Məhkəmə qərarları › İş №2(102)-1529/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1529/2025

20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1529/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1529/2025 (Açar sözlər: maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-221/2025 nömrəli, 28 yanvar 2025- ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi X11 olmaqla həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan **-EL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilini İddiaçı 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi etibar etmişdir. Etibarnamədə qeyd edilən səlahiyyətlər: Sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-219/2024 nömrəli, 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə, X3 İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməklə İddiaçı 12.750 manat məbləğində pul v əsaiti və 130 manat məbləğində dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13.400 manat borcun və ödənilmiş 130,20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən mobil notariat proqramı vasitəsilə ona 7E-16806 reyestr nömrəli baş etibarnamə verilmişdir. Həmin etibarnamə ilə cavabdeh istifadəsində olan **-EL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilini 9.800 man ata ona satmışdır. Avtomobili əldə edən zaman Keşlə qəsəbəsində 9.800 manatı cavabdehə, 200 manat pulu isə vasitəçilik etdiyinə görə X12 vermişdir. Avtomobili əldə etdikdən sonra onun üzərinə 3.400 manat xərc qoyaraq avtomobildə təmir-bərpa işləri aparmışdır. Bundan sonra o, qeyd edilən avtomobili X5 adlı şəxsə satmışdır. Avtomobil həmin şəxsin istifadəsində olan zaman 10 avqust 2023-cü il tarixdə DYP əməkdaşları avtomobili saxladaraq cərimə meydançasına aparmışlar. DYP əməkdaşları buna səbəb kimi avtomobilin “sənəd” üzərində mülkiyyətçisi tərəfindən verilmiş etibarnamənin ləğv edildiyini bildirilmişlər. Avtomobil hazırda mülkiyyətçisinə təhvil verilmişdir. Ona dəymiş 13.400 manat ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, avtomobil hazırda mülkiyyətçisi Sadıq adlı şəxsdədir. Axırıncı dəfə iş üzrə cavabdeh şəxslə görüşüb pulunu tələb edəndə sonuncu bildirmişdir ki, “hara müraciət edirsən et”. Hazırda avtomobili satdığı şəxs ona qarşı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsində həmin iş üzrə ikinci məhkəmə iclası keçiriləcəkdir. Eşitdiyinə görə, cavabdeh hərbçidir. Lakin onun hərbi hissə ünvanını bilmir. Ona məhkəməyə müraciət edəcəyini şifahi olaraq bildirmişdir. Onun səs yazıları telefonunda vardır. Aldığı avtomobilə 3.370 manat məbləğində xərc qoymuşdur. Avtomobili satdığı şəxs ondan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. O, İdarəyə çağırılanda Cavabdeh da orada olmuşdur. Orada hansı qərar qəbul olunduğunu bilmir.

6. Məhkəm ədə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. Avtomobil satışı ilə məşğul olan İkram adlı tanışı zəng etmişdir ki, avtomobil var, satırlar. O da səhəri gün avtomobilə baxmış, avtomobilin rəngində və mühərrikində qüsurlar olduğu aşkarlanmışdır. Avtomobil Ağa tərəfindən 9.800 manata alınmış, qiymətinə uyğun vəziyyətdə olmuşdur. Abasa pul verəndə o, orada olmamışdır.

7. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Renat onun dostudur. İddiaçı də onun vasitəsilə tanımışdır. O, Renata zəng etmişdir ki, normal avtomobil var, əgər istəyisə ala bilər. Abasla birlikdə Renatın yanına gəlmiş, Abas Ağaya etibarnamə verəndə o da iştirak etmişdir. Renatla Ağa pulu sayıb 9.800 manatı Abasa verdi. Avtomaşın rəngində və elektrik işlərində nas azlıqlar var idi. Ağa avtomaşını alanda 200 manat ona şirinlik vermişdir. Sonra eşitmişdir ki, Ağa həmin avtomobili satıb.

8. Neftçala Rayon Məhkəməsinin 2(053)-94/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 13.170 manat məbləğində pul vəsaiti, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 130 manat tutularaq iddiaçıya verilməsi qiyabi qət edilmişdir.

9. Neftçala Rayon Məhkəməsinin 2(053)-94/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qərardadı ilə cavabdehin Məhkəmənin 5 mart 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğvinə dair ərizəsi təmin edilmiş və işin mahiyyəti üzrə baxılması təzələnmişdir.

10. Neftçala Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(053)-94/2024 nömrəli, 2 sentyab r 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samir Quliyev) iddianın qismən təmin edilməsi, cavabdehdən 13.170 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 130 manatın tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 7E-16806 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan **-EL-*** qeydiyyat nişanlı, “Toyota Prius” markalı minik avtomobilini özü etiraf etməsə də 9.800 manata satmış, tərəflərin arasında bununla bağlı razılaşma olmuşdur. İddiaçı avtomobili təmir edərək 3.370 manat xərc qoyaraq X1. Lakin etibarnamə mülkiyyətçi tərəfindən ləğv edilmiş, X2 Əlizadəyə qarşı pul tələbinə dair iddia qaldırmış və müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh pulu qaytarmamış və aldığı pulu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir.

12. Cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən 13.170 manat məbləğdə pulu tələb etmək hüququna malikdir.

13. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 441.1, 441.2, 441.3, 442, 448.1-443.1, 739.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat.

14. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması və mülki iş üzrə iddia tələblərinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin keçməsi ilə bağlı icraata xitam verilməsinə dair müvafiq yekun məhkəmə qərarı qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işin 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı onun dostudur. Avtomobil satışı ilə məşğul olan İkram adlı tanışı zəng etmişdir ki, avtomobil var və onu satırlar. O, da növbəti gün avtomobilə baxmış, avtomobilin rəngində və mühərrikində qüsurlar olduğu aşkarlanmışdır. Avtomobil Ağa tərəfindən 9.800 manata alınmış və qiymətinə uyğun vəziyyətdə olmuşdur. Abasa pul verəndə orada olmamışdır. İşin 21 dek abr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Renat onun dostudur. İddiaçı də onun vasitəsilə tanımışdır. O, Renata zəng etmişdir ki, normal avtomobil var. Əgər istəyirsə ala bilər. Abasla birlikdə Renatın yanına gəlmiş, Abas Ağaya etibarnamə verəndə o da iştirak etmişdir. Renatla Ağa pulu sayıb 9.800 manatı Abasa verdi. Bu halın, yəni iddiaçının cavabdehdən avtomaşını satın alması faktının yalan olması ilə bağlı məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi məhkəməyə bildirmişdir ki, Cavabdeh etibarnaməni İddiaçı sonuncunun iş yerindəki otağında verərkən ona demişdir ki, o, ona avtomaşınla bağlı hər şeyin olunması ilə bağlı etibarnamə verir. İddiaçı Cavabdeh bildirmişdir ki, o, etibarnaməni ona iş yerindəki xidməti otağında verir və bu otaqda bütün baş verənlərin hamısını daimi işlək vəziyyətdə olan səslər də yazılmaqla çəkilişlər aparan kameralar vardır və həmin kameralar indi də işləyir. Əgər bir problem olsa, həmin video-görüntüləri ondan tələb edə bilər. Odur ki, cavabdeh tərəfin nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, əgər iddiaçı cavabdehdən avtomaşını satın almasını düzgün iddia edirsə, yəni bu halla bağlı həqiqəti danışırsa, onda həmin video-görüntüləri məhkəməyə təqdim etsin. Bu zaman iddiaçı həmin çəkilişləri məhkəməyə təqdim etməkdən qəti imtina etmişdir. Baxmayaraq ki, İddiaçı iddia edirdi ki, cavabdehə guya ki, satın aldığı avtomaşına görə pulu elə həmin vaxt, yəni etibarnamə ona verilən zaman elə özünün xidməti otağında X7 yanında vermişdir. Lakin sonuncu şəxs belə bir halın olmadığını b ildirir, iddiaçı isə video-görüntüləri məhkəməyə təqdim etməkdən imtina edir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəkil izahat verərək bildirmişdir ki, cavabdehə heç bir ödəniş olunmayıb. Cavabdeh iddiaçıya bildirib ki, avtomobili satarsa 6.000-7.000 manat məbləğində pulu ona verər, qalanın öz təmir xərci və digər xərclər üçün götürər. Etibarnamə iddiaçının xidməti otağında verilmişdir. İddiaçı cavabdehə onun xidməti otağında kamera nəzarətinin mövcud olmasını və audio-video yazısının olduğunu bildirmişdir. Əgər etibarnamə başqa məqsədlə istifadə edilərsə, audiovideo yazını təqdim edər. Sadiq Mikayılov birinci instansiya məhkəməsində üçüncü şəxs kimi cəlb edilməmişdir. Avtomobil onun mülkiyyətindədir. Etibarnamə avtomobilin təmir edilərək satılması üçün verilmişdir. İddiaçı ilə cavabdehi İkram adlı şəxs tanış etmiş və iddiaçını cavabdehə avtomobil biznesi ilə məşğul olan şəxs kimi tanıtmışdır. İddiaçı avtomobili etibarnamə ilə əldə etmiş və təmir edərək satmışdır. Ondan əldə etdiyi gəliri isə cavabdehə vermişdir. Cavabdeh avtomobili iddiaçıya satmış olsaydı, audio-video yazını tələb etməzdi. İddiaçı ilə cavabdeh arasında alğı-satqı müqaviləsi mövcud olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək bildirmişdir ki, Keşlə qəsəbəsində elektrik kimi fəaliyyət göstərir. Əvvəllər Abasla heç bir münasibəti olmamışdır. X22 adlı şəxs tanış etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdeh ona mobil notariat proqramı vasitəsilə 7E-06806 reyestr nömrəli baş etibarnamə vermişdir. Həmin etibarnamə ilə Abas istifadəsində olan “Toyota Pr ius” markalı minik avtomobilini ona satmışdır. Bu zaman o, avtomobili almaq üçün 9.800 manat məbləğində pul ödəmişdir. O, avtomobili alarkən işlədiyi yerdə 9.800 manat Abasa, 37 manat etirbarnaməyə, İkrama isə vasitəçilik etdiyi üçün 200 manat məbləğində pul vermişdir. O, həmin pulu Bakı şəhəri Keşlə qəsəbəsində X21 küçəsində yerləşən iş yerində vermişdir. O pulu təxminən qış ayları axşam saatlarında saat 22:00 yaxud 22:30 radələrində vermişdir. Pulu İkramın yanında sayaraq, Abasa vermişdir. Verdiyi pulların hamısını əlbəəl olmaqlar yüz manatlıq əskinaslar formasında olmuşdur. Cavabdeh avtomobili də gətirmişdir. Həmin vaxt avtomobil onun iş yerinin qarşısında olmuşdur. Abas birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, iddiaçı ilə barışıq üçün ona vaxt verilməsini xahiş e tmişdir. İş yerində olan kamera video-görüntülərin saxlama müddəti 1 aydır. Pulu İkramın yanında vermişdir. Həmin yerə Renat da sonradan gəlmişdir. Əvvəllər İkramı tanımamış, onu Renata görə tanımışdır.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-221/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Cahid İmanov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca i cra etmədiyi nəzərə alınaraq, iddiaçı cavabdehdən 13.170 manat məbləğdə pulu tələb etmək hüququna malikdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21, 385.1, 385.2, 386.1, 337.1, 1091, 1092-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

22. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsini, iddia tələbinin tamamilə rədd edilməsi haqqında yeni qərarının çıxarılmasını və ya qanunun “məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq, iddia ərizəsi məhkəmə tərəfindən baxılmağa qəbul edilsə də, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməlidir” tələbinin yerinə yetirilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, əgər iddiaçı cavabdehdən avtomaşını satın almışını düzgün iddia edirsə, yəni bu halla bağlı həqiqəti danışırsa, onda həmin videogörüntüləri məhkəməyə təqdim etsin. Bu zaman iddiaçı həmin çəkilişləri məhkəməyə təqdim etməkdən qəti imtina etmişdir. Baxmayaraq ki, iddiaçı iddia e dirdi ki, cavabdehə guya ki, satın aldığı avtomaşına görə pulu elə həmin vaxt, yəni etibarnamə ona verilən zaman elə özünün xidməti otağında X7 yanında vermişdir. Lakin sonuncu şəxs belə bir halın olmadığını bildirir, iddiaçı isə video-görüntüləri məhkəməyə təqdim etməkdən imtina edir.

24. Alğı-satqı əməliyyatının baş verməməsini sübut edən bütün hallar mövcuddur. Cavabdehin iddiaçıya borcu yox idi. Onun yeganə günahı iddiаçıdan dostu X10 məxsus **-EL-*** dövlət nömrə nişanlı “Toyota-Prius” markalı avtomaşına (cavabdehə həmin avtomaşına dostu X13 tərəfindən sürməyi üçün baş etibarnamə verilmişdir) baş etibarnamə vermək üçün aldığı puldan başqa, bir qəpik də olsun pul almadan, ona müvvəqqəti də olsa, İddiaçı avtomobil təmiri və alveri ilə məşğul olan olduğunu bildiyindən, gələcəkdə həmin av tomaşını onun vasitəsi ilə yaxşı qiymətə satmaq ümidi ilə etibarnamə verməyi olmuşdur.

25. İddiaçı söz vermişdi ki, yaxşı alıcı tapdıqdan sonra avtomaşını satar və cavabdehə də həmin puldan 6-7 min manat pul verər. Lakin bu hal iddiaçı tərəfindən birtərəfli olaraq axıra çatdırılmışdır. Yəni iddiaçı cavabdehin məlumatı belə olmadan onun etibarnamə verdiyi avtomaşını X5 adlı şəxsə 12.750 manata satmış və pulları da özü mənimsəmişdi.

26. İddiаçının bu qanunsuz hərəkətlərindən xəbər tutan avtomaşının əsil sahibi cavabdehin adına verdiyi baş etibarnaməni ləğv etmiş və iddiаçı avtomaşının satışından əldə etdiyi pulları 12.750 manat pulu X4 qaytarmalı olmuş, lakin ona məxsus olmayan əmlakın satılmasından əldə etdiyi pulları itirməmək üçün cavabdehi məhkəməyə verərək, qanunsuz əldə etdiyi pullarda n da artıq pul əldə etməyi planlaşdırmışdır.

27. İddiаçı cavabdehin ona olan etibarından sui-istifadə edib, cavabdehin ona xeyli miqdarda pul borclu olmağı ilə bağlı tamamilə saxta məzmunlu 2(053)-94/2024 saylı qiyabi qətnamənin çıxarılmasına nail olmuşdur. Sonradan isə sübut etməyə çalışırdılar ki, cavabdehin nəinki iştirakı, hətta xəbəri belə olmadan çıxarılmış qiyabi qətnamənin surətinin cavabdehə artıq bir aydan çoxdur ki, verildiyini sübut edib.

28. Məhkəmələr tərəfindən yekun qərarlar qəbul edilərkən işdə olan kifayət qədər sübutlarla müəyyən olunmuş işin bütün faktiki halları nəzərə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödəni lməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əs assız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəll ənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

36. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

37. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhk əmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya b ilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Ha zırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdü rmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

52. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə oxşar məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiya sı kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önə mli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-221/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar