Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1530/2023 23.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının işdə iştirak etməyə cəlb olunmayan Zeynalov Rahil Rafiq oğlunun apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin maraqlarına toxunan şəxs kimi tanınması barədə iş üzrə QƏRARDADİ (Açar sözlər: işdə iştirak etməyə cəlb olunmayan şəxsin kassasiya şikayətinin verilməsi üçün əsaslar) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Zeynalov Rahil Rafiq oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1531/2022 nömrəli, xx.xx.2022-ci il tarix li qətnaməsinin mənafelərinə toxunan şəxs kimi tanınması barədə ərizəsinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin ünvan 1 ünvanda inşa etdiyi binadan ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzili X8 tərəfindən alınmışdır. Həmin tarixdə mənzilin razılaşdırılmış dəyəri olan 32560 manat MMC-nin xəzinəsinə ödənilmişdir. Bu barədə X6 01 yanvar 2011-ci il tarixdə maliyyə arayışı verilmişdir.
2. Həmin mənzil təhvil verilmədiyinə görə X8 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi ilə iddia tələbi təmin edlərək, ünvan 2 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış bina sının 81,5 kv.m yaşayış sahəsi olan 38 nömrəli mənzilin X6 verilməsi qət edilmişdir. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollügiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrləi qərarı ilə təmin edilməmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3852 saylı qətnaməsi ilə ididaçı X6 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Bünyadzadə küçəsindəki, 34 B nömrəli evin ümumi sahəsi 81,5 kv.m olan 2 otaqlı 38 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarı) iddiaçı X6 verilməsi öhdəl iyinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi əsasında X6 verilməli olan Yasamal rayonu, 3-cü YeniYasamal massivi Bünyatzadə küçəsi, 34 B ünvanda yerləşən 38 saylı mənzil, binada olan mənzillərin yenidən nömrələnməsi nəticəsində 44 saylı mənzil olmuş və qeyd olunan qətnamələr icra edilərək, sözügedən mənzil Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 34 B, 1-ci giriş, mənzil 44 kimi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Füzuli Tağıyevin adına qeydiyyata alınmışdır. 5. 10.11.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X8 qeyd olunan mənzili Zeynalov Rahil Rafiq oğluna satmış və sonuncunun kredit borcunun ödənilməsini təmin etmək üçün mənzil "xx xx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli “Kooperativ mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh MTK ünvan 3 ünvanda inşa ediləcək yaşayış binasının 38 saylı mənzilini İddiaçı verməyi, İddiaçı isə hər ay 665 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin mənzilin pay dəyərinin İddiaçı tərəfindən tam ödənildiyi barədə maliyyə arayışı verilmiş, onun MTK-nın üzvlüyünə qəbul edilməsi, mənzilin X4 və onunla bu barədə müvafiq müqavilə bağlanılması qərara alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "Şaiq” MTK-ya və müstəqli tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı hazlrki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr mənzilin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
8. İddia tələbi belə əsaslandırılıb ki, mübahisəli mənzil X1. MTK-nın rəhbərliyi biləbilə onlara satılan mənzili başqa şəxsə satıb. MTK-nın rəhbəri vəzifəsindən su-istifadə edib. Mübahisəli mənzil Ali Məhkəmənin qərarında qeyd olunan mənzildir və liftdən 9-cu mərtəbədə yerləşir. Həmin mənzili ilkin olaraq onlar qismən təmir etdiriblər.
9. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin əsassız olduğunu bildirmiş və göstərmişdir ki, mübahisəli mənzilin hazırki nömrəsi 44-dür və X6 məxsusdur. Bununla bağlı Ali Məhkəmənin qərarı da mövcuddur. İdidaçı mənzili "xxxx" MTK-dan almış, 38 saylı ev üç ün 29000 manat məbləğində pulu "xxxx" MTK-ya ödəmişdir. Cavabdeh MTK ilə "xxxx" MTK arasında əməkdaşlıq olmişdur. "xxxx" MTK barəsində cinayət işi açılıb. Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvandakı binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı sahəsi 81,25 kv.metr mənzil Cavabdeh MTK tərəfindən X6 verilib. Binada mərtəbə problemi olub, qeyri-yaşayış sahəsindən sayıldıqda səhv olmuşdur.
10. Cavabdeh MTK-nın sədri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2021ci il tarixli məktubunda göstərmişdir ki, X5 adına mülkiyyət hüququ ilə rəşmiləşdirilmiş ünvan 7 ünvandakı binanın 38-ci mənzilidir. Mənzilin yenidən nömrələnməsi nəticəsində 38 saylı mənzil 44 №-li olmuşdur.
11. DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubun a əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 628871 nömrəli çıxarışa əsasən müəyyən olunub ki, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 34B 1-ci giriş, mənzil 44 X5 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli 628871 nömrəli arayışa əsasən müəyyən olunur ki, Şaiq MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kv m olan, 2 otaqlı 44 saylı mənzil X6 məxsusdur. Mənzilin balans dəyəri 24357 manat təşkil edir və koorperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən müəyyən olunur ki, X5 Cavabdeh MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv m yaşayış sahəsi 38,03 kvm kv m 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmışdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)5576/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 saylı mənzil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilən zaman mübahisəli mənzilin köhnə nömrə ilə 38, yeni nömrə ilə 44 saylı mənzil olması və mübahisənin bu mənzillə bağlı olması bildirilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011-ci il tarixdə Kamran B.Ə MMC ilə X8 arasında, sonrakı müqavilə isə xx.xx.2011-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmaqla X5 adına çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)-5464/2012 saylı qətnaməsi ilə ünvan 2 ünvanda inşa olunan 14 mərtəbəli 1 girişli yaşayış binasının 81,5 kv m yaşayış sahəsi ola n 38 nömrəli mənzilin X6 verilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)5464/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mlüki Kollügiyasının xx.xx.2013-cü il tarixli 2(102)-4307/2013 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında "xxxx" MMC tərəfindən başlanılmış tikintinin, sonradan kim tərəfindən davam etdirilməsinə baxmayaraq, müqavilədə göstərilən 38 nömrəli mənzil iddiaçı X6 verilməli olduğu da qeyd edilmişdir. Beləliklə mübahisəli mənzillə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğ undan məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddia edilən mənzilin Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə 34B ünvanda Cavabdeh MTK tərəfindən inşa olunan binanın 1 -ci girişinidə 9-cu mərtəb əsində yerləşdiyini, İddiaçı Cavabdeh MTK tərəfindən satılmış mənzilin İsə müqavilə üzrə həmin binanın 1-ci girişinin, 8-ci mərtəbəsində göstərildiyini nəzərə alaraq, iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrıayrı mənzillər olduğu müəyyən edilir. Eyni zamanda X3 mənzilin xx.xx.2021-ci il tarixli 06 saylı protokoldan çıxarışa əsasən binanın 9-cu mərtəbəsində yerləşdiyini və baxış zamanı təqdim olunmuş mənzilin binanın 9-cu mərtəbəsində yerləşdiyini nəzərə alaraq, X7 faktiki istifadəsində olan və satılmış mənzillər eyni mərtəbədə yerləşir. Lakin iddia olunan mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin ilkin müqavildə və çıxarışda (texniki pasportda) göstərilən yaşayış sahələrinin eyni və ya fərqli olub-olmamasını müəyyən etmək mümkün olmadı.
16. Bakı Apelyasiya Məhkəmə si Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1531/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa etdiyi binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv metr mənzil cavabdeh "Şaiq” MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmiş, ekspertiza xərcləri cavabdehə aid edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyinə əsasən iddia olunan mənzil ilə müqavilə üzrə satılmış mənzilin ayrı-ayrı mənzillər olduğu müəyyən edilmiş, iddiaçının müqavilə öhdəliklərinə dair hər hansı məhkəmə mübahisəsi olmamışdır. İddianın rədd edilməsinə əsas üçüncü şəxsə mənsub mənzilin iddia edi lən mənzillə eyni olması olmuşdur. Lakin üçüncü şəxs X8 ilə mənzilə dair müqavilə "Kamran B.Ə” MMC arasında bağlanmış və ümumi sahəsi 81,5 kv m göstərilmiş, sonradan xx.xx.2021-ci il tarixli Şaiq MTK üzvlərinin ümumi yığıncağının 06 N-li ptorokolundan çıxarışa əsasən X5 Cavabdeh MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 34B saylı yaşayış binasında, 1-ci giriş, 9-cu mərtəbə, ümumi sahəsi 81,25 kv.m yaşayış sahəsi 38,03 kvm kv.m 2 otaqlı, 44 saylı mənzilin verilməsi qərara alınmış və dövlət reyestrində 44 saylı mənzil kimi qeydiyyata alınmışdır. İddiaçıya verilən maliyyə arayışı ilə isə 38 mənzilin tikinti sahəsi 81,25 kv.metr, yaşayış sahəsi isə 36,45 kv.m göstərilmişdir.
18. Beləliklə, müqavilədəki qeyd edilən mənzilin ünvanı (nömrəsi) dövlə t qeydiyyatından keçmədiyindən şərti müəyyən edilmiş və qeyd edilən mənzillərin eyni olması ehtimalı olduğu təqdirdə belə cavabdehin müqavilə öhdəliklərindən irəli gələn vəzifələrinin xitamına səbəb olan hal deyildir. Yəni, iddiaçının müqaviləsində şərti olaraq qeyd edilmiş mənzilin təmin edilməsi mümkün olmadığı təqdirdə belə cavabdeh tərəfindən oxşar mənzillə iddiaçını təmin etmək hüquqları sonuncunun vəzifələrindən irəli gələn öhdəliklə bağlıdir. İş üzrə verilmiş kassasiya şikayətləri
19. Cavabdeh MTK-nın nümayəndəsi kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.
21. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1531/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan Zeynalov Rahil Rafiq oğlu kassasiya şikayəti vermiş, həmçinin Azərbaycan Respublikası MPM-nin 403.2-ci maddəsinə əsasən ərizə ilə Ali Məhkəməyə müraciət edərək, onun məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanımasını xahiş etmişdir.
22. Ərizə belə əsaslandırılıb ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1531/2022 nömrəli qətnaməsi maraqlarıma toxunur və əmlakı vicdanlı əldə edən kimi onun mülkiyyət hüquqları qorunmalıdır. Belə ki, iddiaçının tələb etdiyi mənzil hazırda onun mülkiyyətindədir. Yasamal Rayon Məhkəməsində məhkəmə araşdırması zamanı, iddiaçının tələb etdiyi Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ü nvanında yerləşən binanın 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81,25 kv.m olan, 2 otaqdan ibarət 38 nömrəli mənzilin, mənzillərin yenidən nömrələnməsi nəticəsində 9-cu mərtəbədə yerləşən 44 nömrəli mənzil olması faktı öz təsdiqini tapmışdır. Mübahisəli mənzilə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və mübahisəli mənzilin köhnə nömrəsinin 38, yeni nömrəsinin isə 44 olması müəyyən olunmuşdur.
23. Yasamal Rayon Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, həmin mübahisəli mənzilə dair ilkin müqavilə xx.xx.2011-ci il tarixdə "xxxx" MMC ilə X8 arasında, sonrakı müqavilə isə xx.xx.2011-ci il tarixdə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış, həmin mənzilə xüsusi mülkiyyət hüququ DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmaqla X5 adına çıxarış verilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(001)5464/2012 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 14 mərtəbəli binanın 1 girişi, ümumi sahəsi 81,5 kv m olan 38 nömrəli mənzilin X6 verilməsi qət edilmişdir.
24. Lakin, Bakı Apellyasiya Məhkəməsi hazırki qətnaməni qəbul edərkən, mənzilin əvvəlki nömrəsinin 38, yenidən nömrələnməsi zamanı isə 44 olmasını və həmin mənzilin iş materiallarında olan ilkin müqavilə əsasında X6 məxsus olması faktını təsdiq edən mötəbər sübutları (ilkin müqavilə və məhkəmə qərarlarını) nəzərə almamışdır. Üstəlik, mübahisəli mənzilin üzərində hər hansı yüklülüyün olub- olmaması barədə sorğu ilə daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etməmiş və iddiaçının binanın 8-ci mərtəbəsində yerləşən mənzili tələb etdiyi halda, iş üzrə təyin olunmuş ekspertə han sı səbəbdən mübahisəli mənzil kimi binanın 9-cu mərtəbəsində yerləşən 44 nömrəli mənzilin təqdim edilməsini araşdırmamış və hüquqi qiymət verməmişdir. Nəticə etibarı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsaslanaraq, mülkiyyətimdə olan mənzilin ona təhvil verilməsini tələb edir.
25. Ümumiyyətlə, kredit müqaviləsi və “Alqı-satqı və ipoteka müqaviləsi” bağlanılarkən, X5 mülkiyyətində olan 44 nömrəli mənzilə dair məhkəmənin icraatında mülki iş olması ona və Banka məlum olmamış, satıcı bu barədə ona heç bir məlumat verməmişdir. Qeyd olunan müqavilələr rəsmiləşdirilərkən mənzilə dair mübahisənin mövcudluğu barədə dövlət reyestr məlumatlarında da hər hansı qeyd aşkar edilməmişdir (mübahisəni araşdıran nə birinci, nə də apellyasiya instansiyası məhkəmələri daşınmaz əmlakın dövlət reyestr xidmətinə, mənzillə bağlı məhkəmənin icraatında mübahisənin olmasına dair reyestr məlumatlarında müvafiq qeydiyyatın aparılması üçün müraciət etməmişlər). Nəticədə, daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş çıxarışın məzmununun həqiqiliyi və tamamlığına inamı yaranmışdır.
26. Rahil Zeynalovun ərizəsinə baxılması üçün Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə mülki iş kassasiya baxışından çıxarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbayc an Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
28. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır.
31. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə mü nasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
32. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.
33. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin ma terialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.
34. Maddə 403.2-2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsi mülki və ya kommersiya kollegiyalarına daxil olan 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən məhkəmə baxışı keçirilmədən araşdırıldıqdan sonra, ərizəsinin təmin və yaxud rədd edilməsi barədə qərardad qəbul edilir.
35. Maddə 403.2-3. Məhkəmə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin ərizəsinin təmin olunmasına da ir qərardad qəbul etdikdə, ərizəyə əlavə edilmiş kassasiya şikayətini bu Məcəllənin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, Zeynalov Rahil Rafiq oğlunun ərizəsi təmin edilməli, qəbul edilmiş qətnamənin mənafelərinə toxunan şəxs kimi tanınmalı və ərizəyə əlavə edilmiş kassasiya şikayəti MPM-nin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün işə baxmış apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
37. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı cavabdeh "Şaiq” MTK-dan Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə 34B ünvanda inşa edilmiş binanın 1-ci girişi, 8-ci mərtəb əsində yerləşən 38 saylı, 2 otaqlı 81,25 kv.metr sahəsi olan mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
38. Birinci instansiya məhkəməsi müəyyən edib ki, həmin mənzil, xx.xx.2011-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən "xxxx" MMC tərəfindən X2 mənzildir. İddiaçının özü də bu faktı təsdiq edir. xx.xx.2011-ci il tarixli mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC tərəfindən icra edilmədiyinə görə F.Tağıyevin iddia tələbi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(001)- 5464/2012 saylı qətnaməsi ilə sözügedən 38 nömrəli mənzilin X6 verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunan mərhələdə binada mənzillər yenidən nömrələnmiş və bu mənzil 44 saylı mənzil olmuşdur. Buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhk əməsinin xx.xx.2012-ci il tarixli 2(001)- 5464/2012 saylı qətnaməsi əsasında X6 verilməli olan Yasamal rayonu, 3-cü YeniYasamal massivi Bünyatzadə küçəsi, 34 B ünvanda yerləşən 38 saylı mənzil, binada olan mənzillərin yenidən nömrələnməsi nəticəsində 44 saylı mənzil olmuş və qeyd olunan qətnamələr icra edilərək, sözügedən mənzil Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 34 B, 1-ci giriş, mənzil 44 kimi xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Füzuli Tağıyevin adına qeydiyyata alınmışdır. 39. 10.11.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X8 qeyd olunan mənzili Zeynalov Rahil Rafiq oğluna satmış və sonuncunun kredit borcunun ödənilməsini təmin etmək üçün mənzil "xxxx" ASC-yə ipoteka ilə yüklü edilmişdir.
40. Lakin hazırki mülki işə baxılarkən Zeynalov Rahil Rafiq oğlu işə cəlb olunmamışdır.
41. Məhkəmə kollegiyası baxılan ərizə üzrə hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
42. MPM mülki məhkəmə icraatının ümumi qaydalarını, o cümlədən icraatın prinsiplərini və şərtlərini, işdə iştirak edən şəxsləri və mülki prosesin digər iştirakçılarını, onların hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, məhkəmə aktlarının qəbulu və icrası, onlardan şikayət verilməsi, bu şikəyətlərə baxılması qaydasını tənzimləyir.
43. Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPMin 2-ci maddəsi). Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. Şəxsi işdə işti rak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir.
45. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır.
46. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır.
47. İşdə işt irak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır:
1. Oun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi;
2. İş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması;
3. Öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması («K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı).
48. Baxılan işdə ərizəçi Zeynalov Rahil Rafiq oğluna münasibətdə bu prosessual ə lamətlər mövcuddur.
49. İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4, 402.2 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir.
50. Apelyasiya instansiya məhkəməsi iddia predmeti olan mülkiyyət hüququnun müqəddəratı həll edilərkən, Rahil Zeynalov tərəf (maraqlı şəxs) kimi cəlb edilməmiş, məhkəmə proseslərində iştirakı təmin edilməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipi əsasında həyata keçirilməsi qaydaları pozilmuşdur.
51. Onun hüququnun təmi n edilməsi üçün prosessual vasitə kassasiya şikayətinin verilməsidir. 52.
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 403.2-403.23-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilməsin. Zeynalov Rahil Rafiq oğlu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1531/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə mənafelərinə toxunan şəxs kimi tanınsın və onun tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.