Məhkəmə qərarları › İş №2(102)-1517/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1517/2024

31.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1517/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər; mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakının geri almaq tələbi (vindikasiya tələbi), özbaşına tutulmuş torpaqların qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş dəmir çəpərin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(104)-160/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. JN-123F KOD 50706028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 saylı qərarı ilə X2, İddiaçı və X5 Samux rayonu, Alıuşağı kəndində 0.11 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 114.6 kv.m ev xx.xx.2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu, Alıuşağı kəndində yerləşən, mərhum anasına məxsus həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi, sökülmüş dəmir çəpərin cavabdeh tərəfindən bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 8 saylı qərarı ilə Samux rayon Alıuşağı kəndində iddiaçıya, onun anasına və bacısı X7ma 0,11 həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair JN 123F (kod ********) saylı şəhadətnamə anasına təqdim edilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə xx.xx.1996-cı ildən anasının adına dövlət reyestrində qeydə alınaraq ona qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Anası xx.xx.2007-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra onun mirasını faktiki qəbul etmişdir. Cavabdeh anasına məxsus torpaq sahəsinin müəyyən sahəsini zəbt edərək çəpər kimi çəkilmiş “setka”nı (dəmir tor) söküb götürmüşdür. Cavabdehdən torpağı qaytararaq çəpəri bərpa etməyi tələb etsə də o, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə qonşudur. Vaxtilə iddiaçının mərhum ata-anası razılaşma yolu ilə onları n torpaq sahəsindən müəyyən hissəni hazırda iddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə əvəzləşdirmişlər. İddiaçı isə bununla razılaşmaq istəmir.

6. Samux Rayon Məhkəməsinin 5 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 15 dekabr 2020-ci il tarixli mütəxəssis rəyi əldə edilmiş və rəydə aşağıdakılar göstərilmişdir:

7. Samux rayon Alıuşağı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 123F (kod ********) saylı şəhadətnaməyə əsasən 0,11 ha torpaq sahəsinin sənəddə göstərilən cizgiləri ilə, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölç üləri arasında uyğunsuzluq halı müəyyən olundu. Belə ki, JN 123F (kod ********) saylı şəhadətnaməyə əsasən, torpaq sahəsi 0,11 ha (1086,0 kv.m) olduğu halda, İddiaçı JN 123F (kod ********) saylı şəhadətnaməyə əsasən 0,11 ha (1086,0 kv.m) torpaq sahəsinin, faktiki olaraq 980.0 kv.m hissəsindən istifadə etdiyi müəyyən olundu.

8. Samux rayon Alıuşağı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 123F (kod ********) saylı şəhadətnaməyə əsasən 0,11 ha (1086,0 kv.m) torpaq sahəsinin 10,0 kv.m hissəsi Cavabdeh, 96.0 kv.m hissəsinin isə mülki işdə adları göstərilməyən digər şəxslərin istifadəsində olduğu müəyyən edildi.

9. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 1019,0 kv.m (10 sot 19 kv.m)dir. İddiaçının faktiki istifadəsində olan 1019,0 kv.m torpaq sahəsinin 4,5 kv.m hiss əsi, ərazinin kompleks yerquruluşu planına və adlı siyahıya əsasən JN 122F saylı Şəhadətnaməyə əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə ki, JN 122F saylı Şəhadətnaməyə əsasən X3 mülkiyyətində olan torpaq sahəsi, faktiki olaraq Cavabdeh istifadəsindədir.

10. Samux Rayon Məhkəməsinin 2(058)-08/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Zeynalova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Samux rayonu, Alıuşağı kəndində yerləşən İddiaçı, X1 və X4 mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsinin 10.0 kv.m hissəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mərhum anasının, bacısının, habelə özünün mülkiyyətində olan 0,11 ha (1086,0 kv.m) torpaq sahəsinin 980 kv.m hissəsi onun həm də faktiki istifadəsində olsa da cəmi 10 kv.m hissəsi cavabdehin, qalan 90,0 kv.m hissəsi isə digər şəxslərin istifadəsindədir. Bundan əlavə, mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərildiyi kimi iddiaçı özü də cavabdehin torpaq sahəsinin müəyyən hissəsindən faktiki istifadə edir. Habelə iddiaçının faktiki istifadəsində olan 1019,kv.m (10 sot 19 kv.m) torpaq sahəsinin 4,5 kv.m hissəsi hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.

12. Bundan əlavə iddiaçı mülkə məxsus çəpər olan sökülmüş “setka”nın cavabdeh tərəfindən bərpa edilməsini tələb etsə də, məhkəmə icraatında bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.

13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21.1, 21.2, 152.1, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

15. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə düzgün olmayan mütəxəssis rəyinə əsaslanaraq, onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Hesab edir ki, iş üzrə ilkin sənədlər əsasında ekspertiza keçirilməlidir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı i lə iş üzrə məhkəmə-tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5130 nömrəli rəyinə əsasən X1, İddiaçı və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0.11 ha həyətyanı torpaq sahəsinin 0.0012 ha hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-160/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi) Rəşad Mamedov və Fikrət Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 2(058)-08/2022 saylı mülki iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş Cavabdeh S amux rayonu, Alıuşağı kəndində yerləşən İddiaçı, X1 və X4 mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsinin 10.0 kv.m hissəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh Samux rayonu, Alıuşağı kəndində yerləşən İddiaçı, X1 və X4 mülkiyyətində olan 0.11 ha həyətyanı torpaq sahəsinin 0.0012 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsi iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Kollegiya mövqeyini ekspert rəyinə istinad etməklə onunla əsaslandırmışdır ki, həmin rəyin işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi, Cavabdeh İddiaçı məxsus olan 0,11 ha torpaq sahəsinin 0.0012 ha hissəs inin zəbt etməsi işin faktiki halı kimi öz təsdiqini tapmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2, 157.4, 157.5-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 78.1, 80, 88, 106.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmələr tərəfindən qəbul e dilmiş məhkəmə aktları ilə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. İşə baxan məhkəmə iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki işin halları ilə iddiaçıya məxsus torpağın cavabdeh tərəfindən zəbt edilməsi təkzib edilməzdir. İşə baxan məhkəmə ekspert rəyini sübut kimi qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir. Məhkəmə əlavə ekspertiza təyin etməli halda təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dö vlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu büt ün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

29. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanun la qorunur.

30. Maddə

111. Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88‐ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışı nın hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-160/2023 nömrəli 12 sentyabr 2023-cü il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar