Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-153/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-4072/2023 Açar sözlər: (yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə, istifadə hüququ barədə razılaşmanın bağlanmış hesab edilməsi, əşyaların mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs müstəq il tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.” tələbinə dair ilk, Maraqlı şəxs İddiaçı və X1 qarşı “yaşayış otaqlarının və mətbəxin boşaldılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4294/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsindəki 9 nömrəli yaşayış evinin 6 saylı mənzili xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyya tdan keçirilmişdir.
2. Maraqlı şəxs ilə İddiaçı 20 sentyabr 2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahından xx.xx.2022-ci il tarixdə X3 adında övladları doğulmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs məxsus Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi ev 9, mənzil 6-ya iddiaçı - İddiaçı və körpə övladı xx.xx.2022-ci il təvəllüdlü X2 istifadə hüquqlarının tanınması, hər ikisinin həmin mənzilə köçürülmələri və Cavabdeh ilə İddiaçı arasında istifadə hüququ barədə razılaşmanın köçürülmədən əvvəl, yəni 20 sentyabr 2021-ci əldə edilmiş (bağlanmış) hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı keçmiş qaynatasıdır. O, Maraqlı şəxs ilə 2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Toyla nikah arasında 3 ay vaxt olmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü bir uşaqları vardır. Nikahları Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaq anasının yanında saxlanmış, onun saxlanması üçün Maraqlı şəxs aliment tutulması qət edilmişdir. 20 sentyabr 2021-ci il tarixdə toydan sonra, ilkin İddiaçı mübahisəli Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yerləşən mənzilə cehizi ilə birlikdə köçürülmüşdür. O mənzildə mətbəxi və digər sahələrin mebelini yığdırmış, mebellər iddiaçının atası tərəfindən ölçülərə uyğun sifariş olunmuşdur. Həmin mebel lər başqa yerə köçürülə bilməz. Mənzil Cavabdeh adına olsa da, faktiki olaraq Maraqlı şəxs üçün alınmışdır. Belə ki, əri hərbçi olduğundan, öz adına daşınmaz əmlak rəsmiləşdirməmişdir. O, ev növbəsində qeydiyyatdadır. Cavabdeh yoldaşı ilə birlikdə daimi olaraq Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Qabil İmamverdiyev küçəsi 48-ci evdə yaşayır. Cavabdeh, İlham və qohumları elçiliyə gələndə vəd etmişdirlər ki, nikah bağlandıqdan sonra ev təmir olunacaq, mebellər gətirəcək, xanım onun adına olan mənzilə cehizlə köçsün və gəlin kimi onun ailə üzvü kimi mənzilində daimi yaşasın. O isə qarşılıqlı olaraq öz tərəfindən qanunla nəzərdə tutulan uşaqla daimi yaşamağa, onu mənzilə köçürmək və qeydiyyata salacaq, qanunla nəzərdə tutulan təminatları yerinə yetirəcəkdir. Belə də olmuş, İddiaçı mənzilə gəlin kö çmüşdür, yaşadığı dövrdə qarşı tərəf onu və doğulmuş uşağını qeydiyyata alınmasına etiraz etməmişdirlər. Lakin hamilə olduğu üçün və doğuşdan sonra uşaqla məşğul olduğu üçün bu məsələyə vaxtı olmamışdır. İddiaçı xəstəliklə bağlı evdən çıxıb, qayıdanda evin bağlı olduğunu görmüş, söz söhbətlər yaranmış, şifahi razılıq kifayət etmişdir ki, oraya qeydiyyatı olsun. Tərəflərin hüquqi savadı yoxdur, hazırda iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi tətbiq olunmalıdır.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülməsi, razılaşmanın tanınması” barədə iddiasının rədd edilməsini, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 ünvanında yerləşən ona məxsus 6 saylı mənzilin yaşayış otaql arının və mətbəxinin cavabdehlər tərəfindən təcili olaraq boşaldılıb təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ev 1997-ci ildə onun özünə bağışlanıb. İddiaçı və oğlu Maraqlı şəxs toyu xx.xx.2021-ci il tarixində olmuşdur. Toydan sonra oğlu ailəsi ilə fasilələrlə Xətai rayonu, S.ünvan 2 ünvanında yerləşən özünə məxsus mənzildə və əsasən, Kürdəxanı qəsəbəsində yerləşən dövlət tərəfindən qeydə alınmamış ona məxsus kənd evində uşaqla birlikdə yaşamışlar. xx.xx.2021-ci il tarixdə onların rəsmi nikahları olub, onlar – oğlu və gəlini mübahisəli mənzildə pasport qeydiyyatında deyildirlər, mənzildə pay sahibi olmamışlar. Onun şifahi razılığı əsasında müvəqqəti olaraq mənzildə yaşamışlar, oğludur, əlbəttə ki onu çölə ata sı, kirayədə yaşayası deyildir, ona görə də onlara mənzildə yaşamağa icazə vermişdir, Mənzili toydan əvvəl təmir etdirmişdir, xx.xx.2022-ci il tarixində İddiaçı və valideynləri gün ərzində telefon zənglərinə cavab verməmiş, günün sonunda İddiaçı oğlu İlhama sms yazaraq valideynləri ilə getdiyini, geri qayıtmayacağını, boşanmaq istədiyini, mənzilin giriş qapısının açarını pilləkən qəfəsində su sayğacının yanına qoyduğunu demişdir. Həmin gün saat 19:00 radələrində İlham tərəfindən evə baxış keçirilmiş, məlum olmuşdur ki, İddiaçı və valideynləri mənzilin giriş qapısı, mətbəxin və yaşayış otaqlarının qapılarını qeyri-qanuni yolla, ayrı-ayrı açarlarla bağlamış və ünvanı birlikdə tərk etmişlər, Növbəti gün mənzilin giriş qapısının açarını dəyişdirmişlər. Həmin açar özündədir, 10 gündən sonra İdd iaçı atası M.Məmmədov tərəfindən mübahisəli mənzildə və Kürdəxanı qəsəbəsində olan kənd evində İddiaçı məxsus qiymətli əşyalar, paltar, yataq dəsti, uşaq beşiyi, uşaq arabası, qab-qacaq və s. aparılmış, yalnız mübahisəli mənzildə olan mebel qalmışdır. Mənzilin mətbəx və yaşayış otaqlarının qapısı bağlanmışdır, açarlar təhvil verilməmişdir. Dəfələrlə M.Məmmədliyə yaşayış otaqlarının və mətbəxin təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. Lakin onlar mənzili boşaldıb təhvil verməkdən imtina etmişlər. İddiaçı ərizəsinə əsasən, oğlu və onun arasında olan nikah pozulmuş, uşaq ananın himayəsində saxlanmış və aliment tutulmuşdur. İddiaçı, mülkiyyətçisi olduğu Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yaşaması və istifadə hüququnun yaranması üçün aralarında notariat qaydada təsdiq olunmuş razılaşma mövcud deyildir, onun İlhamla olan nikahına xitam verilmişdir. İddiaçı qanuna görə onun ailə üzvü olmamışdır və ailə üzvü hesab edilmir. Həmin ünvanda yaşamır, xx.xx.2022-ci il tarixdən ailəsinin evində yaşayır. İddiaçı tərəf evə kobud mebellər almış, mebellər evə də yerləşmir. İlkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs izahatında bildirmişdir ki, ev atasının, yəni Cavabdehdur. 2013-cü ildən həmin mənzil kirayəyə verilmişdir. O, ailəsi ilə mənzilə köçdükdən sonra o da atasının əlindən çıxmışdır. Mənzil onun üçün alınmamışdır, əvvəldən 1998-ci ildən atasının mülkiyyətində olmuşdur. Atasından icazə alaraq müvəqqəti orada yaşamışlar. İddiaçı heç kim mebel almasını deməmişdir. Hətta ona mebelə ehtiyac olmad ığını demişlər. Hazırda İddiaçı ilə boşanmışlar. Onunla əlaqələri yoxdur, onun iddiası əsassızdır, rədd olunmalıdır. Qarşılıqlı iddia isə təmin olunmalıdır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2189/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus əşyaların (yataq otaq mebeli dəsti, qonaq otağında olan mebel dəsti - divan, kreslo, masa, oturacaq, televizor altlığı, mətbəxdə yerləşən mətbəx mebeli, soyuducu, elektronik əşyalar və s.) Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının özünün və övladının cavabdehin m ülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüquqlarının tanıması və onların həmin mənzilə köçürülmələrinin, habelə iddiaçı ilə cavabdeh arasında iddiaçının istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunmasının hüquqi əsası yoxdur.
10. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2021-ci ildə (2009-cu il oktyabrın 1-dən sonra) yarandığından, mübahisə də həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır ki, bu maddəyə əsasən də İddiaçı əmlakın mülkiyyətçisi Cavabdeh ailə üzvü və ya digər qohumları siyahısına daxil deyildir. Belə ki, normada istifadə hüququ tanınan “digər qohumlar” tərkibinə daxil olan şəxslər dairəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, bu şəxslər isə qardaş, bacı, nəvə, baba, nənə, ögey ata, ögey ana və faktiki tərbiyəçidir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddiaçı, E.Elyasovun gəlini olmaqla, onun ailə üzvləri sırasına aid olmadığından, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid edilmədiyindən, İddiaç ı mübahisəli mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülməsi barədə iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz.
11. Məhkəmə, ilkin iddia tələbinin “X2 mübahisəli mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, F.Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü olmaqla on dörd yaşı olmayan yetkinlik yaşına çatmayan şəxs olduğundan və məhkəmə qətnaməsinə əsasən o, anası İddiaçı himayəsində saxlandığından, onun yaşayış yeri İddiaçı yaşayış yeri hesab edilir. Hazırki halda da sonuncunun mübahisəli mənzilə köçürülməsi barədə tələbinin təmin olunmaması, iddianın qeyd olunan hissədə də (F.Maraqlı şəxsnın mənzilə köçürülməsi) təmin edilməməsi üçün əsasdır.
12. Məhkəmə, ilkin iddia üzrə iddiaçının vəkilinin “tələb üzrə Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tətbiq olunması” barədə dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir və hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2021-ci ildə yarandığından, mübahisə də həmin dövr üzrə müəyyən olunmuş maddi hüquq normaları tətbiq edilməklə həll olunmalıdır.
13. Məhkəmə, qarşılı qlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, Cavabdeh mülkiyyətçi kimi mənzilə sərbəst surətdə sahib olmaqla, ondan istifadə edə və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh hazırki iş üzrə mənzilə dair hər hansı bir hüququ olmayan şəxsin əşyalarının mənzildən çıxarılması barədə tələblə məhkəməyə müracət etməkdə haqlı olmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 165.1, 324.4, 390.1, 390.3, 27.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 2.1, 30.1, 30.2, 30.4-cü maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeyd iyyat haqqında” qanunun 2-ci maddəsinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
16. Apellyаsiyа şikаyəti ilk iddia tələbinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsinin qətnaməsi qeyri-obyektiv və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdehin arasında notarial qaydada bağlanmış müqavilə olmasa da, iddiaçı, mübahisəli mənzilə mənzilin mülkiyyətçisi olan cavabdehin razılığı ilə xx.xx.2021-ci tarixdə yaşamaq üçün köçm üşdür. Cavabdeh özü də bunu etiraf edir. Belə olan halda işə baxmış Rayon Məhkəməsi iddiaçı ilə cavabdeh arasında bu istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunması barədə tələbin, bunun nəticəsi olaraq iddiaçının özünün və uşağın mənzilə köçürülməsi barədə tələbin təmin edilməsini, iddiaçıya məxsus əşyaların isə mənzildən çıxarılması barədə qarşılıqlı tələbin isə təmin edilməməsini qət etməli idi. Lakin Rayon Məhkəməsi əks nəticəyə gəlmiş, bununla da, yaşayış sahəsinə istifadə hüququnun yaranması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarının tələblərini pozmuşdur. Bundan başqa, Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi olmasa da, Mülki Məcəllənin 158.4- cü maddəsinə əsasən mənzil üzərinə əmlak hüquqları olan şəxs olmuşdur. Qeyd edilən maddi hüquq normasının tələbinə görə isə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4294/2023 nömrəli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və A.N.İmanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli mənzil xx.xx.1998-ci il tarixdən iş üzrə cavabdehin mülkiyyətindədir. İddiaçı, cavabdehin övladı Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olaraq ai lə qurmuş və yaşamaq üçün mübahisəli mənzilə gəlin köçmüşdür. Bu nikahdan onların bir övladları olsa da, iddiaçı ilə Maraqlı şəxs münasibətləri 2022-ci ilin sonunda, 2023-cü ilin əvvəlində pozulmuşdur. Münasibətlər pozulan ərəfədə iddiaçı mübahisəli mənzili tərk edərək atasıgilə qayıtmış, bundan bir müddət sonra iddiaçı mənzilə qayıtmaq istəsə də, cavabdeh iddiaçını mənzilə buraxmamışdır. İddiaçıya məxsus olan və qarşılıqlı iddiada göstərilən əşyalar mənzildə qalmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, hər iki tərəf öz iddia tələbini və ona qarşı irəli sürülmüş iddia tələbinə qarşı etirazını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri ilə əsaslandırsalar da, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə həmin maddi hüquq normasının tələbləri baxım ından həll edilə bilməz.
24. İddiaçının mübahisəli mənzilə xx.xx.2021-ci tarixdə köçməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından həll edilməlsi düzgün olmuşdur. Cavabdehin övladı olan iş üzrə üçüncü şəxs Maraqlı şəxs ilə iddiaçı arasında olan nikaha xitam verildiyindən və iddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə etməsinin hüququ əsası qalmamışdır.
25. İddiaçı, onunla cavabdeh arasında bu kimi istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldə edilmiş (bağlanmış) hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki bu kimi razılaşma həm notarial qaydada, həm yazılı formada bağlanmalıdır. Lakin hazırki işin hallarından müəyyən edilir ki, mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında nəinki notarial qaydada razılaşma olmamışdır, hətta razılaşmanın yazılı formasında tərtib olunmasına belə əməl olunmamışdır. Belə olan halda qəbul edilməlidir ki, iddiaçının cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququnun tanıması və onun həmin mənzilə köçürülməsinin, habelə iddiaçı ilə cavabdeh arasında iddiaçının istifadə hüququ ilə bağlı razılaşmanın xx.xx.2021-ci tarixdən əldən edilmiş (bağlanmış) hesab olunmasının hüquqi əsası yoxdur.
26. Məhkəmə qeyd etmişdir ki, uşağın mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün yuxarıda qeyd edilmiş maddi hüquq norması ilə müəyyə n edilmiş əsaslar mövcud deyil. Belə ki, iddiaçı ilə iş üzrə üçüncü şəxs Maraqlı şəxs nikahının pozulmasından sonra uşaq anasının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılmışdır. Belə olan halda uşağın yaşayış yeri Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən müəyyən edilməlidir. Çünki qeyd edilən maddənin tələbinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır.
27. Digər tərəfdən qeyd edilmişdir ki, uşağın həmin mənzildə yaşayan atası – iş üzrə üçüncü şəxs Maraqlı şəxs nikahın pozulmasından sonra onu uşağı kimi mübahisəli mənzilə, öz yanına köçürməyib. Odur ki, uşağın göstərilən mənzilə istifadə hüququ yaranmadığından belə hüquq məhkəmə qaydasında tanına və o, mənzilə köçürülə bilməz.
28. Bundan başqa qeyd edilmişdir ki, ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) qətnamədən verdiyi apellyasiya şikayətində Mülki Məcəllənin 158.4-cü maddəsinə istinadən mənzil üzərində əmlak hüquqları olan şəxs olması barədə dəlilləri əsassızdır, çünki hazırki iş üzrə iddiaçının mübahisəli mənzil üzərində yuxarıda qeyd edilən əmlak hüquqları mövcud deyil.
29. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzildən istifadə etməsinin qanuni əsası olmadığından, cavabdeh isə mənzilin mülkiyyətçisi olmaqla ilk iddia üzrə iddiaçıya qarşı bu kimi tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğundan qəbul edilməlidir ki, Rayon Məhkəməsi qarşılıqlı iddianı əsaslı hesab edərək təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır.
18. Məhkə mə mövqeyini Mülki Məcəllənin 158, 152, 157-ci maddələri, Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən maddi (qanunu səhv təfsir etmiş, tətbiq olunmayan qanunu tətbiq etmişdir, tətbiq olunmalı qanun tətbiq etməmişdir) və prosessual hüquq normaları pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarına əsasən İddiaçı cavabdeh tərəfindən öz mülkiyyətində olan mənzilə köçürüldükdə istifadə hüququna malik olan şəxs qismində tanınmalıdır. Onun istifadə hüququ analoqiya üzrə servitut hüququ müddəaları ilə tənzimlənir və İddiaçı və onun körpə uşağı mülkiyyətçinin mənzilin digər sakinləri kimi orada istifadə hüququna malik olan şəxsdir. Belə olan halda bu qərara əsasən, İddiaçı və onun körpə uşağın mübahisəli mənzildə istifadə hüququ tanınmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi h allarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Lakin, işə baxan məhkəmə bu mübahisəyə başqa mövqedən yanaşaraq, qanunu yanlış tövsif edərək pozmuş, qanunsuz qətnaməni qəbul etmişdir. İddiaçı onun həmin yaşayış sahəsindən istifadə hüququnun mülkiyyətçinin mənzilində digər sakinləri kimi tanımalı olduğu halda bunu etməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4294/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respubli kasının Konstitusiyası
22. Maddə 13, İ bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29, İ bənd. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4 Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
28. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
29. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
30. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyə tçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun
31. Maddə
2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. 32. “Azərbaycan Respublikası Mülki Məcəlləs inin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı:
33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
42. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsas landırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli, 2(103)-4294/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.