikdən geri alınmasına əsaslanır. O, mənzilin mərhum sahibi X6 yeganə vərəsəsidir və mənzilin potensial mülkiyyətçisidir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq olunur. Lakin, cavabdehlər mənzili naturada təhvil vermirlər və mənzil faktiki sahibsiz qalmışdır. Belə vəziyyətdə mənzil öz potensial mülkiyyətçisinin sahibliyinə qaytarılmalıdır. Bu həm də onun xeyrinə çıxarılmış məhkəmə aktının icrasına gətirib çıxaracaqdır. Hesab edir ki, mənzilə dair cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilməli, müqavilə əhəmiyyətsiz olduğundan etibarsız sayılmalı və mənzil qanuns uz sahiblikdən geri alınmaqla ona təhvil verilməlidir.

11. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(004)2906/2022 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir və Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, daşı nmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Əqdin etibarsızlığı dedikdə mülki qanunvercilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunverciliyin tələblərinə uyğun olması vacibdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün qanuni əsaslar yoxdur. Belə ki, onla r arasında həmin mənzilə dair mübahisələndirilən alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən qanunverciliyin tələblərinin pozulması müəyyən edilmir. Həmçinin, qeyd edilən alqı-satqı müqaviləsi bağlanan zaman Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi qüvvədə olmaqla, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olub.

15. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzili bilavasitə Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən 50.000 manata satın alıb və sonuncu mənzili satanadək Cavabdeh2 tanımamışdır. Qeyd olunan hallar isə Cavabdeh2 vicdanlı tərəf olmasına dəlalət edir. Belə ki, qanunvercilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olu nmasından imtina edilməlidir.

16. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçı, 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından on ildən artıq vaxt keçdikdən sonra 05 may 2022-ci il tarixdə bu əqdi məhkəmədə mübahisələndirmişdir. İddiaçı, vərəsəliyin tanınması ilə bağlı Reyestr Xidmətinə müraciət edərkən, məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi ona məlum olmuş və onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə qətnamə ləvğ edilmişdir. İddiaçı artıq məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyini bildikdə, 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasını bilmiş və ya bilməli olmuşdur.

17. Birinci instan siya məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilən əqddir və iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını bildiyi vaxtdan bir il ərzində müqaviləni mübahisələndirməmişdir. Bu halın mövcud olması da, iddianın həmin hissədə rədd edilməsi üçün müstəqil əsasdır. Yəni, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququdan istifadə etməməsi nəti cəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu səbəbdən də iddiaçının alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddiası rədd edilməlidir. İddianın qeyd edilən mənzilə dair Cavabdeh2 adına verilmiş 01 fevral 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi hissələri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı o lduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi iddia tələbinin sözügedən mənzilə dair Cavabdeh1 adına verilmiş 22 oktyabr 2011-ci il tarixli çıxarışın ləğvinə münasibətdə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Cavabdeh1 tərəfindən mənzil alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş və bundan sonra həmin mənzil Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bu səbəbdən də Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi də artıq hüquqi əhəmiyyətini itirmişdir. Həmçinin Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi ilə bağlı iddiaçı ümumi iddia müddətini də ötürmüşdür. Belə ki, mənzil Cavabdeh1 adına 22 oktyabr 2011-ci il tarixdə qeydiyyta alınmışdır. İddiaçı mənzilə çıxarışın verilməsindən 10 il müddət keçdikdən sonra çıxarışın ləğvini tələb etmiş və bununla da ümumi iddia müddətini ötürmüşdür. Ona görə də iddia rədd edilməlidir.

19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 144.3, 148.2, 149.2, 182.1, 324.1, 337.1, 354.2, 373.1, 375.2, 647.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edil mişdir ki, məhkəmə, Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, sonuncu vicdanlı alıcıdır, müqavilənin ona münasibətdə etibarsızlığı üçün əsas yoxdur, digər cavabdehə münasibətdə isə qeyd etmişdir ki, ümumi iddia müddəti ötürülmüşdür. İddiaçı, hər iki cavabdeh arasında olan əqdin etibarsız olduğunu iddia edir və göstərir ki, əqd səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. Cavabdeh X7 mənzilə dair mülkiyyət hüququ qanunsuz qətnamə əsasında yarandığından və həmin qətnamə daha sonra ləğv edildiyindən, onun əqdi imzalamaq səlahiyyəti olmamışdır. Lakin, məhkəmə iddiaçı tərəfindən işin təqdim edilmiş hallarına qanunvericiliyin normalarına tətbiq etmək əvəzinə həmin xüsusatlara ümumiyyətlə qiymət verməmiş, əsassız olaraq əqdin etibarlı olması qənaətinə gəlmişdir. Bu isə Mülki Məcəllənin əqdin etibar sızlığını tənzimləyən normalarının tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə, Cavabdeh2 münasibətdə onun vicdanlı alıcı olmasını əsas gətirmiş və hesab etmişdir ki, əgər Cavabdeh2 vicdanlı alıcıdırsa, ona münasibətdə əqdin etibarsız hesab edilməsi üzrə istənilən tələb əhəmiyyətsizdir. Bu yanaşma işin hallarına və qanunun tələblərinə uyğun deyil. Birincisi, işdən Cavabdeh2 vicdanlı alıcı olması müəyyən olunmur. Əksinə, işin hallarının tam və hərtərəfli tədqiqi bunun əksinə nəticə çıxarmaq üçün əsas verir. Cavabdeh X10 mənzilə çıxarış əldə etdikdən bir neçə gün sonra mənzili real qiymətindən qat-qat aşağı qiymətə satmış, daha sonrakı illər ərzində isə alıcı Cavabdeh2 mənzildən hər hansı formada istifadə etməmiş, mənzil sadəcə iki dəfə girov qoyulmuş və girovdan çıxarılması üçün cəhd d ə edilməmişdir. Beləliklə, işin bu və digər halları Cavabdeh2 vicdanlı alıcı olmasını istisna edir. İkincisi, iddiaçının irəli sürdüyü tələbin əsasını əqdin əhəmiyyətsizliyi təşkil edir. Bu vəziyyətdə cavabdehin vicdanlı alıcı olması heç bir əhəmiyyət daşımır. Məhkəmə, Cavabdeh1 münasibətdə göstərmişdir ki, 10 illik iddia müddəti ötürülüb, həmçinin çıxarışın ləğvinin artıq hər hansı əhəmiyyəti yoxdur. Hazırki tələbə iddia müddətinin tətbiqi əsassızdır, iddiaçının tələbi müqavilənin etibarsızlığı ilə yanaşı mənzilin qanunsuz sahiblikdən geri alınması ilə bağlıdır. Mülki Məcəllənin 354 və 384-cü maddələrinin tətbiqi iddia müddətinin tətbiq edilməsini istisna edir. Hazırki mübahisə üzrə sübutların qiymətləndirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bu isə qanunsuz və əsassız qət namə çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmənin qətnaməsi işin müəyyən edilmiş hallarına, tərəflərin münasibətinə, işdə olan sübutlara deyil, cavabdehlərin formal mülahizələrinə və məhkəmənin subyektiv yanaşmasına əsaslanmışdır. Bu isə qeyd edilən normaların tələblərinə uyğun deyil və qətnamənin ləğvi üçün yetərlidir. Hər bir halda məhkəmə qətnaməsi lazımi qaydada əsaslandırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və qanunsuz qətnamə çıxarılmış, son nəticədə iddiaçının hüquqları pozulmuşdur.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-6645/2022 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iy ul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin mənzilə dair Cavabdeh2 adına verilmiş 01 fevral 2012-ci il tarixli çıxarış ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin qanunsuz sahiblikdən geri qaytarılması və mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsi cavabdehlərə həvalə edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər hansı iddia t ələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia tələbi bir neçə hissədən ibarət olduğundan hər biri üzrə ayrı- ayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki halda sözügedən mənzilə dair Cavabdeh1 adına verilmiş 22 oktyabr 2011 -ci il tarixli çıxarış artıq hüquqi əhəmiyyətini itirdiyindən həmin hissədə iddia tələbi üzrə əlavə araşdırmanın aparılmasına və təmin edilməsinə lüzum yoxdur.

25. Həmçinin apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə ünvanladığı ərizəyə münasubətdə qeyd etmişdir ki, hazırki mülki mübahisəyə iddia müddəti şamil edilə bilməz. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsin görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şa mil edilmir.

26. Apellyasiya instansiyası məhkəməsi işin hallarına nəzərə alıb qeyd etmişdir ki, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Mülki qanunverciliyə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüququnun dövlət müdafiəsinə verilmiş konstitusiya tə minatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Bu mənada qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməklə mübahisəli mənzilin X6 adına qeydiyyatının bərpa edilməsi qərara alınmış olsa da, qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməməsi qanunazidd olmuşdur. Belə ki, həmi n mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsini əsas olmuş Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ləğv edildiyindən və sonuncunun mənzilə dair hər hansı hüququ mövcud olmadığından, onun tərəfindən mənzilin özgəninkiləşdirməsinə dair aparılmış bütün hərəkətlər özü özülyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərətərəfli və obyektiv araşdırmadan, Mülki Məcəllənin 337.1, 337.3, 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, sadalanan maddi hüquq normalarının mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsay ılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Belə olan halda Cavabdeh2 vicdanlı əldə edən olmuş olsa belə, onunla Cavabdeh1 arasında sözügedən mənzilə dair imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əhəmiyyətsiz olmaqla etibarsızdır.

27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericilik yalnız barəsində mübahisə edilən etibarsız əqdlər üzrə müddətlər, o cümlədən kəsici müddətlər müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 354.1-ci maddəsinin məzmumuna görə əhəmiyyətsiz əqdin deyil, onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilinəcəyi müəyyən edilmişdir. Hazırkı halda isə cavabdehlər arasında imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləs i əhəmiyyətsiz əqd olmaqla, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin sözügedən mənzilə dair Cavabdeh2 adına verilmiş 01 fevral 2012-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsindən aslı olduğundan və məhkəmənin yuxırda qeyd edilən qənaəti ilə alğı- satqı müqaviləsi etibasız hesab edildiyindən və iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməli və Cavabdeh2 adına verilmiş 01 dekabr 2012-ci il tarixli çıxarış ləğv edilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iddia tələbinin sözügedən mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq i ddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, hazırıki iddia tələbləri yuxarıda göstərilən iddia tələbinin digər hissələri ilə bağlı olduğundan təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və mülki iş materiallarından görünür ki, həmin mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşamaqla iddiaçının qanunla gözlənilən mülkiyyət hüququnu pozur. Cavabdeh2 iddiaçının mülkiyyət hüququna hər hansı müdaxiləsi yolverilməzdir. Çünki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Mülki Məcəllənin 144, 148, 149, 152, 158, 182, 324, 354, 373, 375, 647-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayətində qeyd olunmuş dur ki, məhkəmə alğı-satqı müqaviləsinin ləğvi nəticəsinə gəlməklə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi prezumpsiyasını da pozmuşdur. Çünki Cavabdeh2 alğı-satqı müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyətində olan mənzilə dair hər hansı bir məhdudiyyət və ya qeyd olmamışdır. O, məhz bu qeydiyyata etibar edərək mənzilə 50.000 manat pul ödəyib satın almış, daha sonra külli miqdarda vəsait xərcləyərək mənzili təmir etdirmişdir. Cavabdeh1 mənzilə mülkiyyət hüququ əldə etməsinə əsas olmuş Bakı şəhəri, Yasamal Məhkəməsinin qətnaməsi 09 sentyabr 2011-ci il tarixdə qəbul edilmiş və ondan apellyasiya şikayəti verilmədiyi üçün bir ay sonra qanuni qüvvəyə minmişdir. Qətnamə 22 oktyabr 2011-ci il tarixdə icra olunaraq daşınmaz əmlakın dövlət reyestrində mən zil Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Yalnız, bundan sonra, yəni 29 noyabr 2012-ci il tarixdə notarial qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı maraqlı şəxs kimi həmin qətnamədən yalnız 2014-cü ildə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə qətnamənin ləğv edilməsi qərara alınmışdır. Lakin, bu qərardad özlüyündə Cavabdeh2 adına qeydiyyata alınmış mülkiyyət hüququnun xitamına əsas verməmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin icrasında dönüş edilməsi və müahisəli mənzilin X6 adına qeydiyyatınin bərpa edilməsi və qərardadın icrasının Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardad Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 noyabr 2015-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Daha sonra Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli qətnaməsi ilə X2 iddiası təmin edilərək, onun adına miras qalmış sözügedən mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi və Cavabdeh1 “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması” barədə qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2016-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Mənzili satın aldıqdan və ondan son rakı dövrlərdə bütün məhkəmə icraatları Cavabdeh2 iştirakı təmin edilmədən aparılmışdır. Beləliklə, mənzil satın alındığı an iddiaçı mülkiyyətçi olmamışdır və ola da bilməzdi. O sonradan yalnız vərəsəlik qaydasında mənzilə mülkiyyət hüququ əldə etmək barədə iddia qaldırmışdır. Beləliklə, mənzili satın aldığı andan hazırki iddia qaldırılanadək olan 11 il müddət ərzində Cavabdeh2 mənzili əldə etməsinin qanuniliyi mübahisələndirilməmişdir. Bu dövrdə Cavabdeh2 küllü miqdarda xərc çəkərək qanuni sahib kimi mənzili təmir etmiş, ailə düzənini burada quraraq ondan istifadə etmişdir. Hazırda onun hüquqları pozulmadan mənzilin iddiaçıya qaytarılması mümkün deyil. Lakin, apellyasiya instansiyası məhkəməsi vicdanlı əldə edənin hüquqlarını qorumadan, yalnız iddiaçının mənafeyini təmin etməklə birtərəfl i və qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının mənafeyini qorumaq üçün əsas önəmi əqdin əhəmiyyətsizliyi, onun nəticələrinin aradan qaldırılmasına iddia müddətinin tətbiq edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarına uyğun deyil. Məhkəmə kollegiyası hazırkı halda cavabdehlər arasında imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab etməklə qeyd edir ki, bu əqd üzrə mübahisəyə ümumiyyətlə müddət tətbiq oluna bilməz. Lakin məhkəmə kollegiyası, məhkəmənin sonradan ləğv edilmiş qətnaməsinin onun qanuni qüvvədə olduğu müddətdə yaranmış mülki hüquqi münasibətlərin, eləcə də vicdanlı əldə edən Cavabdeh2 ilə bağlanmış alğı-satqı müqaviləsinin əhəmiyyətsizliyini hər hansı bir normativ hüquq i akta əsaslanmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən həmçinin Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlər arasında 29 noyabr 2011-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab edərkən, Cavabdeh1 mərhumə X6 bacısı oğlu olması faktını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən nəzərə almamışdır ki, iddiaçı miras qoyan mübahisəli mənzilin mülkiyyətçisi mərhumə X6 doğma övladı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi c avabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edərkən nəzərə almamışdır ki, Cavabdeh1 bu alqı-satqıya qədər və ondan sonrakı dövrlərdə Cavabdeh2 şəxsən tanımamış və onlar arasında hər hansı formada tanışlıq və qohumluq münasibəti olmamışdır. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamış və qanunu düzgün tətbiq etməmişdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları

36. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə

37. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir;

38. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər;

39. Maddə 337.1. Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır;

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə istifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

41. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər;

42. Maddə 354.2. Bu məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu g ündən bir il ərzində əqdi mübahisə edə bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir.

50. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.

52. Əvvəla, mübahisəli mənzilə dair Cavabdeh1la Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Cavabdeh2 mülkiyyətinə keçib və sonuncu mənzili Cavabdeh1 50.000 manat ödəməklə satın alıb.

53. Nəzərə alınmalıdır ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdə tinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

54. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlə r tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

55. Eyni hüquqi mövqe “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyul 2009-cu il tarixli Qərarında da ifadə o lunub.

56. Apellyasiya instansiyası məhkəməsi, sözügedən alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən mənzilin Cavabdeh1 mülkiyyətinə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən keçməsini, mənzilə dair sonuncu ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən həmin qətnamənin qüvvədə olmaqla, mənzilin üzərində hər hansı yüklülüyün olmamasını nəzərə almayıb.

57. Digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib.

58. Apellyasiya instansiyası məhkəməsi, sözügedən əqdi əhəmiyyətsiz əqd hesab etsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb, başqa sözlə mübahisə edilən əqdlə, əhəmiyyətsiz əqdi biri-birindən ayırmayıb. Halbuki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

59. Hazırki halda sözügedən əqd cavabdehlər arasında hüquqi nəticələrə səbəb olub, yəni Cavabdeh2 həmin əqdə əsasən mənzilə mülkiyyət hüququ əldə edib və mənzildə müvafiq təmir işəri apararaq orada faktiki yaşayır.

60. Göründüyü kimi, qeyd olunan hallar mübahisələndirilən əqdin açıq-aşkar əhəmiyyətsiz əqd olması nəticəsinə gəlməyə əsas vermir.

61. Bundan başqa, Cavabdeh2 izahatında, iddaya etiraz ərizəsində sözügedən mənzili əvəzli şəkildə, yəni alqı-satqı müqaviləsində şərtləndirilmiş 50.00 0 manat pulu Cavabdeh1 ödəməklə satın aldığını, sonuncunu əvvəlcədən tanımadığını, mənzili vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri üzrə kifayət qədər araşdırma aparmayıb.

62. Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. 63. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vu rğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.

64. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanu nvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

65. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə Cavabdeh2 mübahisəli mənzilə münasibətdə iddiaçının mümkün iddialarından xəbərdar olub-olmadığını, onun vicdanlı əldə edən sayılıb-sayılmadığını, habelə iddiaçının cavabdehlər arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən halları nə vaxtdan bildiyini və ya bilməli olduğunu lazımi şəkildə araşdırmayıb və məhz Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyətindən məhrum olmasını nəzərə almayıb.

66. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

67. Həmin Məcəl lənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

68. Göründüyü kimi, sözügedən normalarda nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. İddia müddətindən fərqli olaraq kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində onun bu hüququ qüvvədən düşür. Hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Eyni zamanda kəsici müddətin ötürülməsi bu müddətin aid olduğu hüququn aradan qalxması ilə nəticələnir. Yəni, qanunvericilikdə nəzərədə tutulan müddət ərzində tərəf əqdi mübahisələndirmirsə artıq onun əqdi mübahisələndirmək hüququ aradan qalxmış olur.

69. Mülki qanunvericilik kəsici müddətin mülki mübahisəyə tətbiq edilməsi üçün iki halın aydınlaşdıralmasını zəruri hesab edir: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda maraqlı şəxs əqdi hansı müddətdə mübahisələndirib.

70. Apellyasiya instansiy ası məhkəməsi, qeyd olunan maddələrin tələbləri baxımından da kifayət qədər araşdırma aparmayıb.

71. Daha sonra, işdən görünür ki, sözügedən alqı-satqı müqavilələri bağlanarkən Cavabdeh2 tərəfindən Cavabdeh1 mənzilin dəyəri olaraq 50.000 manat pul ödənilib və sonuncu özü də bu pulu aldığını inkar etmir.

72. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbi üzrə alqı-satqı müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini də pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olma dıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər.

73. Mülki qanunvericilikdə əqdin etibarsız sayılmasının xüsusi bir nəticəsini restitusiyanın rədd edilməsi və yaxud restitusiyaya yol verilməməsi təşkil edir. Restitsiyanın rədd edilməsi dedikdə- tərəflərdən heç birinin əvvəlki vəziyyətə qaytarlmaması başa düşülür. Bu qayda əsasən, tərəflərin hər ikisinin hərəkətlərində mülki hüquq pozuntusu olduğu halda tətbiq olunur.

74. Eyni hüquqi mövqe “T. Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarda qeyd edilib ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.

75. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesa b edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 76. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub.

77. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

78. Ka ssasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb, işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli, qalan mübahisəl əndirilən hissədə qətnamə dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-6645/2022 saylı qətnaməsi qismən, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh2 adına v erilmiş 01 fevral 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin qanunsuz sahiblikdən geri qaytarılması və mənzilin boşaldılaraq iddiaçı X1 verilməsinin cavabdehlərə həvalə edilməsi hissəsində ləğv edilsin. Mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar