Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1524/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar “Ataməli kəndli (fermer) təsərrüfatı” MMC-nin təsisçiləri İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), X3 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, iddiaçılar “Ataməli kəndli (fermer) təsərrüfatı” MMC-nin təsisçiləri İddiaçı3, İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli 2(106)-37/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014- cü il olan Çıxarışla 10,0 ha torpaq sahəsi "xxxx" MMC-nin mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə AA003024 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. 2. 24 avqust 2022-ci il tarixdə "xxxx" MMC-nin nizamnaməsinə dəyişiklik edilmiş, İddiaçı3, İddiaçı2, İddiaçı1 cəmiyyətin təsisçiləri olmuşlar. Təsisçi kimi, hə r birinə 33,33 faiz pay düşmüşdür. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor İddiaçı3 təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Flaqqında daşınmaz əmlakın RX0522080 seriyalı çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan hazırda təsisçisi və vərəsəsi olduqları 10 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçıların tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsas landırmışlar ki, ataları öldükdən sonra sözügedən torpaq sahəsindən Cavabdeh istifadə etmişdir. Onlar Bakı şəhərində yaşadıqları üçün rayona gedib-gəlməkdə çətinlik çəkdiklərindən həmin torpaqdan istifadə edə bilməmişlər. Uzun illərdir ki, cavabdeh həmin torpaqdan istifadə etməklə gəlir əldə edir. Hazırda həmin torpaq sahəsindən iddiaçılar istifadə etmək istəyirlər. Lakin dəfələrlə tələb olunmasına baxmayaraq cavabdeh sahəni boşaltmamışdır.
5. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 haqqında daşınmaz əmlakın RX0522080 seriyalı çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC- nin mülkiyyətinə verilmiş 10 ha torpaq sahəsi 2017-ci ildə hər ili üçün 1200 manatdan icarə haqqını əvvəlcədən Famil Mahmudova ödəməklə 2 illik icarəyə götürmüşdür. Famil Mahmudov öldükdən sonra onun qızı İddiaçı3 ilə razılaşaraq torpağı Kəmalədən 50.000 manat ödəməklə almışdır. Lakin sənədləşmə işlərində problemlər olduğundan torpağı adına sənədləşdirməmişdir. İddiaçı3 ona məhkəmə yolu ilə sənədləri düzəldib onun adına sənədləşdirəcəyinə söz vermişdir. Lakin sonradan sözünə əməl etməmişdir. Ona görə də İddiaçı3 dələduzluq əməlləri barədə Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Beyləqan Rayon Məhkəməsinin 2 mart 2023-cü il tarixli, 2(020)-81/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh İddiaçı3 torpağı alması müqabilində 50.000 manat pul verdiyini iddia etsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Odur ki, məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. C avabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Məhkəməsi iddiaçı ilə onun arasında yaranmış mübahisənin obyektiv səbəblərini araşdırmamış, mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olmasını, həmin torpaq sahəsinin 2018-ci ildən iddia qaldırılan vaxtadək niyə onun istifadəsində olmasını, həmin vaxtadək iddiaçı ilə onun arasında danışıqların səbəbini araşdırmamış (həmin səs yazılarınını olduğu disk məhkəməyə təqdim edilmişdir), nəticədə onun həmin torpaq sahəsinə qanunsuz sahiblənməsi barədə səhv nəticəyə gəlmişdir, onun verdiyi 50000 manat isə yoxa çıxmışdır.
11. Məhkəmə iclaslarında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş edərək göstərmişlər ki, cavabdehlə iddiaçı arasın da narazılıq yarandığından sonuncu hazırda onu torpaq sahəsindən çıxarmaq istəyir. Həmçinin göstərmişlər ki, onlar iddiaçılara aid olan torpaq sahəsindən tam olaraq istifadə etmirlər. Bununla bağlı birinci instansiya məhkəməsi hər hansı ekspertiza təyin etməyib. Hesab edirlər ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilməlidir.
12. İddiaçı3 nümayəndəsi (vəkili) Vəkil2 kollegiyanın iclasında apellyasiya şikayətini əsassız hesab etmiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh əvvəl həmin torpaqdan icarə əsasında istifadə etmişdir. Lakin hazırda iddiaçılar cavabdehin torpaq sahəsini boşaldılmasını tələb edirlər. Cavabdehin mübahisəli torpağı 50000 manata alması ilə bağlı dedikləri böhtandır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/4073 saylı ekspertiza rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın RX ******* seriyalı qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin istifadəsində olan 10.0 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın RX ******* seriyalı qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin istifadəsində olan 10.0 ha torpaq sahəsinin 7.64 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-37/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – C.F.İmanov (sədrlik edən və məruzəçi), Q.V.Əliyev və T.S.Kərimov) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın RX0522080 seriyalı qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışla "xxxx" MMC-nin mülkiyyətində olan 10,0 ha torpaq sahəsinin 7,64 ha hissəsindən çıxarılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinini cavabdehin mübahisəli torpağa görə iddiaçılara 50.000 manat pul verməsi barədə dəlilinə münasibətdə bildirmişdir ki, cavabdeh torpağı iddiaçılardan almasını iddia edir, lakin bunu sübut edə bilmir. Belə olan halda cavabdeh iddiaçılara qarşı vermiş olduğu pulun geri tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsinin müəyyən edilməməsi ilə bağlı olan dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, bununla bağlı apellyasiya baxışı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müəyyən edilmişdir ki, RX ******* seriyalı xx.xx.2014-cü il tarixli Çıxarışla "xxxx" MMC-nin istifadəsində olan 10.0 ha torpaq sahəs inin 7.64 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi- iddianın təmin edilmiş hissəsində dəyişdirilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən müxtəlif mütəxəssislərin adının çəkilməsinə baxmayaraq, bir mütəxəssisin rəyinə istinad edilməsi, məhkəmələr tərəfindən obyektiv araşdırma aparılmadığını təsdiq etməklə, qətnamənin ləğvi üçün əsas yaratmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatətini təmin etməmiş, nəticədə əvvəlki ekspert rəyində olan ziddiyətlə bağlı hərəkətləri aydınlaşdırılmadan qalmış, bu isə qətnamənin əsaslı olmasını şübhəli altına almışdır. Belə ki, ekspert öz rəyində mütəxəssis Nəsimi Məmmədovun rəyinə istinad etsə də, iş materiallarına digər mütəxəssisin (Cəfər adlı) rəyi əlavə edilmişdir. Bu haldan aydın olur ki, iş üzrə iki mütəxəssis rəyi olmuşdur. Həmin iş üzrə rəy vermiş həmi n torpaq sahəsi üzərinə Nəsimi adlı mütəxəssis gəlmiş, lakin Cəfər adlı şəxs mübahisəli torpaq sahəsinə gəlməmiş, həmin torpaq sahəsinə gəlmədiyi və ölçmə işləri aparmadığı halda, rəy vermişdir. Bundan aydın olur ki, Nəsimi Məmmədov da rəy vermiş, lakin ekspert iddiaçıların istəyinə uyğun olan daha münasib rəyə istinad etmişdir ki, bu hal obyektiv həqiqətin üzə çıxarılmasını şübhə altına alır. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Azərbaycan Respublikası Konstitusiyasının 71ci maddəsinin İ hissəsinin pozulduğuna, prosessual pozuntu kimi MPM-nin 2, 8, 14.2, 77.1, 76.1-ci maddələrinin pozuntusuna istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Ma ddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllə
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının h ədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nət icəyə gəlir ki, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozuntusuna yol verilmədiyindən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə ko llegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı halların sübut edilmədiyi barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
28. Mütəxəssis rəylərinə məhkəmə tərəfindən düzgün qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, mütəxəssis rəyləri də sübut növlərindən biri olduğundan və MPM-nin 416-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi kassasiya möəhkəməsinin səlahiyyətihnə aid olmadığından kassasiya şikayətinin bu dəlilləri baxış predmeti ola bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir 28.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(106)-37/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.