Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-153/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2284/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binas ında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər Cavabdeh İddiaçı 2012-ci ilin mart ayından başlayaraq müxtəlif adda qzıl-zinət əşyaları alması ilə bağlı nisyə alğı-satqı müqaviləsindən yaranmışdır.
2. Cinayət işi materiallarındakı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı izahat verərək göstərmişdir ki, Cavabdeh 2012-ci ilin mart ayında onu aldadaraq ondan 53800 ABŞ dolları məbləğində qızıl almış, həmin vaxt onun həyat yoldaşı və dostları da orada olmuş, həmin qızılı oğlunun Rusiyadakı tanışlarına satacağını və pulunu 3 gün ərzində qaytaracağını bildirmiş, lakin qaytarmamış, daha sonra oğlunun 70-80 min dollar borcu olduğunu, bu səbəbdən həmin ş əxslərin onun pulunu aldığını bildirərək borcunu 2016-cı ilin dekabr ayına qədər qaytaracağını bildirmişdir. X, bu məqsədlə ona pensiya kartını vermiş, həmin kartdan 3 ay 136 manat, 6 ay 41 manat pul çıxarmış, bundan başqa qızının adına olan Bakı şəhəri Binəqədi rayonundə yerləşən 5 sot torpaq sahəsini onun oğlunun adına keçirmiş, lakin sonradan həmin torpağın Dövlət Neft Şirkətinə məxsus olduğu, satıla bilməyəcəyi müəyyən edilmişdir. Beləliklə, Nazilə onu aldatmışdır.
3. Bərdə şəhəri Polis şöbəsində aparılmış ********* saylı cinayyət işi materiallarında olan Cavabdeh hüquq mühafizə orqanlarına ünvanladığı 27.01.2015-ci il tarixli ərizədə Cavabdeh X borcu olmasını təsdiq edərək göstərmişdir ki, “Bir neçə il ərzində İddiaçı 10600 ABŞ dolları borcu yaranmışdır... dolanışıq üçün İddiaçı bir neçə il ərzində müxtəlif adda qızıl-zinət əşyaları götürmüşəm və həmin qızılları müxtəif şəxslərə satmaqla həm özüm üçün müəyyən məbləğdə qazanc əldə etmişəm, həm də, X müəyyən məbləğdə xeyir vermişəm, İddiaçı olan borcumu hissə-hissə ödəməyə hazıram”. Həmin cinayət işi materiallarının 2-ci cild 196-cı səhifəsində olan 08.08.2015-ci il tarixli ərizədə isə Cavabdeh göstərmişdir ki, “onun İddiaçı borcu olduğuna görə aralarındada razılaşdıqları kimi hər ay 400 $ olmaqla 3 il müddətinə ödəyəcəyinə söz verir”. Cinayət işi üzrə icraat Azərbaycan Respublikası DİN-nin Bərdə rayon polis şöbəsinin 23 dekabr 2017-ci il tarixli qərarı ilə dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k cavabdehdən 81600 manat (ödəməli olduğu 48000 ABŞ dollarının iddianın verildiyi günə olan məzənnəsinə uyğun olaraq hesablanmışdır) borc pulun və 30 manat məbləğində dövlət rüsumunun, əldən çıxmış fayda kimi 2012-ci ildən iddianın verildiyi günədək Mərkəzi Bankın müəyyən etdiyi bank uçotu dərəcəsinə uyğun olaraq 3 il ərzində minumum 5 faizi qəbul edilməklə 28560 manat əlavə faizlərin, mənəvi zərər kimi 10000 (on min manat), ümumilikdə 125190 (yüz iyirmi beş min yüz doxsan) manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhərində qızıl-zinət əşyalarının topdan satışı ilə məşğuldur. 2012-ci ilin mart ayının ortalarında əvvəldən tanıdığı, qızıl zinət əşyalarının pərakəndə satışı il ə məşğul olan cavabdeh ona Rusiyada imkanlı müştərilərinin olduğunu bildirirərək həmin qızıllarını Rusiyadan gəlmiş öz müştərilərinə çox asanlıqla sata biləcəkləri görüntüsü yaradaraq ondan 53800 ABŞ dolları dəyərində qızılzinət əşyalarını götürərək onun inamından istifadə edərək onu aldatmış və bu günədək həmin qızıl-zinət əşyalarının dəyərindən təxminən 10000 manata yaxın ödəniş etmiş, yerdə qalan hissəsi isə ödənilməmiş qalmışdır. 10 fevral 2014-cü il tarixdə etdiyi müraciət əsasında Bərdə rayon Polis Şöbəsində CM-in 178.2.3-cü maddəsi ilə cinayət işi başlanmış, istintaq tərəfindən ciddi prosessual pozuntuya yol verilərək iş Bərdə Rayon Məhkəməsinə və Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, lakin hər iki halda hazırlıq iclasının qərarı ilə iş yenidən ibtiadi istintaqa qaytarılmış dır. İbtidai İstintaq tərəfindən əməlin mülki xarakterli olmasına istinad edilərək 4 dəfə cinayət işinin başlanması rədd edilsə də, yuxarı prokuror tərəfindən həmin qərarlar ləğv edilmiş və cinayət təqibinin aparılması Bərdə rayon PŞ İB-yə həvalə edilmişdir. Cavabdeh əməlləri nəticəsində o, biznes iflası keçirməklə yanaşı, külli miqdarda borcla bank öhdəliyini yerinə yetirə bilməmiş, bu da həmin banklara əlavə faiz və dəbbə pullarının ödənməsinə səbəb olmuşdur. Cavabdeh bu müddət ərzində hissə-hissə olmaqla, cəmi 10000 manat pul ödəmişdir. Sonuncu ödəniş 2018-ci ilin sentyabr-noyabr ayları ərzində hissə-hissə 1000 manat olmuşdur. Cavabdeh dəfələrlə borclu olduğu pulu hissə-hissə verəcəyini bildirsə də, 2019-cu il ərzində heç bir ödəniş həyata keçirməmiş, bununla yanaşı ondan gizlənərək pul u ödəməkdən yayınmışdır. Onun şikayəti ilə bağlı cinayət işi Bərdə RPŞ İB-də olsa da cinayət təqibi dayandırılmışdır. O da qərara gəlmişdir ki, tələb hüququnu mülki mühakimə icraatı qaydasında irəli sürsün. Cavabdeh ona borclu olduğu 53800 ABŞ dollarından cəmi 10000 manat qaytarmış, bu isə milli pulun ekvivalentində 5800 ABŞ dolları edir.
6. Bərdə Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2(021)-2170/2019 saylı qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 53800 ABŞ dolları məbləğində qızıl-zinət əşyaları verdiyinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı cinayət işinin istintaqı aparılan zaman verdiyi ifadəsində Cavabdeh onu aldadaraq onun 53800 ABŞ dolları məbləğində qızıl-zinət əşyasını aldığı zaman həyat yoldaşı X və onun tanışlarının orada söhbət etdiyini, X vəziyyəti danışdığını, bu zaman onun tanışlarının da orada olduğunu və söhbəti eşitdiklərini, yəni hadisənin şahidi olduqlarını qeyd etmişdir. Göründüyü kimi iddiaçı özü hadisənin şahidi kimi hazırkı iclasda dindirilən şəxslərin adını ümumiyyətlə çəkməmiş, həyat yoldaşı X və onun tanışlarından şahid kimi bəhs etmişdir. Buna baxmayaraq məhkəmə iclasında həmin şahidlərdən, yəni iş üçün ifadəsi əhəmiyyət kəsb edən şahidlərdən heç birinin iştirakı təmin edilməmişdir.
8. Məhkəmə şahidlər X3 və X1 ifadələrinə tənqidi yanaşmış və həmin ifadələrdə göstərilən halları inandırıcı hesab etməyərək qeyd etmişdir ki, şahidlərin hər ikisi məhkəmə iclasında dindirilərkən həm iddiaçını, hə m cavabdehi tanıdıqlarını, Cavabdeh İddiaçı nisyə qızıl-zinət əşyası aldığını gördüklərini bildirsələr də, onların hər ikisi də həmin əşyaların konkret dəyəri ilə bağlı iddiaçının qeyd etdiklərini təsdiqləməmişdir. Əksinə onlardan biri X X 50000 ABŞ dollarından çox, digəri isə 40-50 min ABŞ dolları dəyərində qızıl aldıqlarını bildirmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı pensiya kartını verməsi, ona müxtəlif vaxtlarda hissə-hissə pul göndərməsi, qızının adına olan torpaq sahəsini iddiaçının oğlunun adına bir aylıq keçirməyə cəhd etməsi, sonradan torpaq satıla bilmədiyindən cavabdehə qaytarılması cavabdeh tərəfindən cinayət işinin istintaqı zamanı verilmiş ifadədə də qeyd edildiyindən onun etirafı kimi qiymətləndirilir və iş materialları ilə tam sübut edilmiş hesab edilir. L akin məhkəmə hesab edir ki, bu halın özü də cavabdehin iddiaçıdan 53800 ABŞ dolları məbləğində qızıl-zinət əşyası götürdüyünü sübut etmir. Belə ki, cavabdeh özü məhkəməyə verdiyi ərizəsində iddiaçıya cəmi 10000 manat borclu olduğunu həmin məbləği də bu yolla, yəni kartını ona verərək və hissə-hissə ödəyərək qaytardığını bildirmişdir. İddiaçı özü də iddia ərizəsində cavabdehin ona 10000 manat pul qaytardığını qeyd etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 740.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəfiqə Əliyeva sədrlik edən v ə məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin olunaraq Cavabdeh 14400 ABŞ dolları icra olunan günə manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun 15 manatı alınaraq İddiaçı verilməsi qət olunmuş, qalan hissədə iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə satmaq üçün müxtəlif adda qızıl-zinət əşyaları verilmiş, ancaq həmin qızıl-zinət əşyalarının nə özləri, nə də, dəyəri İddiaçı verilməmişdir. İddiaçının cavabdeh ondan satmaq üçün qızıl-zinət əşyaları almasına dair i zahatı isə, həm birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadləri, həm də, Bərdə şəhəri Polis şöbəsindən alınmış ********* saylı cinayət işi materiallarında olan Cavabdeh hüquq mühafizə orqanlarına ünvanladığı 27.01.2015-ci il tarixli ərizəsi və iddiaçıya borcu olmasını təsdiq edən 08.08.2015-ci il tarixli ərizəsi ilə təsdiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının izahatı Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən mötəbər sübut kimi qəbul edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, 08.08.2015-ci il tarixli ərizədə borcun məbləği göstərilməsə də, 3 il müddətində ayda 400 ABŞ dolları ilə ödənilməli məbləğ 14400 ABŞ dolları (36 x 400 = 14400 ABŞ dolları) təşkil edir.
15. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən, ancaq cavabdehin təsdiq etdiyi 14400 ABŞ dolları məbləğində təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, A.Hüseynov, E.Vəliyeva) 2(102)-1163/2021 nömrəli, 11 mart 2021-ci il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3861/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş və mülki iş ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qaytardığı 10000 manat pulun hansı tarixdə iddiaçıya verilməsinə, həmin pulun cavabdehin 2015-ci ildə yazdığı ərizədə etiraf etdiyi məbləği əhatə edib-etməməsinə həmin vaxt ABŞ dollarını manata olan məzənnəsi də nəzərə alınmaqla qiymət verməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir.
19. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2284/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli (hakimlər – A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov, Ə.Abdullayev) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli, 2(021)-2170/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12636 (on iki min altı yüz otuz altı) ABŞ dolları məbləğində qətnaməninin icra olunduğu günə manat məzənnəsi ilə pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 10 (on) manatının alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik münasibətləri olmuş və bu münasibətlər nisyə alğı-satqı müqaviləsindən yaranmışdır. Cavabdeh İddiaçı borcunun olması onun hüquq mühafizə orqanlarına ünvanladığı 27.01.2015-ci il tarixli ərizəsi və həmçinin iddiaçıya borcu olmasını təsdiq edən 08.08.2015-ci il tarixli ərizəsi ilə təsdiq edilir. Belə ki, 08.08.2015-ci il tarixli ərizədə borcun məbləği göstərilməsə də, Cavabdeh 3 il müddətində ayda 400 ABŞ dolları pulu iddiaçıya ödəməyə söz vermişdir. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilir ki, 2015-ci ilin avqust ayına cavabdehin ümumi borcu 14400 ABŞ dolları (36 x 400= 14400 $) təşkil etmişdir.
23. İddia ərizəsinin dəlillərində göstərilmiş cavabdehin borcundan ümumilikdə 10000 manat ödəniş edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, id diaçı həmin məbləğin cavabdeh tərəfindən böyük hissəsinin 2012-ci ildən sonra yaranmış borcuna görə, yəni 08.08.2015-ci il tarixədək ödənildiyini, həmin məbləğdən yalnız 1000 manat pul vəsaitinin iddia ərizəsində də qeyd etdiyi kimi 08.08.2015-ci ildən sonra ödənildiyini bildirimişdir. Cavabdeh isə izahatında borcun tam ödənildiyini və iddiaçıya borcunun qalmadığını qeyd etsə də, lakin bu halı təsdiqləyəcək mötəbər sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında bununla bağlı cavabdehə sübutlar təqdim etməsi təklif edilsə də, cavabdeh tərəfindən bunu təsdiq edən mötəbər sübutlar tədqim edilməmişdir. Bu vəziyyətdə isə əksinə olaraq sübutetmə yükü cavabdehin üzərinə düşür və o da göstərdiyi halların əsaslılığını məhkəmə iclasında sübuta yetirə bilməmişdir.
24. Cavabdehin 0 8.08.2015-ci ildən sonra yaranmış borcundan 2000 manat ödəniş etməyi iddiaçının məhkəmə kollegiyasında verdiyi izahatı ilə, 2018-ci ilin sentyabr-noyabr ayında isə 1000 manat borcundan ödəniş etməsi iddia ərizəsinin dəlilləri ilə müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyasının araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 08.08.2015-ci il tarixdən sonra ümumilikdə 3000 manat pul ödənilmiş, beləliklə cavabdehin 12636 ABŞ dolları (3000/170=1.764 14400 -1764 = 12636) ödənilməmiş borcu qalmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə ko llegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəll ə
34. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
35. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
36. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
37. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk da irəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
38. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. ( maddə 567)
39. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (maddə 600.1)
40. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilm əmiş malın qaytarılmasını tələb edə bilər. (maddə 600.4)
41. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. (maddə 601) Mülki Prossesual Məcəllə
42. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
43. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. (maddə 77.1)
44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
45. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. (maddə 416)
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təs diq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2284/2021 nömrəli iş üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.