Məhkəmə qərarları › İş №2(102)-1532/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1532/2023

01.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1532/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X6 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6165/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası A li Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 3 övladları doğulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş, uşaqlar analarını yanında saxlanılmış və İddiaçı2 uşaqların saxlanılması üçün aliment tutulmuşdur. xx.xx.2019-cu il tarixdə iddiaçılar yenidən rəsmi nikaha daxil olmuşlar.

2. X3 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) İddiaçı2 anası və bacısıdır.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçıların hazırkı iş üzrə cavabdehlərə qarşı ünvan 1 ü nvanında (hazırda Y.Əliyev küçəsi, ev 22/10) yerləşən yaşayış evinə (bundan sonra – mübahisəli ev) istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilk, cavabdehlərin mənzildən çıxarılma barədə qarşılıqlı iddia tələbləri təmin olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar mübahisəli evdə yaşayırlar, yaşayış sahəsi özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamışdır, cavabdehlərin iddiaçıları həmin yaşayış sahəsindən çıxarmağa subyektiv hüquqları yoxdur.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 hazırkı iş üzrə cavabdehlərə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı əri İddiaçı2 və yetkinlik yaşına çatmayan uşaqları ilə bi rlikdə mübahisəli evdə yaşayır, iddiaçı cavabdehlərin onlara mənzildə yaşamağa maneələr törətdiyini sübuta yetirə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları ilə birlikdə mübahisəli yaşayış evinə köçürülmələri, sökülmüş giriş-çıxış qapısının cavabdehlərin hesabına əvvəlki yerinə bərpa olunması, maneəsiz istifadənin məhdudlaşdırması ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, onlara sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ailə qurduqdan sonra cehiz əşyaları ilə birlikdə qayınatası Kəsəmənli Su rəddin İbrahim oğluna məxsus mübahisəli yaşayış evinə köçüb onlarla birlikdə yaşamışdır. Bir müddət Rusiya Federasiyasına pul qazanmaq məqsədilə getsələr də, yenidən qayıtmış və həmin mənzildə yaşamağa davam etmişlər. Ailəsi böyüdükcə mənzildən istifadə olunmasında qayınanası, baldızı ilə ailədaxili narazılıqlar yaranmış və tez-tez mübahisələr baş vermişdir. Dəfələrlə polis bölməsinə müraciətlər etmiş, münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Bundan sonra, yaşadıqları mənzilə bitişik sahədə boş yerdə bir otaq tikib yaşamaq qərarına gəlmişlər. Beləliklə, əvvəl yaşadıqları evə bitişik olan boş sahədə (təxminən 58 kv.m) 51,5 kv.m sahəsi olan yaşayış otağı tikmiş, mənzildə yaşamaq üçün müəyyən şərait yaratmış və əşyaları ora yerləşdirmişlər. Bir müddət sonra cavabdehlər onları tikdikləri ev ə buraxmamışlar. Onlar aralıq sakitləşsin deyə bir neçə gün cavabdehlərlə görüşməmişlər. Cavabdehlər isə bundan istifadə edərək onların evinin giriş qapısını yerindən çıxarıb atmış, yerini isə tikib bağlamışlar. Otağın digər onlara bitişik divarından özlərinə qapı açmışlar. Dəfələrlə etirazlarını bildirsələr də, cavabdehlər mənzilə girməyə icazə vermirlər. Hazırda qohumların evində məskunlaşmışlar. 2017-ci ildə beş nəfər ailə üzvü mübahisəli mənzildə qeydiyyata alınmışlar. Yaşamağa yerləri olmadığı və mənzilə ehtiyacları olduğu üçün üç uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməlidirlər.

7. Cavabdeh2 yazılı etirazında qeyd etmişdir ki, iddiaçılar Rusiya Federasiyasına gedəcəkləri üçün ərinə məxsus bir otaqlı, şəraitsiz evə müvəqqəti köçmələrinə icazə vermişdir. Mübahisəli yarımçıq ti kili Könülün atası tərəfindən iki günə tikilmiş, onun yaşayış sahəsi qeyri-qanuni zəbt edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

8. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlərin dediklərinin əksi olaraq yerli baxış zamanı da onlara məxsus mənzildə iddiaçıların əşyalarının olduğu sübuta yetirilmişdir.

9. İddiaçı2 məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, cavabdehlərin yaşadığı ev onun atasının evidir, 2017-ci ildə mübahisəli evə bitişik əlavə tikili kimi ev inşa etmişdir. Bir müddət orada yaşayandan sonra 2020-ci ilin mart ayında işləmək üçün Rusiya Federasiyasına getdikdə, Könül ona zəng edərək anası və bacısının onu həmin evə buraxmadıqlarını bildirmiş, bu ndan sonra Bakıya qayıtmışdır.

10. Cavabdeh2 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev onun ərinə məxsusdur. İddiaçılara müvəqqəti orada yaşamağa icazə vermişdir. İddiaçılar o evin ata yurdu olduğunu bilmişlər, çünki ata yurdu Mingəçevirdədir. İddiaçılar kirayədə yaşamırlar, onlara Həzi Aslanov qəsəbəsində mənzil alınaraq verilib.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçıların qonşusudur. Könülü çoxdan tanıyır. Emingilin yaşadığı ev onun atasına məxsus olub. Ailə qurandan sonra Könül də orada yaşayıb. Sonradan Eminin atasının evində (mübahisəli evdə) əlavə tikililər olub. Pandemiyadan qabaq tikinti apararaq Emin ailəsi ilə birlikdə ora köçüb. Tikintidən sonra Emingil özlərinə ayrı qapı da q oyublar. Ailələrində bir az pul problemi olub, lakin Könülün atasıgil kömək ediblər. Emin pul qazanmaq üçün Rusiyaya gedib, Könül isə uşaqları ilə evdə qalıb. Sonra Eminin anası və bacısı onları evdən qovublar.

12. X1 ifadəsində bildirmişdir ki, Könül onun dayısı qızıdır. O, cavabdehlərin yaşadığı evə bitişik təxminən 60-65 kv.m.-dən ibarət əlavə bir otaq tikmiş, hörgü və suvaq işlərini görmüşdür. Otağı tikib üstünü bağladıqdan sonra cavabdehlərin yaşadığı evdən elektrik və su xətti çəkmişdir.

13. X2 bildirmişdir ki, Könül onun dayısı qızıdır. Onların evində tikinti işləri aparmışlar. O, tikintidə qardaşına kömək etmişdir. Onların tikdiyi əlavə otaq digər evə bitişik olub. Otaq təxminən 2-3 il əvvəl tikilib.

14. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş mənzilin planında İddiaçı1 tərəfindən 2017-ci ildə mübahisəli evə bitişik 51.5 kv.m sahədə otaq inşa edildiyi, həmin otaqda iddiaçılar və onların 3 övladının yaşadığı qeyd olunmuşdur.

15. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2034 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçılar üç övladı ilə birlikdə mübahisəli evdə qeydiyyatsız yaşayırlar.

16. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə İddiaçı1 ilə cavabdehlər arasında ailədaxili münaqişə olmuş, Cavabdeh2 İddiaçı1 mübahisəli otağa buraxmamışdır.

17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsin in (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-3182/2022 nömrəli iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia qismən təmin edilərək, iddiaçıların övladları ilə birlikdə mübahisəli yaşayış evinə bitişik 51,5 kv.m-dən ibarət özbaşına inşa edilmiş otağa köçürülmələri, həmin otağın giriş-çıxış qapısının cavabdehlərin hesabına əvvəlki yerinə bərpa edilməsi, iddiaçıların həmin yaşayış otağından maneəsiz istifadələrinin məhdudlaşdırılması barədə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməklə, iddiaçıların həmin otaqdan istifadə etmələrinə yaradılmış maneələrin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə iş materiallarında olan sübutlar və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, İddiaçı1 digər İddiaçı2 ilə nikaha daxil olduqdan sonra yaşayış evinə gəlin köçərək orada yaşamış, 2017-ci ildə isə onlar birlikdə Yaşayış evinə bitişik bir otaq inşa edərək orada yaşamağa başlamış, İddiaçı1 özünə məxsus cehiz əşyalarını (gündəlik istifadə üçün nəzərdə tutulan daşınar məişət əşyaları) həmin otağa gətirmişdir.

19. Məhkəmə tərəfindən yerində müayinə zamanı mübahisəli otağın tam təmir olunmasa da, yaşayış üçün ilkin şərtlərə uyğun olması, tikilən zaman ayrıca çıxış qapısının açılmış olması (yerində müayinə zamanı həmin çıxış qapısı bağlı vəziyyətdə olmuşdur), İddiaçı1 məxsus cehiz əşyalarının orada olması müəyyən edilmişdir.

20. Cavabdeh2 məhkəmə baxışı zamanı iddiaçıların pandemiya ilə əlaqədar olaraq uzun müddətə (14 gün) onun işdə olmasından istifadə edərək mübahisəli ot ağı inşa etdikləri və Könülün cehiz əşyalarının onun icazəsi olmadan otağa yerləşdirdikləri ilə bağlı dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün məhkəmə tərəfindən nəzərə alınmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mübahisələndirdiyi və sonradan tikdikləri otaq onların yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə, həm iddiaçıların özlərinin və onlarla daimi yaşayan yetkinlik yaşına çatmayan uşaqlarının başqa yaşayış yerlərinin olmamaqla, həmin otağın onların yeganə yaşayış yeri olmasını (cavabdehlər iddiaçıların özlərinə məxsus başqa mənzili olmasını iddia etsələr də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər), həm də iddiaçıların əvvəllər də cavabdehlərin yaşadığı yaşayış evində yaşamaqla həmin evə bağlılıqlarını nəzə rə almışdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçılar mübahisəli otağı tikməklə, özlərini yaşayış yeri ilə təmin etməyə ümid etmiş, bununla bağlı mübahisəli otağın tikintisinə xərc çəkmiş, otağı ayrıca giriş-çıxış üçün qapısı, qaz və elektrik enerjisi ilə təmin etmiş, hətta İddiaçı1 özünə məxsus cehiz əşyalarını otağa yerləşdirmişdir. İşi bu halları isə iddiaçların öz vəsaitləri hesabına inşa etdikləri 51,5 kv.m yaşayış otağına köçərək, həmin otaqdan istifadə etmək hüquqlarının təmin olunmasına əsas verir.

22. Tərəflər arasında ailədaxili münaqişənin olmasını əks etdirən yeganə sübut Xətai RPİ-nin 35-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarıdır ki, həmin qərarda da Cavabdeh2 İddiaçı1 ilə aralarındakı mübahisənin tikinti işlərinə görə deyil, sonuncunun onun evinə sahiblənmək istədiyindən yarandığını bildirmişdir.

23. Məhkəmə iddianı qalan hissədə əsassız hesab etmişdir.

24. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27, 152.2, 159-cu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 1.1, 12.1 və 12.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti cavabdehlərin iddiaya etirazının dəlillərinə uyğun əsaslandırılmışdır.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103) -6165/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, əvvəlki hər iki məhkəmə icraatı zamanı araşdırılmış sübutlarla təsdiq olunmuşdur ki, iddiaçılar övladları ilə birlikdə mübahisəli ünvanda faktiki yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə əsasən həmin hallar baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir.

29. Bununla yanaşı, iddiaçıların hazırkı tələblərinin əsaslar ı fərqli olmaqla, əvvəlki tələblərlə eynilik təşkil etmir. Yəni, hazırkı tələblərə əsasən iddiaçılar faktiki olaraq mübahisəli yaşayış sahəsindən çıxarılmışlar və orada yaşamalarına cavabdeh tərəfindən maneələr törədilir (bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv olunmuş, işə mahiyyəti üzrə baxılmalı olması qərara alınmışdır). Hazırkı iş üzrə müəyyən olunmalı olan əhəmiyyətli hal - iddiaçıların mübahisəli yaşayış sahəsinə köçərək müəyyən zaman ərzində oradan yaşayış sahəsi kimi istifadə etməsi, beləliklə kifayət qədər davamlı əlaqələrinin mövcudluğudur (cavabdeh də apellyasiya şikayətində iddiaçıların müəyyən müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamasını mübahisələndirmir) ki, bu hal həm qanuni qüvvədə olan məhkəmə aktları ilə, eləcə də hazırkı işin müəyyən olunmuş halları ilə təsdiq olunmuşdur. Digər bir tərəfdən, iddiaçılar mübahisəli otağı tikməklə, özlərini yaşayış yeri ilə təmin etməyə ümid etmiş, bununla bağlı mübahisəli otağın tikintisinə xərc çəkmiş, otağı ayrıca giriş-çıxış üçün qapısı, qaz və elektrik enerjisi ilə təmin etmiş, hətta İddiaçı1 özünə məxsus cehiz əşyalarını otağa yerləşdirmişdir. Cavabdeh apellyasiya şikayətinin yaşayış sahəsinin ona məxsus olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 28, 43-cü, Mülki Məcəllənin 27.3-cü, MPM-in 82.3-cü maddələrin ə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin tam ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə qeyd edilmişdir ki, iddiaçılar cavabdehlərin ailə üzvləri deyillər. Yəni onların cavabdehə məxsus mənzildən istifadə etmək hüquqları yoxdur. Məhkəmə mübahisəyə işdə iştirak edən bütün şəxslər çağırılıb dindirilmədən, prosesin çəkişmə prinsipi təmin edilmədən işə baxılmışdır. Bundan əlavə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3509/2020 nöm rəli, 23 sentyabr 2020-ci il tarixli və 2(011)-4310/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qətnamələri olduğuna baxmayaraq məhkəmə işə baxmışdır. Həmçinin, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxarkən şikayətin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmamış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq bununla bağlı sübutların təqdim edilməsini tərəflərə təklif etməmiş və faktiki olaraq şikayətin dəlillərini cavabsız saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil h üququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mülki Məcəllə

35. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Mülki Prosessual Məcəllə

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

43. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya icraatı üzrə birinci instansi ya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə, o cümlədən, apellyasiya şikayətinin dəlillərinə apellyasiya in stansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.

48. Tərəflərin məhkəmədə iştirakının təmin olunmaması barədə kassasiya şikayətinin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, tərəflərə apellyasiya baxışının vaxtı və yeri barədə məlumat verilmiş, onlar məhkəmə iclasında iştirak etmiş və izahat vermişlər.

49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlan ılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6165/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar