Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1517/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X21, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X22, Cavabdeh23, X2, X8, X5, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, X9, X10, Cavabdeh40, X28, Cavabdeh42 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun xidməti mənzildən çıxarılması əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)158/2025 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh41 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh13, Cavabdeh18, X34, X3, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4 0 ailə üzvləri ilə birlikdə Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyində yerləşən müxtəlif mənzillərdə yaşayırlar. 2. 30 avqust 2022, 31 avqust 2022, 01 sentyabr 2022, 02 sentyabr 2022, 08 sentyabr 2022, 16 sentyabr 2022, 22 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh13, Cavabdeh18, X34, X3, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh40 X7 “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər.
3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş teleqramlara əsasən X41 və Cavabdeh42 X7 “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər. 4. 30 avqust 2022-ci il tarixli akta əsasən X7 “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 4 mənzil 36 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh26, bina 3 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh40, bina 3 mənzil 18 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor X23, bina 2 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh42 mənzillərində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzillərin giriş qapılarının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçuların uzun müddət qeyd olunan mənzillərdə yaşamadığı müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20; Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29; - Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30; - Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 yetkinlik yaşına çatmayan nəvələri X 6 və X29 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37; - Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40; - Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48; - Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1; - Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X30, X24 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4; - X34, Cavabdeh23, onlarla birlikdə yaşayan X16 yetkinlik yaşına çatmayan nəvəsi X45 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərb i şəhərciyi, bina 4, mənzil 8; - X3, Cavabdeh25, X11 onlarla birlikdə yaşayan X1 yetkinlik yaşına çatmayan qızları X4 və X12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34; - Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X49 və X42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36; - Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X60 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38; - Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27; - Cavabdeh36, Cavabdeh37, X17, X18 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X25, X26 və yetkinlik yaşına çatmayan oğlu X36 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 49; - Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38; Cavabdeh41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18; - Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38 ünvanında yerləşən xidməti mənzilləri boşaltmaqla, mənzillərin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissəsinin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular (mənzillə ri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçular daxil olmaqla) və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilməməsi müəyyən olunmuşdur. 30 avqust 2022-ci il tarixdə yaradılmış komissiya tərkibində hərbi hissənin qapalı şəhərciyində olan xidməti mənzillərə hərbi hissəyə yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərlə təmin olunması məqsədilə növbəti yoxlama keçirilmişdir. Yoxlama zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq hərbi qulluqçular tərəfindən giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan 4 xidməti mənzil müəyyən olunmuşdur. Faktla bağlı videoçəkiliş aparılmış və akt tərtib olunmuşdur. Daha sonra qapalı hərbi şəhərcikdə əlavə 14 xidməti mən zilin isə ehtiyata buraxılmış sabiq hərbi qulluqçular (vəfat etmiş hərbi qulluqçuların ailə üzvləri) tərəfindən təhvil verilməməsi və həmin mənzillərdə yaşayışın olması aşkar olunmuşdur. Hərbi hissənin rəhbərliyi və mənzil-məişət komissiyası tərəfindən mənzillərin təhvil verilməsi ilə əlaqədar sabiq hərbi qulluqçulara və onların ailə üzvlərinə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o cümlədən qeyd olunan halın “Göytəpə” sərhəd dəstəsində xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin yerləşdirilməsinə və mənzil-məişət şəraitinə mənfi təsir göstərməsinə dair izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu mənzillərin boşaldılması hər dəfə müxtəlif bəhanələr gətirərək mümkün olmamış və davam etməkdədir. Ümumilikdə təhvil verilməyən xidməti mən zillərin (onlardan 4-ü bağlı) yaşayan sakinləri hərbi hissənin inzibati binasına dəvət olunaraq yazılı şəkildə xəbərdarlıq olunmuş və xidməti mənzillərin qısa müddət ərzində (yeddi gün) boşaldılması üçün vaxt verilmişdir. Giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan xidməti mənzillərə münasibətdə həmin mənzillərdə vaxtilə yaşamış sabiq hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara müvafiq teleqramlar göndərilərək, qısa müddət ərzində xidməti mənzilləri boşaltmaları barədə xəbərdarlıq edilmişdir. Sabiq hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən xidməti mənzillərin təhvil verilməməsi hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçular və onların ailə üzvlərinin mənzillə təmin olunmamasına səbəb olur ki, nəticədə bu hal mənfi presedent yaradır.
7. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin olunmuş, cavabdehlərə verilmiş xidməti mənzillərin (həmin şəxslərin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin İ hissələrinə, Mülki Məcəllənin 119.1, 152, 155.1, 157.2-ci, Mənzil Məcəlləsinin 6.0.1, 9.2.2-ci, “Hərbi qulluqçularının statusu haqqında” Qanunun 1, 12-ci, Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Cava bdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 apellyasiya şikayəti verərək Qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər.
10. Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(106)-457/2024 nömrəli qətnaməsi ilə (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Kərimov və S.Mayılov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşa n apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin İ hissələrinə, Mülki Məcəllənin 152, 155.1, 157.2-ci, Mənzil Məcəlləsinin 6.0.1, 9.2.2, 91.2, 91.3, 92, 103.1, 103.2, 103.3-cü, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1, 12-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat 1
3. Cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40, Cavabdeh16 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2024cü il tarixli, 2(102)-2287/2024 nömrəli qərarı ilə (hakim Z.Əliyevin məruzəsi ilə, hakimlər Z.Babayev və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianı təmin edən birinci instansi ya məhkəməsi qətnaməsində bəzi qanun normalarına istinad etsə də, iddianın hər bir cavabdehə münasibətdə konkret olaraq hansı maddi hüquq normasına görə əsaslı olmasını göstərməmiş, cavabdehlərin etirazlarına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nöqsanı aradan qaldırmamış, cavabdehlərin “evlə təmin edilməmələri” barədə etirazını qeyd etsə də, həmin etirazın hansı səbəbdən əsaslı olmadığını göstərmədən ümumi ifadələrlə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır.
16. Kassasiya kollegiyası qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə hansı hüquq normalarının tətbiq edilməsinin müəyyən edilməsi, həmin normalarla iddianın faktiki əsasları və cavabdehlərin etirazları arasında uyğunluğun (uyğunsuzluğun) yoxlanılması və bu araşdırmanın nəticəsindən asılı olaraq hər bir mənzilə aid tələbə yekun hüquqi qiymət verilməsi vacibdir. 17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi q ulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. 18. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqan ları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. 19. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən, hərbi qulluqçuların ailələri; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər.
20. Qüvvədə olan Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisi nin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri.
21. Baxılan işdə iddianın əsaslılığı hər bir mənzil üzrə cavabdeh(lər)ə münasibətdə, eləcə də onların dəlillərinə hüquqi qiymət verilməklə yuxarıda göstərilən və digər aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında yoxlanılmamış, məhkəmələrin gəldikləri nəticə əsaslandırılmamışdır. Belə olan halda məhkəmələrin hansı hüquqi dəyərləndirmə ilə cavabdehlərin etirazlarını rədd, iddianı təmin etdiklərini müəyyənləşdirmək mümkün olmur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)-158/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Novruzova və T.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 mənzildən çıxarılması na dair hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməsində iddianın hər bir cavabdehə münasibətdə konkret olaraq hansı maddi hüquq normasına görə əsaslı olmasını göstərməmiş, cavabdehlərin etirazlarına hüquqi qiymət verməmişdir.
24. Mülki Prosessual Məcəllənin 77.1, 217.2-ci, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 39-cu, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 102.2-ci maddələrinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, tərxis edildikdən sonra cavabdehlərin yaşayı ş evi və ya müvafiq qaydada torpaq sahəsi ilə təmin olunduğunu sübuta yetirmək iddiaçının üzərindədir. Cavabdehlərin tərxis edildikdən sonra yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunması ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir.
25. Cavabdehlərin hər biri barəsində - onların nə vaxt xidmətə qəbul olunması və tərxis olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən arayış alınmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən təqdim edilmiş arayışından müəyyən edilmişdir ki, - Cavabdeh34 - 12 avqust 1992 - 01 avqust 2022 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh40 - 15 sentyabr 1977 - 08 oktyabr 199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib), - Cavabdeh13 - 20 mart 1979 - 24 mart 2007 (yaşa görə Silah lı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh2 - 03 dekabr 1992 - 24 iyun 2013 (xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - X41 - 21 sentyabr 1999 - 25 avqust 2012 - (xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh1 - 10 avqust 1992 - 04 dekabr 199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib), - X37 - yoldaşı Cavabdeh3 - 22 sentyabr 1980 - 09 dekabr 2005 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh4 – 29 iyul 1991 - 15 noyabr 2009 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh15 – 02 fevral 1998 - 24 sentyabr 200N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib), - Cavabdeh16 - (barəsində heç bir məlumat yoxdur) - Cavabdeh18 - (X31 düzgün adı yazılmayıb) 25 aprel 1993 - 25 mart 199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib), - X38 - yoldaşı X34 21 may 1986 - 09 iyun 2006 (xəstəliyə görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - X3 – 23 noyabr 1998 - 01 iyul 2011 (yaşa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh26 - 26 iyul 1993 - 25 sentyabr 199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib), - Cavabdeh31 - 26 iyul 1993 - 27 oktyabr 2009, - Cavabdeh36 - 04 oktyabr 1990 - 23 mart 2012 (xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxılıb), - Cavabdeh42 - 21 sentyabr 1992 - 14 oktyabr 199N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib), - X14 - 31 iyul 1997 – 09 fevral 200N (xidmət yeri N №-li hərbi hissəyə dəyişdirilib).
26. İddiaçı tərəfindən təqdim edilmiş həmin arayışdan müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, X38 (Cavabdeh22 əri) Dövlət Sərhəd Xidmətində 15 ildən artıq müddətdə hərbi xidmətdə olmuşlar. Cavabdeh18 və Cavabdeh40 həmin sistemdə hərbi xidmət yerini dəyişmişlər. Həmin şəxslərin yaşayış evi və ya yaşayış evi tikmək məqsədi ilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
27. Apellyasiya kollegiyası hesab etmişdir ki, 15 ildən artıq hərbi xidmətdə olduqlarından, eləcə də yaşayış evi və ya yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunmadıqlarından onların mənzildən çıxarılmasına dair iddia təmin edilə bilməz.
28. Digər cavabdehlərə münasibətdə, onların 15 ildən az müddətdə hərbi xidmətdə olması ilə bağlı cavabdeh tərəf də hər hansı etiraz təqdim etməmişdir.
29. Bundan başqa, elektron informasiya sistemindən çıxarışına əsasən Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18 və Cavabdeh40 adlarına yaşayış evi və ya həyətyanı torpaq sahəsi qeydə alınmamışdır. Cavabdeh36, X38 (Cavabdeh22 əri) barəsində hər hansı məlumat aşkar ediləmişdir.
30. Təqdim edilmiş məlumata görə, apellyasiya şikayəti verən Cavabdeh16, X23, X1 15 təqvim ili müddətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət etməsi müəyyən edilmir.
31. Bundan başqa, elektron informasiya sistemindən çıxarışına əsasən Cavabdeh16 adına Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şimal Yaşayış sahəsi, 14-cü döngə, 9b ünvanda yerləşən yaşayış evi qeydə alınmışdır.
32. Təqdim edilmiş sübutlara əsaslanaraq apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh lər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 aid hissədə iddianın təmin edilməsi və həmin şəxslərin hazırkı vaxtda xidməti mənzillərdən çıxarılması üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
33. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehlərin apellyasiya şikayətinə münasibətdə təmin edilmiş hissəsinin ləğv edilərək, cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 xidməti mənzildən çıxarılmalarına dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci, Mənzil Məcəllənin 51, 102-ci Mülki Prosessual Məcəllənin 9.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
35. Belə ki, cavabdehlərin tərxis olunduqdan sonra harada yaşamaları və yaşayış sahələrinə gedəcəkləri yerdə ehtiyacın olub-olmaması məsələsini aydınlaşdırmaq komandanlığın vəzifəsi deyil. Cavabdehlərin mənzillə bağlı hüququ pozulubsa, məhkəməyə müraciət edə bilərlər. Belə ki, cavabdehlərdən Cavabdeh34 məhkəmə iclası zamanı izahatında 2016-cı ildən Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinə torpaq sahəsi və mənzillə təmin olunmaq üçün müraciət etdiyini, 170 manat kirayə pulu verildiyini bildirsə də, məhkəmə bu halı nəzərə almamış ona aid hissədə iddianı rədd etmişdir. Halbuki, Cavabdeh34 qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etmiş və mənzillə bağlı ehtiyacı qanunvericilik çərçivəsində təmin edilmişdir. Cavabdehlərdən Rzayev X27 şəhərində ev tikdirdiyini bildirsə də, məhkəmə faktiki halı nəzərə almayaraq ona aid hissədə də iddianı rədd etmişdir. Cavabdehlərdən Cavabdeh18 hazırda Fövqəladə Hallar Nazirliyinin yerli bölməsində işlədiyini, lakin, atasına verilmiş xidməti evdə yaşadığını bildirmişdir. Məhkəmə bu halı da nəzərə almamış, ona aid hissədə də iddianı əsassız olaraq rədd etmişdir. Həmçinin, cavabdehlərdən Cavabdeh40 hazırda 2010-cu ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Hövsan qəsəbəsində yaşadığını, Bakı şəhərində işlədiyini, xidməti mənzili isə yay aylarında istifadə etdiyini bildirmişdir. Cavabdehlər tərxis olunduqdan sonra, yaşayış yerlərini n olmaması və uçota alınmaları barədə ərizə ilə xidmət etdiyi dövrdə müraciət etməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasları zamanı bildirdikləri halları nəzərə almamış, işin faktiki hallarına düzgün qiymət verməyərək iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərar qəbul etmişdir. Həmin hallar Dövlət Sərhəd Xidmətinin qanuni maraqları və mənafelərinə xələl gəlməsinə səbəb olmuşdur. Məhkəmə qətnamə qəbul edərkən bundan əvvəl aparılmış məhkəmə araşdırmaları zamanı tövsüf olunan halları tam araşdırmamış, mövcud olmuş halı cavabdehlərin xeyrinə tövsif etmişdir.
36. Cavabdeh41 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv etməsi və iddia tələbinin bu cavabdehə münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 33, 125-ci, Mənzil Məcəlləsinin 9.2.2, 102.2-ci, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.
38. Belə ki, apellyasiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi aktların sadalanması ilə kifayətlənmişdir. Maraqlı tərəf olan iddiaçı məhkəmənin sorğusuna cavab verərkən, düzgün olmayan, yəni guya Cavabdeh41 xidmət müddətinin 21 sentyabr 1999 – 25 avqust 2012-ci illər olduğunu və xidmət müddətinin başa çatdığına görə Silahlı Qüvvələrin ehtiyatına buraxıldığına dair məlumat vermiş, apellyasiya instansiya məhkəməsi isə yanlış məlumatı əsas götürərək qarşı tərəfin idd ia tələbini həmin cavabdehə münasibətdə əsaslı hesab etmişdir. Halbuki, kassatorun xidmət müddəti günə gün hesabı ilə 22 il təşkil edir. Qeyd olunan məlumatları dəqiqləşdirmədən apellyasiya instansiya məhkəməsi maraqlı tərəfin yanlış məlumatlarına istinadən Cavabdeh41 15 təqvim ili müddətində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət etməsinin müəyyən edilmədiyi qənaətinə gəlmişdir.
39. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Kassasiya şikayətlərinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, Cavabdeh41 isə iddianın ona qarşı təmin olunan hissədə mübahisələndirdiklərindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən bu hissələrdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
43. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 44. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəy yən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Naz irlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz to rpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. 45. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür.
46. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi nin 105-ci maddəsinə əsasən hərbi qulluqçuların ailələri; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər.
47. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olma qla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.4-cü maddəsinə əsasən bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri ve rilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və i ddianın təmin olunub-olunmadığını müəyyən edir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmay araq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin r eal bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın rədd olunan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, kassator Cavabdeh41 mübahisələndirdiyi hissədə qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
51. Belə ki, kassasiya kollegiyası ilk olaraq iddiaçının kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətl əri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, iddianın Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 qarşı hissədə həm mənzil qanunvericiliyinin, həm də “Hərbi qulluqçuların statusu haqqında” Qanunun müddəaları nöqteyi-nəzərdən əsassız olması qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır və qeyd edir ki, iddiaçı hazırkı şikayətində qeyd olunan cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin olunmalarını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Cavabdehlərin bu faktı etiraf etməsinə dair kassasiya şikayətinin dəlili həmçinin əsassızdır, bu səbəbdən ki, kassasiya şikayətində qeyd olunan məzmunda cavabdehlərin izahat vermələri iş materialları ilə müəyyən olunmur.
52. Cavabdeh41 kassasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, onun Silahlı Qüvvələrdə xidmət müddəti 22 il olsa da, iddiaçı buna dair məhkəməyə yanlış məlumat vermiş və apellyasiya instansiyası məhkəməsi həmin məlumatı əsas götürərək iddianı ona münasibətdə təmin etmişdir.
53. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsinin əvvəlki icraatda verdiyi göstərişlərin icrası ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən Dövlət Sərhəd Xidmətinə cavabdehlərin hər birinin nə vaxt xidmətə qəbul olunması və tərxis edilməsi, tərxis olunmalarının əsasları, yaşayış sahələrinin nə vaxt verilməsi və s. məlumatlar barədə arayış verilməsi ilə bağlı sorğu edilmişdir.
54. Sorğuya əsasən təqdim olunan məlumat cədvə ldə (cild 4, i.v. 47) 8-ci sırada qeyd olunmuşdur ki, ehtiyatda olan kapitan X41 18 dekabr 1992-ci il tarixdə xidmətə qəbul olunmuş, DSX rəisi – SQK-nın 25 avqust 2012-ci il tarixli əmri ilə öz arzusu ilə ehtiyata buraxılmışdır.
55. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 02 dekabr 2024-cü il və 11 dekabr 2024-cü il tarixli məktublarının (cild 4, i.v. 62, 106) məzmunundan müəyyən olunur ki, X41 1993-cü ildə N nömrəli hərbi hissəsinin hərbi şəhərciyində xidməti mənzillə təmin olunmuşdur.
56. Daha sonra, N nömrəli hərbi hissəsinin komandiri tərəfindən imzalanmış Arayışda (cild 4, i.v. 68, 110, 111) göstərilmişdir ki, X41 1993-cü ildə həmin hərbi hissənin hərbi şəhərciyində bina 3, 18 nömrəli mənzillə təmin olunmuşdur.
57. N nömrəli hərbi hissəsinin komandiri tərəfindən imzalanmış növbəti Arayışda (cild 4, i.v. 69, 109) isə göstərilmişdir ki, X41 21 sentyabr 1999 - 25 avqust 2012-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir.
58. Cavabdeh41 apellyasiya şikayətini rədd edərkən, apellyasiya instansiyası məhkəməsi yalnız sonuncu məzmunda olan arayışa istinad etmiş, lakin iddiaçının özünün təqdim etdiyi digər arayışlarda həmin cavabdehin 20 ilə yaxın müddətdə hərbi xidmətdə olmasına və azı 1993-cü ildən mübahisəli xidməti mənzilə təmin olunmasına dair məlumatları nəzərə almamışdır. Halbuki, Cavabdeh41 15 ildən artıq Silahlı Qüvvələrdə hərbi xidmətdə olduğu halda, onun başqa yaşayış sahəsi və ya yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin olunmadan xidməti yaşayış sahəsindən çıxarılması yuxarıda qeyd ol unan maddi hüquq normalarına ziddir.
59. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları Mülki Prosessual Məcəllənin 77.1, 88 və 106-cı maddələrinə uyğun hüquqi qiymət verməmiş və gəldiyi nəticəni maddi hüquq normalarına uyğun əsaslandırmamışdır.
60. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi h üququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
62. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tə ləblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
63. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
64. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən Cavabdeh41 mübahisəli yaşayış sahəsinə hüquqlarının qalıb-qalmaması, onun qanunla nəzərdə tutulan təminatlarla qarşılanmağı halda, bu mənzildən çıxarılmasının hüquqi əsaslarının mövcudluğu araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdeh41 kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)158/2025 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh41 qarşı təmin olunan hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)158/2025 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.