Məhkəmə qərarları › İş №2(102)-1524/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1524/2023

01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1524/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: beh haqqında razılaşma, behin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdeh X4 qarşı beh qismində verilmiş pulun geri qaytarılması tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2488/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 3 otaqlı 195 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) müqavilə əsasında Cavabdeh (bundan sonra – cavabdeh) sahiblik və istifadəsində olmuşdur.

2. Cavabdeh xx.xx.2018-ci il tarixdə sadə yazılı ərizə ilə mübahisəli mənzili İddiaçı (bundan sonra – iddiaçı) 238.000 manata satmağı öhdəsinə götürmüş və beh şəklində iddiaçıdan 4000 manat aldığını etiraf etmişdir. 3. xx.xx.2019-cu il tarixdə mübahisəli mənzil əşyaları ilə birlikdə 255.000 manata X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, beh üçün ödənilmiş 4000 manat məbləğində pulun icra edilmədiyinə görə iki mis li hesablanmaqla, yəni 8000 manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 8030 manatın cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində mənzil almaq məqsədilə müxtəlif alqı-satqı ofislərinə, həmçinin internet saytlarına müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə mənzil almaq məqsədi ilə Bakı şəhəri, Xocalı prospekti, 29 saylı evin 195 saylı mənzilinə baxmış və mənzili bəyənmişdir. O, xx.xx.2018-ci il tarixdə mənzilin mülkiyyətçisi cavabdeh ilə mənzilin son qiymətini 238.000 manata razılaşıb, beh qismində 4000 manat pul vəsaitini cavabdehin həyat yoldaşı Etibar Nağıyevin şahidliyi ilə təqdim etmişdir. Bu barədə müvafiq sənəd yerində tərtib edilmiş və cavabdeh tərəfində n imzalanmışdır. Mənzilin alqı-satqısı təqribən 10-15 günə razılaşdırılmışdır. Bundan sonra cavabdeh ilə mənzilin alqı-satqısını həyata keçirmək üçün dəfələrlə müxtəlif tarixlərə razılaşsalar da, cavabdeh bəhanələr gətirərək alqı-satqı etməkdən yayınmışdır. Bu günədək də cavabdehlə mənzilin alqı-satqısı həyata keçirilməmiş, həmçinin beh üçün ödənilən pul ona geri qaytarılmamışdır. Onunla cavabdeh arasında beh haqqında razılaşma xx.xx.2018-ci il tarixdə yazılı formada bağlanmışdır. 4000 manat beh almış cavabdeh indiyədək onunla razılaşmasını icra etməmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Etibar Nağıyevdən evi xx.xx.2019-cu il tarixdə 255.000 manata, ev əşyaları ilə birlikdə almışdır. 2019-cu ilin may ayında bir nəfər evə yaxınlaşıb bu evi onu n almaq istədiyini, lakin ala bilmədiyini, buna səbəbin həyat yoldaşı ilə probleminin olmasını demişdir. Həmin ev üçün beh verdiyini, onun geri qaytarılmasını istəmişdir. O da Ülkər xanıma zəng vuraraq Elnur adlı şəxsin ona yaxınlaşdığını bildirmişdir. Ülkər xanım bir neçə gün sonra ona zəng edərək, narahat olmamasını, behi qaytardıqlarını bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, cavabdeh onun həyat yoldaşıdır. Onlar mənzili əşyalar ilə birlikdə 238.000 manata satılması barədə ˝za.aniB˝ saytında elan vermişlər. Elnur zəng vurub, gəlib evə baxmış, 4000 manat beh vermişdir. Bir müddət sonra Elnur gəlib həyat yoldaşı ilə aralarında problem olduğundan bankdan pul çıxara bilmədiyini, bu səbəbdən də mənzili ala bilməyəcəyini demişdir. Ona 2-3 a y vaxt verəcəklərini bildirsələr də, Elnur razı olmamışdır. Sonra evi Elçinə satmışlar. Elnur bir neçə dəfə onlara zəng edib behin qaytarılmasını tələb etmiş, lakin onlar razılaşmamışdır. Sonra Elnur onları polisə vermiş, polisdən onlara Elnurla razılaşaraq 2000 manat behin qaytarılması üçün zəng edilmişdir. Həyat yoldaşı 2000 manat verilməsinə razı olmuşdur. Lakin sonradan onlara bildirmişlər ki, Elnur 2000 manat verilməsinə razılaşmır.

8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-322/20 nömrəli iş üzrə 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia rədd edilmişdir.

9. Məhkəmə müəyyən etmişdir ki, mənzilə dair beh müqaviləsi 26 noyabr 2019-cu il tarixdə bağlanmış, mənzil E.Əskərova 25 dekabr 2019-cu il tarixdə satılmışdır.

10. Mə hkəmə hesab etmişdir ki, mövcud iddia üzrə cavabdeh mənzilin qısa zaman içərisində satılmasında maraqlı olmuşdur. Lakin iddiaçı ilkin göstərmiş olduğu zaman çərçivəsində mənzili əldə etmək üçün müvafiq addımları atmamış, üstəlik cavabdehə bunun ailə problemləri ilə bağlı olduğunu bildirərək, mənzili almasının qeyri-mümkün olduğunu bildirmişdir. Məhz bundan sonra cavabdeh mənzili əşyaları ilə birlikdə başqa şəxsə satmağı qərara almışdır. Beləliklə, cavabdehin mənzilə görə almış olduğu behi qaytarmaması qanuni olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 389.2, 491.1, 491.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublika sı Konstitusiyasının 125-ci maddəsinin Vll hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin və şahidlərin izahatları tam şəkildə qətnamədə öz əksini tapmamış, izahatlar qismən təhrif edilmişdir. O, aşağı məbləğdə beh vermək istəmiş, lakin cavabdeh mənzil tikinti kooperativinə vermək məqsədi ilə yüksək məbləğdə beh istəmiş və ondan almış, lakin satış hərəkətlərinə başlanması üçün mənzil tikinti kooperativinə verməmiş, ailə üzvləri tərəfindən notariat qaydada razılıq ərizələri hazırlanmamış və nəticə olaraq onunla alqısatqını həyata keçirməkdən yayınmışdır. Çünki onunla cavabdeh mənzilin qiymətini cavabdehin müəyyən etdiyi 270.000 manatdan aşağı razılaşmış, həmçinin aldığı behi uşağının təhsil xərclərinə ödədiyi və beləliklə, problemini həll etdiyi üçün artıq cavabdeh sonradan mənzili ucuz qiymətə satmaqda maraqlı olmamışdır. Cavabdeh izahatında dəfələrlə bildirmişdir ki, o, bahalı evinin qiymətini endirərək 238.000 manata satmağa onu razı salmışdır. Ona görə də cavabdeh tez bir zamanda evi başqa şəxsə 255.000 manata satmışdır. 2019-ci ilin aprel ayına qədər, yəni mənzilin başqa şəxsə satıldığı barədə məlumat əldə edənə qəd ər cavabdehin həyat yoldaşı dəfələrlə onunla danışmış və görüşmüş və hər dəfə yalan məlumatlar verərək alqı-satqıdan boyun qaçırmışdır. Bu barədə mesajlar da mövcuddur.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1952/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında mənzilə dair beh müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır. İddiaçı ilkin göstərmiş olduğu zaman çərçivəsində mənzili əldə etmək üçün müvafiq addımları atmamış, cavabdehə bunun ailə problemləri ilə bağlı olduğunu bildirərək, mənzili almasının qeyri-mümkün olduğunu bildirmişdir. Məhz bundan sonra cavabdeh mənzili əşyaları ilə birlikdə başqa şəxsə satmışdır. Bundan başqa, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh mənzilə dair beh müqaviləsi bağlandığı gündən, yəni xx.xx.2018-ci il tarixdən 15 gün müddətində mənzilin alqı-satqısı həyata keçirilməli idi. Lakin xx.xx.2018-ci il tarixədək iddiaçı ailə problemləri ilə bağlı mənzili almamışdır. Cavabdeh isə mənzili xx.xx.2019-cu il tarixdə başqa şəxsə satmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə gönd ərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmiş, iş üzrə mötəbər sübutlarla təsdiq olunan faktları əks etdirməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamış, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər göstərilməmişdir. Sübutlar əlaqəli şəkildə şərh edilməmiş, sübutun qəbul edilib-edilməməsinin səbəbləri qətnamədə aydın izah edilməmiş, ziddiyətli hallar aradan qaldırılmamışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2074/2021 nömrəli iş üzrə 17 may 2021-ci il ta rixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sadəcə cavabdehin və onun şahid qismində dindirilmiş həyat yoldaşının ifadəsini əsas götürüb, iddianı rədd etməklə MPM-in 106.1-ci maddəsinin tələbini pozmuşdur.

20. İfadənin mötəbərliyinə şübhə doğurmayan yeganə şahid mənzilin alıcısı X8 olmuşdur ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəsində tərəflər arasında mənzilin alqı-satqısının baş tutmamasının səbəbləri barədə hər hansı məlumata malik olmamış və bu barədə ifadə verməmişdir.

21. Məhkəmə qeyd etmişd ir ki, cavabdeh iddia tələbinə verdiyi yazılı etirazda beh müqaviləsi bağlanıldıqdan sonra binanın komendantının mənzilin iddiaçıya satılması ilə bağlı müvafiq işlər gördüyü, lakin 3 gün sonra iddiaçının və mənzilin alqı-satqısında iştirak edən vasitəçinin onlara gələrək, həyat yoldaşı ilə aralarında mübahisənin olmasını, həyat yoldaşının iddiası əsasında bank hesablarına həbs qoyulmasını göstərməklə, mənzili almaqdan imtina etdiyi qeyd olunsa da, cavabdeh tərəf etirazının həmin halları ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmiş, o cümlədən etirazında istinad edən şəxslərin şahid qismində dindirilməsi üçün vəsatət verməmişdir.

22. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında alqısatqı müqaviləsinin 15 gün ərzində bağlanmalı olması barədə gəldiyi nəticəy ə dair hər hansı sübut mövcud deyildir.

23. Belə ki, mənzil MMC ilə bağlanmış müqaviləyə əsasən cavabdehin sahibliyində və istifadəsində olmuş və satılacağı halda alıcının adına yeni müqavilənin rəsmiləşdirilməsi üçün məhz satıcı olan cavabdeh müəyyən hərəkətlər etmək məcburiyyətindədir (özü və ailə üzvləri MMC-nin səlahiyyətli şəxslərinə müraciət etməklə, müqavilənin başqa şəxsin adına rəsmiləşdirilməsini xahiş etməlidir). Lakin beh müqaviləsi bağlanıldıqdan sonra cavabdeh iddiaçının xeyrinə belə hərəkətlər etməmişdir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, Mülki Məcəllənin 491.1, 492.2, 492.2, MPM-in 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.4, 407.2, 416, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya i nstansiyası məhkəməsindəki ikinci icraat

25. Apellyasiya instansiyası məhkəməsinin 2(105)- 2488/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək, cavabdehdən 8000 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 8030 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

26. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə mənzilin alqı-satqısı məqsədilə bağlanmış və həmin müqavilədə müddət göstərilməmişdir. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi “X14 LTD” MMC-nin 23 yanvar 2020-ci il tarixli məktubunda cavabdehin behi aldığı tarixdən sonrakı müddət ərzində mənzili iddiaçının adına rəsmiləşdirilməsi üçün müraciət edilməməsi, yalnız 19 dekabr 2018-ci il tarixdə mənzildən Elçin Əkbərovun xeyrinə imtina etməsi göstərmişdir. Halbuki, mənzil MMC ilə bağlanmış müqaviləyə əsasən cavabdehin sahibliyində və istifadəsində olmuş və satılacağı halda alıcının adına yeni müqavilənin rəsmiləşdirilməsi üçün məhz satıcı olan cavabdeh tərəfindən müəyyən hərəkətlər edilməlidir (özünün və ailə üzvlərinin MMC-nin səlahiyyətli şəxslərinə müraciət etməklə, müqavilənin başqa şəxsin adına rəsmiləşdirilməsini xahiş etməlidir). Lakin beh müqaviləsi bağlanıldıqdan sonra cavabdeh iddiaçının xeyrinə belə hərəkətlər etməmişdir.

27. Mənzil üçüncü şəxs Elçin Əkbərova satılarkən onunla müqavilə bağlanmasından 6 gün əvvəl, 19 dekabr 2018-ci ildə bununla bağlı MM C-yə müraciət etməsi və mənzilin son nəticədə iddiaçı ilə razılaşdırılmış məbləğdən (255.000– 238.000=17.000) daha yüksək qiymətə satılması təsdiq edir ki, cavabdehin iddiaçı ilə müqavilə bağlamaqda marağı olmamışdır.

28. Cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən Rizvan Rəhimovun iddiaçının boşandığı, bankda olan pullarına həbs qoyulduğu barədə ifadəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, bu hal cavabdeh və şahid qismində dindirilmiş cavabdehin həyat yoldaşının ifadəsindən başqa işin digər materialları ilə öz təsdiqini tapmamışdır.

29. İddiaçının polis şöbəsinə şikayəti ilə bağlı cavabdehin behin 2000 manatını iddiaçıya verməsi barədə apellyasiya baxışı zamanı verdiyi izahatına gəldikdə isə məhkəmə vurğulamışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə sorğu verilmiş və əldə edilmiş 04 noyabr 2021-ci il tarixli məktubda cavabdehin iddiaçıya behin əvəzi olaraq 2000 manat məbləğində pulun qaytarılması öz əksini tapmamışdır.

30. Məhkəmə cavabdehin əri E.Nağıyevin verdiyi şahid ifadəsini inandırıcı hesab etməmiş və qeyd etmişdir ki, iddiaçının müqavilədə göstərilən beh məbləğinin əvvəlcə polis şöbəsinə, sonra isə məhkəməyə müraciət etməklə cavabdehdən tələb etməsi, eləcə də "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının bank hesabına hər hansı bir həbs və digər sanksiyanın tətbiq edilməməsi müqavilənin məhz onun təqsiri üzündən pozulması barədə cavabdehin etirazının əsaslı olmadığını təsdiq edir və Mülki Məcəllənin 492.2-ci maddəsinin tələbi baxımından iddiaç ının apellyasiya şikayətinin dəlillərini əsaslıdır.

31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 491, 492, MPM-in 88, 106.1, 217.4, 372.7, 384.0.2, 420-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə daşınmaz əmlakın alqı-satqısı ilə əlaqədar bağlanan beh müqavilələrinin yazılı formada notariat qaydasında bağlanması məcburi olan müqavilələrə aid olmasına hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfin beh müqaviləsi kimi məhkəməyə təqdim etdiyi kağız parçasına “beh” müqavilə si kimi qiymət vermək qanuna ziddir.

34. Məhkəmə işə baxan zaman X2 ifadəsini nəzərə almamışdır. O, ifadəsində iddiaçının evi almamasının səbəbinin cavabdehin evi ona satmaqdan imtina etməsi deyil, iddiaçının evi almaması olduğunu bildirmişdir. İddiaçı üzərinə düşən hərəkətləri etməmişdir. Beləliklə, məhkəmə işdə tədqiq olunan sübutlara obyektiv qiymət verməmişdir.

35. Kassator şikayətini Mülki Məcəllənin 393, 394, 491.1, 491.2, 492.2, MPM-in 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

37. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razı lığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

38. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

39. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

40. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

46. Maddə 217.3. Qətnamə iş ü zrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsi nin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

55. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 491-ci maddəsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı (beh barədə razılaşmanın əldə edildiyi) xx.xx.2018-ci il tarixdə qüvvədə olmuş redaksiyasında behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşmaya dair yalnız sadə yazılı forma tələbi mövcud olmuşdur. İşə baxan məhkəmələr tərəflər arasında belə yazılı razılaşmanın olduğunu işin mübahisəsiz halı kimi müəyyən etmiş, işə baxılarkən cavabdeh tərəfi ndən bu fakt mübahisə edilməmişdir. Qeyd olunan maddəyə daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması zamanı beh haqqında razılaşmanın da notariat qaydasında təsdiq edilməsi tələbini nəzərdə tutan dəyişiklik 29 noyabr 2022-ci il tarixli, 651-VİQD nömrəli Qanunla edildiyi üçün MPM-in 217.2-ci maddəsinə əsasən (§ 45) həmin yeni redaksiya baxılan mübahisəyə tətbiq edilə bilməz.

56. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2488/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar