Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1531/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması"; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələb i (vindikasiya tələbi);Mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tərəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli 2(106)188/2024 saylı qətnaməsindən İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayətinə dai r işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 08.08. 2002-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı1 və digər iddiaçıların mülkiyyətlərinə verilmiş və bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-760A saylı şəhadətnamə tərtib edilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar müəyyən olunmuşdur: - Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-c i il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. - Hazırkı iş üzrə Cavabdeh mübahisəli ərazidə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,14 ha olması müəyyən olunmuşdur. - Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-c i il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq bütövlükdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. - Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A, KOD 80200058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin (tövlə, hin, anbar) və torpaq sahəsi üzərində çoxillik əkmələrin də (ağacların) mövcud olması müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin azad edilməsi və həmin hissədə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən onun və ailə üzvlərinin JN 760A saylı 80200058 kodlu torpaq şəhadətnaməsinə əsasən mülkiyyətlərində olan və Cavabdeh zəbt etdiyi 0.06 ha torpaq sahəsinin cavabdehin hesabına azad edilərək onlara qaytarılması, orada əvvəllər çəkdiyi dəmi r torları yenidən cavabdeh tərəfindən çəkilməsi, cavabdeh tərəfindən maneələrin aradan qaldırılması və məhkəmə üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 2002-ci ilin 06 avqust tarixli qərarı ilə onlara Lənkəran rayonu, Sütəmurdov kəndində 0,06 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 760 A saylı 80200058 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyət hüququ əsasında adlarına rəsmiləşdirlmişdir. Bir müddət sonra cavabdeh həmin torpağı ona satmasını, satdığı təqdirdə, pulu nağd verəcəyini bildirmişdir. Bu danışıqdan sonra cavabdeh ona 200 AZN beh vermiş və belə razılaşmışlar ki, cava bdeh bir ilə onun pulunu verdikdən sonra ailə üzvləri ilə birlikdə torpaq sahəsini Lənkəran 1 saylı Notariat kontorunda cavabdehin adına alğı-satqı yolu ilə rəsmiləşdirəcəkdir. O vaxtdan etibarən cavabdeh verdiyi sözə əməl etməmiş, üstəlik onun və ailəsinin mülkiyyətində olan torpaq sahəsinə onları buraxmamışdır. O, cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, nə vaxtsa, pulu olarsa, onlara verəcəyini söyləmişdir. Buna görə də onlar torpaq sahələrini cavabdehə satmalarından vaz keçmişlər. Özləri torpaq paylarını əkib-becərmək və orada tikinti aparmaq istəyirlər.
5. İşə məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ayrıayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etm işlər və İddiaçı1 əlavə olaraq göstərmişdir ki, o, iddia ərizəsində cavabdehdən beh kimi 200 AZN aldığını göstərsə də, əslində satmaq istədikləri torpaq sahəsinə görə 1998-ci ildə cavabdehdən “bir paçka şirvan”, həmin vaxtki pul ilə 1.000.000 manat almışdır.
6. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 bacanağı ilə yaxşı münasibəti olmuşdur. 1998-ci ildə həmin torpağın ona satılmasını təklif edib. Əvvəl 600 dollara razılaşmışlar. O, əvvəlcə iddiaçıya 200 manat vermişdir, daha sonra Bakı şəhərində 100 dollar vermişdir. O, torpaq sahəsinin pulunu tam olaraq ödəmişdir. Lakin aralarında rəsmi alğı-satqı müqaviləsi bağlanmamışdır, torpaq sahəsini almaq üçün ödədiyi pullarla bağlı əlində qəbzləri yoxdur. Lakin özü-özündə müvafiq qeydlər aparmışdır. Hazırda həmin ərazidə tövlə və anbar tikmişdir. Uzun ildən sonra iddiaçıların həmin torpaq sahəsini tələb etmələri əsassızdır. Torpaq sahəsini aldığı zaman orada malqaranın əzdiyi dəmir tordan çəpər olsa da, həmin çəpər yararsız halda olduğundan, özü yeni çəpər çəkmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 07 avqust 2023-cü il tarixli, 2(049)-2298/2023 saylı qətnaməsi ilə (hakim M.Ə.Qasımov) iddia qismən təmin edilmiş, JN760A saylı, 80200058 kodlu “Torpağa mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Kazım qızı, İddiaçı4 məxsus olan və Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən, hazırda Cavabdeh istifadə etdiyi 0,06 ha torpaq sahəsinin cavabdehdən geri alınaraq, iddiaç ılara qaytarılmaqla cavabdeh tərəfindən iddiaçılara qarşı edilən maneələrin aradan qaldırılması, tərəflər arasında həmin torpaq sahəsinin alğı-satqısına dair şifahi olaraq bağlanmış əqd etibarsız olduğundan, iddiaçılardan müştərək qaydada 1998-ci il tarixdə cavabdehdən aldıqları 1.000.000 manat pulun bu günə olan nominalı – 200 manatın cavabdehə qaytarılması, İddiaçı1 ödədiyi 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi və sonuncudan tutularaq İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında torpaq alğı-satqısı ilə bağlı şifahi razılaşma olsa da, alğı-satqı müqaviləsinin mühüm şərtlərindən biri olan həmin razılaşma notarial qaydada rəsmiləşdirilməmişdir. Onlar arasınd a şifahi qaydada bağlanmış əqd etibarsızdır.
9. Mübahisəli torpaq sahəsinə dair əqd notariat qaydasında təsdiq edilmədiyindən Mülki Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin həmin torpaq sahəsinə sahiblik və istifadə hüququ əmələ gəlməmişdir. Bu səbəbdən, də məhkəmə hesab edir ki, cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt etməsə də, yəni özbaşına tutmasa da, ondan qanunsuz istifadə edir. Bunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı hesab olunaraq qismən təmin edilməli, Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətlərində olan və hazırda Cavabdeh qanunsuz istifadə etdiyi 0,06 ha torpaq sahəsi cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılmalı, cavabdeh tərəfind ən iddiaçılara qarşı edilən maneələr aradan qaldırılmalı, tərəflər arasında şifahi olaraq bağlanmış əqd etibarsız olduğundan, iddiaçılardan müştərək qaydada 1998-ci il tarixdə cavabdehdən aldılqları 1.000.000 manat pulun bu günə olan nominalı - 200 manat cavabdehə qaytarılmalıdır.
10. Məhkəmə iddiaçılardan İddiaçı1 cavabdeh tərəfindən pulun ona beh şəklində verildiyinə dair göstərdiyinə qiymət verərək qeyd edib ki, o, bu halı təsdiqləyən hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, o, torpaq sahələrinin əvvəllər dəmir torla hasarlanmasına dair hər hansı bir sübut təqdim etməmişdir.
11. Məhkəmə cavabdehin həmin torpaq sahəsinə görə iddiaçının göstərdiyi 1.000.000 manatdan da artıq pul verdiyinə dair göstərdiyinə qiymət verərək qeyd edib ki, o da, həmin 1.000.000 manatd an da artıq pulu iddiaçılara verdiyinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir.
12. Buna görə də məhkəmə belə qənaətə gəlib ki, tərəflər arasında mübahisəli torpaqla bağlı alğı-satqı razılaşması olmuş, cavabdeh həmin torpaq sahəsini almaq məqsədilə iddiaçılara onların göstərdiyi kimi 1998-ci ildə o vaxtki pul ilə 1.000.000 manat vermişdir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 157.2, 157.4, 164.1, 165.1, 178.1, 337.1, 337.4, 337.5, 405.1, 407.1., 407.2, 567, 646, 647-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apelly asiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(049)-2298/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçılar ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş edərək, onu da qeyd etmişlər ki, iddia ərizəsində cavabdehdən beh kimi 200 manat alındığı göstərilsə də, əslində satmaq istədikləri torpaq sahəsinə görə 1998-ci ildə Cavabdeh “bir paçka şırvan”, həmin vaxtkı pul ilə ******* manat alınmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 bacanağı ilə yaxşı münasibəti olmuş, 1998-ci ildə həmin torpağın ona satılmasını təklif edib 600 dollara razılaşmış və o da Lazıma əvvəlcə 25 iyun 1998-ci ildə 200 dollar, 11 noyabr 1998-ci ildə 50 dollar, 16 mart 1999-cu ildə 5 şirvan, 11 iyun 1999-cu ildə 100 dollar (Bakı şəhərinə 100 dollar həmkəndlisi Nizam vasitəsilə göndərmiş və Lazım da həmin pulu Nizamdan aldığını ona bildirmişdir), eləcə də, sonuncu dəfə 10 mart 2003-cü ildə qalan 50 dolları Lazıma vermişdir. Yəni, həmin torpaq sahəsinin pulunu tam olaraq İddiaçı1 ödəmişdir. Lakin aralarında rəsmi alğı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, İddiaçı1 həmin illərdə Rusiya Federasiyasına getmiş, uzun illər ərzində rayona qayıtmamışdır. Onu həmin illər ərzində yalnız bir dəfə, Lənkəran şəhərində stadion tikilərkən 2004-cü ildə kən də gələndə görərək torpağın sənədləşdirilməsini dedikdə heç bir problemin olmadığını demiş, sonradan yenidən Rusiyaya getmişdir. Cavabdeh aralarındakı yaxın münasibəti və etibarı nəzərə alaraq həmin torpaq sahəsini almaq üçün ödədiyi pullarla bağlı iddiaçıdan qəbz almamışdır. Bununla belə, cavabdeh özü üçün tutduğu qeydiyyat dəftərində İddiaçı1 verdiyi pullarla əlaqədar müvafiq qeydlər aparmışdır. Həmin qeydlər onun digər şəxsi işləri ilə olduğu kimi həmin vaxtlar etdiyi qeydlərdir ki, həmin dəftəri məhkəməyə təqdim etsə də, hakim qəbul etməyərək, həmin qeydlərdə iddiaçının heç bir imzasının olmadığını bildirmişdir. Hesab edir ki, əgər həmin dəftər ekspertizaya göndərilərsə, qeydlərin məhz həmin tarixlərdə edildiyi təsdiqini tapar. Qeyd dəftərində cavabdeh ailələrinin bütün gəlirçıxarını, haraya nə qədər, hansı məbləğdə xərclər çəkdiyini yaddaş kimi qeyd etmişdir ki, həmin dəftərin bəzi vərəqlərinin surətlərini apellyasiya şikayətinə əlavə edir, dəftərin əsli isə apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. Cavabdeh mübahisəli torpaq sahəsini 1998-ci ildə İddiaçı1 alarkən digər iddiaçılar uşaq olmuşlar. O, həmin torpaq sahəsini aldıqdan sonra hasara alaraq həmin ərazidə tövlə və anbar tikdirmiş, təsərrüfatla məşğul olmuşdur. Uzun illərdən sonra iddiaçıların həmin torpaq sahəsini tələb etmələri tamamilə əsassızdır. Torpaq sahəsini aldığı zaman orada mal-qaranın əzdiyi dəmir tordan çəpər olsa da, həmin çəpər yarasız halda olduğundan, cavabdeh özü yeni çəpər çəkmişdir. Əgər cavabdeh həqiqətən də iddiaçıların hansısa torpaq sahəsini zəbt etmişdirsə, hansı səbəbdən onların heç biri məhkəməyə müraciət edib torpaqlarını tələb etməmişlər? Cavabdeh həmin torpaq sahəsinin pulunu İddiaçı1 tam ödəməklə ondan almışdır. O, uzun illərdir ki, həmin torpaq sahəsində təsərrüfatla məşğul olmaqla orada tikinti işləri aparmış, hasar çəkmişdir. İddiaçı1 uzun illər rayonda olmadığından və Rusiyada yaşadığından cavabdeh həmin torpağı öz adına sənədləşdirə bilməmişdir. Hazırda qüvvədə olan Mülki Məcəllədə 335.2-ci və 412-ci maddələr 24 iyun 2005-ci ildə qanundan çıxarılsa da, həmin dövrdə qüvvədə olmuşdur və ona görə də tətbiq edilməlidir. Qanunun tələbləri üzrə həmin dövrdə İddiaçı1la Cavabdeh arasında razılaşmanın olması kifayət qədər öz təsdiqini tapır. Həmin dövrdə tərəflərin arasında razılaşma əldə olunsa da, sadəcə iddiaçının ölkə ərazisində olmaması, gələrkən də yayınması sə bəbindən müqaviləni rəsmiləşdirmək mümkün olmamışdır. Cavabdeh həmin torpaq sahəsini Lazımdan aldıqdan sonra o, Rusiya Federasiyasına getmiş və uzun illər ərzində orada yaşamışdır. Onun konkret olaraq Rusiya Federasiyasında hansı ünvanda yaşaması cavabdehə məlum deyildi, yəni obyektiv səbəblərdən müqaviləni rəsmiləşdirmək mümkün olmamışdır. Hesab edir ki, əqdin notariat qaydasında təsdiqlənməsinə riayət edilməməsi obyektiv səbəbdən olsa da, əks tərəfin təqsirindən baş vermişdir. Başqa sözlə, məhz İddiaçı1 əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu hal İddiaçı1 müqavilənin bağlanılmasından yayınması kimi qiymətləndirilməlidir. İddiaçı1la cavabdeh arasında bağlamalı olduqları alğı-satqı müqaviləsi qanuna zidd olmamışdır. Cavabdeh həmin torpaq sahəsini 1998-ci ildə İddiaçı1 p ulunu tam olaraq ödəməklə almış və bu günə kimi orada təsərrüfat yaratmaqla məşğuldur. Çox təəssüf ki, İddiaçı1 torpağın pulundan cəmi 200 manatının ona verildiyini desə də, digər pulların ona verilmədiyini bildirir. Belə olan halda soruşmaq lazımdır ki, məgər cavabdeh iddiaçıya 200 manat pul verərkən hər hansı rəsmiləşdirmə aparılmışdırmı? Təbii ki, aparılmamışdır. Yəni cavabdeh 200 manatı iddiaçıya necə vermişdirsə, digər pulları da ona qəbz almadan vermişdir. Əgər cavabdehin iddiaçıya hər hansı bir məbləğdə borcu qalmış olsaydı, təbii ki, o, keçən 25 il ərzində həmin məbləği ondan tələb edə, eləcə də, məhkəməyə müraciət edə bilərdi. Hansı ki pul tələbinə dair iddia müddəti 3 ildir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinin təl əbini pozaraq, məhkəmə iclasında tədqiq edilmiş sənədlər (sübutlar) əsasında qətnamə çıxarmalı olduğu halda, iddiaçının iddia ərizəsində göstərdiyi, heç bir əsası olmayan sübutlar əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin qətnaməsi qəbul edilərkən işin halları tam araşdırılmamış, göstərilən xüsusatlara heç bir əhəmiyyət verilməmişdir. Məhkəmə Mülki Məcəllənin 320.2-ci maddəsinin tələbini pozaraq, torpaq sahəsinin pulunun cavabdeh tərəfindən iddiaçıya verilməklə alındığını nəzərə almamış, həmin pulların verilməsini təsdiq edən qəbzlərin olmaması və eləcə də, iddiaçı ilə cavabdeh arasında hər hansı bir notarial qaydada razılığın olmaması səbəbindən həmin alğı-satqı müqaviləsini qəbul etməmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan tərəflər aras ında yaranmış mübahisənin 1998-ci ildə yaranmasına və hazırkı işə baxarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə istinad etməli olduğu halda, nəzərə almamış və nəticədə Cavabdeh hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
16. Cavabdeh bildirmişdir ki, o, iddiaçılara məxsus torpaq sahəsini 1998-ci ildə 600 dollar müqabilində satın almış, bundan sonra həmin torpaq sahəsində bir sıra tikililər inşa etmişdir. Belə ki, hələ 2000-ci illərdə o, aldığı torpaq sahəsində tövlə və tualet tikdirmiş, su quyusu və tullantı sularının toplanması üçün anbar qazdırmış, eləcə də, yeni hasar çəkmişdir. Həmçinin, həmin torpaq sahəsində təxminən 40-a yaxın ağac əkmişdir.
17. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında torpaq sahəsi nin satılmasına dair münasibətlər onda olan məlumata görə 1998-ci ildə deyil, yaxın müddətdə yaranmışdır. Həmçinin, hazırda tələb edilən və iddiaçıların mülkiyyətində olan torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir.
18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(106)-188/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5378 saylı rəyi ilə müəyyən edilmişdir ki: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsas ında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, hazırkı iş üzrə Cavabdeh mübahisəli ərazidə faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Cavabdehin faktiki istifadəsin də olan torpaq sahəsinin ölçüsünün 0,14 ha olması müəyyən olunmuşdur. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN-760A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki olaraq bütövlükdə Cavabdeh tər əfindən istifadə edilməsi müəyyən olunmuşdur. - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 06 iyun 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının 08 avqust 2002-ci il tarixli, 04 saylı qərarı əsasında JN760A, KOD 80200058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvləri Kazımova (Səfərova) Nərminə Məhərrəm qızının, Hüseynova (Kazımova) Vüsalə Lazım qızının və İddiaçı4 mülkiyyətinə verilmiş Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikililərin (tövlə, hin, anbar) və torpaq sahəsi üzərind ə çoxillik əkmələrin də (ağacların) mövcud olması müəyyən olunmuşdur.
19. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) Mülki Kollegiyasının 2(106)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakimlər – S.İ.Mayılov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov, T.X.Heydərov) qətnaməsi ilə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(049)-2298/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi, mütəxəssis rəyinin verilməsinə görə cavabdeh tərəfindən ödənilmiş 95 manat məbləğində xidmət haqqının iddiaçılardan müştərək qaydada tutularaq cavabdehə ödənilməsi, 50 manat məbləğində ekspertiza xərcinin iddiaçılar müştərək qaydada tutularaq, X1 hesabına köçürülməs i qət edilmişdir.
20. Məhkəmə bu qənaətə gəlmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında həqiqətən şifahi qaydada torpaq sahəsinin alğı-satqısı həyata keçirilmiş, lakin həmin alğı-satqı etibarlı olmamış və rəsmi qaydada sənədləşdirilməmişdir. Hazırda həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması və cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Bu baxımdan mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehin istifadəsində olması müəyyən edildiyinə görə iddiaçıların torpağın geri qaytarılmasına dair tələblə çıxış etmək üçün subyektiv hüququ mövcud olmuşdur.
21. Mübahisəli torpaq sahəsi cavabdehə 1998-ci ildə satılsa da, hazırkı iş üzrə iddia 2023-cü ilin may ayında qaldırılmış, bununla da, iddiaçılar 25 il ərzində cavabdehin faktiki olaraq ona satdıqları torpaq sahəsindən ist ifadə etməsinə, orada tikililər inşa etməsinə və ağaclar əkməsinə şərait yaratmışlar. Qeyd edilənlər onu göstərir ki, iddiaçılar cavabdehin həmin torpaq sahəsi üzərində tikililər inşa etməsinə, ona sahiblik etməsinə və ağaclar əkməsinə hər hansı bir etiraz bildirməməklə, cavabdehin hərəkətlərinə razılıqlarını bildirmişlər.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, iddiaçıların əvvəl verdikləri razılığı, buna etimad etməklə qarşı tərəfin çəkdiyi xərci nəzərə almadan, yalnız öz mülkiyyət hüquqlarına istinadən hazırkı tələblə çıxış etməsi dürüstlük qaydasına da uyğun gəlmir.
23. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri nəzərə alınmadan, tərəflərin izahatları, cavabdeh tərəfindən 25 il ərzində torpaqdan istifadə edi lməsinə, orada tikililərin inşa edilməsinə və ağacların əkilməsinə iddiaçıların açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi barədə məsələyə aydınlıq gətirilmədən iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilmişdir.
24. Məhkəmə kollegiyası bildirib ki, iddiaçıların hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ mövcud olsa da, qanunvericilik onların bu hüququndan istifadəsini hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi ilə məhdudlaşdırmışdır. İşin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alan məhkəmə kollegiyası iddiaçıların hazırkı tələbini hüquqdan sui-istifadə halı kimi qiymətləndirir.
25. Məhkəmə kollegiyası bildirib ki, iddiaçıların cavabdehə qarşı “torpaq sahəsinin cavabdehin zəbtindən azad edilərək geri qaytarılması, əvvəllər çəkilmiş torların cavabdeh tə rəfindən yenidən çəkilməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması tələbinə dair” iddiası hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Lakin birinci instansiya məhkəməsi iddiaya düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını hazırkı işə düzgün tətbiq etməmişdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 152.5, 157.2, 157.4, 213.1, 213.6, 560.1, 560.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi 14.2., 77.1., 88, 107, 119-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı4 (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2024-cü il tarixli, 2(106)- 188/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli, 2(106)188/2024 saylı mübahisəli Qətnaməsinin çıxarılması ilə hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Ərizəçinin və onun ailə üzvlərinin hüquqlarını pozmaqla bərabər, həm də ərizəçinin (və digər iddiaçıların) ədalətli məhkəm ə araşdırması hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüquqlarını da pozmuşdur. Qeyd edilir ki, cavabdeh torpaq sahəsinin razılaşdırılmış tam qiymətini ödəmədiyindən 2002-ci ildə mülkiyyət hüququ əldə edilmiş həmin torpaq sahəsinin alğı-satqısı baş tutmamışdır və bu səbəbdən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən onun verdiyi beh ərizəçi tərəfindən qaytarılmamışdır. Bundan sonrakı illərdə ərizəçinin bir müddət Rusiya Federasiyasında olduğundan istifadə edərək, cavabdeh özbaşına iddiaçıların razılığı olmadan həmin torpaq sahəsini zor hesabına zəbt edərək, heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsindən özbaşına istifadə etmişdir və bu hərəkətləri ilə həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi Ərizəçin in və digər iddiaçıların pozulmuş mülkiyyət hüququnu bərpa etmək və cavabdehin əməlində cinayət tərkibinin olub-olmadığını müəyyən etməkdən ötrü onun barəsində xüsusi qərardad çıxartmaqla materialı Lənkəran rayon Prokurorluğuna göndərmək əvəzinə hazırkı işin predmetinə heç bir aidiyyəti olmayan ümumi xarakterli normalara və yalnız özünün subyektiv düşüncəsi ilə gəlmiş olduğu əsassız və qanunsuz qənaətlərinə əsaslanaraq cavabdehi haqlı, iddiaçıları isə haqsız çıxartmağa çalışmışdır. Belə ki, özünün qətnaməsində cavabdeh barəsində “vicdanlı alıcı” iddiaçılar barəsində isə “hüquqdan sui-istifadə edən” şəxslər dəyərləndirilməsinə yol vermişdir ki, elə bil, cavabdeh tərəfindən iddiaçıların yox, iddiaçılar tərəfindən cavabdehin qanuni mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnu kobud ş əkildə pozulmuşdur. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-188/2024 saylı mübahisəli Qətnaməsinin çıxarılması ilə hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi ərizəçinin və onun ailə üzvlərinin kassasiya şikayətinin əvvəlki yarımbəndlərində göstərilmiş hüquqlarını pozmaqla bərabər, həm də mülki qanunvericiliyin daşınmaz əmlakla bağlı müqavilələrə olan imperativ (məcburi) tələblərini də kobud şəkildə pozmuşdur. Bundan əlavə, 08 avqust 2002-ci ildən əvvəlki (ələlxüsus 1998-2001-ci illərdə) tarixlərdə həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması barədə hazırkı işdə hər-hansı sübut mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsinin 1998-ci ildə həmin torpaq sahəsinin İddiaçı1 tərəfindən şifahi əqdə əsasən satması barədə mülahizələri də tamamilə subyektiv və əsassızdır, ona görə ki, hələ mülkiyyət hüququ əldə edilməmiş torpaq sahəsi barədə hər-hansı şifahi və ya yazılı alğı-satqı razılaşmasının bağlanılması mümkün deyildir. Qeyd edir ki, Lənkəran rayonu Sütəmurdov kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1 (Ərizəçi), İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan və hazırda Cavabdeh qanunsuz zəbt və istifadə etdiyi 0,06 ha torpaq sahəsi cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılması, cavabdeh tərəfindən iddiaçılara qarşı edilən maneələr aradan qaldırılması, Ərizəçi ilə cavabdeh arasında şifahi olaraq bağlanmış əqd etibarsız olduğundan, Ərizəçi tərəfindən 1998-ci il tarixdə cavabdehdən aldığı 1.000.000 manat pulun bu günə olan nominalı - 200 manatı cavabdehə qaytarılmas ı ilə razı olduğunu bildirir. Hazırkı işlə bağlı məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Çünki, işin həqiqi hallarını özündə əks etdirən sübutlara qətnamədə istinad olunsa da, lakin heç bir qiymət verilməmişdir. Bu isə iddiaçının maraqlarının pozulmasına gətirib çıxaran qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
29. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İ və İİ bəndlərinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair Əlavə protokolunun 1ci maddəsinə, Azərbaycan Respublikası (bundan sonra “AR”) Mülki Məcəlləsinin 139.1, 140, 146.1, 146.2, 152.1, 178.1, 213.1, 337.1, 337.2, 337.4, 337.5, 405.1, 407.1, 407.2, 567, 646, 647-ci maddələrinə, AR Torpaq Məcəlləsinin 84.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 9.1, 9.2, 9.3,14.2, 80, 81, 88, 217.1, 217.3, 218.1, 361.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
31. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.5 Qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərən cam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
33. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
36. Ma ddə 213.6 Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
37. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
38. Maddə 560.3 Hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
39. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərin in hüquqları qanunla qorunur.
40. Maddə 111.1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında da “hüquqdan sui-istifadə qadağası”nın hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. MPM 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
46. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikay ətində İddiaçı4 tərəfindən qətnamə tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə r azılaşır.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 40 8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarı n 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 2(106)- 188/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.