Məhkəmə qərarları › İş №2(102)-1517/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1517/2023

11.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1517/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhk əməsi Mülki kollegiyasının 2(104)-2406/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2014-cü il tarixdən Cavabdeh MMC-nin (bundan sonra – cavabdeh və ya MMC) X16 Mərkəzində həkim-anestezioloq vəzifəsində işləmişdir.

2. MMC tərəfindən tərtib edilmiş 14 oktyabr 2021-ci il tarixli aktda iddiaçının klinikanın baş həkimi X6 qarşı aqressivlik nümayiş etdirərək, iş vaxtı baş həkimə nalayiq və etik davranış normalarına zidd sözlər işlədərək onu təhqir etdiyi qeyd olunmuşdur. Akt, baş həkim X8, baş mühasib X7, provizor X9 və yeməkxana nəzarətçi X2 tərəfindən təsdiq edilmişdir.

3. Bundan sonra, iddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-cı il və xx.xx.2021-ci il tarixli ərizələri əsasında ümumilikdə 30 gün müddətinə - xx.xx.2021-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmış, məzuniyyət müddətinin bitməsinə 3 gün qalmış xx.xx.2021-ci il tarixdə MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən işdə hesab edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə daha bir ərizə ilə işəgötürənə müraciət edərək, bildirmişdir ki, təkid və hədə ilə göndərildiyi ödənişsiz məzuniyyəti xx.xx.2021-ci il tarixdə bitmiş, həmin dövrdə işsiz qalması maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuş, məzuniyyət müddətinin bitdiyi gün Klinikanın mühafizəçiləri onu içəri buraxmamış, kadrlar şöbəsinin işçisi Çimnaz Əhmədova vasitəsilə öz xahişi ilə ona işdən azad olunma ba rədə ərizə yazması bildirilmiş, əks təqdirdə barəsində cinayət işi açılacağı barədə hədələnmiş, bununla da, əmək hüquqları pozulmuşdur. Pozulmuş hüquqlarının bərpa edilməsini və işə davamiyyətinin bərpa olunmasını xahiş etmişdir.

5. MMC tərəfindən sonuncu ərizəsinə cavab olaraq 19 noyabr 2021-ci il tarixli məktubla bildirilmişdir ki, ərizədə qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2021-ci il tarixdən etibarən Cəmiyyətin təsisçisinə daxil olmuş əsaslı şübhələrin və şikayətlərin araşdırılması ilə bağlı, Mərkəzin fəaliyyəti üzrə təxirəsalınmaz daxili audit yoxlaması başlanılmasına qərar verilmiş, sözügedən araşdırma vaxtı bəzi əməkdaşların öz hesabına məzuniyyətdən istifadə etmələri, bəzilərinin isə müvəqqəti olaraq işdən kənarlaşdırılması qərara alınmışdır. Audit yoxlamasının nə ticəsində Mərkəzin fəaliyyəti üzrə iddiaçı tərəfindən törədilən bəzi nöqsanların aşkar edilməsi üçün Mərkəzə dəvət edilmiş, araşdırma zamanı yaranmış zərurətlə bağlı izahatının verilməsi bildirilmişdir. Lakin iddiaçı müəssisədaxili nizam-intizam qaydalarını pozaraq, digər əməkdaşların yanında baş həkimə qarşı aqressiv şəkildə təhqiramiz sözlər demiş, bununla da, qeyri-etik davranış nümayiş edərək, əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktla bağlı məsələ rəsmiləşdirilmiş və müvafiq akt tərtib edilmişdir. Digər məsələyə gəldikdə isə, xx.xx.2014-cü il tarixdən Mərkəzdə əlavə iş yeri olaraq çalışır və işə qəbul olarkən əsas iş yerinin dövlət müəssisəsində olması barədə müvafiq arayış təqdim etmişdir. Bununla da, öz ərizəsi əsasında ödənişsiz məzuniyyət hüquq undan istifadə edərkən işsiz qalmağı və maddi vəziyyətinin ağırlaşması barədə qeyd etdiyi məlumat absurd xarakter daşıyır. Audit yoxlamasının nəticələrinə dair (maliyyə cinayətləri üzrə tərəfindən mənimsəməyə) aydınlıq gətirilməsi, ərizəsində qeyd olunan dəlillərin araşdırması ilə bağlı təkrar olaraq xx.xx.2021-ci il tarixdə saat 12:00-da Mərkəzin Kadrlar şöbəsinə izahatının alınması üçün dəvət edilir.

6. MMC tərəfindən tərtib edilmiş 20 noyabr 2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, iddiaçı həmin gün Kadrlar şöbəsinə gəlmiş və Klinikada izahat verməkdən imtina edərək, izahatını poçt vasitəsilə göndərəcəyini bildirmiş, həmin gün iddiaçıya icazəsiz işdən qalması ilə bağlı izahat verməsi gərəkdiyini bildirmək üçün zəng edilmiş, lakin o, zəngə cavab verməmişdir. Akt, baş həkim, Kadrlar şöbəsinin müdiri, Reanimasiya bölməsinin şöbə rəhbəri tərəfindən təsdiq edilmişdir.

7. İddiaçı həmin gün yazılı olaraq bildirmişdir ki, müəssisədə keçirilən daxili auditin nəticəsinə əsasən inzibati xəta və yaxud cinayət xarakterli əməl törətdiyi halda işdən kənarlaşdırılmalı olsa da, istifadə olunmamış əmək məzuniyyəti olduğu halda, hədə-qorxu gəlinərək ödənişsiz məzuniyyətə göndərilməsi üçün ona ərizə yazdırılmış, eyni zamanda öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmağa məcbur edilmişdir ki, qeyd olunanlar əmək hüquqlarının pozulması ilə nəticələnmişdir.

8. MMC tərəfindən iddiaçının xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə bütün iş günü ərzində (əmək müqaviləsi üzrə müəyyən edilmiş 3 saat iş rejimi üzrə) iş yerində olmaması, bu barədə heç bir rəsmi məlumat və ya hər hansı bir ü zrlü səbəb təqdim etməməsi barədə aktlar tərtib edilərək, baş həkim, Kadrlar şöbəsinin müdiri, Reanimasiya bölməsinin şöbə rəhbəri tərəfindən təsdiq edilmişdir.

9. MMC-nin 27 dekabr 2021-ci il tarixli 280 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “a” bəndində sadalanan hala görə) həmin tarixdən xitam verilmiş, əmrin əsası kimi xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə tətib edilmiş aktlar və məsul şəxslərin xidməti yazıları göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin X16 Mərkəzinin 27 dekabr 2021-ci il tarixli, 280 nömrəli əmrinin ləğv olunması, işə bərpa edilməsi, 2015-2016-20 17-2018-2019-2020-ci illərin hər il üçün 42 təqvim günü olmaqla istifadə olunmamış əmək məzuniyyətlərinə görə 2907 kompensasiyanın və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla iddiasını onunla əsaslandırmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, Mərkəzin təsisçisinin keçmiş direktorun əleyhinə izahat vermək barədə təklifini qəbul etmədiyi üçün xx.xx.2021-ci il tarixdə onu təhqir etmiş, bundan sonra hədə altında istifadə edilməmiş ödənişli məzuniyyəti olduğu halda 30 günlük ödənişsiz əmək məzuniyyətinə göndərilmiş, qayıtdıqdan sonra işə buraxılmamış, bu barədə müraciətləri təmin edilməmiş, bununla da əmək hüq uqları kobud şəkildə pozulmuşdur.

12. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, işdən azad olunması barədə əmrin ləğv edilməsi tələbinə münasibətdə iddiaçıya ünvanlandığı 19 noyabr 2021-ci il tarixli məktubla eyni əsaslardan çıxış edərək, həmçinin bildirmişdir ki, iddiaçı mühafizəçilər tərəfindən Klinikaya buraxılmadığını bildirsə də, dəfələrlə Klinikanın 3-cü mərtəbəsində yerləşən kadrlar şöbəsinə 3 mühafizəçinin yanından sərbəst gedib-gəlibmişdir. Eyni zamanda, MMC-nin direktoru X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinin tələblərini pozduğuna görə inzibati tənbeh növü kimi 1500 manat inzibati cərimə tətbiq edilməsi barədə qərar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022 il tarixli 3(104)-155/2022 saylı qərarı ilə vəzifəli şə xsin hərəkətində İXM-in 192.6-cı maddəsinin tərkibi olmadığından həmin hissədə ləğv edilmiş və bu hissədə icraata xitam verilmişdir. MPM-in 82.4-cü maddəsinə əsasən həmin qərar bu iş üzrə preyudisial hesab olunmalı və iddiaçının işdən azad olunması ilə bağlı işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunduğu müəyyən edilməlidir. İstifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya tələbinə qarşı isə bildirilmişdir ki, iddiaçı müvafiq tabel cədvəli üzrə xx.xx.2015 il, xx.xx.2016 il, xx.xx.2017 il, xx.xx.2018 il, xx.xx.2019 il, xx.xx.2020 il və xx.xx.2021 il tarixlərdə əmək məzuniyyətindən istifadə etmiş və həmin illər üzrə müvafiq məzuniyyət pulları onun əmək haqqı kartına köçürülmüşdür. Ona görə, iddia bu hissədə də əsassızdır.

13. İddiaçının vəsatəti əsasında dinləni lmiş şahid X1 ifadəsində göstərmişdir ki, Tibb Mərkəzində sürücü kimi işləmiş, 1 aydır ki, işindən azad olunmuşdur. MMC-nin giriş qapısında və ikinci mərtəbədə həmişə mühafizə xidməti olur. 2021-ci ilin noyabr ayının ortalarında iddiaçı binanın 1-ci mərtəbəsinə daxil olmuş və mühafizəçi ilə söhbət etmiş, həmin vaxt o da birinci mərtəbədə olmuşdur. Bir müddət gözlədikdən sonra iddiaçı çıxıb getmişdir. Onun Mərkəzin binasına buraxılmamağı barədə orada mühafizədə işləyən Şahid3 eşitmişdir.

14. Digər Şahid1 ifadəsində bildirmişdir ki, Tibb Mərkəzində 1 il 7 ay işlədikdən sonra ondan öz xahişi ilə ərizəsini yazıb işdən çıxmağını tələb etmişlər, o da ərizəsini yazıb işdən çıxmışdır. 14-15 noyabrda artıq Mərkəzin işçisi olmamış, lakin iddiaçı ona zəng edib, onunla birgə Mərkəzə getməsini xahiş et miş, o da sonuncu ilə getmişdir. Yolda iddiaçı İlham müəllimin qəbuluna girmək istədiyini demiş, Tibb Mərkəzinə çatanda sonuncu kadrlarda işləyən Çimnaz xanıma zəng etmiş, Çimnaz xanım ona səhər gəlməyini bildirmişdir. X10 birinci mərtəbəsinə daxil olduqdan sonra mühafizəçi Sərxan onlara yaxınlaşmış, iddiaçını içəri buraxmamış, rəhbərliyin göstərişi olduğunu demişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş Şahid3 isə ifadəsində göstərmişdir ki, Tibb Mərkəzində mühafizəçi işləyir. İddiaçı tibb mərkəzinə gəlib İlham müəllimlə görüşmək istəyəndə, o, İlham müəllimin yanına qalxıb məlumat vermiş, İlham müəllim iclasda olduğu üçün iddiaçıya gözləməsini bildirmək istəmiş, lakin həmin vaxt iddiaçının getdiyini görmüşdür. İddiaçıya öz otağına keçməsinə maneə olmamışdır.

16. Gəncə şəhəri Nizami Rayo n Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-1185/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilərək, MMC-nin direktoru İlham Əliyevin xx.xx.2021-ci il tarixli, 280 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının X16 Mərkəzində həkim anistezioloqreanimatoloq vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqı hasablanaraq ona ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissələrində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2021-ci il tarixdə iddiaçıdan yazılı izahat tələb etmədən və iddiaçı izahat verməkdən imtina etmədən, həmçinin əmək intizamının ilkin pozulduğu g ündən 1 ay keçdikdən sonra intizam tənbehi vermişdir. Halbuki, əmək qanunvericiliyinə əsasən cavabdeh əmək intizamının pozulduğunu aşkar etdiyi gündən 1 ay keçənədək intizam tənbehi verə bilər. Cavabdeh tərəfin iddiaçını 35 gün gözlədikdən sonra iddiaçıya intizam tənbehi verməsi tərəflər arasında mübahisə olduğunu göstərir. Bundan başqa, iddiaçının Azərbaycan Respublikası Prezidentinə, müxtəlif dövlət orqanlarına və cavabdehə ünvanladığı məktublardan, şikayətlərdən və ərizələrdən görünür ki, iddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla deyil, tərəflər arasında mövcud olan mübahisə səbəbindən əmək intizamını yerinə yetirərək işdə ola bilməmişdir. Həmçinin, məhkəmə iclasında dindirilən şahidlərin ziddiyətli ifadələrindən də tərəflər arasında müəyyən münaqişə olduğu aydın olur. Belə ki, Şahid3 iddiaçının xəstəxanaya girişinə heç bir məhdudiyyət qoyulmadığını, sadəcə direktorun yanına keçmək üçün iddiaçının buraxmadığını bildirsə də, məhkəmə onun ifadəsini inandırıcı hesab etmir. Çünki o, hazırda cavabdehin xəstəxanasında işləyir və onun bu cür ifadə verməsində müəyyən şəxsi maraqlarının olması istisna edilmir.

18. Bununla belə, məhkəmə hesab etmişdir ki, istifadə olunmamış əmək məzuniyyətlərinə görə kompensasiya tələbi təmin edilməməlidir. Çünki cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı 20152020-ci illər ərzində müvafiq qaydada əmək məzuniyyətlərində olmuş və ona müəyyən olunmuş qaydada ödənişlər hesablanaraq ödənilmişdir. Bunun əksini təsdiq edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç bəndi), 71 (2-ci hissə), 72 (a bəndi), 76 (2-ci hissə), 186 (2-ci hissə, ç bəndi), 187 (1-2-ci hissə), 300 (1-ci hissə), 301, 302 (1-ci hissə) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilərək, cavabdehdən ona 2015-2020-ci illərin hər ili üçün 42 təqvim günü olmaqla istifadə olunmamış əmək məzuniyyətlətinə görə 2907 manat, məhkəmədə iddia qaldırdığı günədək 44 gün gecikdirilməyə görə hər gecikdirilən gün üçün 2% olmaqla 2558 manat olmaqla, cəmi 5465 manat kompensasiyanın ö dənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi hüquq normasının tələbini pozmuşdur. Belə ki, cavabdehdən məzuniyyətin rəsmiləşdirilməsi üçün Əmək Məcəlləsində nəzərdə tutulan zəruri sənədlər tələb olunmamış, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydalarına cavabdeh tərəfindən əməl olunmasına hüquqi qiymət verilməmişdir. İşlədiyi dövr ərzində əmək məzuniyyətinə buraxılmağı ilə əlaqədar işəgötürənə ərizə ilə müraciət etməmiş və məzuniyyət qrafiki ilə tanış olmaq üçün imza etməmişdir. Cavabdehin əmək məzuniyyətində olduğu göstərdiyi aylarda həkim kimi fəaliyyət göstərmiş, Klinikada aparılan cərrahi əməliyyatlarda iştirak etmişdir. Bu xəstəlik tarixlərində onun tərəfindən aparılan qeydlərlə və imzası ilə sübuta yetirilir.

22. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunan hissələrində rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddiaya qarşı etirazı ilə eyni məzmunda əsaslandırmışdır.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2406/2022 nömrəli, 09 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mirzəyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, i ddiaçının apelllyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya tələbinə dair sübut olaraq təqdin etdiyi özünün tərtib etdiyi jurnaldan müvafiq kserosurətlər mötəbər sübut hesab edilmir, ona görə ki, jurnal iddiaçının özü tərəfindən tərtib olunmaqla onun marağına xidmət edir. Bundan başqa, məhkəmə araşdırmaları ilə tələbin əsasında duran hallar öz təsdiqini tapmamışdır.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirmişdir ki, MPM-in 82.4-cü maddəsinin məzmunundan aydın olur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqdibi üzrə qüvvə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Baxılan iş üzrə iddianın predmetini iddiaçının işdən əssasız olaraq çıxarılması və bu barədə əmrin ləğv edilməsi və s. əmək mübahisəsi təşkil edir, qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar isə şəxsin hərəkətində maddənin tərkibi olmamasına istinadən qəbul edilmişdir ki, bu, əmək mübahisəsinin mövcudluğunu istisna etmir. Belə ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə işdən çıxarılmış, Məhkəmə kollegiyasının araşdırması ilə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi göstərilən hal öz təsdiqini tapmamış, təkzib olunmuşdur. Ona görə də, həmin inzibati qərar baxılan işdə sübut kimi qəbul edilə bilməz.

26. Apellyasiya insta nsiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddiaçının işdən azad olunması qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehinin tətbiqinin mümkün edən müddətin bitməsindən sonra baş vermişdir ki, bu isə pozuntudur. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotu nun aparılması barədə 138-ci maddəsinin tələblərinin pozulduğu qeyd olunmuşdur.

29. Cavabdeh (vəkil Nümayəndə) də, kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın işə bərpa hissəsinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr tərəfindən Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi hansısa səbəbdən həmin maddədə nəzərdə tutulmuş müddətin axımını iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyi sonuncu gündən yox, ilk gündən hesablanmışdır. Halbuki, işəgötürən sonuncu gündən, yəni xx.xx.2021-ci il tarixdən etibarən işçiyə intizam təhbehi verə bilərdi. Eyni zamanda, məhkəmə MP M-in 82.4-cü maddəsinin də tələbini pozmuş, iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasını təsdiq edən kifayət qədər sübutlar təqdim olunmasına baxmayaraq, onları diqqətə almamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 70 ( “ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.

33. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

34. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

35. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün i ş günü işə gəlməməsi;

36. Maddə 138 (1-4-cü hissələr). Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.

37. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

38. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə ye tirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

39. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

40. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

41. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin t əsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasi ya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı işdən pozuntunun aşkar edildiyi gündən bir aydan artıq müddətdə azad olunmuşdur. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır. İddiaçının şi kayətinin dəlillərinə münasibətdə isə haqlı olaraq belə nəticəyə gəlinmişdir ki, o, məzuniyyət hüququndan istifadə etmişdir.

53. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il i tarixli, 2(104)-2406/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar