Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1527/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11153/2018 nömrəli iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Ba kı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Abbas Rzayev) 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə Ərizəçi 1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonunda yerləşən “Kalinino” tərəvəz sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, İsmayıl Xəlilov) 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1956-cı ildə Ermənistan Respublikasının Qəmərli (Masis) rayonunun Zəhmət kəndində anadan olduğunu, 1972-ci ildən “Ararat” südtərəv əz sovxozunda işləməyə başladığını, 1983-cü ildə həmin sovxozun iki yerə bölündüyünü və işlədiyi sovxozun “Kalinino” adlandırıldığını, 1988-ci ildə Ermənistan Respublikasından azərbaycanlıların öz doğma yurd-yuvalarından ermənilər tərəfindən qovulub-çıxarılmasına başlaması ilə əlaqədar ailə üzvləri, digər kənd sakinləri ilə birgə ev-eşiyini ataraq Naxçıvana gəldiyini və məcburi köçkünlük həyatı yaşamağa başladığını, Ermənistan Respublikasından təcili və məcburiyyət qarşısında qaçıb gələrkən digər sənədləri ilə bərabər, əmək kitabçasını da iş yerindən götürə bilmədiyini, pensiya yaşına çatdığına görə qanuna müvafiq olaraq pensiya almaq istədiyini, lakin ona indiyədək pensiya təyin edilmədiyini bildirmiş, buna görə də 1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonunda ye rləşən “Kalinino” tərəvəz sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, DSMF-nin Binəqədi rayon şöbəsi Ərizəçi ona yaşa görə pensiya təyin edilməsi barədə xahişini əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə tələb olunan iş stajına malik olmadığını əsas göstərməklə təmin etməmiş, ərizəçi də m əhz bu səbəblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 və X2 ifadələrində ərizəçinin 1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonunda yerləşən “Kalinino” tərəvəz sovxozunda işlədiyini göstərmişlər. Birinci instansiya məhkəməsi şahid ifadələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə əsaslanaraq ərizəçinin 1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonunda yerləşən “Kalinino” tərəvəz sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə ərizəsini təmin etmişdir. Apellyasiya instansiyası mə hkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir. Çünki ərizəçi, iş stajının bərpa edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəla kət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Birinci instansiya məhkəməsi iş üzrə şahid ifadələrinə istinad edərək ərizəçinin 1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonunda yerləşən “Kalinino” tərəvəz sovxozunda işləməsi faktını təsdiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi şahid ifadələrini sübut kimi qəbul edərək ərizəçinin ərizəsini təmin edərkən işdə olan sübutları tam və hərtərəfli araşdırmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş üzrə şahid qismində izahatı alınmış X2 29.09.1966-cı il təvəllüdlüdür. Məhkəmədə ifadəsində ərizəçi ilə 1983-cü ilə qədər qonşu olduğunu, 1988-ci ildən birlikdə işlədiyini bildirmişdir. Digər şahid X1 10.05.1959-cu il təvəllüdlüdür. İfadəsində ərizəçi ilə 1970-ci ildən 1988ci ilədək birlikdə işləmişdir. İş materiallarına əlavə edilmiş şahidlərin əmək kitabçalarının sürətlərindən müəyyən edilir ki, Ələddin Bayramov 08.10.1984-cü ildən “Kalinin” sovxozunda işə başlamışdır. Fizuli Məmmədov isə 29.11.1981-ci ildən “Ararat” sovxozunda işə başlamış, bundan öncə hə rbi xitmətdə olmuşdur. Göründüyü kimi, ərizəçinin işləməsini göstərdiyi vaxtda, yəni 1972-ci ildə şahid Ələddin Bayramovun 6 yaşı, Fizuli Məmmədovun isə 13 yaşı olmuşdur. Həmçinin əmək kitabçalrının sürətlərindən göründüyü kimi, həmin şahidlər müvafiq olaraq 1984-cü və 1981-ci illərdən ərizəçinin göstərdiyi sovxozlarda işləməyə başlamışlar. Bundan başqa şahid Ələddin Bayramov izahatında ərizəçi ilə birlikdə 1988-ci ildən işlədiyini göstərmişdir. Hər iki şahid ərizəçi ilə qısa müddət ərzində işlədiklərini göstərsələr də, 1972-1988-ci illər ərzində birlikdə işlədiklərini təsdiq etməmişlər. Belə olan halda həmin şahidlərin ifadələri ərizəçinin 1972-ci ildən 1988-ci ilədək Ermənistan Respublikasının Masis rayonunda yerləşən “Kalinino” tərəvəz sovxozunda işləməsi faktını təsdiq etmək üçün mötəb ər sübutlar hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.1 və 104.3-cü maddələrinə görə, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. İşdən daha sonra aydın olur ki, şahidlər Fizuli Məmmədov 24.01.1989-cu ildə dazimi yaşamaq üçün Azərbaycan Respublikasına köçdüyünə görə, Ələddin Bayramov isə 11 noyabr 1987-ci ildə şəxsi ərizəsinə əsasən işdən azad olunmuş, onların əmək kitabçaları özlərinə təqdim edilmişdir. Ərizəçi 1988-ci ildə Azərbaycan Respublikasına köçməsinə baxm ayaraq əmək kitabçasını (əgər olmuşdursa) götürməməsi inandırıcı görünmür. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edil məməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanınada Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11153/2018 nömrəli iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1527/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1527/2019
11.03.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver