Məhkəmə qərarları › İş №2(102)-1520/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1520/2019

15.03.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1520/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı və onun vəkili Şahməmmədov İlqar Şahməmməd oğlunun iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş № 2(007)-1889/2018) İddiaçı Bakı şəhəri Cavabdeh qarşı 28 dekabr 2017-ci il tarixindən qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, öz iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (məruzəçi), İ.Şirinov, E.Kazımov, iş № 2(103)-8439/2018) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin 25 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiy a şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı və onun vəkili Şahməmmədov İlqar Şahməmməd oğlu izahatlarında göstərmişdilər ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci iltarixli qətnaməsinin ləğv edilməsini, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edirlər. Cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını m ümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işi n müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 15 sentyabr 2004cü il tarixdə 277 nömrəli əmrlə Nizami rayonu Cavabdeh ali təhsilli ingilis dili müəllimi ixtisası üzrə məktəbə ingilis dili müəllimi təyin edilmişdir. Bundan sonra, İddiaçı əmək vəzifələrini bir neçə dəfə kobud şəkildə pozmuş, bununla bağlı ona dəfələrlə şifahi xəbərdarlıqlar edilmiş və 08 fevral 2017-ci il tarixli, 12 aprel 2017-ci il tarixli, 22 deka br 2017-ci il tarixli aktlar tərtib olunmuşdur. 220 nömrəli məktəbin HİK-in üzvlərinin 26 dekabr 2017-ci il tarixli qərarı ilə Cavabdeh direktor əvəzi X2 təqdimatına əsasən məktəbin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmiş və 28 dekabr 2017-ci il tarixli 49 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 28 dekabr 2017-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində deyil, 15 fevral 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsini, 7-ci maddəsinin 2-ci hissəsini, 11-ci maddəsi, 70-ci maddəsinin “c” bəndini, 72-maddəsini, 294, 296-cı maddələrini, Mülki Məcəllənin 372, 375, 376-cı maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozul duğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, mülki işin materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməli olmasını məqsədəmüvafiq hesab edir: 1) Mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı eyni faktla bağlı, yəni Bakı şəhəri Cavabdeh 28 dekabr 2017-ci il tarixli 49 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması ilə əlaqədar əvvəllər də Bakı şəhəri Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “yenidən öz iş yerinə bərpa olunması və ona məcburi iş buraxma əmək haqqının ödənilməsini ” tələb etmiş, məhkəmənin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Hazırki işdə iddia tələbi “28 dekabr 2017-ci il tarixdən qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, yenidən öz işinə bərpa olunma, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi”ndən ibarətdir. Hər iki işdə “işə bərpa olunma və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” eyni tələb təşkil edir. Hazırkı işdə əlavə olaraq 28 dekabr 2017-ci il tarixdən qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv olunması tələbi birinci iş üzrə irəli sürülməsə də Məhkəmə kollegiyası hesab edir ki, həmən tələb əvvəlki iş yerinə bərpa olunma tələbi ilə əhatə olunur. Belə olan h alda həmin tələbin ayrıca iddia kimi irəli sürülməsinə zərurət olmamışdır. Beləliklə, Məhkəmə kollegiyası eyni tərəflər arasında, eyni əsaslar və eyni predmetlə bağlı iki dəfə işə baxılmasını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, hazırki işdə məhkəmə İddiaçı iddia tələbinə bütövlükdə baxaraq “İddiaçı Bakı şəhəri Cavabdeh qarşı 28 dekabr 2017-ci il tarixind ən qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, öz iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair iddiasını təmin etməmişdir. Beləliklə İddiaçı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə iki mülki iş üzrə iki dəfə baxılmışdır. Ona görə də qeyd olunan xüsusatlar işə yenidən apelyasiya qaydasında baxılarkən müzakirə olunmalı və onlara hüquqi qiymət verilməlidir. 2) Hazırkı işdə İddiaçı iddia tələbinin rədd olunması əsaslarından biri onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə müəyyən edilmiş bir ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət etməməsi, yəni müddəti ötürməsi ilə bağlıdır. Bu xüsusatla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı nəticəyə gəlmək üçün aşağıdakıların müəyyən edilməsi zəruridir; İşçinin hüququnun pozulduğunu aşkar etdiyi gün; bu pozuntunun aradan qaldırılması üçün məhkəməyə müraciət etdiyi gün. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı 28 dekabr 2017-ci il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində deyil, 15 fevral 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı işdən 28 dekabr 2017-ci il tarixli əmrlə azad olmasını göstərsə də, onun hüququnun güman edilən pozunt usundan nə vaxt xəbər tutmasını qətnamədə qeyd etməmişdir. Məlumdur ki, əmrin verildiyi tarix ilə İddiaçı hüququnun güman edilən pozuntusu barədə məlumatlı olması (əmrin surətini aldığı) tarix fərqlənə bilər. İddia tələbi müddətin pozulması tələbinə görə rədd olunduğu üçün məhkəmə həmin tarixləri dəqiq müəyyən etməli və qətnaməsində göstərməlidir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi qətnaməsində İddiaçı 15 fevral 2018-ci il tarixdə məhkəməyə müraciət etdiyini qeyd etsə də həmin qənaətə nəyin əsasında gəldiyini göstərməmişdir. Hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 19 mart 2018-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin 15 fevral 2018-ci il tarixini hansı sübuta əsasən müəyyən etdiyini iş materialları əsasında müəyyən etmək mümkün deyildir. 3) İddiaçı onun işdən əmək funksiyasını, vəzifə öhdəliklərini yerinə yetirməməsinə görə deyil, digər əsaslarla, o cümlədən milli münasibətlərlə əlaqədar çıxarılmasını ərizə, şikayət və izahatlarında qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi həmin xüsusatla bağlı heç bir araşdırma aparmamış, qətnaməsində həmin dəlillərə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar