Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1520/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ilkin satış qiyməti, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-217/2021 nömrəli mülki iş üzrə 01 sentyabr 2021- ci i l tarixli qətnaməsindən İddiaçı ASC və cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə X3 (bundan sonra - borcalan) arasında bağlanmış 21.11.2014-cü il tarixli, 138266-CNS-13356 saylı girovlu istehlak krediti müqaviləsinə əsasən Bank borcalana istehlak məqsədilə illik 25 faiz hesablanmaqla 48 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit vermişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə 21.11.2014-cü il tarixli 138266-NEDVİJ-3348 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasən borcalan özünə məxsus ünvan 1 ünvanınd a yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzili (bundan sonra – ipoteka predmeti) bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
3. Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 29.01.2016-cı il tarixli, 01 saylı razılaşmaya əsasən borcalanın həmin tarixə mövcud olan borcu kapitallaşdırılaraq 17819 ABŞ dolları müəyyən edilmiş və borcalan həmin məbləği illik 25 faiz ödəmək şərtilə 60 ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür.
4. Həmçinin kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı tərəflər arasında eyni tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X2, Cav abdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinə əsasən 14 fevral 2017-ci il tarixə yaranmış 17819 ABŞ dolları məbləğində əsas borc, 2515,49 ABŞ dolları faiz borcu, 102,16 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 20436,65 ABŞ dolları pul məbləğinin 60 manat məhkəmə xərcinin Borcalandan Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracda satılması və əldə edilən vəsaitdən tələb olunan məbləğin Banka ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan X3 və onunla birlikdə yaşayan digər cavabdehlərin yaşayın sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və ya çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına isdtinad edərək tələbi onunla əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və Banka tələb olunan həcmdə borcu qalmışdır.
7. Məhkəmənin təşəbbüsü ilə əldə edilmiş "xxxx" MMC-nin rəyinə əsasən ipoteka predmetinin qiyməti 200000 manat təşkil edir.
8. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfin təşəbbüsü ilə əldə edilmiş Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin rəydən rəyinə əsasən ipoteka predmetinin qiyməti 205000 manat təşkil edir.
9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva, iş № 2(012)-200/2019) iddia tələbi qismən təmin edilmiş, Borcalandan Bankın x eyrinə kredit müqaviləsinə əsasən 17819 ABŞ dolları məbləğində əsas borc, 2515,49 ABŞ dolları faiz borcu, 102,16 ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 20436,65 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə və 30 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsaitdən tələb olunan məbləğin Bankın xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 200000 manat müəyyən edilməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 425.1, 739.1, 739.2, 385.1, 442, 443.1, 445., 448, 470.1, 472.2, “İpoteka haqqında” Qanunun 33, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bank və cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər.
12. Bank şikayətində qətnamənin qismən, cavabdehlərin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edərək həmin hissədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Cavabdehlər apellyasiya şikayətində qətnamənin kredit borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarını pozmuşdur. İddiaç ı tərəfindən şişirdilmiş ümumi borc məhkəmə tərəfindən nəzərə alınmadığı səbəbindən apellyasiya qaydasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə müəyyən edilmiş borc əsasında yeni qətnamə qəbul edilməlidir.
14. Apellyasiya baxışı zamanı ipoteka predmetinin qiyməti ilə bağlı yeni rəylər alınmış (təqdim edilmişdir). "xxxx" MMC tərəfindən verilmiş 14.10.2020-ci il tarixli rəydə ipoteka predmetinin orta bazar qiyməti 180.000 manat, likvid dəyəri 160.000 manat; “Əmlak Ekspert Mərkəzi” tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli rəydə orta bazar qiyməti 115.000 manat, likvid dəyəri 105.000 manat; "xxxx" MMC tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli rəydə likvid dəyəri 115.000 manat müəyyən edilmişdir
15. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə Ə dliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2792 saylı 27 may 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi və həmin müqaviləyə əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla, 29 yanvar 2021-ci il tarixinə əsas borc məbləği 17529,06 ABŞ dolları, faiz borcu 2515,49 ABŞ dolları təşkil edir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov, iş №2(105)217/2021) Bankın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, kredit borcunun tutulması və ipoteka predmeti olan əmlakın satıldıqdan sonra 1 ay ər zində boşaldılması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, ipoteka predmetinin likvid dəyəri 160.000 manat müəyyən edilmiş, cavabdehlər tərəfindən ipoteka predmetinin boşalıldaraq, həmin sahədən çıxarılmaları qət edilmişdir. Qətnamə ilə, həmçinin cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh X1 17529,06 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əsas kredit borcunun Bankın xeyrinə tutulması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsinə dair müxtəlif fərqli rəylər verilmişdir. Məhkəmə kollegiyası ipoteka predmeti ilə bağlı "xx xx" MMC, “Əmlak Ekspert Mərkəzi” və "xxxx" MMC tərəfindən verilmiş rəyləri müqayisə edərək hesab etmişdir ki, sonuncu iki rəydə göstərilən ipoteka predmetinin qiymətləri reallığı əks etdirmir. Odur ki, ilk rəy sonuncu iki rəydə göstərilən qiymətlərə münasibətdə daha çox reallığı özündə əks etdirdiyindən, eləcə də tərəflər arasında bağlanmış ipoteka müqaviləsində qeyd olunan qiymətə uyğun olduğundan, həmin rəydəki qiymət ipoteka predmetinin likvid dəyəri kimi göstərilməli və 160.000 manat müəyyən edilməlidir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilm əsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduğu və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borcun məbləği 17819 ABŞ dolları, faiz borcu isə 2515,49 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borc məbləğinə hesablanmış faiz məbləğinin düzgün hesablandığı müəyyən olunsa da, əsas borcun tələb edilən tarixə düzgün hesablanmadığı, yəni artıq hesablandığı müəyyən olunmuşdur. Kredit borcu məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzr ə yaranan əsas borca dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və sonuncunun mövqeyini əks etdirir.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 317, 319.4, 739, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3, 59.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı və cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 qətnamədən kassasiya şikayəti vermişlər.
22. İddiaçı (Vəkil) kassasiya şikayətində qətnamənin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında 115.000 manat müəyyən edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətini onunla ə saslandırılmışdır ki, Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin "xxxx" MMC tərəfindən qiymətləndirilən 160.000 manat məbləğində müəyyən edilməsi ağlabatan deyildir. Ona görə ki, ekspert rəyləri 2018, 2020 illərə aiddir. İpoteka predmeti barədə 2021-ci il tarixində keçirilmiş rəylər isə reallığı daha çox əks etdirir və məhkəmə həqiqəti ifadə edən bu rəyləri nəzərə almalı idi.
23. Cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 (vəkil X4) birgə verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qiymətləndirmə rəyi hissəsində əsassızdır. Belə ki, işin baxılması birinci instansiya məhkəməsinin icraatında olan zaman m əhkəmənin təşəbbüsü əsasında ipoteka predmetinin dəyəri qiymətləndirici tərəfindən 200000 manat müəyyən edilmişdir. Lakin məhkəmə əmlakın qiymətləndirilməsi ilə bağlı müxtəlif fərqli rəylər olduğunu əsas götürərək ipoteka predmetinin likvid dəyərini 160.000 manat müəyyən etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
27. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
28. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 2
9. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
30. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
31. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
32. Maddə 46.1. İpoteka pr edmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırı lmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Qətnamədən kassasiya şikayəti verən tərəflər qətnaməni ipoteka predmetinə tutma yönəldilməsi hissəsində mübahisələndirdiklərindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin həmin hissədə ləğv olunması üçün əsas yoxdur.
42. Kassasiya şikayətlərinin bununla bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini işdə olan rəyləri qarşılıqlı müqayisə edərək müəyyən etmiş və bununla bağlı mövqeyini əsaslandırmışdır.
44. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mənzilin boşaldılması hissəsində gəldiyi nəticəni düzgün ifadə etməmişdir.
45. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi ipoteka qoyan, onunla bir likdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etmək vəzifəsi ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra yaranır. Əgər həmin şəxslər bu vəzifələri yarandıqdan sonra 1 ay ərzində yaşayış sahəsini tərk etməzlərsə, onda oradan məcburi qaydada çıxarıla bilərlər. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanun ipoteka predmetinin açıq bazarda və ya hərracda satışınadək, yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxsin istənilən an ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilmək hüququnu təsbit edir (§32).
46. Buna baxmayaraq apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunundan belə çıxır ki, qətnamə qanuni qüvvəyə mindikdən dərhal sonra cavabdehlər ipoteka predmetini boşaldaraq həmin sahədən çıxarılmalıdırlar.
47. Ona görə də, cavabdehlərin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin boşaldılması hissəsində “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə uyğun dəyişdirilməli, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər X3, Cavabde h2, Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-217/2021 nömrəli iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin boşaldılması hissəsində dəyişdirilsin. İpoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 234.04 kv. metr ümumi, 139,09 kv.metr yaşayış, 94,95 kv.metr yardımçı sahədən ibarət 5 otaqlı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra bir ay ərzində cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mənzili könüllü tərk etməzlərsə, həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılsınlar. Qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.