Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1517/2022 04.02.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8385/2021 nömrəli, 05.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İzzet qızı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8385/2021 nömrəli 05.10.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti MPM-nin normaları nın tələblərinə cavab vermir. Belə ki, MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, yalnız ümumi şəkildə Mülki Məcəllənin 27.3, Mənzil Məcəlləsinin 9.2-ci maddələrini qeyd etməklə kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə k ifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı XXX Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8385/2021 nömrəli iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1517/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1517/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver