Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-152/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, qətnamənin əsaslandırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X38 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəs i və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-1901/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx xxxx 2017-ci ildə Şirvan şəhər X26 Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********0 nömrəli, xx xxxx 2018-ci il tarixli əmrinə görə, Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X13 baş həkimi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx xxxx 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxx 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2018-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsini, baş həkimi vəzifəsinə bərpa olunmasını və bərpa ol unduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehin xx xxxx 2018-ci il tarixli **********0 saylı əmri qanunsuz olub.
5. O, həmin əmrdə göstərilən əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımi qaydada icra etmişdir, işlədiyi dövrdə 13 işçi öz ərizəsinə əsasən işdən azad olunmuş, əmri mübahisələndirən şəxslərin iddiaları təmin olunmamışdır.
6. Həmçinin korrupsiya faktları ilə bağlı yalan məlumatlar yaymış şəxslər barəsində müvafiq instansiyalara müraciətlər olunmuş, bəziləri barəsində şikayət instansiyaları tədbir görmüş, digəri barəsində isə təkzib öhdəliyinin qoyulması, mənəvi ziyan və işgüzar nüfuza ziyan vurulması ilə bağlı tələbi təmin edilmişdir, qətnamə qanuni qüvv əyə minərək icra olunmuşdur.
7. İşdən azad olunmağı barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir.
8. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Əmrdə yalnız Nazirliyin Daxili Nəzarət Şöbəsinin xx.xx.2018-ci il tarixli yazılı məruzəsinə istinad edilmişdir. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinin ləğv edilməsi üçün Həmkarlar İttifaqı Komissiyasının iclası, hə min iclasda müqaviləsi ləğv edilən şəxsin iştirakı ilə müzakirələr və kimi əsasları ehtiva edir.
9. Cavabdeh müəssisənin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, İddiaçı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir.
10. İddiaçı xx xxxx 2018-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilmişdir.
11. İddiaçıın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X13 baş həkimi olduğu müddətdə baş vermiş pozuntular barədə həmin müəssisənin əmək ko llektivi tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Şirvan şəhər İcra Hakimiyyətinə kollektiv müraciət göndərilmişdir.
12. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş xx xxxx 2018-ci il tarixli 21/kol-1879-008 nömrəli məktubda müraciətdə yazılanları araşdırıb Prezident Administrasiyasına və vətəndaşlara məlumat verilməsi göstərilmişdir.
13. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsində araşdırma qrupu yaradılmış və Şirvan şəhər X21 ezam edilmişlər.
14. Sözü gedən araşdırma nəticəsində kollektiv müraciətdə qeyd edilən fakt ların həqiqətə uyğun olduğu aşkar edilmişdir.
15. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1267/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2018-ci il tarixli **********0 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilmiş, İddiaçı Şirvan şəhər X26 Mərkəzinə baş həkim vəzifəsində işə bərpa edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qətnamə icra edilən günə qədər İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur. (Fərid Əyyubov)
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriyal ı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsinə əsasən İddiaçı xx xxxx 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə xx xxxx 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi xx xxxx 2018-ci il müəyyən edilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika komitəsinin təşkilat işi və hüquq şöbəsinin müdiri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur və sahə prinsipi üzrə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X22 şəhər komitəsinin qeydiyyatındadır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət İ darələri və İctimai Xidmət İşçiləri X8 şəhər komitəsinin sədri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə müəyyən edilir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur, (sahə prinsipi üzrə) Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X22 şəhər komitəsinin qeydiyyatındadır.
18. İddiaçı əmək müqaviləsinə xitam verilmənin qadağan edildiyi şəxslər kateqoriyasına aid olmuşdur. Belə ki, Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 189-cu maddəsin in 2-ci hissəinə görə isə, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
19. Həmçinin iddiaçının tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmamış olması səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilini də məhkəmə əsaslı hesab etmişdir..
20. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına əsasən xitam verilsə də, cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv müraciətə əsasən Nazirlik yanında Dövlət Tibb- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X26 mərkəzində araşdırmanın nəticəsinə əsaslanmışlar. Əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) rəsmiləşdirilməlidir, lakin iddiaçıya, əmrdə qeyd olunduğu kimi, rəsmi qaydada surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılsa da, iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir.
21. Bu barədə də cavabdeh hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması əmrdə qeyd olunsa da, buna da riayət olunmamışdır və cavabdeh tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Əmr xx xxxx 2018-ci ildə verilsə də, iddiaçının həmin müddətdə əmək qabiliyyətinin olmaması nəzərə alınmamışdır, bu baxımından da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Şahid ifadələrindən də, həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, həqiqətən iddiaçı öz hesabına həmin mərkəzdə təmir işləri aparmışdır və bu hal cavabdeh tərəfindən etiraf olunmuşdur.
22. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi şahid ifadələrinin təhlilindən məhkəmə belə qənaətə gəlmişdir ki, bu ifadələr arasında ziddiyyətlər vardır və qərəzli xarakter daşıyır.
23. İddiaçı qarşı vaxti ilə izahat verməsinin səbəbi işgüzar münasibətlərin deyil, şəxsi münasibətlərinin korlanması olmuşdur. Belə ki cavabdehin təqdim etdiyi şahidlərdən Vidadi Paşayev İddiaçı ona 20 m anat pul verməməsinə görə onunla arasının dəydiyini, Ramin Şərifov İddiaçı onu Mətbuat Şurasına rəhbər təyin edəcəyinə görə sözünün üstündə durmadığını və buna görə münasibətinin pisləşdiyini, şahidlərdən Bədəlov Seymur onun həyat yoldaşını İddiaçı işdən çıxartmasına görə ondan incik olduğu etiraf etmişdirlər.
24. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı işçilərdən bayram pulu yığması, qazanxanadakı qazanın birinin satılması barədə Nazirlik bu məsələyə heç bir münasibət bildirməmiş və müvafiq korrupsiya faktlarının araşdırılması üçün və iş üzrə müvafiq halların müəyyən olunması üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etməmişdir və sübut olunmamış faktlara əsaslanmaqla İddiaçı işdən bu əsaslarla çıxarılması əsassızdır.
25. Bayram pulları və əmək haqlarını işçilərin hesabına kö çürülür və hədə-qorxu ilə tələb etmə və könüllü verilmə halları istisna olmaqla, bu məbləğin işçilərdən alınması qeyri-mümkündür.
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinin ziddinə olaraq ona rəsmi qaydada əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri təqdim edilməmiş və hər hansı sübut cavabdeh tərəfindən verilməmiş və əmrin surətinin təqdim edilməməsi və ya rəsmi qaydada iş yerinə göndərilməməsi işçinin işdən çıxarılması halının mübahisələndirməsi və hüquqlarının bərpası üçün müraciət etmək hüququnu kobud surətdə məhdudlaşdırır və cavabdeh tərəfin bu hala istinad etməsini məhkəmə əsassız hesab edir.
27. Həmçinin cavabdeh tərəfin işçiləri İddiaçı işdən kütləvi şəkildə çıxarılması ilə bağlı gətirdiyi hala da, İddiaçı müəssisədəki əmək fəaliyyəti dövründə 14 nəfər işdən çıxarılmış, bunlardan 10 nəfəri öz ərizələri ilə, 2 nəfəri Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, bir nəfər isə yaş həddinə çatma əsası ilə, digər 1 nəfər isə səhhətinə görə 75.2-ci hissəsinin b bəndi ilə işdən çıxarıldığından bu hal da əsassızdır və İddiaçı bu hərəkətləri baş həkim olaraq onun səlahiyyət çərçivəsinə aiddir və bu müqavilələrin qanunsuz xitamı halları yalnız məhkəmə tərəfindən müəyyən oluna bilər ki, cavabdeh tərəf də baş həkimin əmək müqaviləsinə xitam verərkən bu hala istinad edə bilməz.
28. Cavabdeh tərəfin İddiaçı fəaliyyəti dövründə kənar şəxslərə xidmət göstərməsi ilə bağlı gətirdiyi dəlili də əsassız hesab edərək qeyd etmişdir ki, bu xidmətin göstərilməsi qanunidir və müəssisənin nizamnaməsində b irbaşa göstərilmişdir. Həmçinin məhkəmə arayışda göstərilən digər pozuntularda intizam xətasına səbəb olan hallara aiddir ki, məsələn, kifayət qədər təhsili olmayan şəxsin masajist vəzifəsinə götürülməsi digər intizam tənbehinə də səbəb ola bilərdi ki, birbaşa ən ağır tənbehin verilməsi, (əvvəllər tənbeh olunmayan şəxsə), əsassız və ədalətsizdir.
29. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxx 2018-ci il tarixli, **********0 nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı, Şirvan şəhər X26 mərkəzində tutduğu vəzifəyə (baş həkim vəzifəsinə) bərpa olunmalıdır.
30. Məhkəmə mövqeyini Əmə k Məcəlləsinin 68, 69,70, 71, 73, 72, 73, 74,75, 80, 83.1, 189.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1,80,81-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Cavabdeh müəssisə apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, Nazirlik yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İ.Qurbanova İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması və Nazirliyin Aparatının Ümumi şöbəsinin müdiri L.Abdullayevaya əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Həmin əmr AR Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilmişd ir, əmrin ləğv edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir.
33. İş materiallarına əlavə edilmiş 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriyalı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsindən görünür ki, İddiaçı xx xxxx 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə xx xxxx 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi xx xxxx 2018-ci il müəyyən edilmişdir.
34. İddiaçı bülleteni, əmək qabiliyyətli olmasına dair vərəqəsini xx.xx.2018-ci ildən məhkəmədə iddia qaldıranadək ƏƏSMN-nə təqdim etməmişdir.
35. İşə əlavə olunan xx.xx.2018-ci il tarixli 155 və 156 saylı məktublardan görünür ki, Şirvan şəhər X13 baş həkimi İddiaçı tərəfindən imzalanmış və möhürlənmiş məktublar Şirvan şəhər X23, DSMF Şirvan şəhər Şöbəsinə göndərilmişdir.
36. Göründüyü kimi, xx.xx.2018-ci ildə İddiaçı işdə olmuş, xəstəxanada olmamışdır. Yəni, İddiaçı işdən azad olunan gün əmək qabiliyyətli olmaqla işdə olduğuna görə onun həmin gün işdən azad olunmasında heç bir qanun pozuntusuna yol verilməmişdir.
37. Məhkəməyə müraciət etdiyi günə qədər iddiaçı heç bir zaman səhhətində problemlər olduğunu, bülletendə olduğunu şirkətə bildirməmiş, əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsini Nazirliyə təqdim etməmişdir.
38. İddiaçı məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsini işdən çıxandan və əmr imzalandıqdan sonra almışdır və həmin vaxt da artıq o, işdən azad edildiyi üçün onun məhkəməyə təqdim etdiyi xəstəlik vərəqəsinin heç bir hüquqi əhəmiyyəti yoxdur.
39. İddiaçı tərəfindən Şirvan şəhər X13 əməkdaşlarından qeyri-qanuni tələ blər etməsi, qanunsuz pul yığması, mükafatın ödənilməsi zamanı əsassız pul tələb etməsi və yığması, Mərkəzdə əlilliyi olmayan şəxslərə göstərilən pullu xidmətlərdən əldə olunan vəsaitin rəsmi qeydiyyata almaması, işçilərin işə qəbulu zamanı qanunvericiliyin tələblərini nəzərə almaması, bir nəfər əməkdaşın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işdən azad etməsi, Mərkəzin qazanxanasında olan bir ədəd istilik qazanının 3-cü şəxsə verildiyi, eyni zamanda qida məhsullarının normalara müvafiq alınması və bəzi ərzaq məhsullarının saxlanılmasının mövcud tələblərə uyğun olmadığı aşkarlanmışdır.
40. Şirvan Şəhər X13 baş həkimi işəgötürən statusunda olduğu üçün işdən azad olunarkən həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını n alınması tələb olunmur.
41. Həmçinin AR ƏƏSMN yanında DTSERX Şirvan şəhər X13 D 08 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Şirvan şəhər Polis İdarəsinə ünvanladığı sorğuna əsasən, 2017-ci ilin iyul- dekabr aylarında mərkəzin qazanxana qazanının itməsi barədə mərkəz rəhbərliyi tərəfindən Polis İdarəsinə məlumatın verilib-verilməməsi barədə rəsmi məlumatın verilməsi xahiş edilmişdir. AR DİN Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, 305-4134-1219 nömrəli cavab məktubunda göstərilir ki, mərkəzin qazanxana qazanının itməsi barədə Şöbəyə məlumat daxil olmamışdır.
42. Birinci instansiya məhkəməsinin qətnaməsində cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verdiyini təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilmədiyi qeyd edilsə də, məhkəmə tərəfindən tələb edilən sənədlər, o cümlədən əmək kollektivinin yazılı izahatları, Daxili nəzarət şöbəsinin araşdırması, iddiaçının izahatı, iddiaçının şəxsi işi, Şirvan şəhər Polis Şöbəsinin arayışı, Mərkəzin Nizamnaməsi, əmrlərin surəti məhkəməyə təqdim edilmişdir. Mərkəzdə kənar şəxslərə xidmətlə bağlı qətnamədə göstərilir ki, Mərkəzin Nizamnaməsinin 5.4-cü bəndində Mərkəzin Nizamnamə fəaliyyətinə zərər gətirmədən qanunvericiliyə uyğun olaraq fiziki və hüquqi şəxslərə pullu bərpa müalicəsi xidmətləri göstərmək hüququ verilmişdir.
43. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)7311/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (haki mlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Vüqar Həsənov, Şərafət Məmmədova)
44. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə müəyyən etdiyi hallarla və gəldiyi nəticələrlə razılaşaraq, hesab etmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Konstitusiyası, Əmək qanunvericiliyi ilə təsbit edilmiş əmə münasibətinin tərəfi olan iddiaçının bərabərlik hüququ pozulmuş, işəgötürən tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Cavabdeh bunun əksini sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın əsası kimi istinad etdiyi halları sübut etməmişdir.
45. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlər Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 371-ci maddəsinə əsasən sübut kimi qəbul edilə bilməz. Cavabdeh həmin sə nədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünü təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir.
50. Apellyasiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 2, 16.1, 68.1, 70, 73, 74, 75, 80.1, 80.2, 289, 300, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
51. Cavabdeh müəssisə apelyasiya şikayətinin məzmunu ilə oxşar olan kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-7046/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər - X10 (sədrlik edən və məruzəçi), X3 və X18) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-7311/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
53. Kassasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, apellyasiya şikayətinin də dəlilləri hazırda kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Lakin yuxarıda qeyd edilmiş kassasiya şikayətinin dəlilləri ilkin olaraq apellyasiya şikayətinin dəlillərini təşkil etdiyi halda, apellyasiya kollegiyası həmin dəlillər üzrə tam və ətraflı araşdırma aparmamış, yalnız bir abzasda ümumi formada ötəri münasibət bildirməklə şikayətin əsassız olması, iddiaçıya qarşı cavabdeh təşkilatın qərəzli mövqedə olması qənaətinə gəlmişdir. Halbuki mübahisənin ədalətli həlli və obyektiv nəticəyə gəlinməsi, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi üçün kassasiya şikayətinin dəlilləri olaraq yuxarıda qeyd edilmiş hallar təkrar formada sadalanmamaq şərti ilə qeyd edilməlidir ki, həmin dəlillər üzrə araşdırma aparılması qanunçuluq və ədalət baxımından zəruri hesab edilməlidir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması tam aparılmamış, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Çünki kassasiya şikayətində göstərilmiş hallar məhkəmə araşdırmasının davam etdirilməsinə kifayət qədər əsas verir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
57. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-cİ il tarixli, 2(103)1901/2020 nömrəli qətnam əsi ilə apelyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev)
58. Apellyasiya instansiyası Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktuba əsasən müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xx.xx.2019-cu il tarixli məktubla daxil olmuş Nazirlik yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X13 sabiq baş həkimi İddiaçı qanunsuz hərəkətləri barədə müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Müb arizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış material üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılmışdır.
59. Apellyasiya instansiyası hesab etmişdir ki, Şirvan şəhər X15 çalışan və işdən azad olunmuş bir qrup şəhər sakininin Prezident Administrasiyasına və digər orqanlara ünvanlanmış xx xxxx 2018-ci il tarixli müraciətində göstərilənlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi xx xxxx 2018-ci il tarixli, **********9 nömrəli əmrinə uyğun olaraq yaradılmış komissiyanın xx xxxx 2018-ci tarixli arayışı ilə təsdiq edilmiş, həmçi nin birinci instansiya məhkəməsində ifadələri alınmış X24, X28, X25, X30, X31, X1, X11, X32 iddiaçı barədə müsbət fikirdə olsalar da, şahid qismində dindirilmiş X19, X12, X7, X4, X29, X5 və X2 iddiaçı barəsində mənfi fikirdə olduqlarını və iddiaçının dəfələrlə əmək qanunvericiliyinin tələblərini pozduğunu bildirmişlər.
60. Apellyasiya instansiyası hesab etmişdir ki, iddiaçının öz vəzifə öhdəliklərini pozması müəyyən edilmiş və iddiaçı tərəfindən həmin halları təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabdeh qanunvericiliyin tələblərinə riayət etmişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz.
61. Apelyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəs inin 4-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 70, 71, 72-ci maddələrinə istinad etmişdir.
62. İddiaçı (vəkil Əliyeva Könül Nəriman qızı) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
63. Kassasiya şikayəti belə əsaslandırılıb ki, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi, cavabdehin apellyasiya şikayəti, işdən çıxarılan və bu günə kimi həmin əmrləri mübahisələndirməyən şəxslərin Prezident Administrasiyasına göndərdiyi müraciətə və həmi n müraciət əsasında cavabdeh təşkilatın araşdırmasına əsaslanmışdır. Halbuki, cavabdeh araşdırmanın nəticəsində maraqlı olmuş və həmin araşdırmanın nəticələri məhkəmə iclasında araşdırılmadan onlara istinad edilməsi qanunvericiliyin tələblərinə ziddir.
64. Məhkəmə iclaslarında cəmi iki nəfər guya iddiaçının fəaliyyətindən narazı qalan şəxs dindirilmiş, onların da qərəzli olduğu ifadələrindən müəyyən olunur. Nə işə baxan məhkəmə kollegiyası, nə də cavabdeh işdən çıxarılmış və Prezident Administrasiyasına şikayət ünvanlanmış şəxsləri şahid qismində dindirilmələri üçün dəvət etməmişdir.
65. İddiaçının əmək müqaviləsinə xitam verilən tarixdə, yəni, xx xxxx 2018-ci il tarixdə iddiaçı əmək qabiliyyətini itirmiş və xx xxxx 2018-ci il tarixədək yataq rejimi müəyyən edilmişdir. Belə olan halda, Azə rbaycan Respublikası Əmək qanunvericiliyi imperativ olaraq əmək müqaviləsinə xitam verilməsini qadağan edir.
66. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
67. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsas landırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
68. Belə bir razılıq ümumiyyətlə alınmamış, lakin işə baxan məhkəmə kollegiyası bu hala da heç bir hüquqi qiymət verməmişdir.
69. Göründüyü kimi, hazırki işə baxana məhkəmə kollegiyası işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəhmiyyətli hallar üzrə araşdırma aparmamış, iş üzrə toplanmış sənəd və sübutlara qiymət verməmiş, bütün halları araşdırmaq məhkəmənin, tələb və etirazlarını sübut etmək tərəflərin vəzifəsi olduğu halda, nə cavabdeh öz etirazını və əmrin qanuniliyini əsaslandırmamış, nə də, məhkəmə işin bütün hallarını araşdırmamışdır. Nəticədə qanunsuz və ə sassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
71. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkil Əliyeva Könül Nəriman qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
72. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir.
73. İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 məhkəmə iclasının təxirə salınması barədə vəsatətləri, iddiaçı məhkəmə iclasında başqa vəkillə təmsil oldunduğundan, cavabdehin vəkilinin vəsatətinə isə Gəncə Ağır Cinayətlər Məhkəməsində əvvəlcədən təyin edilmiş başqa məhkəmə iclasının olması barədə sübutlar əlavə edilmədiyindən, təmin edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
74. Maddə 70 (bənd “ç”) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.
75. Maddə 79 (1-ci hissəsə) İşəgötürən tərəfindən... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
76. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsi nin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
77. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
78. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
81. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldi kdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
82. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
84. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi m əsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
85. Maddə 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər
86. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
87. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
88. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
89. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddi açı tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmaması, həmçinin işdən çıxarılma barədə əmr verilən zaman əmək qabiliyyətli olmaması barədə iddianın əsaslandığı hallara və həmin hallara dair cavabdeh orqanın apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verilməmişdir.
91. Halbuki tərəflər arasında mübahisəli olan bu faktiki hallarla bağlı iş materiallarında müvafiq sübutlar və sənədlər mövcud olmuş, həmin hallar işin mahiyyəti üzrə həllində əhəmiyyətli olmuş, yəni göstərilən halların sübut olunub-olunmamasından iddiaçının işdən azad edilməsinin qanuniliyinə qiymət verilməsi, əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79 və 80-ci maddələrinə uyğun olub-olmaması barədə qənaətə gəlinməsi birbaşa asılı olmuşdur. Apellyasiya məhkəməsinin ləğv etdiyi birinci instansiya məhkəməsinin qətnaməsi ilə də həmin hallara əsaslanmaqla işəgötürənin əmri ləğv edilmişdir.
92. Həmçinin iş üzrə kassasiya məhkəməsinin qərarında da iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri, həm də bu hallarla bağlı olan dəlilləri üzrə məhkəmə tərəfindən araşdırılmadığı, həmin dəlillər üzrə araşdırma aparılmasının qanunçuluq və ədalət baxımından zəruri olduğu göstərilmişdir.
93. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini tam icra etməmişdir.
94. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenu munun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
95. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilib-edilməməsi səbəblərinin orada aydın izah edilməsi nəzərdə tutulmuşdur.
96. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi göstərilən hallara cavab ver mir. Qətnamədə iddiaçının apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi halları təkzib etməsinin müəyyən edilməsi görünmür.
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.
98. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tut ulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
99. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
100. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsini n yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
101. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
102. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.
103. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kolle giyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.
104. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
105. Yuxarıda göstərilənləri və Mülki Prosessual Mə cəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.